Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1520/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1520/2025 Kateqoriya (açar sözlər): hüquqi və fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusundan irəli gələn mübahisələr (real zərər), sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2025-ci il tarixli 2(106)-396/2025 saylı qətnaməsindən i ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh xx.xx.2021-ci il tarixli əmək müqaviləsi əsasında İddiaçı MMC-də satıcı kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixli 589 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, tərəflər arasında “X1” haqqında müqavilə imzalanmış və xx.xx.2022ci il tarixli 666 saylı əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. 2. xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin “OBA Əhmədli 1” mağazasında aparılmış inventarizasiya nəticəsində Cavabdeh MMC-yə zərər vurması müəyyən edilmişdir. Həmin akt onun tərəfindən imzalanmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia əriz əsi ilə məhkəməyə müraciət edərək, əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə ödənilməmiş 7069.93 manat, mediasiya xərci üçün ödənilmiş 55 AZN, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 41 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 7979,92 manat təşkil edir. İnventarizasiya yoxlaması və mağaza sayımı zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmış və kəsr gələn mallara razılığını bildirmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tə tbiq edildikdən sonra ümumi olaraq 7069,93 manat borc qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixdə mediasiya təklifi göndərilmiş, lakin heç bir barışıq əldə edilməmişdir.
5. Beyləqan Rayon Məhkəməsinin 5 noyabr 2024-cü il tarixli 2(020)-1337/2024 nömrəli qətnaməsi ilə (hakim Xatın Cabbarlı) iddia rədd edilmiş, iş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.
6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, araşdırma zamanı zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Tərtib olunmuş inventarizasiya aktında cavabdehin imzası olmadığından, cavabdeh həmin çatışmazlıqlara dair izahat vermədiyindən, ümumiyyətlə həmin aktların cavabdehin iştirakı ilə tərtib olunması, yaxud çatışmazlığı qeyd olunan malların cavabdehə təhvil verilməsi sübuta yetirilmədiyindən mötəbər sübut kimi qəbul oluna bilməz.
7. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10 (ç bəndi), 194, 199 (a bəndi), 200 və 202-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək Beyləqan Rayon Məhkəməsinin 2(020)-1337/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Ap ellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamış, iş üçün mühüm əhəmiyyəti faktiki hallar tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırılmamış, gəlinən nəticə isə işin faktiki hallarına uyğun olmamışdır.
10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-396/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Aytən Novruzova) apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1337/2024 saylı, 5 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC iddia etdiyi zərər məb ləğinin Cavabdeh qanunsuz hərəkətləri nəticəsində dəyən maddi zərər olmasını, onun qanunsuz hərəkətləri ilə maddi zərər arasında səbəbli əlaqənin olmasını, həmçinin cavabdehin təqsirini sübuta yetirilməli idi. Lakin işdə olan sübutlarla yuxarıda göstərilənlər öz təsdiqini tapmır. Bundan başqa, cavabdehin iddiaçı qarşısında maddi məsuliyyət daşıması X1 haqqında müqavilə ilə öz təsdiqini tapsa da, iddiaçı tərəfindən aparılan inventarizasiya nəticələrinə dair aktda qeyd edilmiş əmlakların cavabdehin maddi məsuliyyət daşıdığı əmlaklar olması barədə iş materiallarına hər hansı sübutlar əlavə edilməmişdir. Belə ki, inventarizasiya aktında qeyd edilən malların məhz cavabdehə təhvil verilmiş mallar olması iş materiallarından görünmür. Həmçinin iş materiallarında olan imtina aktında cavabdehin yoxl amanın nəticəsinə dair tərtib edilmiş sənədlərlə tanış olması, lakin heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskik gəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etdiyi qeyd edilmişdir. İddiaçı təşkilat tərəfindən cavabdehin həqiqətən də, inventarizasiyada iştirak etməsi barədə sübutları nə birinci instansiya məhkəməsinə, nə apellyasiya məhkəməsinə təqdim edilməmişdir.
12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə dair mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.
13. Bunu əsas götürən məhkəmə kollegiyası işdə olan sübutların məzmununu hazırkı qəra rda təkrarlamağa zərurət görməmiş və qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarətdir.
14. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 191, 194, 199, 200, 202, 203, 296-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1096-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 2(106)-396/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması və kassasiya şikayəti verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tam maddi məsul şəxs kimi İddiaçı MMC-də çalışdığı müddət ərzində “X1 haqqında müqavilə” ilə üzərinə götürdüyü öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşmışdır. Həmin müqavilədə qeyd edilmişdir ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. Həmin müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, işəgötürən qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli iltizamnamədən görünür ki, Cavabdeh şəxsən iştirakı ilə xx.xx.2022-ci il tarixdə mağaza sayılaraq inventarizasiya yoxlaması keçirilmişdir. Bunu cavabdeh iltizamnaməyə şəxsən imza atmaqla təsdiq etmişdir. İltizamnamənin xüsusi qeyd hissəsində cavabdeh öz yazısı və imzası ilə bildirmişdir “sayımda tam iştirak etdim, mağaza qarşılaşdırma yolu ilə yoxlanıldı, əksik verən miqdarları yoxladım”. Bununla da, sübut olunur ki, Cavabdeh mağazada əksik gələn malların miqdarını bilmiş və əksik gələn mallarla bağlı sayım qrupuna heç bir etirazını bildirməmişdir, vurduğu ziyanı etiraf etmişdir.
17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndində göstərilmişdir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prose sində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi X1 daşıyır. Lakin apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən imzalanmış iltizamnaməni heçə sayaraq öz qətnaməsində göstərmişdir ki, cavabdehin inventarizasiyada iştirak etməsi barədə sübutlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə təqdim edilməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
19. Maddə 10 (“ç” bəndi). İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir.
20. Maddə
191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə iş əgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
21. Maddə
194. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmə k münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsində qeyd edilir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçinin X1i yaranır.
22. Maddə
199. Saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
23. Maddə
200. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X1 daşıması barədə yazılı müqavilə bağlaya bilər.
24. Maddə
202. İşəgötürənə dəymiş ziyan məbləği faktik itkilər üzrə müəyyən olunur. 205-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən X1 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan m əhkəmə qaydasında ödənilə bilər.
25. Maddə
203. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.
26. Maddə 296. (İ hissə). Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
27. Maddə 296 (İİ hissə). Bu maddənin birinci hissəsi ndə göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
28. Maddə 296 (İİİ hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
29. Maddə 296 (İV hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət e də bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
30. Maddə 296 (V hissə). İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
33. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərin in və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. İddiaçı həmin dəlilləri iddia ərizəsi və apellyasiya şikayətində irəli sürmüş, işə baxan məhkəmələr tərəfindən bu dəlillərə hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
47. İddiaçı kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmir.
48. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam və hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2025-ci il tarixli 2(106)-396/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.