Məhkəmə qərarları › İş №2(102)-1509/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1509/2023

03.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1509/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı Kiçik Müəssisəsi MMC-yə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: DƏDRX-in verdiyi çıxarışın etibarsız sayılması, tələbin inzibati icraata aid edilməsi, iş üzrə icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X4 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı-nin Cavabdeh qarşı “xüsusi mülkiyyətdə olan qeyri-yaşayış sahəsindən çıxarılma və ziyanın ödənilməsi” barədə ilk, Cavabdeh İddiaçı-yə qarşı “mülkiyyət hüququnun tanınması və ziyanın ödənilməs i” barədə qarşılıqlı iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1597/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərardadından cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh prosessual hüquq varisləri X1 və Hacıverdiyeva Peykər Sərkar qızının kassasiya şikayətinə 03 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət edərək, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (sahəsi 24 kv.m olan mağazadan) Cavabdeh çıxarılması, Cavabdeh əldən çıxmış fayda olaraq (zərər) 5760 (beş min yeddi yüz altmış) manat pulun və dövlət rüsu mu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh da İddiaçı-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (çıxarışın) sahəsi 24 kv.m olan mağaza hissəsində etibarsız hesab edilməsi, mağaza binasına onun mülkiyyət hüququnun tanınması, İddiaçı-nin ona vurmuş olduğu zərərin əvəzi olaraq 75000 (yetmiş beş min) manat və 30 manat məbləğində dövlət rüsumunun alınıb verilməsi və ilkin iddia üzrə tələblərin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə q əbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(027)-681/2021 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (sahəsi 24 kv.m olan mağazadan) çıxarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. (hakim Vüqar Seyidov) b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

4. İlk iddia üzrə Cavabdeh Şixvəli oğlu apellyasiya şikayəti verərərk qətnamənin ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İlk İddiaçı də apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin olunmamış hissəsində ləğv və iddianın həmin hissədə də təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2971/2021 nömrəli, 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(027)-681/2021 nömrəli dəyişdirilmədən sаxlаnılmışdır. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev, Gülnarə Tağızadə) c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

7. İlk iddia üzrə Cavabdeh Şixvəli oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yen idən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1985/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

9. Ali Məhkəməsinin qarşılıqlı iddianın çıxarışın ləğvi tələbi ilə bağlı hissədə mövqeyi belə olub: - cavabdeh tərəf iddiaçı MMC-nin adına verilmiş Çıxarışın etibarsız hesab olunması, mağazaya mülkiyyət hüququnun tanınması və vurulmuş zərəri tələb edir. Prosessual qanunvericiliyə əsasən prosesdə o şəxs cavabdeh olaraq tanınır ki, iddia tələbi ona qarşı yönəlir və iddiaya cavab verməli şəxs hesab olunur. Əks təqdirdə, prosesə əsl olmayan tərəf kimi cəlb edilmiş şəxs əsl cavabdehlə əvəz olunmalıdır. Hazırkı işdə Çıxarışın etibarsızlığı iddiasının kimə qarşı yönəlməsi, kimin həmin tələbə cavab verməli olması aydınlaşdırılmamışdır: - iddiaçı bildirmişdir ki, Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə şəhərin 29-cu məhəlləsində 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisindən ötrü İddiaçı Kiçik müəssisəsinə ayrılmış, İddiaçı kiçik müəssisəsi 26 iyun 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bundan sonra, müəssisədə tikinti quraşdırma işləri başlanmış Qeydiyyat vəsiqəsinə əsasən Quba şəhəri, 29-cu məhəllədə yerləşən ticarət və ictimai iaşə binaları 15 fevral 2000-ci il tarixdə reyestr kitabında İddiaçı Kiçik Müəssisəsinin adına qeydiyyatdan keçmişdir. Müəssisədə tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul aktı 11 mart 2005-ci il tarixdə təsdiq edilmiş, əmlakın texniki inventarlaşdırma bürosu tərəfindən 16 mart 2006-cı ildə İddiaçı Kiçik Müəssisəsinin texniki pasportu tərtib edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı Kiçik Müəssisəsinə məxsus Quba şəhəri, 29-cu məhəllədə yerləşən ümumi sahəsi 2517,1 kv.m olan Ticarət Yarmarkası xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır; - Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə müəssisəyə ayrılmış torpaq sahəsinə dair İddiaçı X3 X8 dair JN1287 KOD 30300001 JN1287 saylı Dövlət Aktı verilmiş, xx.xx.2014-cü il tarixli Kommersiya hüquqi şəxslərinin Dövl ət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı Kiçik Müəssisəsinin direktoru və qanuni təmsilçisi X6r. Bundan sonra müəssisədə yeni tikinti quraşdırma işləri aparılmış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksi xx.xx.2014-cü il qeydiyyat tarixli İddiaçı Kiçik Müəssisəsinin adına qeydə alınmışdır; - iddiaçının deməsindən belə çıxır ki, Çıxarışın verilməsinə əsas müvafiq icra hakimiyyəti orqanının qərarları olmuşdur. Belə olan təqdirdə Çıxarışın qismən etibarsız hesab olunması tələbinin kimə qarşı yönəlməsi araşdırılmalı və qiymət verilməli idi. Çünki, əslində tələb müvafiq icra ha kimiyyəti orqan tərəfindən Çıxarışın qanunsuz verilməsi barədədir. Cavabdeh hesab edir ki, ona məxsus olan sahəyə iddiaçının adına qanunsuz Çıxarış verilmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

10. İşin təkrar apellyasiya baxışı zamanı Cavabdeh Şixvəli oğlu vəfat etdiyindən, onun oğlu və arvadı prosessual hüquq varisləri kimi tanınmışlar.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1597/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, qarşılıqlı iddiaçı Cavabdeh Şixvəli oğlunun cavabdeh İddiaçı-yə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmad ığından həmin hissədə iş üzrə icraata xitam verilmişdir. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov, İlqar Dəmirov)

12. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, qarşılıqlı iddia tələbi cavabdeh İddiaçı-nin adına verilmiş çıxarışın etibarsız hesab olunması barədədir. Mübahisə predmeti təşkil edən çıxarışın verilməsinə əsas Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərardır. Başqa sözlə, qarşılıqlı iddiaçının tələbi inzibati orqan tərəfindən çıxarışın qanunsuz verilməsi barədədir və qarşılıqlı iddiaçı hesab edir ki, ona məxsus olan sahəyə MMC-nin adına qanunsuz çıxarış verilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı ərizənin inzibati qaydada baxılmasının müəyyənləşdirilməsi üçün birinci instan siya məhkəməsi ilk növbədə mübahisələndirilən hüquq müəyyənedici sənədlərin mülki hüquqi əqdə və yaxud inzibati akt əsasında verilməsini aydınlaşdırmaqla, mübahisənin məhkəmə aidiyyatı məsələsinə hüquqi qiymət verilməli idi.

14. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə İddiaçı-nin adına verilmiş çıxarışın əsasını inzibati akt təşkil etdiyi üçün işə mülki mühakimə icraat qaydasında baxıla bilməz. Buna görə də MPM-in 261.0.1-ci maddəsinə əsasən qarşılıqlı iddia tələbinin çıxarışın etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verməli, qarşılıqlı iddiaçıya çıxarışın mübahisələndirilməsi ilə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüququ izah olunmalıdır.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “İnzibati və mülki hüquq münasibətlərindən irəl i gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı, Mülki Prosessual Məcəllənin 261.0.1, 262.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh prosessual hüquq varisləri X1 və Hacıverdiyeva Peykər Sərkar qızı (vəkil X2) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan Apellyasiya Məhkəməsinin mülki kollegiyası Ali Məhkəmənin qərarında göstərilən tələbləri yerinə yetirməmiş, çıxarışın etibarsız hesab edilməsi hissəsində xitam verilməsi barədə qərardad qəbul etmişdir. İddia tələblərindən birinin başqa məhkəmədə baxı lması əsası ilə həmin hissədə icraata xitam verilməsi MPM-in 31.2-ci maddəsinin tələblərinin pozulmasıdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 261.0.1. Hakim iş üzrə icraata iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə xitam verir. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin f aktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası mə hkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarı Bənd

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Bənd 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasın da yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Bənd 5.1. İnzibati mübahisələr inzibati orqanla fi ziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qayd asında baxılır. Bənd 15.4. İnzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bənd 17. “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi yyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsa sında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Kassasiya baxışının hədləri

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

20. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qərardadının ləğvi xahiş olunur. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.

21. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edi lməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə qarşılıqlı iddia tələbinin qeyd edilən hissəsində düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İş üzrə apellyasiya instansiyası qanuni nəticəyə gəlmişdir.

24. Barəsində şikayət verilən qərardad iş üzrə icraata xitam verilməsi barədədir.

25. İşin müəyyən edilmiş hallarına görə də qarşılıqlı iddia üzrə mübahisə predmeti təşkil edən çıxarışın verilməsinə əsas Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərardır. Başqa sözlə, müəyyən edilib ki, müvafiq qeydiyyat inzibati akt əsasında aparılıb.

26. Məhkəmə kollegiyası iddia tələbinin məhkəmə aidiyyəti ilə bağlı gəlinən nəticəni və tətbiq edilən prosessual hüquq normaları ilə razılaşır. Gəlinən nəticə qanunvericiliyə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarında şərh edilən hüquqi mövqeyə uyğun olub.

27. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərar ının 17-ci bəndinə görə Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.

28. İddia tələblərindən birinin başqa məhkəmədə baxılması əsası ilə həmin hissədə icraata xitam verilməsinin MPM-in 31.2-ci maddəsinin pozulması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edi r ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarının 16-cı bəndinə görə “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

29. Göründüyü kimi, kassasiya şikayətinin dəlili Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarındakı hüquqi mövqe baxımından təkzib edilir.

30. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh prosessual hüquq varisləri X1 və kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1597/2022 nömrəli, 12 oktyabr 2022-ci il tari xli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar