Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1503/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 və onların vəkili X1, Digər Cavabdeh4 vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı pul tələbi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5772/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən birgə verilmiş kassasiya şikayətləri üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı mülkiyyətində olmuş Abşeron rayonu, Fatmayı kəndində 0.12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 6 otaqlı fərdi yaşayış evi xx.xx.2015-ci il alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Möhübəddin oğluna satılmış və ev sonuncunun adına daşınmaz əmlakın dövlət reyestr xidmətində dövlət qeydiyyatına a lınmışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(012)-2800/2017 saylı qətnaməsi ilə İddiaçı, X10 və Cavabdeh1 Cavabdeh2 Möhübəddin oğluna qarşı alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, pulun qaytarılması müqabilində evin sahibinin mülkiyyətinə qaytarılması barədə ilk iddiasının təmin edilməməsi, Cavabdeh2 Möhübəddin oğlunun İddiaçı, X10 və Cavabdeh1 qarşı mülkiyyət hüququnun bərpa edilməsi və evin təhvil verilməsi barədə qarşılıqlı iddiasının təmin edilərək Cavabdeh2 Möhübəddin oğlunun mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində 0.12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 6 otaqlı fərdi yaşayış evinə mülkiyyət hüququnun bərpa edilməsi, həmin evin mülkiyyətçiyə təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(105)-3920/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2800/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cəfərov Orxan Cəfər oğlunun cavabdehlər İbrahimov Rəhman Möhübbətdin oğlu, Cavabdeh3 və Cavabdeh1 qarşı Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,12 ha tor paq sahəsinin və həmin torpaq sahəsində yerləşən 6 otaqlı, 318 kvadrat metr sahəsi olan fərdi yaşayış evinin xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən evin dəyəri olan 135000 ABŞ dollarının 100000 manatının (50000 ABŞ dollarının) cavabdehlər Cavabdeh3 və Cavabdeh1, qalan 85000 ABŞ dollarının isə Cavabdeh2 tutularaq ona qaytarılması, əks təqdirdə onun mülkiyyət hüququnun bərpa edilməsi barədə iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 100000 ABŞ dolları, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada "Toyota Camry" markalı **-HM-*** dövlət qeydiyy at nişanlı avtomobilin dəyəri olaraq 35000 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq ona verilməsi, cavabdehlərdən ona dəymiş 100000 manat məbləğində mənəvi zərərin əvəzinin müştərək qaydada onun xeyrinə tutulması və cavabdehlər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən ümumi sahəsi 318 kvadrat metr olan 6 otaqlı fərdi yaşayış evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Onun həmin əmlaka dair sərəncam vermək hüququ X6 etibarnamə əsasında etibar edilmişdir. X10 ilə cavabdehlər Cavabdeh1 və onun qohumu Cavabdeh3 uzun illər ərzində dostluq etmiş, aralarında qarşılıqlı ina m və etibar yaranmışdır. Cavabdeh1 bizneslə məşğul olur. Biznesinin inkişafı üçün ona 2015-ci ilin dekabr ayında borc pul lazım olmuşdur. Borc götürmək üçün Möhübbəddin İbrahimova müraciət etmiş, borcverən ondan təminat kimi ipotekaya qoymağa əmlak verməyi istəmişdir. Bu barədə o və Cavabdeh3 dostu Orxan Cəfərova müraciət etmiş, sonuncu dostlarına etibarı nəticəsində evin borca təminat olaraq verilməsinə razı olmuşdur. Möhübbəddin İbrahimov evin sənədləri əsasında Cavabdeh1 borc verməyə razı olduğunu bildirmişdir. Evə baxış keçirildikdən sonra öz aralarında evə 135000 ABŞ dolları dəyərində qiymət qoymuşlar. Halbuki, evin dəyəri reallığı əks etdirmir. Möhübbəddin İbrahimov təminat kimi qoyulması müqabilində 100000 ABŞ dolları pul və 35000 ABŞ dolları dəyərində “Toyota Camry” markalı avtomob il vermişdir. Onunla Cavabdeh2 arasında xx.xx.2015-ci ildə Abşeron rayonu, 1 saylı Notariat kontorunda evin satılmasına dair alğı-satqı müqaviləsi bağlanmışdır. Evin reallıqda dəyəri 400000 manatdan artıq olsa da, borca təminat verildiyindən formal az qiymət göstərilmişdir. Bu barədə nümayəndə ona məlumat vermiş, o da borca təminat verilməsinə, lakin borc ödənildikdən sonra evin geri qaytarılmasına razılıq vermişdir. Alğı-satqı müqaviləsi bağlandıqdan sonra ödənilən 100000 ABŞ dolları valyuta dəyişmə məntəqəsində 105000 manata dəyişdirilmiş, həmin ödənilən pulun 5000 manatını əvvəlcə Cavabdeh3 götürmüş, 100000 manatını da Orxan Cəfərov bank depozitindən götürdükdən sonra Cavabdeh3 vermişdir. Evin dəyəri üçün 35000 ABŞ dolları dəyərində “Toyota Camry” markalı **-HM*** dövlət qeydiyyatlı avt omobil isə evin alğı-satqısının səhərisi günü, yəni xx.xx.2015-ci il tarixində Cavabdeh4 mülkiyyətinə verilmişdir. Bu minvalla alğı-satqı müqaviləsindən sonra ödənilən pulların heç biri nə ona, nə də onu təmsil edən Orxan Cəfərova çatdırılmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Tural Məmmədov) 2(010)220/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Birinci instansiya məhkəməsi MPM-in 82.3-cü maddəsinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, hazırkı işdə preyudisiallıq prinsipi baxımından yuxarıda qeyd edilən məhkəmə qətnamələri nəzərə alınmalıdır. Belə ki, həmin qətnamələrlə tərəflər arasında bağlanılmış alğı-satqı müqaviləsi etibarlı hesab edilmiş, həmçinin yaranmış müqavilə münasib ətləri çərçivəsində iddiaçı tərəfin cavabdeh tərəfdən pul tələbi əsassız hesab edilmişdir. Ona görə də, hazırkı işdə iddiaçı tərəfin cavabdeh tərəfdən müqavilə münasibətlərindən yaranan əsaslarla həm daşınmaz əmlakla bağlı, həm də avtomobillə bağlı yenidən pul tələb etməsi əsaslı hesab edilə bilməz. Çünki, işə daha əvvəl baxan məhkəmələr tərəfindən bu məsələlərə qiymət verilmiş və tərəflər arasında müqavilə etibarlı hesab edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Dəmirov Azər Musa oğlu və Abbasov Müşviq Elman oğlundan müştərək qaydada 135000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü azərbaycan manatın məzənnəsinə uyğun olaraq tutulub İddiaçı verilməsi qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Ona görə də qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəmə sinin xx xxxx 2017-ci il tarixli 2(012)-2800/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş faktlar hazırki iş üzrə İddiaçı üçün məcburi olsa da, Xətai Rayon Məhkəməsində baxılmış işdə o, iştirak etmədiyindən, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi hazırki işdə preyudisial əhəmiyyətə malik deyildir. Birinci işdə isə həmin iş üzrə tərəflər arasında borc yox, alğı-satqı münasibətlərinin baş verməsi müəyyən olunmuşdur. Odur ki, hazırki iş üzrə preyudisiallıq prinsipi baxımından yuxarıda qeyd edilən məhkəmə qətnamələri nəzərə alınaraq iddianın rədd edilməsi barədə məhkəmənin qənaəti düzgün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinə qiymət verərək qeyd etmişdir ki, iddiaçının tələbi qismən əsaslıdır. Belə ki, müəyyən edilmişdir ki, satıcı İddiaçı adından çıxış edən X10 ilə alıcı Cavabdeh2 arasında alğı-satqı müqaviləsi bağlanmış, Abşeron rayonu, Fatmayı kəndində 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 6 otaqlı fərdi yaşayış evi 100000 manat məbləğində pula alıcıya satılmış, İbrahim Rəhman Möhübbəddin oğlu tərəfindən 100000 manat X6 təqdim edilməsi üçün notariusun bank hesabına köçürülmüşdür. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, həmin məhkəmə baxışında Cavabdeh2 nümayəndəsi bildirmişdir ki, “... evin qiymətini 135000 ABŞ dollarına razılaşmışlar ki, alınan evə görə 100000 ABŞ dolları məbləğində pul və 35000 ABŞ dolları dəyərində “Toyota Camry” markalı avtomobil verilsin. Alğı-satqı notariat kontorunda Azərbaycan manatı ilə aparılmalı olduğuna görə həmin vaxt Azərbaycan manatına ehtiyac olmuş, Möh übbəddin İbrahimov 100000 ABŞ dolları məbləğində pulu valyutadəyişmə məntəqəsində manata dəyişərək 105000 manat pul almış, həmin puldan Cavabdeh3 5000 manatı özünə götürmüşdür. Qalan 100000 manat pul notariusun depozit hesabı vasitəsilə xx.xx.2015-ci il tarixdə Orxan Cəfərovun adına keçirilmişdir. Bundan əlavə razılaşdıqları kimi “Toyota Camry” markalı avtomobil Cavabdeh3 tanışının adına rəsmişləşdirilmişdir....” Həmçinin həmin məhkəmə iclasında şahid qismində dəvət edilmiş X7 bildirmişdir ki, “...Evin 135000 ABŞ dollarına alğı-satqısı barədə razılaşdıqdan sonra Möhübbəddin İbrahimov 100000 ABŞ dolları məbləğində pulu 105000 manata çevirmiş, həmin pulun 5000 manat hissəsini Müşfiq adlı şəxs götürmüşdür. Qalan 100000 manat pu alğı-satqı üçün notariusun bankda olan hesabında Orxan adlı şəxsi n hesabına keçirilmişdir. “Toyota Camry” markalı avtomaşını isə real dəyərindən 7000 ABŞ dolları az qiymətə, yəni 35000 ABŞ dolları məbləğində pula Müşfiq adlı şəxsə satmışdır. Cavabdeh3 maşını öz adına rəsmiləşdirmək istəsə də, prokurorluq işçisi olduğuna görə sonra fikrini dəyişmiş və həmin avtomobilin qohumu Cavabdeh4 adına rəsmişləşdirilməsini Cavabdeh2 xahiş etmişdir. Buna görə də maşın həmin adamın adına rəsmişləşdirilmişdir. Beləliklə, avtomaşından əlavə evin alınmasına görə Möhübbəddin İbrahimov 105000 manat pul vermiş, 5000 manatı Cavabdeh3 götürmüş, qalan 100000 manat pulu Orxan Cəfərov bank hesabından götürərək Cavabdeh3 vermişdir.” Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3920/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli məhkəmə iclas protokolundan çıxarışda n görünür ki, şahid qismində ifadəsi alınmış Cavabdeh3 göstərmişdir ki, “Dostum Azərə pul lazım idi, mən isə bilirdim ki, mərhum İbrahim Möhübbəddin sələmə pul verir. Bununla bağlı Möhübbəddinlə görüşmüş, görüş zamanı mərhum bizə maşınını satmaq istədiyini bildirmiş, biz isə maşına deyil, pula ehtiyacımızın olduğunu bildirmişik. Belə olan halda İbrahim Möhübbəddin təminat kimi bizə evə dair alğı-satqı bağlanmasını təklif etmiş və borclarını ödəyib qurtarandan sonra müqaviləni ləğv edəcəyini bildirmişdir. Mərhumu sözünün üstündə duran kimi tanındığı üçün ona etibar edərək müqaviləni bağlamağa razı olmuşduq. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, banklar pul vermirdi, pul Azərə lazım idi, pulu çevirmə olmayıb, elə 100000 manat pul olub, Orxan 100000 manatı verdi mənə, mən də ve rdim Azərə”. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3920/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, Cavabdeh1 izahatında göstərmişdir ki, “… Mən biznes fəaliyyəti məşğul olduğum üçün mənə yüksək məbləğdə pul lazım idi, bununla bağlı banklara müraciət etsəm də, bankdan pul götürə bilməmişdim. Ona görə də dostdan tanışdan sələmə pul axtarırdım. Bu zamana tanışlıqla mərhum İbrahimov Möhübbəddinlə tanış oldum. Hazırki mübahisəli evə dair formal alğı-satqı bağlanması şərtini və hər ay faizlə pul verilməsini mərhum İbrahimov Möhübbəddin irəli sürmüşdür və mənə də təcili pul lazım olduğu üçün məcbur razılaşdım. Lakin mərhum İbrahimov Möhübbəddin güvəniləcək bir insan olduğu üçün onun sözünə etibar edərək formal alğı-satqı bağladım. Mərhum bu gün həyatda olsa idi bunların heç biri baş verməzdi. O, çox güvənilən insan idi. Onun ölümündən sonra qardaşı və oğlu istifadə edib mübahisəli evə dair çıxarış almışlar…” Suallara cavab olaraq isə: “ Evin faktiki sahibi Orxandır; ev Faiqin adınadır; notariusda iştirak etmişdim; alğı-satqı olmuşdur; 135000 manat məbləğdən söhbət getmiş, 35000 manatlıq maşın verilmiş, 100000 manatı da götürdük; Orxan götürdü, bizə çatdırdır.” (i.v.11). Hazırki iş üzrə xx.xx.2019-cu il tarixli məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, “İddianı qəbul etmirəm. Burada əsas məsələlər Orxan və Müşfiqin arasında olub. Bizim heç birimizin məsələyə aidiyyəti yoxdur. Müşfiq mənim əmim qızının oğludur. Belə ki, təxminən 20152016-cı ilin dekabr ayı idi və Müşfiq maşını olmadığı üçün onu aparmağı xahiş etmişdir. Məsələ ondadır ki, ev girov qoyulub, əvəzində pul götürülməli idi. Borc verən Möhübbəddin kişi də artıq rəhmətə gedib. Ev isə Orxanın atasına məxsus olub. Mən hətta bu məsələ ilə bağlı Sumqayıt məhkəməsi idi, ya da Abşeron Məhkəməsi, dəqiq xatırlamıram, şahid kimi gedib ifadə vermişəm. Mən sadəcə olaraq Müşfiq və Orxanın yanında olmuşam. Məsələ o olub ki, ev girov qoyulub və 100000 manat pul verilib. Mən də ifadəmdə demişəm ki, Orxan pulu götürüb, bizə verib, yəni Müşfiqə. Onlar məni tanımır ki, 100.000 manatı heç nədən mənə versinlər. Əslində pul dollarla verilməli idi, lakin manatla verilib. Məni də ona görə şahid qismində çağırmışdılar ki, pulun dollarla verilmədiyini təsdiq edim. …Nə mənim, nə də Salehin bu məsələ ilə əlaqəmiz yoxdur. Mən sadəcə pulun verilməsinə şahid əm, Salehin isə adına maşın keçirilib...” Suallara cavab olaraq isə: “Bəli, 45 ilin söhbətidir ola bilsin ki, ərizəni mən yazmışam; xeyr, onlar nə məni, nədəki Salehi tanımırlar; bilmirəm, Orxan və Müşfiqin arasında olan məsələdir; Möhübbəddin kişinin qardaşı İsmayıl var, onlar da bununla bağlı məni çağırdılar, Gənclik tərəfdə oturub söhbət elədik, ərizəni ola bilsin ki, həmin zaman yazmışam; mənlik başqa bir şey yoxdur; xeyr, Müşfiq mənə pul verməyib, onlar məni tanımırlar, mənə nəyə görə pul versinlər. Çağırın Müşfiqi gəlib burada etiraf eləsin; maşın məsələsindən xəbərim yoxdur və s.” (i.v.142). Həmin məhkəmə iclas protokolundan həmçinin görünür ki, İddiaçı vəkili-nümayəndəsinin sualına cavab olaraq Cavabdeh2 vəkili-nümayəndəsi göstərmişdir ki, pulun çatmayan hissəsinin əvəzinə 35000 AB Ş dolları Orxanın razılığı ilə maşın verilib, Müşfiq, Bakı qeydiyyatı olmadığına görə, Salehdən xahiş edib və o da vəsiqəsini vermişdir. Bundan sonra isə avtomobil Salehin adına rəsmiləşdirilmişdir (iş.v.144). Cavabdeh1 əlyazma şəklində yazılaraq Abşeron rayon Xırdalan şəhəri 1 nömrəli Notariat kontoruna ünvanlandığı xx.xx.2017-ci il tarixli ərizəsində göstərmişdir ki, “O, X10 ilə notarial qaydasında müqavilə bağlayıb etibarnamə ilə onun öhdəsində olan Mehdiabad qəsəbəsində yerləşən həyət evini Rəhman adlı şəxsdən 100000 manat borc götürərək onun evini girov qoymuşuq, ancaq formal olaraq alğı-satqı kimi rəsmiləşdirmişik. Rəhmana mən həmin 100000 manatı ödədikdən sonra Orxana həmin evinin sənədlərini qaytaracağıma söz vermişdim. Faktiki olaraq Orxan həmin evi Rəhmana satmayıb, Rəhmandan göt ürdüyüm borcun əvəzinə rəsmiləşdirilmişdir. Ona görə də xahiş edirəm Orxanın evinin alğı-satqı sənədlərini etibarsız hesab edəsiniz, Rəhmanın isə pulunu, yəni borc götürdüyüm pulu qaytarmağı öhdəmə götürürəm.” Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qüvvədə olan Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(012)-2800/2017 saylı qətnaməsi və işin araşdırılan halları ilə müəyyən edilir ki, İddiaçılə Cavabdeh2 arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Evin satılmasında məqsəd cavabdehlər Cavabdeh1la Cavabdeh3 pula olan ehtiyaclarını ödəmək üçün satışdan əldə olunan vəsaitin onlara borc verilməsi olmuşdur. Tərəflər evin qiymətini 135000 ABŞ dollarına razılaşmış, həmin vəsaitin 100000 ABŞ dolları pul, 35000 ABŞ dolları isə avtomobil şəklində verilmişdir. 100000 ABŞ dol ları alğı-satqıdan bilavasitə öncə azərbaycan manatına konvertasiya edilərək 100000 manatı notariusun depozit hesabına qoyulmuş, 5.000 manatını isə Cavabdeh3 götürmüşdür. Alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsində satıcının nümayəndəsi kimi çıxış etmiş Orxan Cəfərov 100000 manatı notariusun depozit hesabından çıxardaraq dərhal Cavabdeh1la M.Abassova vermişdir. Eləcə də 35000 ABŞ dollarının əvəzində verilən avtomobil Cavabdeh3 tapşırığı ilə formal olaraq qohumu Cavabdeh4 adına rəsmiləşsə də, avtomobil faktik olaraq Cavabdeh3 istifadəsinə və sahibliyinə keçmiş və sonuncu cəmi 1 aydan sonra həmin avtomobili sataraq pulunu şəxsi ehtiyaclarına sərf etmişdir (i.v.50 - DİN BDYPİ-dən verilmiş kompüter çıxarışı). Məhkəmə hesab etmişdir ki, xx.xx.2015-ci il tarixdə iddiaçıya məxsus yaşayış evin in alğısatqı müqaviləsi rəsmiləşdirildikdən dərhal sonra həmin evin dəyəri olaraq ödənilmiş 135000 ABŞ dolları məbləğində vəsait (pul və avtomobil) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 borca verilməklə iddiaçı ilə həmin cavabdehlər arasında həmin məbləğə dair borc müqaviləsi bağlanmışdır. Ona görə də hazırki iddia tələbinn qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi çıxış edir. Belə ki, həmin normaya əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən lərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülkiyyətçi İddiaçı adından çıxış edən Orxan Cəfərovun alğı-satqını həyata keçirməkdə məqsədi təmsil etdiyi şəxsin iradəsinə uyğun olaraq əldə etdiyi vəsaiti Cavabdeh1 və Cavabdeh3 borc vermək olmuşdur. Həqiqətən də görünür ki, həmin pul məbləği onlara verilmişdir. Tərəflər arasında borc münasibətləri olmuş, iddiaçı pulu Cavabdeh3 və Cavabdeh1 borc vermiş, həmçinin 35000 ABŞ dolları dəyərində avtomobil verilmiş, lakin Cavabdeh3 və Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, alınan 135000 ABŞ dolları məbləğində pulu geri qaytarmamışlar. İddianın mənəvi zərər hissəsinə dair apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hissədə iddia tələbi əsassızdır, belə ki, vurulmuş mənəvi ziyanın ödənilməsini təmin etmək üçün iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, bu zaman zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi və qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması kimi şərtlər mövcud olmalıdır. Bu hallar isə müəyyən edilməmişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada (“Toyota Camry” maraklı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olaraq) 35000 ABŞ dolları pul vəsaitinin tutulub iddiaçıya verilməsi və 1000 00 manat mənəvi zərərin rədd olunması hissədə ləğv edilməsini və cavabdehlər Cavabdeh2 Möhübbədin oğlu və Cavabdeh4 müştərək qaydada Toyota Camry” maraklı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 35000 ABŞ dolları pul vəsaitinin alınaraq iddiaçıya verilməsi, cavabdehlərdən ona dəymiş 100000 manat məbləğində mənəvi zərərin əvəzinin müştərək qaydada onun xeyrinə tutulması və cavabdehlər barəsində xüsusi qərardad çıxarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə cavabdehlər Cavabdeh2 Möhübbədin oğlu və Cavabdeh4 münasibətdə iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlməmiş, tərəflər arasında olan münasibətlərin bor c münasibətləri olmasını əsaslandırmışdır. Lakin onlar arasında olan münasibətlər borc deyil, 400000 manat məbləğində pulun cavabdehlər tərəfindən mənimslənilməsidir. Məhkəmə mənəvi ziyanın tutulması hissədə də iddia tələbini rədd etməkdə maddi hüquq normasının tələlərini pozmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (vəkil X5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi işə Cavabdeh3 iştirakı olmadan baxmışdır. İş materallarından görünür ki, İddiaçı tərəfindən iddia qaldırılarkən təqdim olunmuş MAPS arayışında Cavabdeh3 hüquqi ünvanı ünvan 2 O, doğrudan da Tovuz rayonunun Əyyublu kəndində qeydiyyatdadır və orda da yaşayır. Lakin buna baxmayaq Suraxanı Rayon Məhkəməsinini qətnaməsindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində mahiyyəti üzrə baxılarkən ona ünvanlanmış bütün bildirişlər ünvan 4anov rayonu, Ceyhun Hacıbəyli küşəsi 40, mənzil 112-yə göndərilmişdir. O, qeyd olunan ünvanda ümumiyyətlə yaşamamış, bu ünvanın kim tərəfindən və haradan götürülməsini də bilmir. İş materallarndan görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən həmin ünvana 4 (dörd) dəfə bildiriş göndərilmiş və hər dəfə də həmin bildirişlər orda yaşamamağı səbəbindən geri göndərilmişdir. Digər Cavabdeh1 isə cəzaçəkmə müəssisəsində olduğuna görə onunla da heç bir əlaqəsi olmamış və apellyasiya məhkəməsində işə baxılmasından ümumiyyətlə xəbəri olmamışdır. Bundan başqa məhkəmə işə baxarkən maddi hüquq normalarının tələblərini də pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı və vəkili cavabdehlərin kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində göstərilənlər əsassızdır. Məhkəmə bildirişləri cavabdehə çatıdırılmışdır. Həmçinin Cavabdeh3 ərazi aidiyyatını da mübahisələndirmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehlərin kassasiya şikayətini əsasszı hesab edərək təmin edilməməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 və onların vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının kassasiya şikayətini isə əsassız hesab edərək rədd edilməsini xahiş etdilər. Digər Cavabdeh4 vəkili X8 hər iki kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər Cavabdeh2 gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun ştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 82.3- cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Maddə 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 418.4 və 418.4.5 işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydad a xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il Qərarı: “....yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsin in şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il Qərarı: “...Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, iddiaçı verdiyi kassasiya şikayətində iddia tələbinin digər cavabdehlərə qarşı rədd edilməsi h issədə, həmçinin iddia tələbinin rədd edilən mənəvi ziyanın tutulması hissədə mübahisələndirir. Cavabdehlər isə kassasiya şikayətində iddia tələbinin təmin edilən hissəsini mübahisələndirir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı kassasiya şikayəti təmin edilməməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin cavabdehlər Cavabdeh4 və Cavabdeh2 aid hissədə, eyni zamanda iddia tələbinin mənəvi ziyanın tutulmasının rədd edilməsi barədə iş üzrə düzgün nəticəyə gəlmiş, qeyd edilən hissələrdə qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmuşdur. İddiaçının kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, iddiaçı 100000 ABŞ dolları məbləğində pulun tutulmasını cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tələb etsə də, avtomobilin Cavabdeh4 adına rəsmiləşdirilməsi səbəbindən onun dəyərinin – 35000 ABŞ dollarının Cavabdeh4 və avtomobili sonuncuya verdiyinə görə Cavabdeh2 tutulmasını tələb etmişdir. Lakin, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşayış evinin alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh4 orada olmamış, heç bir danışıqda iştirak etməmiş, o cümlədən tərəflərin borc münasibətlərinn iştirakçısı olmamış və avtomobilin adına rəsmiləşdirilməsi yalnız qohum kimi Cavabdeh3 xahişi ilə baş vermişdir. Artıq qeyd olunduğu kimi, avtomobil Cavabdeh3 tapşırığı ilə formal olaraq Cavabdeh4 adına rəsmiləşsə də, avtomobil faktik olaraq Cavabdeh3 istifadəsinə və sahibliyinə keçmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı iddia tələbində Cavabdeh1 və Cavabdeh3 xeyrinə 100000 ABŞ dolları məbləği ndə pulun tutulmasını tələb etdiyi halda həmin məbləğin 135000 ABŞ dolları olaraq müəyyənləşdirilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir, çünkü İddiaçı həmin məbləği müəyyənləşdirərkən avtomobilin Cavabdeh4 adına rəsmiləşdirilməsini nəzərə almışdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür və İddiaçı iddia tələbinin predmeti mahiyyət etibarilə məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh3 verdiyi 135000 ABŞ dolları məbləğində borcun qaytarılması barədə olmaqla, bu hüququn həcmi (miqdarı, ölçüsü və kimdən tutulmalı olması) bilavasitə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlm işdir ki, iddia tələbi cavabdehlər Cavabdeh4 və Cavabdeh2 münasibətdə rədd edilməlidir. İddianın mənəvi zərər hissəsinə dair apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vurulmuş mənəvi ziyanın ödənilməsini təmin etmək üçün iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, bu zaman zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi və qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması kimi şərtlər mövcud olmalıdır. Bu hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İdddiaçının kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası cavabdehlərin birgə verdiyi kassasiya şikayətini əsaslı hesab edir. Belə ki, işdən göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Cavabdeh3 rəsmi qeydiyyat ünvanı kimi ünvan 4anov rayonu, C.Hacıbəyli küçəsi, ev 40, mənzil 112 ünvanını göstərmişdir. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh3 məhkəməyə şəxsiyyət vəsiqəsinin surətini təqdim etmiş və Tovuz rayonu, Əyyublu kəndində yaşamasını və həmin ünvanda pasport qeydiyyatında olmasını qeyd edərək işin ərazi aidiyyatı üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, lakin məhkəmə vəsatəti rədd etmişdir. Vəsatətin rədd edilməsi əsası kimi məhkəmə digər Cavabdeh1 qeydiyyat ünvanının Suraxanı rayonu ərazisində olmasını və bu səbəbdən də iddia ərizəsinin iddiaçının seçiminə görə, cavabdehlərdən Cavabdeh1 rəsmi qeydiyyat ünvanı kimi Suraxanı Rayon Məhkəməsinə verildiyindən aiddiyat qaydal arının pozulmamasını qeyd edilmişdir. Məhkəmə ərazi aidiyyatı barədə vəsatəti rədd etsə də, Cavabdeh3 ünvanının dəyişməsi barədə məhkəməyə məlumat verdiyindən birinci instansiya məhkəməsi həmin cavadehlə bağlı bütün məhkəmə bildirişləri Tovuz rayonu, Əyyublu kəndinə göndərilmişdir. Belə ki, MPM-in 146-cı maddəsinə görə, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Cavabdeh3 məhkəməyə ünvanının dəyişdirilməsi barədə məlumat verməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin cavabdehlə bağlı məhkəmə bildirişlərini iddia ərizəsində göstərilən ünvana, yəni ünvan 4anov rayonu, C.Hacıbəyli küçəsi, ev 40, mənzil 112 ünvana göndərmişdir. Lakin bildirişlərə əlavə edilmiş poşt xəbərnamələrindən görünür ki, həmin bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytımışdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş Cavabdeh3 iştirakı olmadan işə baxmışdır ki, bu da qətnamənin kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə görə apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 134.1 və 134.1.4 maddələrinə görə məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildiri şini rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onla rın razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 185.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxir ə salınır. Həmin Məcəllənin 418.4 və 418.4.5-ci maddələrinə görə işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Həmin Məcəllənin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tə rəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5772/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissələrdə, yəni iddia tələbinin rədd edilən hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov