Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1515/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi tələbi 20.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5107/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Cavabdeh iddiaçının qonşuluğunda yaşayır.
2. İddiaçı, cavabdehin öz həyətyanı sahəsini genişləndirmək məqsədilə apardığı qazıntı işləri nəticəsində evinə ziyan vurduğunu bildirərək zərərin əvəzini tələb edir, cavabdeh isə iddiaçıya etiraz edir.
3. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin 30 aprel 2018ci il tarixli arayışından görünür ki, Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri Rafiq Həsənov və Elnur Kərimov tərəfindən 13.04.2018-ci il tarixində ünvan 2 ünvanınında vizual müəhəndisi-geoloji baxış keçirilmiş və aşağıdakılar qeydə alınmışdır: Bakı şəhərinin cən ub-qərb hissəsində yerləşən, geomorfoloji cəhətdən Badamdar yaylasının şərq yamacı zolağına daxil olan bu ərazinin geoloji quruluşunda üst qatda tərkibində qum və gilcə qarışığından ibarət Holosen yaşlı tökmə torpaq, alt qatda isə Orta Abşeron mərtəbəsinin detrituslu əhəngdaşları, müxtəlif dənəli qumlar və qumlu gillərin qeyri- bərabər növbələşməsindən ibarət süxurlar inkişaf tapmışdır. Sözügedən ərazi mailliyi 25-30° olan sərt yamacda, 40°21'12u, 49049'39" koordinatlarında yerləşir. Əraziyə baxış zamanı müraciətdə göstərilən faktlar-sürüşməyə meylli sahədə qonşu tərəfindən həyətyanı sahənin genişləndirilməsi məqsədilə dik yamacın kəsilməsi faktı təsdiqlənmişdir. Atmosfer çöküntüləri və texnogen amillərin təsirindən ərazidə ekzogen geoloji proseslərin baş verməsi proqnozlaşdırılır.
4. Azə rbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintiyə X4 tərəfindən Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış 01 oktyabr 2019-cu il tarixli, 37/34-06373 saylı məktubunda qeyd edilir ki, Fövqəladə Hallar nazirliyi X1 Mərkəzinə daxil olan məlumata əsasən ünvan 4 ünvanında yerləşən birmərtəbəli fərdi yaşayış evinə mütəxəssislər tərəfindən baxış keçirilmiş, evin yan tərəfində olan yamacda qazıntı işləri aparılması nəticəsində evə bitişik yardımçı otağın divarında çatların əmələ gəldiyi müəyyən olunmuşdur.
5. Səbail Rayon MKTB 46 saylı MKİS tərəfindən verilmiş 16 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, Cənub Dərə ö/t (Ə.Nəzmi) ev sakini Cavabdeh 46 saylı MKİSə qonşuların imzası ilə təsdiq olunan akta əsasən 2005-ci il tarixdən 16.12.2019-cu il tarixədək heç bir qazıntı işləri aparılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təqsiri üzündən ünvan 5 ünvanında yerləşən ona məxsus mənzilə son illər ərzində vurulan 6000 (altı min) manat məbləğində maddi ziyanın Cavabdeh tərəfindən aradan qaldırılması və mənzilinin təmirinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qonşusu Cavabdeh öz həyətyanı sahəsini genişləndirmək məqsədilə onun həyətini traktorla qazdırmış və nəticədə onun evi qəzalı vəziyyətə düşmüşdür. Bununla bağlı o, Cavabdeh dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh buna məhəl qoymamışdır. Həmçinin ona qaraj t ikdirəcəyini bildirmişdir. Bununla bağlı o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə müraciət etmiş və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən qeyd olunan ünvana baxış keçirilmiş və müvafiq arayış tərtib olunmuşdur. X3 Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşları ona qəzalı vəziyyətə salınmış evinin mühafizəsi məqsədilə evdən 5-6 metr aralı istinad divarı tikməyi məsləhət görmüşlər. O, 8 metr uzunluqda istinad divarı hördürmüş, lakin Bakı şəhəri 46 nömrəli Mənzilİstimar İdarəsinin baş mühəndisi Teyyub Mədətov onun istinad divarını uçurmuşdur. Eyni zamanda Teyyub Mədətov onun qonşusu Cavabdeh onun evinin alt hissəsində q araj tikməyə icazə vermişdir. O, qeyd olunan məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdikdə, oradan ona məsələni məhkəmə yolu ilə həll etməyi məsləhət görmüşlər. Bu müddət ərzində cavabdeh onunla heç bir şəkildə ünsiyyətə girməmiş, yaranmış mövcud problemin aradan qaldırılmasına səy göstərməmiş, hadisədən peşmanlıq hissi keçirdiyini söyləməmiş, onunla razılığa gəlməyə çalışmamışdır. Buna görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Birinci instansiya məhkəməsindəki icraatda cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh 1988-ci il tarixdən Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küçəsində 7 sot torpaq torpaq sahəsində 220 kv metr sahəsi olan həyət ev tikib yaşamağa başlamışlar və 1995-ci ildə evi tikib başa çatdırmışlar. 2010-cu ildə İddiaçı onların həyətində tikilmiş onlara məxsus olan bir otaqlı evdə kirayə yaşamağa başlamışdır. O, iki ilə yaxın həmin otaqda yaşamış, normal münasibətləri olmuşdur. Onlar öz torpaq sahələrindən hasarlarını çəkərək 40 kv metr topaq sahəsini Sakitə özü üçün ev tikib yaşaması üçün vermişlər. Sakit evin sahəsini bir qədərdə artıraraq 60 kv metrə yaxın çatdırmışdır. Onlar öz evlərini tikdikdən sonra öz torpaq sahələrinin hüdudlarında dəmirdən tor hasar çəkmişlər. İddiaçı evinin arxasında olan həyətyanı sahənin dəmir torunu, yəni hasarını sökərək həmin torpaq sahəsinə sahib çıxmaq istəmişdir. Onlar evin arxasında 1995-ci ildən daşdan su çənləri tikmiş, həmin çənlərlə Sakitin evi arasında dəmir tordan hasarı onlar çəkmişlər. Sakit onların evinin arxasında olan həyatyanı sahəyə sahib çıxmaq istəmiş v ə buna görə də Sakitlə aralarında mübahisə yaranmışdır. İddia tələbi ilə bağlı onu qeyd edir ki, 2005-ci il tarixində onlar istifadələrində olan torpaq sahəsinin kənarında kiçik bir ərazini avtomobil saxlamaq məqsədi ilə qaraj tikdirmək üçün qazdırmışlar. Lakin həmin dövrdə bələdiyyə işçiləri ilə razılığa gələ bilmədikləri üçün qazıntı işlərini yarımçıq olaraq saxlamışlar. Aradan keçən müddət ərzində həmin yarımçıq qazıntı müxtəlif təsirlər nəticəsində, demək olar ki, tamamilə qapanmış, torpaq, çınqıl və s. ilə doldurulmuşdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsində şahid qismində dinlənilən X2 bildirmişdir ki, o 1999-cu il tarixdən Səbail MKTB-nin 46 saylı mənzil-kommunal istismar sahəsin də mühəndis vəzifəsində işləmişdir. Qeyd edilən ərazidə 2000-ci ildən başlayaraq mütəmadi sürətdə torpaq sürüşməsi hadisəsi baş vermişdir. Həmin ərazi sürüşmə zonası olduğundan hər hansı tikinti işlərinin aparılmasına icazə verilməmişdir. İddiaçı sürüşmə zonasında ev tikmək istəmiş və 2 dəfə bu hərəkətlərinin qarşısı alınmışdır. Lakin buna baxmayaraq İddiaçı 1 otaqlı evi sürüşmə zonasında tikməyə nail olmuş, müxtəlif vaxtlarda həmin ərazidə tikililərin sayını artırmış, həmçinin sonradan sürüşmənin qarşısını almaq üçün istinad divar inşa etmək istəsə də, səlahiyyətli orqanlar tərəfindən qarşısı alınmışdır. Mülki iş üzrə Cavabdeh isə Cənub dərə yaşayış massivində 1993-1994-cü illərdə məskunlaşmış, 2005-ci il tarixdə tikinti işləri aparmaq istəmiş, lakin icazə verilməmişdir. Həmçinin o, sürüş mə zonasında yerləşən Cənub dərə yaşayış massivində yerləşən 160 evdən 98 evin köçürülməsi üçün dövlət tərəfindən vəsaitin ayrıldığını, iddiaçı və cavabdehin evinin qeyd edilən 98 ev siyahısında olmadığını, lakin Ekologiya Nazirliyi tərəfindən təqdim edilmiş xəritədə göstərilməyən digər evlərində həmin sürüşmə zonasına yaxın olması səbəbi ilə gələcəkdə köçürülməsinin planlaşdırıldığının nəzərdə tutulduğunu bildirdi.
10. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-3250/2019 nömrəli iş üzrə 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ü.Şükürova) iddia rədd edilmişdir.
11. Məhkəmə iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı, cavabdehin təqsiri üzündən maddi zərər dəydiyini iddia etdiyi evə dair məhkəməyə heç bir hüquq müəyyənedici sənəd təqdim etməyib. Halbuki, iddia nın əsaslı olması üçün ilk növbədə həmin iddianı irəli sürən iddiaçının müvafiq subyektiv hüquqa malik olması tələb olunur. Belə olan halda maddi zərər vurulduğu iddia edilən evə mülki qanunvericiliyin tələbləri baxımından iddiaçının mülkiyyət və ya istifadə hüququ müəyyən edilmədiyindən, hazırki iddia tələbi əsaslı sayılaraq təmin edilə bilməz. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153.3, 178.1, 238.1, 241.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmun tə şkil etmiş və göstərilmişdir ki, birinci instansiya məhkəməsi bu faktları, halları, sübutları düzgün qiymətləndirməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və X.Ə.Sarıyev, iş N 2(103)-4292/2020) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlsə də, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsi üçün müvafiq subyektiv hüquqa malik olmamasına dair mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, iddiaçı, zərər vuruld uğunu iddia etdiyi özbaşına tikili olan evdə qeydiyyatsız yaşayır, həmin ev onun faktiki sahibliyindədir. Bu baxımdan iddia, iddiaçının hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmaması əsasına görə rədd edilə bilməz. Lakin, bununla yanaşı iddiaçı, iddia ərizəsində, apellyasiya şikayətində ona məxsus olan evə cavabdehin apardığı qazıntı işləri ilə bağlı maddi ziyan dəydiyini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməyib. Əksinə, işə əlavə edilmiş sübutlarla müəyyən olunur ki, cavabdeh tərəfindən sözügedən ünvanda 2005-ci ildən 16 dekabr 2019-cu il tarixədək heç bir qazıntı işləri aparılmayıb. İddiaçı isə bildirir ki, həmin ünvanda yerləşən fərdi yaşayış evini 2009-cu ildə inşa edib və 20 12-ci ildən həmin evdə yaşayır. Ona görə də iddia rədd olunmalıdır. Apellyasiya məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 21.2, 1096.1, 1097.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyasında birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və V.Həsənov) 9 mart 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
17. Kassasiya məhkəməsinin mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 158.1.2, 158.2, 158.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələblərinə istina d edib, iddiaçının hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmasına, yəni sözügedən evin mülkiyyətçisi olmasa da, onun həmin evə olan sahiblik, istifadə hüququnun istənilən şəxs, o cümlədən cavabdeh tərəfindən pozulmasının aradan qaldırılmasını tələb etmək hüququnun olmasına dair düzgün nəticəyə gəlsə də, iddiaçıya həqiqətən iddia etdiyi maddi zərərin dəyibdəyməməsi, həmin zərərin bilavasitə cavabdehin qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində vurulub-vurulmaması, habelə maddi zərərlə cavabdehin qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi arasında hər hansı səbəbli əlaqənin olubolmaması və iddiaçıya dəymiş maddi zərərə görə məhz cavabdehin təqsirli olubolmaması ilə bağlı kifayət qədər araşdırma aparmadan, bir sözlə xüsusi bilik tələb edən qeyd olunan suall ara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırılmış rəy almadan, yalnız cavabdehin sözügedən ünvanda 2005-ci ildən 16 dekabr 2019-cu il tarixədək heç bir qazıntı işləri aparmaması, iddiaçıya məxsus evin isə 2009-cu ildə inşa edilməsinə dair irəli sürdüyü arqumentələrlə kifayətlənərək, onun iddiaçıya qarşı mülki hüquq pozuntusu törətməməsi qənaətinə gəlmişdir. Halbuki, Mülki Məcəllənin 21.2, 1096.1 və 1097.1-ci maddələrinin mənasına görə, zərərin vurulubvurulmamasını müəyyən etmək üçün aşağıdakı halların aydınlaşdırılması və həmin halların eyni vaxta mövcud olması zəruridir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsi n təqsirli olması. Digər tərəfdən, tərəflərin qonşuluqda yaşamaları, cavabdehin yaşadığı ünvanda qaraj tikmək üçün qazıntı işləri aparması mülki iş materialları, o cümlədən cavabdehin özünün izahatı və mütəxəssisin arayışı ilə də istisna olunmur. Belə ki, sözügedən sübutlara görə, tərəflərin yaşadıqları ərazi mailliyi 25-30 dərəcə olan sərt yamacda yerləşir və həmin əraziyə baxış keçirilərkən iddiaçının müraciətində göstərilən faktlarsürüşməyə meyilli sahədə cavabdeh tərəfindən həyətyanı sahənin genişləndirilməsi məqsədilə dik yamacın kəsilməsi faktı öz təsdiqini tapmışdır. Apelyasiya instansiyası məhkəməsi, cavabdehin həyətyanı sahəsini genişləndirmək məqsədilə dik yamacı kəsib-kəsməməsi faktı və bunun nəticəsində iddiaçıya məxsus evə zərər dəyib-dəyməməsi ilə bağlı heç bir araşdırma apar madan, bu barədə işə əlavə edilmiş sübutlara, o cümlədən cavabdehin izahatına MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut növü təqdim etməməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2021-ci il tarixli, 10/2907 saylı tikinti-texniki ekspertizasının rəyinə əsasən, ünvan 2 ünvanında İddiaçı tərəfindən uzunluğu 13,0 metr, eni isə 9 metr olan fərdi yaşayış evi tikilmişdir. Həmçinin iddiaçının evini aşağı hissəsində yəni ki ünvan 6 ünvanında Cavabdeh məxsus uzunluğu 16,9 metr, eni isə 12,2 metr olan fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. Lakin iddiaçının yaşayış evinə dair mülki iş materiallarında hər-hansı bir sənəd olmadığından, evin texniki parametrlərini müəyyən etmək mümkün olmamışdır. Həmçinin qeyd olunur ki, cavabdehə məxsus yaşayış evinin faktiki vəziyyəti, ölçüləri, texniki parametrləri mülki iş materiallarında olan texniki pasporta uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyası tərəfindən 13.04.2018-ci il tarixdə və Kompleks monitorinq və hidrogeoloji tədqiqatlar idarəsi tərəfindən 13.04.2020- ci il tarixdə verilmiş arayışlara əsasən, ünvan 2 ünvanında İddiaçı məxsus fərdi tikilinin yerləşdiyi ərazidə sürüşməyə meylli sahədə qonşu tərəfindən həyətyanı sahəsinin geni şləndirilməsi məqsədilə dik yamacın hopsometrik aşağı hissəsinin şaquli kəsilməsi, texnogen müdaxilə nəticəsində yamacın dayanıqlığı zəifləmiş və sözügedən ünvanda torpaq qatında deformasiyalar, tikilinin divarlarında isə müxtəlif ölçülü çatlar əmələ gəldiyi müəyyən olunmuş və bunun nəticəsində ünvan 2 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinə maddi zərər dəydiyi müəyyən edilmişdir.
19. Həmçinin apellyasiya instansiyası məhkəməsinə İddiaçı ünvan 7 ünvanda ailə üzvləri ilə birlikdə qeydiyyatda olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən ******* Nli yaşayış yeri üzrə qeydiyyat haqqında arayış təqdim edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və mər uzəçi), R.Eyvazov, Ş.Məmmədova) İddiaçı tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3250/2019 nömrəli saylı işi üzrə 16 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının qismən pozulmasına yol verilərək iddia ərizəsi üzrə düzgün olmayan nəticə hasil olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi müvafiq sorğular verməməklə (əmlakların hüquqi rejimin müəyyən etməməklə) və ekspertiza təyin etməməklə işi hərtərəfli araşdırılmasını təmin etməmiş, və şəxsin subyektiv hüququnun olmamasına istinad etməklə kifayətlənmişdir. Təkrar apellyasiya icraatı zamanı kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq prosessual hərəkətlər aparılaraq ətraflı araşdırma aparılmış və mötəbərliyi şübhə doğurmayan sübutedici əsasların müəyyən edilməməsi qənaəti formalaşmışdır. İddiaçının subyektiv hüququnun mövcudluğunu istisna edilməsi iddiaçınının ehtimal edilən əmlak mənafellərinə rəğmən rədd edilməsinə əsas vermir. İddianın əsası onun daşınmaz əmlak üzərində hüquqları ilə bağlı deyildir. İddianın əsasını iddiaçının əmlak hüquqlarının pozulması və ona maddi zərər dəyməsi təşkil edir ki, bunların da ilk növbədə baş verməsi və məhz cavabdehin hərəkətləri nəticəsində baş verdiyi sübuta yetirilmir. Ona görə məhz aparılan əlavə araşdırman ın nəticəsi olaraq sübuta yetirilməyən iddianın təmin edilməsi mümkün deyildir. Hazırkı (sahiblik əsasında əmlak hüquqlarının pozulması mübahisələndirilən) torpağın başqa şəxslərə məxsusluğu əldə edilmiş sorğularla və iddiaçının özünün təqdim etdiyi arayışla təsdiq edilir. Belə ki, iddiaçı ünvan 5 ünvanında yerləşən ona məxsus mənzilə zərərin dəyməsini qeyd etsə də, yeganə sübut ola bilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* saylı arayışa əsasən onun ünvan 7 ünvanında qeydiyyatda olduğu müəyyən edilir. Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçının yaşadığı ünvan 8 ünvanı özbaşına tikili olsa da, iddiaçı həmin ünvanda qeydiyyatdadır və uzun müddətdir ki, ailəsilə bilrlikdə yaşamaqla həmin evin qanuni əsaslarla istifadəçisidir. Həmin evə dair işıqdan, qazdan və sudan istifadə etdiyinə görə aidiyyəti orqanlar onunla müqavilələr bağlamış və kommunal xərclər ödəyir. Nəhayət, torpağa gəldikdə isə Bakı şəhəri Səbail Bələdiyyəsinə torpaq vergisi ödəyir. Müvafiq araşdırma və əsaslandırma olmadığı üçün apellyasiya instansiyası məhkəməsi fərdi yaşayış evinə dəymiş zərəri nəyə görə arayış və ekspert rəyinə görə deyil, öz daxili inamına görə istinad edir. İşə təkrar baxan apellyasiya məhkəməsinin qətnaməsində əmlaka dəymiş zərərə görə yuxarıda göstərilən sübutlardan əlavə hansı sübutlar təqdim edilməsi başa düşülən deyil. Kassator şi kayətində Mülki Məcəllənin 21, 152, 157, 158, 1115-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
25. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
26. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sa hələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
27. Maddə 172.1. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin.
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakı na və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
31. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq nor malarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Hazırkı işdə iddiaçı, qonşusu olan cavabdehin apardığı qanunsuz qazıntı işləri nəticəsində evinə 6.000 manat maddi ziyan dəydiyini bildirir və zərərin əvəzinin ödənilməklə evin təmirinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh isə iddiaya etiraz edir. 4
0. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları nəzərə alındıqda iddianın qanuni əsası kimi Mülki Məcəllənin 1096.1, 1097.1 və 1115-ci maddələri nəzərdən keçirilə bilər (§ 28-31).
41. Həmin normalara əsasən cavabdehin iddiaçı qarşısında məsuliyyət daşıması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir.
42. Qanunvericiliyə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülk iyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin (§ 25-27).
43. İddiaçı, cavabdehin hərkətləri nəticəsində ona zərər dəyməsi barədə aidiyyəti dövlət orqanlarının rəsmi məlumatlarına istinad etmişdir (§ 3-4).
44. Apellyasiya baxışında iddiaçının bildirdiyi halların ixtisaslı şəxslərin rəyi ilə yoxlanılması məqsədilə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanında İddiaçı məxsus fərdi tikilinin yerləşdiyi ərazidə sürüşməyə meylli sahədə qonşu tərəfindən həyətyanı sahəsinin genişləndirilməsi məqsədilə dik yamacın hopsometri k aşağı hissəsinin şaquli kəsilməsi, texnogen müdaxilə nəticəsində yamacın dayanıqlığı zəifləmiş və sözügedən ünvanda torpaq qatında deformasiyalar, tikilinin divarlarında isə müxtəlif ölçülü çatlar əmələ gəlmiş və bunun nəticəsində ünvan 2 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinə maddi zərər dəymişdir (§ 18).
45. Apellyasiya məhkəməsi mövcud vəziyyətdə işin müəyyən edilmiş faktiki halları ilə, qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri arasında uyğunluğun olubolmamasına dair təhlil aparmadan belə qənaətə gəlmişdir ki, iddiaçının əmlak hüquqlarının pozulması və ona maddi zərər dəyməsi və bunların məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi sübuta yetirilmir. Bundan əlavə, Daxili İşlər Nazirliyinin ******* saylı arayışına əsasən onun ünvan 7 ünvanında qeydiyyatda olduğu müəyyən edilir (§ 21).
46. Halbuki, apellyasiya məhkəməsinin cavabdehə aid sahədə aparılmış qazıntı nəticəsində iddiaçıya zərər dəyməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin 30 aprel 2018-ci il tarixli arayışındakı, Fövqəladə Hallar Nazirliyinin Tikintiyə X4 tərəfindən Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış 01 oktyabr 2019-cu il tarixli, 37/34-06373 saylı məktubundakı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2021-ci il tarixli rəyindəki məlumatları müvafiq qiymətləndirmə ilə təkzib etdmədiyi halda, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya zərər dəyməsinin sübuta yetməməsi barədə qənaəti əsaslı sayıla bilməz.
47. Mövcud vəziyyətdə məhkəmənin iş materiallarına uyğun olmayan və əsaslandırılmamış mövqeyi, iş dəki sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, ekspertin rəyi ilə razılaşmadıqda bunun səbəblərinin qətnamədə göstərilməsinə dair prosessual hüquq normalarına uyğun gəlmir (§ 33-34).
48. Apellyasiya məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi digər halın (iddiaçının ünvan 7 ünvanında qeydiyyatda olmasının) isə hazırkı mübahisənin hüquqi həlli üçün hansı səbəbdən və nə kimi əhəmiyyət kəsb etdiyi də əsaslandırılmamışdır.
49. İşdən görünür ki, zərər dəydiyi iddia edilən, ünvan 2 ünvanında yerləşən evin İddiaçı məxsus olması yuxarıda adları çəkilən dövlət orqanlarının məlumatları və ekspertizanın rəyi ilə təsdiqlənir. Bu halı tərəflər də mübahisələndirməmişlər. Həmin ev daşınmaz əm lakın dövlət reyestrindən qeydiyyatdan keçməsə belə əmlakına vurulan zərərin əvəzini tələb etməkdə iddiaçının subyektiv hüququnun olmasını apellyasiya və kassasiya məhkəmələri qəbul etmişlər.
50. Belə olan halda, daxili işlər orqanının verdiyi arayışda iddiaçının Səbail rayonu, Əli Nəzmi küçəsi ev 2B ünvanında qeydiyyatda olmasının iddia tələbinin qanuni əsası olan MM-in 1096.1-ci maddəsindəki hansı dispozisiya şərtini aradan qaldırdığı, başqa sözlə bu faktın hansı səbəbdən iddianın rədd edilməsinə əsas olduğu qətnamədə göstərilməmişdir.
51. Bu hallar ona dəlalət edir ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işdəki sübutları lazımi şəkildə qiymətləndirməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır (§ 33, 35). Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.
52. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5107/2021 nömrəli iş üzrə 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.