Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1501/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı vəkili X2, Cavabdeh və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-3205/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Quba rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(027)-981/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İ.A.Məmmədov ) İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyana görə 120.000 manat, mənəvi ziyana görə 80.000 manat pul tələbinə dair” iddiası rədd edilib. İddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-3205/2019 saylı qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov sədrlik edən, məruzəçi, F.Ə.Məmmədov və A.Ə.Abbasov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Quba rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı dəymiş maddi ziyana görə 120.000 manat, mənəvi ziyana görə 80.000 manat pul tələbinə dair” iddia qaldırıb. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktlar ı qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh və vəkili xx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə raz ılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddia ərizəsinin əsassız olmasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 21, 23, 1097.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, X7 Elm Mərkəzinin aparıcı ekspert-mütəxəssisi Cavabdeh xx xxxxx 2016-cı il tarixli mütəxəssis rəyinə görə İddiaçı məxsus Qusar rayonu, Çubuqlu kəndində yerləşən intensiv tipli meyvə (alma) bağında istehsal olunan məhsulların orta məhsuldarlığı 2014-cü il üçün hər ağaca 9,5 kq/ağac və 2015-ci il üçün 13,5 kq/ağac olduğu müəyyən edilmiş, əmək tutumu da 2014-2015-ci illərin 2 ayı ərzində (15 avqust - 15 oktyabr) 840 işçi (bir avda 420 nəfər), orta əmək haqqı 2014-cü ildə 213,7 manat və 2015-ci ildə isə 238,8 manat təşkil edir. Azərbaycan Respublikası Vergilər Naz irliyi 3 saylı Ərazi Vergi İdarəsinin xx xxxx 2016-cı il tarixli qərarına əsasən, İddiaçı 2014-2015-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 34.737,92 manat və maliyyə sanksiyası üzrə 17.368,96 manat olmaqla vergi məsuliyyətinə cəlb edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə İddiaçı 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx xxxx 2016-cı il tarixli qərarının 2014-2015-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 34.737,92 manat və maliyyə sanksiyası üzrə 17.368,96 manat olmaqla vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməsinə dair iddiası təmin edilərək, 3 saylı Ərazi Vergilər İdarəsinin xx xxxx 2016-cı il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qə rarı İddiaçı 2014-2015-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 34.737,92 manat və maliyyə sanksiyası üzrə 17.368,96 manat olmaqla vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmişdir. Sonradan həmin işə apellyasiya və kassasiya qaydasında baxılaraq qərar dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda X7 Elm Mərkəzinin aparıcı ekspert-mütəxəssisi Mədət Qurbanovun xx xxxxxx 2018-ci il tarixli mütəxəssis rəyinə görə, İddiaçı məxsus Qusar rayonu, Çubuqlu kəndində yerləşən 83,4 ha intensiv tipli meyvə bağlarında istehsal olunan meyvənin orta məhsuldarlığı 2016-2017-ci illər üzrə azı 41,7 ton/ha olmalı olduğu halda, 30 ton/ha göstərilmiş və ona uyğun olaraq əmək tutumu da 751.372,51 manat olmalı olduğu halda, 515.924,21 manat göstərilərək 235.448,3 manat azaldılmışdır. Əmək tutumu 2016-2017-ci illərin 3,0 ayı ərzində (15 avqust-15 noyabr) 960 işçi (bir ayda 320 nəfər), orta əmək haqqı 2016-cı ildə 253,8 manat və 2017-ci ildə isə 261,5 manat təşkil edir. Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı Ərazi Vergi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən, İddiaçı 34.718,30 manat vergi hesablanmış və 17.519,17 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, İddiaçı iddia tələbi 120.000 manat maddi, 80.000 manat mənəvi ziyanın ödənilməsi barədədir və iddia tələblərini cavabdehin verdiyi mütəxəssis rəyi ilə əlaqədar vergi orqanı tərəfindən Cəmiyyətə vergi hesablanması və maliyyə sanksiyası tətbiq edilməsi, vergi və maliyyə sanksiyası məbləğlərinin Cəmiyyətin hesabından silinməsi və bununla bağlı maddi və nüfuzuna xələl gəlməsinə görə mənəvi ziyan çəkməsi ilə əsaslandırmışdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhr um olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008ci il tarixli, 07 saylı qərarının 3-cü bəndində izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanun vericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanun i və əsaslıdır. Belə ki, İddiaçı maddi ziyan tələbini cavabdehin verdiyi mütəxəssis rəyi ilə əlaqədar vergi orqanı tərəfindən cəmiyyətə vergi hesablanması və maliyyə sanksiyası tətbiq edilməsi, verginin və maliyyə sanksiyasının cəmiyyətin hesabından silinməsi ilə əsaslandırmışdır. Halbuki qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə 3 saylı Ərazi Vergilər İdarəsinin xx xxxx 2016-cı il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı İddiaçı 2014-2015-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 34.737,92 manat və maliyyə sanksiyası üzrə 17.368,96 manat olmaqla vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmişdir. Qanuni qüvvəyə minmiş həmin qərarın icra edi lməməsinə görə cavabdeh mülki məsuliyyət daşıya bilməz. İddiaçı təşkilat kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının tələblərinə zidd olduğunu göstərsə də, bunların nədə ifadə olunmasını konkret göstərməmişdir və apellyasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın qeyd olunan dəlilləri ilə düzgün olaraq razılaşmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri hazırki mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin düzgün olaraq qeyd etmişdir ki, iş materiallarında iddiaçı təşkilata maddi ziyanın dəyməsi və bunun məhz cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizl iyi nəticəsində baş verməsini təsdiq edən heç bir sübut yoxdur. Halbuki, MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Apellyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülk i prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-3205/2019 saylı qətnaməsi kassasiya ş ikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1501/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1501/2020
18.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver