Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1501/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-119/2025 nömrəli iş üzrə 15 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı “Mersedes” markalı ** NN *** dövlət nömrə nişanlı mikroavtobusu və Zaqatala bazarı-A.Həmidov küçəsi reysini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 almağa razılaşmışlar. Lakin sənədləşdirmə aparılmamış, daha sonra iddiaçı avtobusu cavabdehlərə geri qaytarmışdır. Cavabdehlər iddiaçının onlara verdikləri pulları geri qaytarmamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17650 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, o, 11 aprel 2016-cı il tarixdə Zaqatala rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 2014-cü ilin iyul ayında Zaqat ala bazarıA.Həmidov küçəsi reysini almaq üçün cavabdehlərə ümumilikdə 17650 manat pul verərək, verilən pulun müqabilində sonuncuların ona həmin reysi və “Mersedes” markalı ** NN *** dövlət nömrə nişanlı mikroavtobusu verdiklərini, bir müddət keçdikdən sonra Zaqatala rayonu Muğanlı kənd sakini Nazim adlı şəxsin ona verdiyi mikroavtobusun ona məxsus olduğunu bildirərək geri aldığını, daha sonra cavabdehlərin başqa mikroavtobus və Zaqatala şəhəri-Qaybalı reysini ona versələr də, həmin reysdən imtina etdiyini, cavabdehlərdən dəfələrlə pul verib aldığı reysi və mikroavtobusu tələb etsə də, onu müxtəlif bəhanələrlə aldatdığını bildirmişdir. Zaqatala RPŞ-də araşdırma zamanı cavabdehlərin ondan 17650 manat pulu götürmələri sübuta yetirilsə də, onların əməlində cinayət tərkibi olmadığından pul tələ bi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Zaqatala Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli 2(033)-1506/2017 saylı qətnaməsi ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 16150 manat borc məbləğinin alınaraq İddiaçı verilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı əmisi oğlu Cuma Əhmədov 2014-cü ilin iyun ayında cavabdehlərdən Zaqatala bazarı - A.Həmidov küçəsi reysini almaq istədiyini bildirmiş və reysin alınması üçün sonuncu bankdan 5000 manat pul götürüb onlara vermişdir. Cuma Əhmədov qalan 9500 manat pulu ödəməyə imkanı olmadığı həmin reysi İddiaçı almağı təklif etmiş, sonuncu buna razılaşmış, C uma Əhmədovun bankdan götürdüyü kredit borcunu özü ödəməsini öhdəsinə götürmüşdür. İddiaçı qalan 9500 manat pulu Sumaylı kəndində cavabdehlərə vermişdir. Cavabdehlər “Mersedes” markalı ** NN *** dövlət nömrə nişanlı avtobusu İddiaçı vermiş və sonuncu onlara həmin mikroavtobusun sənədləşdirilməsi üçün 650 manat pul vermişdir. Lakin onlar həmin pulu öz ehtiyacları üçün xərcləmişlər. Bir müddət keçdikdən sonra Zaqatala rayonu Muğanlı kənd sakini Nazim Elşada verdiyi mikroavtobusun ona məxsus olduğunu bildirərək geri almış, daha sonra onlar iddiaçıya başqa mikroavtobus və Zaqatala şəhəri Qaybalı reysini vermişlər. İddiaçı həmin reysi istifadə etmək üçün reys üzrə işləyən Sərxana vermək üçün Bayrama 1000 manat pul vermiş, lakin həmin reysi İddiaçı onlara geri qaytardığı üçün onlar 1000 manat pu lu Sərxana verməmişlər. Cavabdehlərin iddiaçıya cəmi 16150 manat borcu yaranmışdır. İşin bu halı iş materiallarına əlavə edilmiş 04 iyun 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla təsdiq olunur.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 1096, 1097 və 1115-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
7. Cavabdeh2 apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli, 2(033)1506/2017 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2015-ci ildən indiyədək Rusiya Federasiyasında olmuş, orada işləmiş və ya şamışdır. Uzun illərdir ki, Azərbaycana gəlmirdi. Hal-hazırda anasının vəfatı ilə əlaqədar Azərbaycana gəlmiş və buraya gələndən sonra ona məlum olmuşdur ki, Zaqatala Rayon Məhkəməsinin qəbul etdiyi həmin qətnaməyə əsasən icra vərəqəsi çıxarılmış və icra məmuru onu axtarır. Qətnamə onun xəbəri və məlumatı olmadan çıxarılmışdır. Məhkəmə iclasları onun xəbəri olmadan keçirilmiş, məhkəmə iclasları barədə onun məlumatı olmamışdır və məhkəmə iclaslarında o iştirak etməmiş, eyni zamanda məhkəmə qətnaməsini almamışdır. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, guya o, polis şöbəsində izahat verərək göstərmişdir ki, İddiaçı ona pul vermişdir. Bu yalan ifadədir. O, belə bir izahat verməmişdir. O, İddiaçı hər hansı bir pul götürməmişdir. İddiaçıla aralarında hər hansı bir pul öhdəliyinə dair sənəd yo xdur. İddiaçı iddia ərizəsində göstərdiyi xüsusatlar, yəni mikro avtobusların ona verilməsi və geri qaytarılması məsələləri onunla olmamışdır. Onun iddia ərizəsində göstərdiyi həmin məsələlərlə bağlı İddiaçı qarşısında hər hansı bir öhdəliyi yoxdur, məhkəmə iddia ərizəsini araşdırarkən, yəni iddiaçının iddia ərizəsində yazdığı tələbi araşdırarkən qətnamədə yalnız polis şöbəsindən götürdüyü qərara istinad etmişdir. Həmin qərarda yazılanların doğru olub-olmadığını məhkəmə araşdırmamış, onun polis şöbəsinə verdiyi izahatı polis şöbəsindən tələb etməmiş, izahatın həqiqətən də kim tərəfindən yazıldığını araşdırmamış, ona təqdim olunmuş qərar əsasında qətnamə qəbul etmişdir. Qeyd etdikləri apelyasiya məhkəməsi tərəfindən araşdırılmalıdır. O, İddiaçı heç vaxt pul götürməmişdir və onun qarşısında hər hansı bir öhdəliyi yoxdur. İddiaçı məhkəmə qarşısında ona neçə manat borclu olduğunu sübut etməli və buna dair sübutları məhkəməyə təqdim etməlidir. İşə əlavə edilmiş xx.xx.2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar iş üzrə mötəbər sübut hesab edilə bilməz. Həmin qərarın qəbul olunmasına əsas olmuş sənədlər tələb olunaraq məhkəmə tərəfindən araşdırılmalıdır.
9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı şikayəti ilə bağlı Zaqatala RPŞ-də araşdırma aparılarkən o da müstəntiqə izahat vermişdir və həmin izahatda mikroavtobusu və reysi satmaq üçün İddiaçı və Cuma Əhmədovdan cəmi 16150 manat pulu Cavabdeh1 ilə birl ikdə aldıqlarını bildirmişdir. Əslində, həmin pulları Cavabdeh1 almışdır. O, nə X2, nə də İddiaçı heç bir pul almamışdır. İzahatında göstərdiklərini isə İddiaçı yardım etmək məqsədi ilə yazmışdır.
10. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-119/2025 nömrəli iş üzrə 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (Ə.Məcidov (sədrliyi və məruzəsi ilə), hakimlər Z.Tahirov və E.Mehdiyev) Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli, 2(033)-1506/2017 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın Cavabdeh2 münasibətdə təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şi kayətində işə onun məlumatı olmadan baxıldığı barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, kollegiya apellyasiya şikayətinin həmin hissədə dəlilləri ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq verilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 10 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 sonuncu dəfə 12 aprel 2017-ci ildə Azərbaycan Respublikası sərhədlərindən çıxmış və 30 avqust 2024-cü ilədək yenidən giriş etməmişdir. Hazırki iddia ərizəsi isə məhkəməyə 24 iyul 2017-ci ildə daxil olmuşdur. Göründüyü kimi, hazırki iş üzrə məhkəmə icraatı zamanı apellyator Azərbaycan Respublikası ərazisində olmamışdır.
12. Buna baxmayaraq, kollegiya hesab edir ki, hazırki iş üzrə bu hal məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Ona görə ki, m ülki işin 46-47-ci vərəqlərindən görünür ki, məhkəmə bildirişi Cavabdeh2 çatdırılması üçün Zaqatala RİHB Muğanlı kənd İƏD üzrə nümayəndəliyinə göndərilmişdir. Zaqatala RİHB Göyəm kənd İƏD üzrə nümayəndəliyinin cavab məktubundan görünür ki, Cavabdeh2 orada yaşamadığı üçün məktubu ona çatdırmaq mümkün olmamışdır.
13. Göründüyü kimi, məhkəmə Cavabdeh2 məlumat verilməsi üçün qanunla üzərinə düşən öhdəliyini yerinə yetirmişdir. Cavabdeh2 məlumatlandırıla bilməməsi məhkəmənin təqsirindən baş verməmişdir.
14. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edib ki, birinci instansiya məhkəməsi haqlı olaraq Zaqatala RPŞ-nin müstəntiqi, polis mayoru X1 04 iyun 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına sübut qismi ndə istinad etmişdir. Həmin qərardan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 barəsində Zaqatala RPŞ-yə ərizə ilə müraciət etmişdir.
15. Material üzrə izahatı alınmış İddiaçı göstərmişdir ki, 2014-cü ilin iyun ayında əmisi oğlu Cuma Əhmədovun marşrut reysi almaq istədiyini öyrənmişdir. O, Cuma ilə görüşərək bu barədə sonuncu ilə söhbət etdikdə Cuma ona Zaqatala bazarıAnar Həmidov küçəsi reysini almaq üçün Bayram və Nadirə 5000 manat verdiyini, lakin imkanı çatmadığından qalan 9500 manatı verə bilmədiyini bildirmiş və həmin 9500 manat pulu onun yerinə Bayram və Nadirə verib reysi almasını təklif etmişdir. O, Cumanın bankdan kredit götürərək Bayram və Nadirə verdiyi 5000 manatı banka ödəməyi öhdəsinə götürmüş və qalan 9500 manat pulu Sumaylı kəndində Bayram və Nadirə vermiş, so nuncular həmin pulu götürərək saıb aralarında bölmüşlər. Bundan sonra Nadir və Bayram ona “Mercedes” markalı **-NN-*** dövlət nömrə nişanlı mikroavtobusu vermişlər. O, 2014-cü ilin dekabr ayına kimi həmin marşrut üzrə işləmişdir. O, həmin ərəfədə VÖEN açdırmaq və sənədi onun adma sənədləşdirmələri üçün Bayram və Nadirə 650 manat pul vermişdir. Bayram və Nadir sənədləşmə məsələsini 3-5 günə həll edəcəklərini demiş və o, 2015-ci ilin mart ayına kimi qədər gözləmişdir. 2015-ci ilin mart ayının sonlarında o, Zaqatala bazarı yaxınlığında yerləşən “kənd avtovağzalı” adlanan yerdə olarkən Muğanlı kənd sakini Nazim adlı şəxs ona yaxınlaşmış və onun idarə etdiyi mikroavtobusun özünə məxsus olduğun bildirmişdir. Bundan 3 gün keçdikdən sonra Nazim həmin mikroavtobusun texniki pasportunu, etibarnaməni və şəxsiyyət vəsiqəsini ona göstərmiş və mikroavtobusu geri istəmişdir. O, bundan sonra Bayran və Nadirlə görüşərək bu barədə bildirmiş və sonuncular bu məsələni qısa müddət ərzində həll edəcəklərini bildirmişlər. 2015-ci ilin aprel ayında Muğanlı kənd sakini Mustafa adlı şəxs Zaqatala şəhərində “kənd avtovağzalı” adlanan yerdə ona yaxınlaşıb Nazimin öz mikroavtobusunu geri istəməsini bildirərək həmin maşını sürüb aparmışdır. O, bundan sonra Bayram və Nadirlə görüşmüş və sonuncular 5-10 günə yeni maşın təşkil edərək ona verəcəylərini bildirmişlər. 2015-ci ilin iyul ayında Bayram və Nadir ona 2000 manat pulları olduqlarını bildirmiş və ondan öz adma bankdan 2000 manat kredit pul götürməyi xahiş etmiş və həmin krediti ödəyəcəklərini bildirmişlər. O, 2015-ci ilin iyul ayında "xxxx" BOKT ASC- nin Zaqatala filialından 2500 manat kredit götürmüşdür. O, həmin puldan 500 manatını borc kimi Bayrama vermiş, qalan 2000 manatı və özündə olan 2000 manatı cəmləyərək Bayramla birlikdə 4000 manata mikroavtobus axtarmağa başlamışlar. Təxminən 20 gün keçdikdən sonra Dardoqqaz kənd sakini Elşən adlı şəxsdə mikroavtobus olduğunu öyrənərək birlikdə həmin maşına baxmışlar. Bu zaman Nadir və Bayram həmin 4000 manat pulu xərclədiklərini bildirmişlər. Bunun əvəzində Nadir və Bayram ona mikroavtobus və Zaqatala bazarı- Qaracıl- Qaybalı reysini vermişlər. Həmin reys üzrə bir gün işlədikdən sonra o, maşının nasaz vəziyyətdə olduğunu görərək maşını geri qaytarmış və həmin marşrut üzrə işləməkdən imtina etmişdir.
16. Material üzrə izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, Zaqatala bazarı- Anar Həmido v küçəsi marşrut reysi onun olmuşdur. Lakin həmin marşrut reysi üzrə hərərkət edən “Mercedes” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı mikroavtobus Zaqatala rayonu Dardoqqaz kənd sakini Nadirin olmuşdur. O, Nadirlə görüşüb Zaqatala bazarıAnar Həmidov reysini 12000 manata satmasını sonuncudan xahiş etmişdir. Nadir də ona 3000 manat beh vermiş və reysi ondan alacağını bildirmişdir. Nadir sonradan ondan həmin pulu Muğanlı kənd sakini Nazim Əliyevə verməsini istədiyindən pulu Nazimə vermişdir. Nadir ona pulun qalanını təşkil edəcəyini demişdir. O, 5-6 ay gözləsə də, reysin pulu ona ödənilmədiyindən Nadirin həmin reysi satdığı İddiaçıla görüşərək hər şeyi sonuncuya danışmış və reysi Elşaddan geri götürmüşdür. O, Elşada reysin pulunu tam ödədikdən sonra həmin reysi verəcəyini sonuncuya bildirm işdir. O, izahatında həmçinin reysin alqı-satqısı işi ilə Nadirin məşğul olduğunu, Elşaddan borc və ya hər hansı məqsədlə pul almadığını, Elşadla aralarında marşrut reysi və mikroavtobus alqı-satqısı ilə bağlı heç bir söhbətin olmadığını, Elşadın Nadirə pul verib-verməməsi barədə heç bir məlumatının olmadığını bildirmişdir.
17. Material üzrə izahatı alınmış Cavabdeh2 izahatında göstərmişdir ki, tanışı Bayramın adma 5000 ABŞ dollarına reys alaraq sənədləşdirmişdir. Bundan sonra Zaqatala rayonu Muğanlı kənd sakini Nazim Əiiyevdən faizə borc pul götürüb “Mercedes” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu alaraq həmin mikroavtobusu girov kimi Nazimin adına sənədləşdirmişdir. Bundan sonra həmin mikroavtobusu və reysi Göyəm kənd sakini Cuma Əhmədova satmaq barədə razılaşmış, Cuma ona və Bayrama 5000 manat pul verdikdən sonra imkanı olmadığını bildirərək, reysi əmisi oğlu Elşadın alacağını və qalan 9500 manatı ödəyəcəyini bildirmişdir, reysi və mikroavtobusu İddiaçı vermişlər. Bundan 20 gün keçdikdən sonra İddiaçı ona və Bayrama 9500 manat pul vermişdir. Həmin puldan 5000 manatı reysin pulunu özü götürmüş, 3000 manatını Nazimə vermiş və qalan 6500 manatı Bayramla aralarında bölüşdürmüşlər. Nazim pulun faizini qaldırdığından faizi ödəyə bilməmiş və bu səbəbdən Nazim maşını Elşaddan geri almışdır. Bundan sonra Elşad həmin reysin qrafikini onun adına sənədləşdirmək üçün 650 manat pulu ona və Bayrama vermiş, lakin Bayram bu sənədləşdirməni gecikdirmişdir və yerinə yetirməmişdir. Bundan sonra Elşad ona verdikləri Zaqatala-Qaracıl-Qaybalı reysini istifadə etmək üçün həmi n reys üzrə işləyən Sərxana verilməsi üçün Bayrama 1000 manat pul vermiş, lakin həmin reysi İddiaçı sonradan onlara geri qaytardığından həmin 1000 manat pulu Sərxana verməmiş və öz aralarında bölüb banka kredit ödənişi etmişlər.
18. Kollegiya hesab edib ki, iddiaçı tərəfindən iddia olunan münasibətlərin ümumilikdə mövcud olduğu Cavabdeh1 tərəfindən, birbaşa olaraq iddiaçı tərəfindən verildiyi iddia edilən pulların həqiqətən Cavabdeh1 və Cavabdeh2 tərəfindən alındığı da Cavabdeh2 tərəfindən etiraf edilmişdir. O cümlədən, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 da məhkəmə kollegiyasının iclaslarında iddiaçının iddialarının və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilənlərin həqiqətə uyğun olduğunu bildirmişdir.
19. Cavabdeh2 apellyasiya şikayətində göstərdiklə rinə əsasən məhkəmə kollegiyası tərəfindən Zaqatala RPŞ-yə sorğu verilməklə göstərilən 04 iyun 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul olunduğu araşdırma materialının məhkəməyə təqdim olunması xahiş edilmiş, sonucunun 3 dekabr 2024-cü il tarixli məktubu ilə materialın saxlanma müddəti bitdiyinə görə həmin materialın və qəbul edilmiş qərarın surətinin göndərilməsi mümkün olmamışdır.
20. Məhkəmə kollegiyası qeyd edib ki, apellyatorun göstərdikləri öz təsdiqini tapmamışdır və qətnamənin ləğvi üçün əsaslar mövcud deyildir.
21. Göründüyü kimi, hazırki iş üzrə cavabdehlər Mülki Məcəllənin 1092-ci maddəsinin tələbi baxımından hüquqi əsas olmadan İddiaçı hesabına əmlak əldə etməklə əsassız varlanmışlar.
22. Kollegiya onu da qeyd edib ki, cavabdehlərə ilkin olaraq verilmiş 5000 manatı üçüncü şəxs X4 vermiş olsa da, həmin pulu daha sonra İddiaçı sonuncuya ödəməklə cavabdehlərdən həmin pulu tələb etmə hüququ da iddiaçıya keçmişdir.
23. Belə ki, cavabdehlərlə ilkin olaraq razılığa gəlmiş X4 Mülki Məcəllənin 193-194cü maddələrinin tələbi baxımından həmin razılıq üzrə hüquqlarını cavabdehlərə də məlumat verməklə İddiaçı keçirmişdir.
24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 193.1, 194.1, 194.2, 1091.1, 1092.1, 1093.1, 1096.1, 1096.2, 1097.1, 1115, MPM-nin 14.2, 77.1, 88, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamə sinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh2 Apelyasiya Məhkəməsində izahat verərkən İddiaçı pul almağı barədə izahat verməmişdir. Belə bir izahatın polis şöbəsinə verməyi ilə bağlı ifadə verməmişdir. Məhkəmə isə bu fakta əhəmiyyət verməyərək yalan olaraq qətnamədə qeyd etmişdir ki, guya o, Apelyasiya Məhkəməsində iddiaçıdan pul almağına dair polis şöbəsinə izahat verməyi barədə bildirmişdir. Bir daha qeyd edir ki, o, İddiaçı pul almamış, ona pul verməmişdir. İddiaçı bütün pulları Cavabdeh1 vermiş və həmin pulları o, Cavabdeh1 də tələb edir.
27. Apelyasiya məhkəməsindən xahiş etmişdir ki, Zaqatala rayon Polis Şöbəsindən işlə əlaqədar aparılmış materialı tələb ets in. Apelyasiya Məhkəməsi həmin materialı polis şöbəsindən tələb etməyinə baxmayaraq, polis şöbəsi materialı məhkəməyə təqdim etməmişdir. Eyni zamanda onun pulun alınmasına dair hər hansı bir izahatı olmadığı halda məhkəmə qeyd etmişdir ki, polis şöbəsindən verilmiş xx.xx.2016-cı il tarixli qərara əsasən guya onun pul almağı sübuta yetirilir. Məhkəmənin diqqətinə çatdırır ki, Zaqatala rayon Polis Şöbəsinin xx.xx.2016-cı il tarixli qərarında onun izahatına dair yazılmış yazılar əsassızdır. Həmin qərar iş üzrə sübut kimi qəbul oluna bilməz.
28. Bundan başqa, Apelyasiya Məhkəməsində araşdırma zamanı müəyyən olundu ki, Cuma Əhmədov verdiyi 5000 manat pulu ona deyil, Cavabdeh1 vermişdir. Cavabdeh1 isə həmin pulu, yəni 5000 manatı götürərək sərnişin daşıma xəttinin İddiaçı adına yazılması məqsədi ilə "xxxx" ASC-nin Zaqatala rayon filialı vasitəsi ilə Şəkidə yerləşən Departament rəisi Aqil adlı şəxsə 2014-cü ilin iyun-iyul aylarında göndərmişdir. Şəki Apellyasiya Məhkəməsi "xxxx" ASC-yə sorğu göndərərək Cuma Əhmədovun verdiyi 5000 manat pulun Cavabdeh1 tərəfindən Departamentin rəisi Aqil adlı şəxsə bank vasitəsi ilə göndərilməsini sübuta yetirə bilərdi. Lakin Apelyasiya Məhkəməsi həqiqəti əldə etmək üçün bunu etmədi.
29. Bundan başqa, Apelyasiya məhkəməsi Zaqatala rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş cinayət işinin başlanmasının rədd olunmasına dair qərarı qəbul edən Polis Şöbəsinin əməkdaşını məhkəməyə dəvət edərək bu məsələni tam aydınlaşdıra bilərdi. Lakin Apelyasiya Məhkəməsi yenə də onun dediklərini arydınlaşdırmaq üçün kifayət qədər araşdırma aparmadı. b) Kassasiya şi kayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya b axışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
34. Maddə 157.2 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edə bilər.
35. Maddə 193.1 Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir.
36. Maddə 194.1 Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, h əmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.
37. Maddə 194.2 Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
38. Maddə 1091.1 əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
39. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
40. Maddə 1093.1 Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə y etirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
41. Maddə 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
42. Maddə 1096.2 delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
43. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məc əlləsi
44. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycan a qarşı” işi üzrə).
53. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi i lə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
54. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
55. Kassatorun Apelyasiya Məhkəməsində izahat verərkən, polis şəbəsində iddiaçıdan pul almağı barədə izahat verməməsi barədə dəlili əsassızdır. Belə ki, mülki prosessual qanunvericilik tərəfləri şifahi izahatlarının təhrif olunmasından qorumaq üçün xüsusi institut – protokola dair qeydlər vermək imkanı nəzərdə tutmuşdur. Protokolda əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs MPM-in 273-cü maddəsinə əsasən onda yol verilmiş yanlış lıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilər. Qanunvericilk nəzərdə tutur ki, protokolu imzalamış hakim qeydlərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməlidir. Sonuncu qaydanı müəyyən etməkdə qanunvericinin məqsədi, işə baxan yuxarı instansiya məhkəməsinə hər bir halda qeydlər barədə məlumatlı olmaq və işdə iştirak edən şəxsin birinci instansiya məhkəməsində verdiyi şifahi izahata hüquqi qiymət vermək imkanını təqdim etməkdir. Lakin iş materiallarından görünür ki, apelyasiya instansiya məhkəməsində işə baxılarkən cavabdeh məhkəmə iclasının protokoluna dair qeydlər verməmişdir.
56. Bundan başqa, məhkəmə iclasının audio-video yazısıbdan görünür ki, kassator xx.xx.2024-cü il tarixdə verdiyi izahatında (audio-video yazının 7:28-8:02-ci hissə lərində) bildirmişdir ki, iddiaçının şikayəti ilə bağlı Zaqatala RPŞ-də araşdırma aparılarkən o da müstəntiqə izahat vermiş və həmin izahatda mikroavtobusu və reysi satmaq üçün İddiaçı və Cuma Əhmədovdan cəmi 16150 manat pulu Cavabdeh1 ilə birlikdə almışdır.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tər əfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-119/2025 nömrəli iş üzrə 15 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.