Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-151/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 və vəkili X4 ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1380/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları 1. 06.10.203-cü il tarixində Bakı-Qazax-Yevlax yolunun 270-ci km-də Cavabdeh1 mülkiyyətində olan “Vaz 21154” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 tərəfindən idarə edilərkən, yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də soğortalanmış “Honda CR-V”markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir.
2. Avtomobilə dəymiş 9419.54 manat məbləğində zərər "xxxx" ASC tərəfindən ödənilmişdir.
3. AR DİN BDYPİ-nin YPX Alayının 24.10.2013-cü il tarixli, 016-38100 saylı müvafiq arayışına və BYP 384575 saylı inzibati xəta haqqında protokola əsasən, “Vaz 21154” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. İş üzrə qəbul edilm iş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, 9419.54 (doqquz min dörd yüz on doqquz manat 54 qəpik) məbləğində sığorta ödənişin, 30.40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumunun, cəmi 9449.94 (doqquz min dörd yüz qırx doqquz manat 94 qəpik) məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152-2.3-cü maddəsi ilə təqsirləşdirilməsinə dair inzibati xəta haqqında materiala Ağdaş Rayon Mə hkəməsində baxılmışdır. Həmin məhkəmənin qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152-2.3-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Cavabdeh2 məhkəmə iclasında izahat verərək, “Vaz 21154” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə idarə etdiyini etiraf etmişdir. Bununla məlum olur ki, cavabdeh şəxs Cavabdeh2 "xxxx" ASC tərəfindən sığortalanmış “Honda CR-V” markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Mülki Məcəlləyə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. Həmin məcəlləyə əsasən, fay dalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında-onun verdiyi sığorta ödənişi həcmində keçir.
6. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia müddətinin tətbiqi barədə ərizə göndərərək iddianın rədd edilməsini xahiş etmişdir.
7. Ağdaş Rayon Məhkəməsinin (hakim N.Əliyev) 09 mart 2021-ci il tarixli, 2(014)-341/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, 9419.54 (doqquz min dörd yüz on doqquz manat 54 qəpik) məbləğində sığorta ödənişinin, 30.40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə verilməsi qət edilmişdir.
8. Məhkəmə Mülki Məcəllənin 1096-cı, 1097- ci və 1108-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, 12.11.2013-cü il tarixli, 376 saylı sığorta aktına və 14.11.2013-cü il tarixli 001122 saylı kassa məxaric orderinə əsasən 9419.54 manat məbləğində sığorta ödənişi (650 manat azadolma məbləği çıxılmaqla) sığorta şəhadətnaməsi üzrə sığortalı şəxs olan X2 ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06.10.2013-cü il tarixli, 3/254 saylı Alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokolundan görünür ki, Cavabdeh2 hadisə anında avtomobili idarə edərkən yüngül dərəcədə sərxoş olmuşdur. Məhkəmə həmçinin Mülki Məcəllənin 373.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının tələb hüququ zərər vurmadan irəli gəldiyindən onlara münasibə tdə isə ümumi iddia müddəti 10 il təşkil etdiyindən, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) 08 iyul 2021-ci il tarixli, 2(107)-1380/21 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 09 mart 2021-ci il tаrixli, 2(014)-341/2021 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlillə ri
11. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 04 oktyabr 2013-cü il tarixli sığorta hadisəsindən vaxtında xəbəri olmuşdur və hadisədən bir müddət sonra, yəni 14 noyabr 2013-cü il tarixdə məhz MİB-HO-0071/10 saylı sığorta müqaviləsinə əsasən sığorta ödənişi etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən məlum olur ki, sığorta ödənişi tərəflər arasında bağlanaraq imzalanmış sığorta müqaviləsinə əsasən həyata keçirilmişdir və iddiaçı sığorta ödənişi etdikdən sonra subroqasiya qaydasında mənə qarşı iddia tələbi irəli sürmək hüququndan qanunla müəyyən edilmiş müddətdə, yəni 3 il müddətində istifadə etməmişdir. İddiaçı tərəf iddia tələbində iddia qaldırmaqla əlaqədar idd ia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş və iddia ərizəsində həmin müddətin üzrlü səbəbdən buxarıldığından bərpa edilməsini və ya müddətin uzadılmasını məhkəmədən xahiş etməmişdir. Ona görə də Cavabdeh2 haqlı olaraq iddiaçının ona qarşı “9419.54 manat məbləğində sığorta ödənişinin, 30.40 manat məbləğində dövlət rüsumunun, cəmi 9449.54 manat məbləğində pulun cavabdehlərdən tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında” mülki işə məhkəmədə baxılan zaman "İddia müddətinin tətbiq edilməsinə dair" ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "9419.54 manat məbləğində sığorta ödənişinin, 30.40 manat məbləğində dövlət rüsumunun, cəmi 9449.5 4 manat məbləğində pulun cavabdehlərdən tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında" iddiasının iddia müddətinin keçməsi səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan Ağdaş Rayon Məhkəməsi həmin ərizəyə münasibət bildirməmiş, ərizəni nəzərə almadan iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarmış, işə apellyasiya şikayəti əsasında baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq etməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq tərəflər arasında yaranmış mübahisənin mülki hüquq pozuntusundan- deliktdən irəli gəldiyini, mübahisənin iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə olmadığından hazırki mübahisəyə müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddəti tətbiq edildiyini əsas götürməklə yuxarıda göstərilən maddi hüquq normalarının tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı, kassasiya şikayətinə qarşı etiraz göndərərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC, onun sığortalasının idarə etdiyi avtomobilin, cavabdehin sığortalasına məxsus avtomobil tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi zamanı vurulması nəticəsində dəymiş zərərə ona ödənilmiş sığorta ödənişinin, subroqasiya qaydasında cavabdeh tərəfindən geri qaytarılmasını tələb edir. Cavabdehin vurduğu zərəri ödəmiş iddiaçı subroqasiya hüququndan istifadə edir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi hazırki iş üzrə tərəflər (Cavabdeh2, Cavabdeh1 və "xxxx" ASC) arası nda hər hansı müqavilə olmamış, mövcud mübahisə sığorta müqaviləsindən deyil, vurulmuş zərərin aradan qaldırılmasından yaranmışdır. Bu isə o deməkdir ki, hazırki mübahisəyə ümumi iddia müddəti şamil edilir. Mülki Məcəllənin 373.1,-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. İş materiallarından göründüyü kimi iddiaçının cavabdehə qarşı tələbi hər hansı müqavilə üzrə öhdəliyin icrası ilə əlaqədar deyil cavabdehin törətdiyi mülki-hüquq pozuntusundan, deliktdən irəli gəlir. Belə ki, məhz bu Yol-Nəqliyyat Hadisəsi üzrə dəymiş zərərin əvəzinin ödənilməsi ilə iddianı birbaşa olaraq delikt nəticəsində zərər çəkmiş şəxs qaldırsa idi, məhkəmə hansı müqavilə və ya digər halı əsas gətirib 3 illik iddia müddətini tətbiq edəcəkdi? Təbii ki, heç bir halda bu mümkün deyil. Çünki YNH üzrə birbaşa ziyan dəymiş şəxs hansısa müqavilə üzrə deyil, məhz deliktdən yaranan reqres (subroqasiya) hüququ əsasında məhkəməyə müraciət edəcəkdir. Anoloji olaraq deliktdən yaranan reqres (subroqasiya) hüququ əsasında məhkəməyə iddianı “Bakı Sığorta'’ ASC verdiyi halda da, iddia müddətinin 3 ilə məhdudlaşdırılması absurd və qanunsuzdur. Subroqasiya hüququna aid iddia müddətləri ilə bağlı Ali Məhkəmənin bülletenində subroqasiya hüququna aid iddia müddəti Mülki Məcəllənin 373.1-ci maddəsinə uyğun hesablanması qeyd edilmişdir. Bu tipli tələblərlə bağlı müxtəlif instansiya məhkəmələrinin qanuni qüvvəsini almış kifayət qədər qərarları və formalaşmış Məhkəmə praktikası mövcuddur. Belə ki, AR Ali Məhkəməsinin 09.10.2019-cu il tarixli 2(102)-6356/2019 saylı, 05.06.2020-ci il tarixli 2(107)-2069/2019 saylı, 21.08.2020-ci il tarixli 2(102)-3208/2020 saylı, 20.10.2020-ci il tarixli 2(102)-4650/2020 saylı Qətnamələrdə göründüyü kimi bu tipli işlər üzrə 3 (üç) illik iddia müddətinin tətbiqi yol verilməzdir. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmi şdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə
372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
18. Maddə 373.1. və 373.2. Ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti isə üç ildir.
19. Maddə 916.1. Əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun.
20. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
21. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
22. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
23. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyə n zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısından maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanunu:
28. Maddə 31.1. Sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir.
29. Maddə 34.1.3 və 34.1.4. Sığortalının vəzifələrinə-sığorta hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etmək və ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək aiddir.
30. Maddə 37.1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq no rmaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 37. 06.10.2013-cü il tarixində Bakı-Qazax-Yevlax yolunun 270-ci km-də Cavabdeh1 mülkiyyətində olan “Vaz 21154” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən, yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış “Honda CR-V” markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Sənədlərin yoxlanılması zamanı müə yyən olunmuşdur ki, sürücü Cavabdeh2 sürücülük hüququ olmadan sərxoş vəziyyətdə qeyd edilən nəqliyyat vasitəsini idarə etmişdir. AR DİN BDYPİ-nin YPX Alayının 24.10.2013-cü il tarixli, 016-38100 saylı müvafiq arayışına və BYP 384575 saylı inzibati xəta haqqında protokola əsasən, “Vaz 21154” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Avtomobilə dəymiş 9419.54 manat məbləğində zərər "xxxx" ASC tərəfindən ödənilmişdir.
38. Birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq etməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh delikt-in törədilməsində təqsirini və “delikt” nəticəsində digər şəxsin əml akına dəymiş zərər məbləğini mübahisələndirmir. Bilindiyi kimi, mülki qanunvericilikdə öhdəliklər müqavilədən yaranan öhdəliklər və deliktdən irəli gələn öhdəliklər olmaqla iki yerə bölünür. Cavabdehin öhdəliyi də müqavilədən deyil, idarə etmək hüquq olmadan sərxoş vəziyyətdə avtomobil idarə edərkən başqa avtomobilə zərər vurulmasından, yəni mülki hüquq pozuntusundan-deliktdən irəli gəlir. Cavabdehdən tələb edilən ödənilmiş sığorta ödənişinin ödənilməsi öhdəliyi hər hansı bir müqavilədən deyil, onun üçüncü şəxs Əhəd İsmayılovun idarə etdiyi avtomobilə zərər vurulmasından, yəni delikdən irəli gələn öhdəlikdir. İddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə olmadığından hazırkı mübahisəyə müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddəti tətbiq edilə bilməz.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kas sasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1380/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov