Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1501/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:maddi və mənəvi ziyanın ödənilməsi 16.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 noyabr 2022-ci il tarixli, 2(103)6038/2022 saylı qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayəti üzrə işə 16 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı, "xxxx" Fərdi Mənzil Tik inti Şirkəti ilə 29 may 2018-ci il tarixdə bağlanmış 19-1 saylı “mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzili alqı-satqı yolu ilə almış, ilkin ödəniş olaraq mənzilin dəyərinin bir hissəsini ödəmiş, qalan məbləği isə hər ay hissə-hissə ödəmişdir.
2. Satın aldığı mənzilin yerləşdiyi binanın tikintisi dayandırıldığı üçün İddiaçı Cavabdeh2 tikintisini apardığı yeni binadan ona mənzil verməsini tələb etmiş və tərəflər arasında razılaşma əldə olunmuş və Cavabdeh2 İddiaçı həmin binanı tikən Cavabdeh3 yanına göndərmiş, sonuncunun onun adına mənzilə dair alqı-satqı müqaviləsi bağlayıb həmin binadan ona mənzil verəcəyini bildirmişdir. O, Cavabdeh3 yanına gedərək Cavabdeh2 tərəfindən göndərildiyini bildirmiş və Cavabdeh3 ona 3 mərtəbə si tikilmiş binanın 2-ci mərtəbəsindən mənzilin alqı-satqısı barədə müqavilə və maliyyə arayışı yazıb vermişdir.
3. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 1(001)10/2020 saylı hökmü ilə Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ayadək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, digər təqsirləndirilən şəxs Cavabdeh2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 313-cü maddəsi ilə təqsirləndirilərək 3.000 manat cərimə cəzasına məhkum edilmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəmə sində icraat
4. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 2 otaqlı, 2 saylı mənzilə görə ödənilmiş 32.500 manat pulun, 2018-ci ildən hal-hazırkı vaxtadək iddiaçıya məxsus evin başqa şəxsə satılması və bunun nəticəsində kirayə yaşamaq məcburiyyətində qaldığından 30.000 manat maddi ziyanın və dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 manat pulun tutulub ona ödənilməsi, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 2 otaqlı, 2 saylı mənzilə dair Cavabdeh1 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilin Cavabdeh1 mülkiyyətinə verilməs inə dair Reyestr Xidməti tərəfindən verilmiş 08 iyul 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, həmin mənzilin qanunsuz sahiblikdən geri alınması və onun həmin mənzilə istifadə hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, "xxxx" Fərdi Mənzil Tikinti Şirkəti ilə 29 may 2018-ci il tarixdə bağlanmış 19-1 saylı “mənzil tikintisi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzili alqı-satqı yolu ilə almışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh, "xxxx" Fərdi Mənzil Tikinti Şirkəti yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 2 otaqlı 2 saylı mənzili “payçı” olaraq iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri olan 32.500 manat iddiaçı tərəfind ən tam olaraq ödənilmiş və bunu təsdiq edən maliyyə arayışı da mövcuddur. Buna baxmayaraq, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 2 otaqlı, 2 saylı mənzil 08 iyul 2019cu il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddaçı ilə "xxxx" Fərdi Mənzil Tikinti Şirkəti arasında 29 may 2018-ci il tarixdə bağlanmış 19-1 saylı “mənzil tikintisi haqqında” müqavilə hal-hazırkı vaxtadək mübahsiələndirilməmiş və hazırda qüvvədədir. İddiaçının alqı-satqı yolu ilə aldığı mənzilə dair cavabdehin çıxarış alması iddiaçının hüquqlarını kobud surətdə pozur.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında göstərmişdir ki, yaşadığı yerin yaxınlığında binanın bünövrəsinin qazılmasını və həmin yerdə 4 mərtəbəbli bina tikiləcəyini görmüş və tikintisi aparılacaq 4 mərtəbəl i binadan 2-ci mərtəbədə 2 otaqlı mənzilin 52.000 manata alqı-satqısı ilə bağlı Cavabdeh2lə razılaşmış, ilkin olaraq ona 9.000 manat pulu nəğd olaraq vermiş, qalan pulu da ona hər ay 400-500 manat olmaqla ödəmişdir. Cavabdeh2 evin alınması üçün cəmi 24.000 manat pul vermişdir. Sonradan isə həmin binanın tikintisinin dayandırılmasını görmüş, Cavabdeh2 tikintinin dayandırılmasının səbəbini soruşduqda sonuncu tikinti üçün pul vəsaitinin olmamasını, sonradan isə borcuna görə məhkəmənin qərarı ilə həmin bina üzərinə həbs qoyulmasını bildirmiş, ona görə də Cavabdeh2 pulunu qaytarıb verməsini tələb etmiş, təxminən 5-6 ay keçdikdən sonra Cavabdeh2 həmin ünvanda yeni 4 mərtəbəli bina tikməsini bilmiş və ondan tikintisini apardığı yeni binadan mənzil verməsini tələb etmişdir. Cavabdeh2 onunla razıla şmış və onu həmin binanı tikən Cavabdeh3 yanına göndərmiş, sonuncunun onun adına mənzil alqı-satqı müqaviləsi yazıb həmin binadan ona mənzil verəcəyini bildirmişdir. O, Cavabdeh3 yanına gedib Cavabdeh2 tərəfindən göndərildiyini bildirmiş, Cavabdeh3 ona 3 mərtəbəsi tikilmiş binanın 2-ci mərtəbəsindən mənzilin alqı-satqısı barədə müqavilə və maliyyə arayışı yazıb vermişdir. Müqavilədə və maliyyə arayışında hansı səbəbdən mənzilin dəyərinin onun tərəfindən tam ödənilməsinin yazılması ona məlum deyil. Belə ki, həmin vaxt o, mənzilin dəyərindən cəmi 24000 manat ödəmiş, sonradan isə Cavabdeh3 onun tələbinə əsasən əlavə 2500 manat pul ödəmişdir. Müqavilə və maliyyə arayışlarında yazılanlara o, cavabdeh ola bilməz. Sonradan o, Cavabdeh3la Cavabdeh2 arasında həmin bina ilə bağlı mübahisə yaranmasın ı görmüş, onlara mənzil istəmədiyini bildirmiş, pulunu qaytarmalarını tələb etmişdir. Lakin hal-hazırda əsas tələbi evlə bağlıdır. Belə ki, ödədiyi 26.500 manat pul vəsaiti ona qaytarılacağı halda belə o, hal-hazırda həmin pulla heç nə edə bilməyəcək. Bundan əlavə o, Cavabdeh2 qanunsuz əməllərinə görə illərdir kirayədə qalmaq məcburiyyətində olub. O, X1isidir, sağlamlığını ölkənin ərazi bütövlüyü uğrunda itirmiş və bu vəziyyətində onun bu cür aldadılması, əlində olan bütün pulları verib evsiz qalması ona çox ciddi psixoloji zərbə vurmuşdur.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, o, Cavabdeh3 arvadıdır və sonuncu hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. İddiaçı iddia tələbini Cavabdeh3 verilmiş 2.500 manat hissəsində qəbul edir. Qalan tələblərin Cavabdeh3 heç bir aidiyyəti yoxdur və onların həllini məhkəmənin mülahizəsinə buraxmışdır.
8. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, "xxxx" KB ASC və ipoteka qoyan- borc alan Cavabdeh1 arasında bağlanılmış 27 sentyabr 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən **********76-10301 saylı reyestr nömrəsi ilə qeydə alınmış RX ******* seriyalı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 0,21333 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmi şdir. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evi və mülkiyyətində olan torpaq sahəsinə ipoteka qoyan Cavabdeh1 mülkiyyətində olan hissəyə dair bölgünün aparılması və mənzillərə yeni ünvan verilməsi ilə əlaqədar olaraq, yuxarıda göstərilən ünvanda daşınmaz əmlakın ipoteka ilə yüklü qalması şərti ilə, dövlət reyestrindən çıxarışların verilməsi "xxxx" KB ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilmiş və onların müraciəti əsasında Cavabdeh1 adına müvafiq Çıxarış verilmişdir. Eyni zamanda qeyd olunan məsələlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 dekabr 2017-ci il tarixli qətnaməsi ilə "xxxx" KB ASCnin Cavabdeh1 və qeyrilərinə qarşı iddiası qismən təmin edil miş, cəmi 423831,75 ABŞ dolları tələbin ipoteka predmeti və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, x küçəsi, döngə 1, dalan 5-də yerləşən 1 saylı fərdi yaşayış evinə yönəldilmiş və həmin daşınmaz əmlakın açıq hərracdan satılması və sair qət edilmişdir. Hazırkı mübahisənin həll edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli hökmündən görünür ki,...Cavabdeh2 ona tikintisi aparılan binadan bir neçə mənzil verməsini, o cümlədən Nübar adlı qadına əvvəlki binasından mənzil satmasını, lakin sonradan Qismət adlı şəxsdən aldığı borc pulu qaytarmamasına görə onun iddiası ilə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2016-cı ildə binanın üzərinə həbs qoyulmasına görə həmin binad an ona mənzil verməsini bildirmiş,...Cavabdeh2 sözləri ilə həmin şəxslərdən pul almamasına baxmayaraq, həmin şəxslərin adlarına tikintisini apardığı binadan alqı-satqı müqavilələrini yazıb imzalamış və şirkətin möhürünü vurmuşdur.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(001)1035/2021 saylı qətnaməsi ilə (hakim N.X.Nəbizadə) iddia qismən təmin edilmiş, Cavabdeh2 mənzilin alınması üçün ödənilmiş 24.000 manat, dəymiş maddi ziyana görə 5.400 manat və mənəvi zərərə görə 3.000 manat, cəmi 32.400 manat pulun tutulub iddiaçıya ödənilməsi, habelə Cavabdeh3 2.500 manat pulun tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi iddianın- “Cavabdeh2 Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 2 otaqlı, 2 saylı mənzilə görə ödənilmiş 32.500 manat pulun iddiaçıya qaytarılması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının özünün də məhkəmə iclaslarında bildirdiyinə görə o, Cavabdeh2lə sözügedən mənzilin 52.000 manata satılacağı barədə razılaşmış, ödənilməli olan 52.000 manatın 9.000 manatını birdəfəyə ödəmiş, sonradan hər ay Cavabdeh2 400-500 manat ödəniş etmiş və nəticədə ilkin ödənilmiş 9.000 manat da nəzərə alınmaqla, ona cəmi 24.000 manat pul vermişdir. Sonra görəndə ki, barəsində razılaşdıqları mənzilin yerləşdiyi evin tikintisi dayandırılıb, Cavabdeh2lə başqa tikdiyi evdə ona mənzil verəcəyi barədə razılaşmış, Cavabdeh2 onu Cavabdeh3 yanına göndərmiş, sonuncu ona yeni müqavilə və formal maliyyə arayışı yazıb vermiş, o da Cavabdeh3 əlavə olaraq cəmi 2500 manat pul ödəmişdir. Qeyd olunanlar Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli hökmü ilə də təsdiq olunur. Belə olan halda, iddiaçı tərəfindən Cavabdeh2 32.500 manat pulun hansı əsasla tələb edilməsi iddia ərizəsinin məzmunundan və mülki iş materiallarından aydın deyil. Lakin, bununla yanaşı iddiaçının Cavabdeh2 qarşı 24.000 manat, digər Cavabdeh3 qarşı 2.500 manat pul tələbi tamamilə qanuni və əsaslıdır.
12. Məhkəmə, iddia tələbinin “2018-ci ildən hal-hazırkı vaxtadək iddiaçıya məxsus evin başqa şəxsə satılması və bunun nəticəsində kirayədə yaşamaq məcburiyyətində qaldığından 30.000 manat maddi və 10.000 mənəvi ziyanın əvəzinin ödənilməsi” hissəsini qismən əsaslı hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
13. Məhkəmə onu da qeyd etmişdir ki, mülki iş materiallarından iddiaçının mənəvi sarsıntılarının məhz Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində baş verməsi müəyyən edilir. Lakin bununla yanaşı məhkəmə vurulmuş mənəvi zərərə görə 10.000 manat pul tələbini ağlabatan hesab etməmişdir.
14. Vurulmuş maddi ziyana gəldikdə isə məhkəmə qeyd etmişdir ki, mülki iş materiallarında olan 11 avqust 2021-ci il tarixli rəyə əsasən, Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 59,1 kvadrat metr olan mənzilin orta aylıq icarə dəyəri 11 avqust 2021-ci il tarixə 150 manat təşkil edir.
15. Məhkəmə, iddia tələb inin “mübahisəli mənzilə dair Cavabdeh1la bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab olunması” hissəsini əsaslı hesab etməmişdir. Belə ki, mübahisəli mənzilə dair Cavabdeh1la alqı-satqı müqaviləsinin bağlanması mülki iş materialları ilə təsdiq olunmur. Belə ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən bütün mənzillərə münasibətdə Çıxarışlar ayrı-ayrı bağlanmış alqı-satqı müqavilələrinə əsasən deyil, "xxxx" KB ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ünvanladığı 16 may 2019-cu il tarixli məktuba əsasən verilmişdir. Belə ki, mülki iş materiallarında olan və yuxarıda qeyd olunan müraciətə əsas olmuş 27 sentyabr 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, həmi n müqavilə kreditor– ipoteka saxlayan "xxxx" KB ASC, alıcı – ipoteka qoyan Cavabdeh1 və satıcı Cavabdeh2 arasında bağlanmış və müqaviləyə əsasən satıcı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5-də yerləşən 1 saylı fərdi yaşayış evində olan öz hissəsini alıcının mülkiyyətinə vermişdir.
16. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, mülki iş materiallarında iddiaçı tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 2 otaqlı, 2 saylı mənzilin dəyərinin tam ödənilməsinə dair 29 may 2018-ci il tarixli maliyyə arayışı mövcud olsa da, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli hökmü ilə və iddiaçının hazırkı mülki iş çərçivəsində verdiyi izahatla təsdiq olunur ki, Cavabdeh2lə iddiaçı arasında mövcud ola n razılaşmaya əsasən sonuncu, mənzil üçün 52.000 manat ödəməli olduğu halda, həmin məbləğin cəmi 24.000 (+2500) manatını ödəmişdir. Belə olan halda, məhkəmə tərəfindən 29 may 2018-ci il tarixli “mənzil tikinti haqqında” 19-1 saylı müqavilədə mənzilin qiymətinin 32.500 manat göstərilməsi nəzərə alınsa belə, mənzilin qiymətinin tam ödənilməməsi işin mübahisəsiz halıdır. Yəni, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 2 otaqlı, 2 saylı mənzilə dair Cavabdeh1la bağlanmış alqı-satqı müqaviləsi mövcud olsa idi belə, iddiaçının tələbinin qeyd olunan hissədə qanuni əsası olmazdı.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edərkən, üzərinə düşən sübutetmə yükünü də icra etməmişdir. Belə ki, iddia ərizəsində müqavilənin etibarsız hesab edilm əsi tələb edilsə də, müqavilənin mövcudluğuna dair hər hansı sübut iddia ərizəsinə əlavə edilməmiş, iddia ərizəsində müqavilənin kimlər arasında bağlanması və hansı əsaslarla etibarsız hesab edilməli olması belə qeyd edilməmişdir.
18. Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 2 otaqlı, 2 saylı mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsinə dair Reyestr Xidməti tərəfindən verilmiş 08 iyul 2019-cu il tarixli Çıxarışın ləğv olunmasına münasibətdə məhkəmə hesab etmişdir ki, iddia tələbinin bu hissəsi ümumiyyətlə mülki məhkəmə icraatı çərçivəsində baxıla bilməz. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrin də aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır”.
19. Qeyd olunanlar nəzərə alınaraq Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddia ərizəsinin Çıxarışın mübahisələndirilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.
20. Məhkəmə, iddia tələbinin “Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 2 otaqlı, 2 saylı mənzilin qanunsuz sahiblikdən geri alınması və iddiaçının həmin mənzilə istifadə hüququn bərpa edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, müqavilədə payçı adlandırılan iddiaçı tərəfindən pay h aqqının tam ödənilməməsini işin mübahisəsiz halı olmasını və mənzilin hal-hazırda qanunsuz sahiblikdə olmasının mülki iş materialları ilə təsdiq olunmadığını nəzərə alaraq, iddia tələbini qeyd olunan hissədə əsaslı hesab etmir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır... Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
21. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyn məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 2, 8 və 10-cu bəndlərinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
22. Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qətnaməsinin qismən, iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməməsi barədə yeni qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılması zamanı ona məlumat verilməmişdir, qətnamədən icra mərhələsində xəbər tutmuşdur. İşin faktiki halları araşdırılmamış, sübutlara düzgün qiymət verilməmişdir. Nəticədə iddiaya etiraz dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh ona münasibətdə məhkəmənin gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, onun tərəfindən mənzilin ayrılması ilə bağlı üzərinə düşən öhdəlik tam yerinə yetirilmiş, iddiaçıya mənzil ayrılmış, ancaq sonradan o, pulunu geri istəd iyinə görə Cavabdeh3la ona aid mənzilin satılmasına dair razılığa gəlmiş, Cavabdeh3 tərəfindən həmin mənzil Hüseynalı Nəsibova satılsa da, pul Cavabdeh3 tərəfindən iddiaçıya qaytarılmamışdır. Buna görə də, ona qarşı iddia tələbi həmin hissədə əsassızdır. İddia tələbinin mənzilin başqa şəxsə satılması ilə əlaqədar kirayədə yaşamaq məcburiyyətində qalaraq kirayə haqqı kimi 30.000 manat maddi ziyanın ödənilməsi tələbinin 5.400 manat təmin edilməsi ilə də razılaşmamış və hesab etmişdir ki, iddia tələbi və bu tələbin qismən təmin edilməsi hissəsində də qətnamə əsassızdır. Belə ki, qətnamədə qeyd edilən cinayət işi ilə əlaqədar Binəqədi Rayon Məhkəməsində, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində İddiaçı izahatında göstərmişdir ki, 2015-ci ildə uşaqları üçün münasib qiymətə ev almaq istəmiş, yaşadığı yerin yaxınlığında Cavabdeh2 adlı şəxsin bina tikməsinin və onun tikdiyi binadan münasib qiymətə ev almağın mümkünlüyünü eşitmiş, buna görə də, həmin binaya getmiş və 2 otaqlı mənzilin alınmasına dair razılığa gəlmişlər. İddiaçının izahatdan göründüyü kimi o, uşaqları üçün münasib qiymətə ev almaq istəmişdir, yəni özünün mənzilinin olması işin mahiyyətindən görünür. Həmçinin iddiaçı tərəfindən kirayədə yaşaması ilə bağlı məhkəməyə hər hansı bir sənəd, kirayə müqaviləsi, aylıq kirayə haqqının ödənilməsi barədə qəbz, heç olmasa kirayədə qaldığı evin ünvanı və şəraiti, həmin mənzildə nə vaxtdan kirayədə yaşamaları barədə müvafiq qaydada tərtib edilmiş akt məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qətnaməsində mübahisəli mənzilin yerləşdiyi ünvanda aylıq kirayə haqqının 150 manat olmas ı barədə rəyə istinad edilməsini də əsassız hesab etmişdir. Çünki iddiaçı həmin ünvanda kirayədə yaşamamışdır. Bu hallar iddia tələbinin və qətnamənin bu hissədə əsassız olmasını göstərir. Bundan əlavə, qətnamə mənəvi zərərlə bağlı təmin edilən hissədə də əsassızıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının şəxsiyyətinə və ya əmlakına hər hansı bir formada zərər vurulmamışdır. Məhkəmə tərəflər arasında müqavilə münasibətləri olmasına baxmayaraq, əsassız varlanmaya dair hüquq normalarını tətbiq etmiş, nəticədə maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermişdir. Həmçinin iş üzrə birtərəfli araşdırma aparılmış, sübutlara düzgün qiymət verilməmişdir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 noyabr 2022-ci il tarixli, 2(103)-6038/2022 saylı qətnaməsi ilə (hakimlər İ.S.Şir inov (sədrlik edən və məruzəçi), C.A.Yusifov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin olunmamış, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh özü də apellyasiya şikayətində iddiaçının ona mənzilə görə 24.000 manat pul ödəməsini təsdiq edir, lakin sonradan binanın tikintisinin dayandığı üçün iddiaçının pulunu tələb etdiyi vaxt Cavabdeh3 tərəfindən onun mənzilinin satıldığını, pulu ondan tələb etməli olmasını qeyd edir.
26. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli hökmündən görünür ki,...Cavabdeh2 ona tikintisi aparılan binadan bir neçə mənzil verməsini, o cümlədən Nübar adlı qadına əvvəlki binasından mənzil satmasını, lakin sonradan Qismət adlı şəxsdən aldığı borc pulu qaytarmamasına görə onun iddiası ilə Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2016-cı ildə binanın üzərinə həbs qoyulmasına görə həmin binadan ona mənzil verməsini bildirmiş,...Cavabdeh2 sözləri ilə həmin şəxslərdən pul almamasına baxmayaraq, həmin şəxslərin adlarına tikintisini apardığı binadan alqı-satqı müqavilələrini yazıb imzalamış və şirkətin möhürünü vurmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülk i işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni cinayət əməlinin olub-olmaması və bu əməlin kim tərəfindən törədilməsi ilə bağlı cinayət işinə baxmış məhkəmənin hökmdə gəldiyi nəticələr mülki işə baxan məhkəmə üçün məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkə mə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı). Beləliklə də məlum olmuşdur ki, apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin maddi və mənəvi zərərlə bağlı iddia tələbinin əsassız olması barədə dəlili üzrə qeyd etmişdir ki, mülki iş materiallarından iddiaçının mənəvi sarsıntılarının Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində baş verməsi müəyyən edilir.
29. Vurulmuş maddi ziyana gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının evsiz olması, kirayədə qalması həm onun izahatları və işin digər halları ilə təsdiq olunur, kirayə haqqının məbləği isə mülki iş materiallarında olan 11 avqust 2021- ci il tarixli rəylə də təsdiq olunur.
30. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi zərərlə bağlı iddia tələbi üzrə Cavabdeh2 aylıq 150 manat olmaqla üç il müddətinə kirayə haqqı məbləği kimi cəmi 5.400 manat tutulması qənaətinə gəlməkdə haqlı olmuş, lakin qətnamədə həmin 5.400 manat məbləğin hesablanması qaydasını (150 x 36 = 5400) açıq göstərməmişdir. Ona görə də qətnamə mübahisələndirilən, kirayə haqqı ilə bağlı iddia tələbi hissəsində də dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə kollegiya belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini maddi və mənəvi zərərlə bağlı hissədə qismən təmin etməkdə haqlı olmuşdur və məhkəmə kollegiyası maddi hüquq normasının düzgün tətbiq edilməməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçı Cavabdeh2lə mənzil alqı-satqı müqaviləsinə görə müqavilə bağlamış, ona 24.000 manat ödəniş etmiş, daha sonra binada tikintinin dayanmağını görmüş, pulunu geri tələb etmiş, aralarında olan razılığa görə Cavabdeh2 Cavabdeh3 tikdiyi binada iddiaçıya mənzil verməsini bildirmiş, daha sonra Cavabdeh3 pul almamasına baxmayaraq, tikintisini apardığı binadakı bir mənzilə dair iddiaçı ilə alqı-satqı müqaviləsi yazıb imzalamış və şirkətin möhürünü vurmuşdur. Daha sonra iddiaçı Cavabdeh3 hissə-hissə olmaqla ümumilikdə 2.500 manat pul ödəmişdir. Bununla məlum olmuşdur ki, cavabdehlər iddiaçının hesabına əsassız varlanmışlar.
32. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda cavabdehin iştirakı olmadan işə baxılmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki iş materialları ilə təsdiq olunur ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 lazımi qaydada məlumat verilmişdir.
33. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh2 tərəfindən apellyasiya şikayətinin dəlilləri ilə bağlı biri digərini tamamlayan və təkzib olunmazlıqla bağlı tələblərə cavab verən hər hansı bir sübut təqdim edilmədiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
34. Apellyasiya i nstansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 1091.1, 1091.2 və 1096.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh2 (vəkil X4) kassasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında ödənilmiş və qaytarılmış vəsaitin dəqiq və tam müəyyən edilməsi üçün məhkəmə araşdırmasının davam etdirilməsi zəruridir. Belə ki, iddia tələbinin obyektiv araşdırılmasının davam etdirilməsi üçün Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli cinayət işinin materiallarına baxış keçirilməsi və həmin cinayət işinin materialarında olan iddiaçının məhkəmədə verdiyi izahatlara dair məhkəmə iclasının protokollarının və cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin araşdırılmasına, həmçinin iddiaçıya ikinci müqavilə üzrə verilməsi nəzərdə tutulmuş mənzilin qeyd edilən cinayət işi üzrə təqsirli bilinərək məhkum edilmiş Cavabdeh3 tərəfindən satılaraq pulunun hazırda iddiaçı olan şəxsə qaytarılmaması ilə əlaqədar əlavə araşdırma aparılması mühim əhəmiyyət kəsb etdiyindən iş üzrə yeni apelyasiya baxışının təyin edilməsi zəruridir. Bundan əlavə, məhkəməyə qeyd edilən cinayət işinin materiallarından zərərçəkmiş şəxs İddiaçı ödəniş edilməsinə dair sənədlərin surətinin verilməsi ilə bağlı sorğu göndərilmiş, lakin həmin sənədləri almaq mümkün olmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. İddiaçı kassasiya şikayətinə etiraz etmiş və etirazı iddia ərizəsinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli mənzil onunla bərabər 3 nəfərə daha satılmışdır. Ümumilikdə isə həmin binada onun kimi 14 nəfər zərərçəkmiş şəxs var. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. İşdə iştirak edən şəxslərin izahatları
38. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Res publikasının Mülki Məcəlləsi
39. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
40. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
41. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
42. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müda fiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 416.1. K assasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə mübahisələndirildiyindən, qətnamə tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
52. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə b axarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
53. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın ona münasibətdə təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
54. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissələrdə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə Cavabdeh 2 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçının özünün də məhkəmə iclaslarında bildirdiyinə görə o, Cavabdeh2lə sözügedən mənzilin 52.000 manata satılacağı barədə razılaşmış, ödənilməli olan 52.000 manatın 9.000 manatını birdəfəyə vermiş, sonradan hər ay Cavabdeh2 400-500 manat ödəniş etmiş və nəticədə ilkin ödənilmiş 9.000 manat da nəzərə alınmaqla, ona cəmi 24.000 manat pul ödəmişdir. Sonra görəndə ki, barəsində razılaşdıqları mənzilin yerləşdiyi evin tikintisi dayandırılıb, Cavabdeh2lə başqa tikdiyi evdə ona mənzil verəcəyi barədə razılaşmış və Cavabdeh2 onu Cavabdeh3 yanına göndərmiş, sonuncu ona yeni müqavilə və formal maliyyə arayışı yazıb vermiş, o da Cavabdeh3 əlavə olaraq cəmi 2500 manat pul ödəmişdir.
55. Apel lyasiya instansiyası məhkəməsi, işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alıb qeyd etmişdir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli hökmü ilə də təsdiq olunmuşdur. Belə olan halda iddiaçının Cavabdeh2 qarşı 24.000 manat, digər Cavabdeh3 qarşı isə 2.500 manat pul tələbi tamamilə qanuni və əsaslıdır.
56. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd olunanlarla bağlı qeyd etmişdir ki, sözügedən hökmdən görünür ki,...Cavabdeh2 ona tikintisi aparılan binadan bir neçə mənzil verməsini, o cümlədən x adlı qadına əvvəlki binasından mənzil satmasını, lakin sonradan Qismət adlı şəxsdən aldığı borc pulu qaytarmamasına görə onun iddiası ilə Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2016-cı ildə binanın üzərin ə həbs qoyulmasına görə həmin binadan ona mənzil verməsini bildirmiş,...Cavabdeh2 sözləri ilə həmin şəxslərdən pul almamasına baxmayaraq, həmin şəxslərin adlarına tikintisini apardığı binadan alqı-satqı müqavilələrini yazıb imzalamış və şirkətin möhürünü vurmuşdur.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni cinayət əməlinin olub-olmaması və bu əməlin kim tərəfindən törədilməsi ilə bağlı cinayət işinə baxmış məhkəmənin hökmdə gəldiyi nəticələr mülki işə baxan məhkəmə üçün məcburidir.
58. Apellyasiya instansiyas ı məhkəməsi, Cavabdeh2 apellyasiya şikayətinin maddi və mənəvi zərərlə bağlı iddia tələbinin əsassız olması barədə dəlili üzrə qeyd etmişdir ki, mülki iş materiallarından iddiaçının mənəvi sarsıntılarının məhz Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində baş verməsi müəyyən edilir. Vurulmuş maddi ziyana gəldikdə isə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının evsiz olması, kirayədə qalması həm onun özünün izahatları, həm də işin digər halları ilə təsdiq olunur, kirayə haqqının məbləği isə mülki iş materiallarında olan 11 avqust 2021- ci il tarixli rəylə təsdiq olunur. Belə olan halda, birinci instansiya məhkəməsi maddi zərərlə bağlı iddia tələbi üzrə Cavabdeh2 aylıq 150 manat olmaqla üç il müddətinə kirayə haqqı məbləği kimi iddiaçının xeyrinə cəmi 5.400 mana t pul vəsaitinin tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur.
59. Yuxarıda göstərilənlərə əsasən, apellyasiya instansiyası iməhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini maddi və mənəvi zərərlə bağlı hissədə qismən təmin etməkdə haqlı olmuşdur və məhkəmə kollegiyası maddi hüquq normasının düzgün tətbiq edilməməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçı Cavabdeh2lə mənzil alqı-satqı müqaviləsinə görə müqavilə bağlamış, ona 24.000 manat ödəniş etmiş, daha sonra binada tikintinin dayanmağını görmüş, pulunu geri tələb etmiş, aralarında olan razılığa görə Cavabdeh2 Cavabdeh3 tikdiyi binada iddiaçıya mənzil verməsini bildirmiş, daha sonra Cavabdeh3 pul almamasına baxmayaraq, tiki ntisini apardığı binadakı bir mənzilə dair iddiaçı ilə alqı-satqı müqaviləsi yazıb imzalamış və şirkətin möhürünü vurmuşdur. Daha sonra iddiaçı Cavabdeh3 hissə-hissə olmaqla ümumilikdə 2.500 manat pul ödəmişdir. Bununla məlum olmuşdur ki, cavabdehlər iddiaçının hesabına əsassız varlanmışlar.
60. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda Cavabdeh2 iştirakı olmadan işə baxılmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki iş materialları ilə təsdiq olunur ki, məhkəmə iclasının yeri və vaxtı barədə ona lazımi qaydada məlumat verilmişdir.
61. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, Cavabdeh2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 noyabr 2022-ci il tarixli, 2(103)-6038/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.