Məhkəmə qərarları › İş №2(102)-1517/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1517/2019

13.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1517/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən “xxxx” ASCnin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, “xxxx” ASC-də sığortalanmış və X3 məxsus “Peugeot-207” markalı **XD-*** dövlə t qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün sığorta şirkəti tərəfindən sığortalıya ödənilmiş pul vəsaitinin əvəzi olaraq 9920 manat və iddianın qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun və bank xidmət haqqının əvəzi, ümumilikdə isə 9950,40 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçı “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli, 2(103)-6242/2018 saylı qətnaməsi ilə (hakimlər X.Cəmilova sədrlik edən, məruzəçi, A.Hüseynov və İ.Xəlilov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-504/2018 saylı 12 fevral 2018-ci i l tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ əsasında pul” tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı «xxxx» ASC - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya hiiququ əsasında pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **-XD*** dövlət qeydiyyat nişanlı, "Peugeot 207” markalı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün "xxxx” ASC tərəfindən sığortalı X3 verilmiş 9920(doqquz min doqquz yüz iyirmi) manat sığorta ödənişi, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 1 (bir) manat bank xidməti haqqı, cəmi 9951 (doqquz min doqquz yüz əlli bir) manat pul məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı “xxxx” ASC-ti və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilməyən hissədə dəyişdirməsi kobud prosessual pozuntudur. Maddi və prosessual hüquq normaları pozulduğundan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 m əhkəmə kollegiyasının iclasına vəkilsiz gəlmələri səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan biri nci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, hazırkı işdə sığortalı avto maşına vurulan zərərin məbləği ilə bağlı mötəbər sübutlar mövcud deyildir. Hal-hazırda zədələnmiş avtomaşın mövcud olmadığından və vurulmuş zərərin məbləğini müəyyənləşdirmək imkanı iddiaçının hərəkətləri nəticəsində (7 ildən sonra məhkəməyə müraciət etdiyindən) itirildiyindən, iş üçün əhəmiyyət kəsb edən həmin halların sübutetmə yükünü iddiaçı daşıyır və iddiaçı həmin vəzifəni yerinə yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, “xxxx” ASC tərəfindən verilmiş 16.07.2 010-cu il nəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsinə əsasən sığorta etdirən tərəf X3 məxsus 2008-ci il istehsalı olan “Peugeot” markalı avtomobil “xxxx” ASC tərəfindən 05.07.2015-cu il tarixədək sığorta olunmuşdur. Sığorta məbləği 12400 AZN, şərtsiz azadolma məbləği 500 AZN təşkil edir. “xxxx” Şirkəti ASC-nin tərtib etdiyi KS-M/037-10 saylı sığorta aktına əsasən 17.07.2010-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Bakı-Mərdəkan şossesi yolunda baş vermiş sığorta hadisəsi nəticəsində “Peugeot” markalı ** XD *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 18737 manat, sığorta ödənişinin məbləği 9920 manat təşkil etmişdir və reqress tələbi irəli sürülməli şəxs qismində X5 göstərilmişdir. Xətai RPİ-nin İŞ-nin 12.10.2010-cu il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, 17 iyul 2010-cu il tarixdə təxminən saat 22 radələrində, Bakı-Mərdəkan şosse yolunun, Qala yol ayrıcının yaxınlığında sürücü X5 yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi “Mercedes Benz” markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomaşınla yüksək sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarə etməni itirərək iki yolun ortasında olan beton səkilərin üstündən keçərək qarşı əks istiqamət yoluna çıxmış və qarşıdan Mərdəkan qəsəbəsi istiqamətində sağdan ikinci hərəkət zolağı ilə saatda 70-80 km sürətlə hərəkətdə olan sürücü X1 idarə etdiyi “Pejo 207” markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə toqquşmuş, nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü M.Cavabdeh2, həmin avtomobildə olan sərnişin X8 və “Pejo” markalı avtomobildə olan sərnişin X4 hadisə yerində, digər sərnişin X12 isə xəstəxanada ölmüşlər. “Pejo” markalı avtomobilin sürücüsü X6 və “Mercedes” markalı avtomobildə olan sərnişin X9 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Faktla bağlı 18 iyul 2010-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 263.3. maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdir. İbtidai araşdırma zamanı sürücü X2 baş vermiş hadisə zamanı “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozub yol nəqliyyat hadisəsi törədib, nəticədə özünün hadisə zamanı ölməsinə görə iş üzrə icraata xitam verilmişdir. Bakı şəhər Xəzər rayon Polis İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, 17.07.2010-cu il tarixdə saat 12:30 radələrində Mərdəkan Şosse yolunda yol nəqliyyat hadisəsi baş vermişdir. X5 tərəfindən idarə olunan “Mersedes-Benz” markalı ** GT *** nömrə nişanlı avtomobillə X6 tərəfindən idarə olunan “Peugeot-206” markalı ** XD *** nömrə nişanlı avtomobil toqquşmuş, nəticədə “Peugeot-206” markalı avtomobilin qabaq hissəsi tamamilə yararsız hala düşmüş, dal qapısı əzilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 02.04.2011-ci il tarixli şəhadətnaməyə əsasən 17 iyul 2010-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan arvadı Cavabdeh1 və Cavabdeh2 dir. Şəhadətnamə ilə verildiyi miras əmlak ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildir. İddiaçının təqdim etdiyi “xxxxx” şirkətinin servis mərkəzi tərəfindən tərtib edilmiş 06.08.2010-cu il tarixli 002-11 №-li defekt aktına əsasən “Peugeot” markalı ** XD *** dövlət nömrə nişanlı avtomobilin zərər dəymiş hi ssələrinin dəyişdirilməsi və təmiri, həmçinin təmirlə əlaqədar ustaların əmək haqqı üçün cəmi 18737 AZN vəsaitin tələb olunduğu göstərilmişdir. 15.09.2010-cu il tarixli 9920 manat məbləğində sığorta ödənişi “xxxx” ASC tərəfindən X3 ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 17557 saylı 04 sentyabr 2018-ci il tarixli rəyə görə tədqiq edilən 2008-ci il buraxılışlı «Peugeot 207» markalı ** XD *** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın hadisə baş verən tarixə məbləği qəza nəticəsində salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla, təxminən 7440 manat müəyyən edilmişdir. İddiaçı şirkət sığortaçı kimi üzərinə gö türdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən ziyanı sığorta şəhadətnaməsinə müvafiq məbləğdə ödəmiş, eyni zamanda hadisəni törətmiş şəxs vəfat etdiyindən o, haqlı olaraq həmin ziyanı reqres qaydada hadisəni törətmiş şəxsin vərəsələrindən tələb etmək hüququndan istifadə etmişdir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək iddiaçı tərəfindən iddia müddətinin buraxılmasını, iddiaçı şirkətin qəza hadisəsindən 7 il sonra məhkəməyə müraciət etməsi və bunun da sığortalı avtomaşına həqiqətən də iddia edilən məbləğdə ziyan vurulması halının yoxlanılmasının mümkünsüz etməsini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zərərin məbləği ilə bağlı iddiaçının təqdim etdiyi yeganə sübut olan 06.08.2010-cu il tarixli defekt aktının doğruluğunun tə sdiq olunmamasına apellyasiya instansiyası məhkəməsi özünün təyin etdiyi məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi əsasında düzgün hüquqi qiymət vermişdir. Belə ki, həmin vaxtdan artıq 8 il vaxt keçdiyindən defekt aktında göstərilən məbləğ rəyə əsasən öz təsdiqini tapmamış və məhkəmə düzgün olaraq bu qənaətə gəlmişdir ki, sığortalının avtomaşına vurulmuş zərərin müəyyən edilməsi imkanları əldən çıxmışdır. Kollegiya həmçinin iddiaçının hadisədən 7 il sonra hazırkı iddia ilə məhkəməyə müraciət etdiyinə görə həmin imkanların iddiaçının günahı ucbatından əldən çıxmasına dair qənaəti ilə də razılaşır. Belə ki, “Subroqasiya hüququ”-sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya ke çməsidir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki qanunvericiliyin normalarına görə subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının i stifadə etmək hüququdur. Sığortalı avtomaşına vurulan zərərin məbləğinin müəyənləşdirilməsi analoji işlərdə müstəsna rol oynayır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81 və 217.4-ci maddələrini rəhbər tutaraq sığortalı avtomaşına zərər yetirilməsinin, cavabdehin mərhum ərinin vurduğu zərərə görə məsuliyyətinin yaranmasının işin mübahisəsiz halı olsa da, həmin zərərin məbləğinin müəyyən edilməsinin hazırkı işdə müstəsna rol oynaması, hazırkı işdə sığortalı avtomaşına vurulan zərərin məbləği ilə bağlı mötəbər sübutların mövcud olmaması, hal-hazırda zədələnmiş avtomaşın mövcud olmadığından və vurulmuş zərərin məbləğini müəyyənləşdirmək imkanı iddiaçının hərəkətləri nəticəsində (7 ildən sonra məhkəməyə mü raciət etdiyindən) itirildiyindən, iş üçün əhəmiyyət kəsb edən həmin halların sübutetmə yükünün iddiaçının daşımasını və onun həmin vəzifəni yerinə yetirə bilməməsinə, eləcə də mübahisə konkret olaraq avtomaşına vurulmuş zərərlə bağlı olduğu üçün hazırkı işdə hər hansı ağlabatan məbləğin də müəyyən edilməsinin də mümkün olmamasına dair nəticələrini qanuni və əsaslı sayır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasınd a tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, kassator şikayətinin əsasən onlar tərəfindən iddia müddətinin ötürülməməsi və cavabbehlərlə aralarında münasibətlərin müqavilə ilə deyil, ziyan vurmaqla bağlı olan öhdəliklər olması üzərində qurmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığı üçün apellyasiya şikayətinin əsas dəlili olan iddia müddəti ilə bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hüquqi mövqeyini bildirməmişdir. Lakin tərəflər arasında ziyan vurmaql a bağlı olan öhdəliklərə işin araşldırılmaş və müəyyən edilmiş halları üzrə düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 17557 saylı 04 sentyabr 2018-ci il tarixli rəyi ilə vurulmuş zərərin təxminən 7440 manat müəyyən edilməsinə baxmayaraq bu rəyi sübut kimi qəbul etməməsi bu rəy ilə zərərin məbləği ilə bağlı iddiaçının təqdim etdiyi yeganə sübut olan 06.08.2010-cu il tarixli defekt aktının doğruluğunun öz təsdiqini tapmaması ilə bağlı olmuşdur. İşin materiallarından iddiaçı tərəfin ekspert rəyi ilə razılaşmasına dair mövqeyi də görünmür. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1 -ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübu tlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədal ət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə o nun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə g əlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlər ə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün iddia tələbinin təmin oluna bilməməsi barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar