Məhkəmə qərarları › İş №2(102)-1522/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1522/2024

15.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1522/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş QƏRARİ (Kateqoriya(açar sözlər): borcun qaytarılması,sübutetmə vəzifəsi) üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-669/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh (bundan sonra cavabdeh) xx.xx.2020-ci il tarixində yazdığı qəbzdə (əlyazısında) göstərmişdir ki, İddiaçı (bundan sonra iddiaçı) həmin tarixdə şəxsi ehtiyacları üçün 18 000 manat almışdır və hər ay 1000-1500 manat olmaqla 1 il müddətində həmin pulu qaytaracaq.

2. Bakı şəhəri Xətai rayon prokurorunun xx.xx.2021-ci il tarixli qərarı ilə fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci və 310-ci maddələri ilə cinayət işi başlanmış, cinayət işinin başlanmasına səbəb cavabdehin 20 may 2019-cu il tarixdən 20 noyabr 2020-ci il tarixədək olan müddət ərzində "xxxx" ASC-nin Hüquq Departamentinin rəhbəri vəzifəsində işləyərkən özünü ASC-nin vəzifəli şəxsi kimi təqdim edərək lizinq xətti ilə avtomobil almaq istəyən vətəndaşları aldatmaq yolu ilə müştəri kimi cəlb edib onl ardan nəqliyyat vasitəsinin ümumi dəyərinin müəyyən faizini ilkin ödəniş və əlavə kredit məbləğinin bir aylıq hissəsini əldə edərək, sonradan zəruri ödənişlərin olunmamasını əsas gətirib dolayı üsullarla ASCnin balansında olan avtomobilləri qeyri-rəsmi satmaqla pulları ələ keçirərək ASC-yə və bir qrup vətəndaşlara külli miqdarda maddi ziyan vurması barədə X20, İddiaçı, X1, X21, X11, X12 və "xxxx" ASC-nin baş direktoru X13 müraciətləri, əsas isə həmin fakt üzrə toplanmış materiallarda cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur.

3. Cavabdeh 28 iyul 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci və 309.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə cinayət işi Cinayət Məcəlləsini n 178.3.2-ci və 309.1-ci maddələrinə tövsif edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Ceyhin Əli-zadənin barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.

4. İstintaqla müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC-in baş direktoru X13 20 may 2019-cu il tarixli 14/k saylı əmri, eləcə də həmin tarixli 16 saylı əmək müqaviləsi ilə Cəmiyyətin Hüquq Departamentinin rəhbəri vəzifəsinə təyin olunmaqla 20 may 2019-cu il tarixdən 20 noyabr 2020-ci il tarixədək olan dövr ərzində "xxxx" ASC-in Hüquq Departamentinin rəhbəri vəzifəsində işləyərkən əmək müqaviləsinə əsasən cəmiyyətin Azərbaycan Respublikası ərazisində qanunvericilik və idarəedici orqanlarında, onların ərazi idarələrinin, həmçinin mülkiyyət formasından və qeydiyyat yerindən asılı olmaya raq bütün təşkilatlarda təmsil etmək, cəmiyyətin adından müvafiq sənədləri imza etmək, müxtəlif sənədləri təqdim və qəbul etmək, bağlanmış müqavilələr üzrə iddia irəli sürmək, cəmiyyətin adından Azərbaycan Respublikasının ümumi, iqtisad məhkəmələrində, məhkəmə icra şöbələri, hüquq mühafizə orqanlarında nümayəndə qismində iştirak etmək, qanunvericiliklə iddiaçı, cavabdeh, üçüncü şəxslərə, lizinq verənə məxsus olan hüquqlardan istifadə etmək, prossesual və digər hərəkətləri etmək, həmçinin iddia ərizəsini məhkəməyə təqdim etmək, iddia və ya qarşılıqlı iddia ərizəsinə etiraz və ya mülahizələr etmək və vermək, işin müvəffəqiyyətli həlli üçün məhkəmə aktlarından, ümumi, iqtisad məhkəmələrinin qərarlarından, icra məmurlarının hərəkət və hərəkətsizliyindən şikayət vermək, işin qiyabi icraat qayda sında baxılması ilə əlaqədar ərizələri imzalamaq kimi səlahiyyətləri olduğu halda öz qulluq mövqeyindən istifadə edərək özgənin əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədilə avtomobil alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıdığı X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, sonuncunun tanışı İddiaçı nəqliyyat vasitəsi almaq niyyətində olmasını Ramiz Mirzəyev vasitəsilə öyrəndikdən sonra, qabaqcadan Ramiz Mirzəyevlə aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq sonuncu, Bakı şəhəri, Binəqədi rayonu, X38 küçəsindəki 31 saylı ünvanda yerləşən hündürmərtəbəli binanın birinci mərtəbəsindəki 2500 m2 ərazisi olan boş sahəni 2020-ci ilin aprel ayında istintaqla müəyyən edilməyən gündə İddiaçı göstərərək həmin məkanı onunla, eləcə də "xxxx" ASCnin baş direktoru X27 ilə birlikdə lizinq şirkətinin balansında olan nəqliyyat vasitələrinin alqı-satqısının həyata keçirilməsi məqsədilə “TT 900 Cars” adı altında açdıqlarını, lizinq şirkətinin balansında olan istənilən növ nəqliyyat vasitəsini güzəştli şərtlərlə İddiaçı sata biləcəklərini, həmin salonun təmir edilməsi üçün pula ehtiyacının olmasını, gələcəkdə avtomobil aldığı halda həmin pulun nəzərə alınacağını və ödənişdən çıxılacağını yalandan vəd verərək aldadıb 2020-ci ilin aprel ayının sonu, may ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə 5 dəfəyə olmaqla müxtəlif məbləğlərdə, yəni hər dəfə 20005000 manat aralığında olmaqla ünvan 2 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin inzibati binasının qarşısında Ramiz Mirzəyev vasitəsilə İddiaçı ümumilikdə 18 000 manat məbləğində pulunu alıb aralarında bölüb şəxsi məqsədlərinə sərf etməklə ələ keçirmiş, cinayət əməlini davam etdirərək 16 may 2020-ci il tarixdə Ramiz Mirzəyevin vasitəsilə İddiaçı yuxarıda qeyd edilən ünvandakı avtosalona dəvət edərək, sonuncunun 16 000 manat məbləğində pulunun olmasını dəqiqləşdirdikdən sonra İddiaçı "xxxx" QSC tərəfindən 25 dekabr 2019-cu il tarixli 055/19 saylı daxili maliyyə lizinq müqaviləsi əsasında X2 müvəqqəti istifadəsinə verilmiş və aylıq ödənişləri edə bilmədiyi üçün 2020-ci ilin may ayında təhvil-təslim aktı ilə həmin Cəmiyyətə təhvil verilmiş “JAGUAR F PACE R” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili guya ilkin ödəniş kimi 16 000 manat məbləğində pulun müqabilində, 36 aylıq ödəniş cədvəli əsasında hər ay 2750 manat ödəniş şərtləri ilə rə smi müqavilə ilə İddiaçı qanuni istifadəsinə verəcəyinə dair yalandan vəd verərək aldadıb, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərinin hüdudlarına, mülki və digər qanunvericilik aktlarının tələblərinə riayət etməli olduğu halda bu tələblərə zidd olaraq, yəni Azərbaycan Respublikasının Mülki Qanunvericiliyinə, Mülki Məcəllənin 747-4-cü maddəsinə əsasən sublizinq zamanı, əvvəllər lizinq verəndən lizinq müqaviləsi üzrə alınmış lizinq müqaviləsinin obyektinin lizinq müqaviləsi üzrə lizinq alan üçüncü şəxslərə (sublizinq müqaviləsi üzrə lizinq alana) haqq ödənilməklə və sublizinq müqaviləsinin şərtlərinə uyğun müddətə sahibliyə və istifadəyə verməklə satılmalı olmasına baxmayaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, yəni avtomobili satmaq, hər hansı alıcıya sənədləşmə aparılmadan təqdim etmək səlahiyyəti olmadığı halda hər hansı qanuni əsas olmadan "xxxx" QSC-nin mülkiyyətində olan həmin avtomobili Cəmiyyətin rəhbərinin məlumatı olmadan İddiaçı təqdim etmiş, 18 may 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin inzibati binasının qarşısında İddiaçılə görüşüb nəqliyyat vasitəsinin müvəqqəti istifadəsinə verilməsi üçün şərtləşdirilən ilkin ödəniş məbləği adı altında 16 000 manat pulu qabaqcadan əlbir olduğu Ramiz Mirzəyev vasitəsilə alıb aralarında bölməklə şəxsi məqsədlərinə sərf etməklə ələ keçirmiş, cinayət əməlini davam etdirərək 18 iyun 2020-ci il tarixdə yenidən “TT 900 Cars” avtosalonunda İddiaçılə görüşüb nəqliyyat vasitəsinə görə aylıq ödəniş məbləği olan əlavə 2750 manat pulu ş əxsən alıb aralarında bölməklə şəxsi məqsədlərinə sərf etməklə ələ keçirmiş, bir neçə gün sonra İddiaçı istifadəsinə verilmiş “JAGUAR F PACE R” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin adına rəsmiləşdirilmədiyini, müxtəlif bəhanələrlə müddətin uzadıldığını, lizinq şirkəti tərəfindən həmin avtomobilin axtarışda olduğunu və lizinq şirkətinin rəhbəri Cavid Zeynalovun həmin avtosalonla şərikliliyinin olmadığını öyrəndiy üçün avtomobili Ramiz Mirzəyevə qaytarıb ödədiyi pulları geri tələb edərkən cinayət əməlini davam etdirərək 2020-ci ilin sentyabr ayının istintaqla müəyyən edilməyən günündə "xxxx" ASC tərəfindən 24 iyun 2020-ci il tarixli M-250-1/20 saylı öhdəliyin icrası ilə bağlı saziş əsasında X7 müvəqqəti istifadəsinə verilmiş, sonuncunun aylıq ödənişləri edə bilməməsi səbəbi ndən 2020-ci ilin avqust ayında həmin Cəmiyyətə qaytarılmış “Mercedes Benz S 350” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili Cəmiyyətin rəhbərinin məlumatı olmadan yuxarıda qeyd edilən avtosalondan götürüb idarə etməklə ünvan 2 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin inzibati binasının qarşısına gələrək, nəqliyyat vasitəsini İddiaçı nümayiş etdirib, əlavə 10 000 ABŞ dolları məbləğində pul verəcəyi halda rəsmi müqavilə ilə İddiaçı qanuni istifadəsinə veriləcəyinə dair yalandan vəd verərək aldadıb həmin ünvanda sonuncudan həmin dövrün məzənnəsi ilə 17 000 manat ekvivalentində 10 000 ABŞ dolları məbləğində pulu qabqcadan əlbir olduğu Ramiz Mirzəyev vasitəsilə alaraq, nəqliyyat vasitəsinin nasaz vəziyyətdə olan elektron tablosunu təmir etdirəcəyi adı ilə aldadı b avtomobili İddiaçı təhvil vermədən ümumilikdə sonuncunun külli miqdarda, yəni 53 750 manat məbləğində nağd pul vəsaitindən ibarət əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxs olaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə hüquqi şəxsin, yəni "xxxx" ASC-nin əmlak hüquqlarına və həmin hüquqlardan irəli gələn qanuni mənafelərinə mühüm zərər vurmuşdur.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Ceyhin Əli-zadənin barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, həbsdən azad olunmuşdur.

6. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə sözügedən cinayət işi üzrə cavabdehə bəraət verilmiş, hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir.

7. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış İddiaçı məhkəmədə verdiyi ifadələrində aşağıdakıları göstərmişdir: “...Təqsirləndirilən şəxs qismində ona təqdim olunan cavabdehi "xxxx" ASC-ninHüquq Departamentinin müdüri kimi tanıyır, onunla Ceyhun arasında iş birliyi, avtomobillərin alqı-satqısı ilə bağlı danışıq və razılaşma olmamışdır. O, “TT 900 CARS” salonun müdiri Mirzəyev Ramizi qeyd olunan hadisədən uzun müddət əvvəl tanımışdır, aralarında işbirliyi olmuşdur. Özü 01 noyabr 2017-ci il tarixdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsind ə məhkəmə iclas katibi vəzifəsində işləyir. X9 də Binəqədi Rayon Məhkəməsində işləyir. O, mərhum X22 ilə 2018-ci ildə özünə məxsus “X50” markalı Az **-XZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini “Avanqard” servisdə təmir etdirən zaman söhbət əsnasında tanış olmuşdur. Tanışlıq zamanı Ramiz özünü ona “TT100 CARS” avtosalonunda maşın alveri ilə məşğul olan şəxs kimi təqdim etmişdir. Ümumi söhbət əsnasında Ramiz Mirzəyev ona idarə etdiyi “X50” maşının əyləc sisteminin zəif olmasını bildirərək, həmin avtomobili sataraq əldə edilmiş pula daha yaxşı avtomobil ala biləcəyini demişdi. Bu tanışlıq zamanı da onlar bir-birilərinə mobil telefon nömrələrini vermişdir. O, Ramizə məhkəmədə işlədiyini demişdir. Bu tanışlıqdan təxminən üç-dörd ay sonra avtomobilini başqa maşınla əvəz etmək qərarına g əlmiş, “X50” markalı avtomobilini satmaq istəməsi ilə bağlı Ramizə deyib müştəri olacağı təqdirdə ona bildirməsini xahiş etmişdir. 2018-ci ilin axırlarında Ramiz Mirzəyevin köməkliyi ilə “X50” markalı avtomobilini satmışdır. Avtomobili satdıqdan sonra Ramiz əlinə ucuz qiymətə yaxşı maşın düşdüyünü ona bildirib, onda olan pulun müqabilində yaxşı maşın tapacağına dair söz vermişdir. Bundan sonra mütəmadi olaraq Ramizlə əlaqə saxlayıb maşınlarla maraqlanmış, 2020-ci ilin aprel ayının ortalarında Ramiz Mirzəyev ona zəng edərək Bakı şəhəri, Binəqədi rayonu, X38 küçəsindəki 31 saylı ünvana dəvət edib binanın birinci mərtəbəsindəki 250 m2 ərazisi olan boş sahəni göstərərək, həmin boş sahənin təmir olunması ilə bağlı maddi kömək etməyi xahiş etmişdir. Ramiz şərikli qaydada açılacaq avtosalonda "BT B leasing” ASC-nin mülkiyyətində olan avtomobillərin satışının həyata keçiriləcəyini, salonun təmir xərcləri ilə bağlı verəcəyi pulların gələcəkdə hesablanmaqla almaq istədiyi avtomobilin ümumi dəyərindən çıxılacağını demişdir. Avtomobilinin satılmasında Ramizin kömək etməsini, Ramizdən maşın alacağını nəzərə alıb Ramizə kömək etmək qərarına gəlmişdir. Avtosalonun təmir işləri ilə bağlı məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Ceyhun Əlizadə ilə arasında heç bir danışıq və razılaşma olmamışdır. Onun Ramizə etdiyi təklif ilə Ramiz Mirzəyevin müdiri olduğu “TT 900 CARS” avtosalonun icarə müqaviləsi onun bibisi oğlu X4 adına bağlanılmış, yəni Ramiz Mirzəyevin işlətdiyi salon onun bibisi oğlu Orxan Rəsulovun adına sənədləşdirilmişdir. 2020-ci ilin aprel ayının ortalarından etibarən həmin ilin may ayının əvvəlinədək olan müddət ərzində müxtəlif vaxtlarda Binəqədi Rayon Məhkəməsinin qarşısında, eləcə də təmir işləri aparılan salonda Mirzəyev Ramizə ümumilikdə 18 000 manat pul vermişdir. O, avtosalonun təmiri üçün Mirzəyev Ramizə 18 000 manat pulu əlbəəl vermişdir. Həmin pul da salonun təmirinə qoyulmuşdur. Salona görə Ramizə pulu verəndə X3 tanımamışdır. Salonun təmiri başa çatana yaxın Ceyhunu salonda görüb tanımışdır. Salon təmirindən sonra salonun üzərində "xxxx"in loqosu vurulmuş, adı da “TT 900” qoyulmuşdur. Salonda təmir işləri başa çatdıqdan sonra onun içərisi Ramiz Mirzəyev tərəfindən maşınlarla doldurulmuşdur. Ramiz Mirzəyev maşınların "xxxx" ASC-yə məxsus olduğunu, 22 ədəd avtomobilin şirkətin rəhbəri Cavid Zeynalovun göstərişi əsasında “TT 900 Cars” avtosalonuna yerləşdirildiyini, maşınların həmin lizinq təşkilatının olduğunu demişdir. Maşınların satışı ilə Ramiz və oğlu Ceyhun məşğul olmuşlar. Avtosalon hələ açılmamışdan qabaq, yəni 16 may 2020-ci il tarixdə gecə təxminən saat 24:00 radələrində Ramiz zəng edib onu avtosalonun qarşısına çağırmış, ucuz qiymətə sərfəli şərtlərlə 2018ci il buraxılışlı “JAGUAR F PACE R” markalı avtomobil gətirdiyini, avtomobilin səhərə qalacağı təqdirdə başqa müştəri tərəfindən alına biləcəyini demişdir. O da evdən çıxıb taksi ilə yeni avtosalonun qarşısına gəlib Ramizin oğlu Ceyhun Mirzəyevlə orda olduğunu görmüşdür. cavabdehin orada olmasını xatırlamır. Avtomobili görüb bəyənmiş, Ramiz ilkin ödəniş kimi lizinq şirkətinin xəzinəsinə 16 000 manat məbləğində pul ödəyib 36 ay müddətinə hər ay 2750 manat öd əməklə nəqliyyat vasitəsini ala bilcəyini demişdir. O da Ramizə avtomobili bəyəndiyini, lakin servisdə yoxlatdırdıqdan sonra alacağını bildirmiş, Ramiz də problem olmadığını, hətta avtomobili ödəniş etmədən ona verəcəklərini, maşının üç gün onda qala biləcəyini, bəyənmədiyi halda lizinq şirkətinə qaytara biləcəyini demişdir. “JAGUAR F PACE R” markalı avtomobili idarə edərək evinə gəlmiş, ertəsi gün maşını bir neçə dost-tanışına göstərmişdir. 18 may 2020-ci il tarixdə Ramizə zəng edərək avtomobili alacağını bildirib ilkin ödəniş kimi verməli olduğu pulu götürməsi üçün Ramizi Binəqədi Rayon Məhkəməsinin qarşısına çağırmışdır. Ramiz məhkəmənin qarşısına gəlmiş, o da həyətdə 16 000 manat pulu Ramizə vermişdir. Ramiz ona həmin pulu Cavabdeh verəcəyini, axşam isə etibarnaməni gətirib verəcəyini demişdir. Ramiz Mirzəyevə pulu verən zaman onunla birlikdə Binəqədi Rayon Məhkəməsində təsərrüfat müdiri vəzifəsində işləyən dayısı oğlu Orxan Rəsulov da yanlarında olmuşdur. Bundan təxminən bir saat sonra o, Ceyhun ƏliZadə ilə telefonla əlaqə saxlamış, Ceyhun artıq 16 000 manat məbləğində pulu Ramizdən aldığını və Zeynalov Cavidə verdiyini demişdir. 18 may 2020ci ildə axşam saatlarında Ramiz söz verdiyi kimi etibarnaməni vermişdir. X26 tərəfindən imza olunmuşdu. Ramizlə danışığa əsəasən etibarnamə bir ay müddətinə verilməli idi, lakin 25 dekabr 2020-ci il tarixədək verilmişdi. Ramizdən bunun səbəbini soruşmuş, Ramiz ona bununla bağlı Cavid Zeynalovdan özünün xahiş etdiyini, Cavidə salonun təmir işləri bağlı ondan borc almasını dediyini, bu səbəbdən də etibarnamənin ona bir neçə ay müddəti nə verildiyini söyləmişdir. Bundan təxminən bir həftə sonra Ramiz ona zəng edərək avtosalonda təmir işlərinin başa çatdığını bildirib, həm salonun təmirinə, həm də orada olan avtomobillərə baxmağa dəvət etmişdir. O da salona gedib maşınlara baxmışdır. Bir müddət sonra maşınlar həmin salondan çıxarılmış, maşınlar salondan çıxandan sonra o, salonun təmirinə qoyulmuş pulunu Ramizdən istəmişdir. Ramiz “gözlə” demiş və az sonra vəfat etmişdir. Ramiz öləndən sonra o, pulu Ceyhundan tələb etmişdir. Buna səbəb Ceyhunun "xxxx" ASC-nin hüquqşünası olması olub. O, pulu təkcə Ceyhundan deyil, həmin şirkətin rəhbəri Caviddən istəmişdir. O, Ramizdən aldığı “Jaguar” markalı Az **-PC*** markalı maşını iki ay sürüb sonra da Ramizə qaytarmışdır, Ramiz də maşını Emil adlı şəxsə satmışdır. “Yaquar” ona verilə ndə həmin maşına dair ona etibarnamə verilmişdi. Etibarnaməni də Cavid Zeynalov vermişdi. Etibarnamə altı ay müddətinə verilmişdi. Məhkəmə işçisi olduğu üçün maşını ona lizingə vermək mümkün olmamışdır. Həmin maşının da ona verilməsində cavabdehin iştirakı olmayıb. Maşını ona X48 Zeynalovun razılığı ilə verib. Yəni maşın satış üçün Ramiz Mirzəyevə verilib. Ramiz də maşını ona satıb. Ramiz Mirzəyev ondan maşını alıb Emilə satılmasında və maşının sonrakı taleyində də nə özünün, nə də Mirzəyev Ceyhunun heç bir rolu və iştirakçılıqları olmamışdır. Emil maşını alandan sonra pulu ödəmirdi. Ramiz Mirzəyev də onu Emillə əlaqələndirib, maşının sahibi kimi təqdim edib, onun vasitəsi ilə Emildən maşının pulunu ödəməyi tələb etmişdir. O da Ramiz Mirzəyevin xahişi ilə Emillə danışıb, özünü maşının sa hibi kimi təqdim edib maşının pulunun ödənilməsi ilə maraqlanmışdır. Emil də ona tezliklə maşının pulunu ödəyəcəyini demişdir. Ramiz maşını ondan götürəndə Xırdalan şəhərində bina tikintisi ilə məşğul olan həminEmilin "xxxx" ASC-nin balansında olan beş avtomobil aldığını, “JAGUAR” markalı avtomobili də ona satacağını, bu yolla onun pulunun 18 750 manat olan hissəsini qaytaracağını demişdi. Ramiz Emilin avtomobilləri bina tikintisi ilə əlaqədər lazım olan materialların alınması ilə bağlı pul əvəzi kimi tikinti malları satan şəxslərə verdiyini demişdir. Ramiz ondan xahiş etmişdir ki, o, da onunla birlikdə Emil adlı şəxslə görüşsün və onu “JAGUAR” markalı avtomobilin sahibi kimi tanısın. O da Ramizlə razılaşıb Xırdalan şəhərində Emillə görüşüb onunla danışmışdır. Söhbət zamanı Ramiz onu Emilə avtomobilin sahibi kimi təqdim edib ilkin ödəniş kimi maşının 23 000 manata satıldığını Emilə demiş, Emil də maşını bəyəndiyini deyib göstərilən məbləği bir ayın tamamında Ramizə çatdıracağını bildirmişdir. Bundan sonra onlar getmişlər. Yolda olarkən Ramizdən maşının satışından əldə olunan 23 000 manat məbləğində pulun 18 750 manat məbləğində olan hissəsini ona veriləcəyini demişdir. Bir ayın tamamında o, Ramizə zəng edib Emillə əlaqə saxlayıb pulu almağı xahiş etmiş, Ramiz hər dəfə Emillə danışanda sonuncu bu gün-sabah deyib onu və Ramizi yola vermişdir. Bu səbəbdən də özü məcbur qalıb bir neçə dəfə Emillə danışmışdır. Emil Ramizə dediyi eyni sözləri ona deyib onu da yola vermişdir. Bundan sonra o, özünün Emildən pul tələb etməyinin düzgün olmadığı qənaətinə gəlib yenidən pulunu Ramizidə n istəməyə başlamışdır. Ramiz isə pulu qaytarmamışdır. “Jaguar” markali maşınını həmin salonda bəyənib maşına ilkin ödəniş kimi 16 000 manatı Ramizə verib və maşını aparıb məhkəmə işçisi olduğundan adına VÖEN ala bilmədiyi üçün vaxt istəmişdi ki, qohumu Orxanın adına maşını rəsmiləşdirsin. Ona görə "xxxx"-in müdiri Cavid Zeynalov tərəfindən maşına etibarnamə almışdır. Etibarnaməni ona Ramiz təqdim etmişdir. O, Ceyhunu sonradan tanıyıb, onun leasing-də departament müdiri olduğunu bilmişdir. Onunla Ceyhunla arasında heç bir pul mübahisəsi olmayıb. O, Ceyhun Əlizadə ilə telefonda danışanda Ceyhun ona bildirmişdir ki, Ramiz pulu Cavid Zeynalova vermişdir. May ayının ödəniş pulu olan 2750 manatı da 28 may küçəsində şirkətin hesabına ödəmişdir. Ramizin onun pulunu qaytarmaqdan yayınmağını görüb "xxxx" ASC-nin baş direktoru X13 yanına gəlib avtosalonun təmir işləri ilə bağlı Ramizə hissə-hissə olmaqla 18 000 manat məbləğində pul verdiyi demişdir. Cavid Zeynalov ona avtosalonun təmirinə heç bir aidiyyətinin olmadığını deyib, “get pulunu kimə vermisən ondan istə” demiş, o da Caviddən hansı əsaslarla rəhbəri olduğu lizinq şirkətinin mülkiyyətində olan 22 ədəd avtomobilin Ramizin işlədiyi “TT 900 Cars” avtosalonunda satışa çıxarılmasının səbəblərini soruşmuşdur. X35 avtosalonunda olan maşınların şirkətə məxsus olduğunu təsdiq edərək avtomobillərin elə-belə satılması üçün həmin salona yerləşdirildiyini demişdir. Caviddən şirkətin mülkiyyətində olan "JAGUAR F PACE R” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə ona məlumat verməsini xahiş etmişdir. Bu zaman Cavid Zeynalov un tapşırığına əsasən lizinq şirkətinin işçilərindən biri həmin avtomobilə dair müqavilə və digər sənədləri Cavid Zeynalova təqdim etmişlər. Cavid sənədlərə baxdıqdan sonra ona həmin avtomobilə görə 19 000 manat məbləğində gecikmənin olduğunu və nəqliyyat vasitəsinin axtarışda olduğunu demişdir. O da maşınla bağlı məsələni Ramizin özü ilə dəqiqləşdirmək qərarına gəlib təmir xərci ilə bağlı Ramizə verdiyi 18 000 manat pulu Cavid Zeynalovdan tələb etmişdir. Cavid Zeynalov yenə də ona avtosalona, eləcə də təmir xərcinə heç bir aidiyyətinin olmadığını bildirib 18000 manat məbləğində pulla bağlı istənilən yerə şikayət edə biləcəyini ona demişdir. Bundan sonra Ramizin yanına avtosalona gəlmiş və Cavid Zeynalovun istər təmir, istərsə də aldığı avtomobillə bağlı ona dediklərini olduğu kimi Ramizə bildirmişdir. Ramiz narahat olmamağı, avtomobili satıb təmir üçün verdiyi 18 000, eləcə də avtomobil üçün ilkin ödəniş kimi verdiyi 16 000, aylıq ödəniş kimi verdiyi 2750, ümumilikdə 36 750 manat pulubir ay ərzində qaytaracağını demişdir. Bir qədər sonra Ramiz qəflətən vəfat etmişdir. O da bundan sonra pulu Ceyhundan istəməyə başlayıb. Ramizə pul verən zaman Ceyhun Əlizadə orada olmayıb. Ramizlə razılaşan kimi o, dayısı oğlu Orxan Rəsulova zəng edərək evdən on min dollar gətizdirib, Binəqədi Məhkəməsinin Həyətində avtomobili nəzərdən keçirib, hətta avtomobillə məhkəmənin qarşısında olan dairəni də bir dəfə fırlanmışdır. Orxanın gətirdiyi on min dolları Orxanın yanında Ramizə vermiş, pulu Ramizə verdikdən sonra Ramiz mobil telefonu ilə kiməsə zəng edib “müdir pul məndədir, hara gəlim” dem işdir. Ramizdən kiminlə danışdığını soruşduqda X36 danışdığını və hazırda onun aldığı avtomobillə bağlı Cavidin yanına ofisə gedəcəyini demişdir. İstintaq zamanı dindirilərkən ehtimal etmişdir ki, Ceyhun kənarda dayanmasına baxmayaraq onun bu işdən xəbəri vardır, lakin sonradan məlum oldu ki, "Mercedes Benz S 400” markalı Az **PV-*** dövlət qeydiyyat nişanlı avtomaşının satılmasında Ceyhunun heç bir xəbəri olmamışdır. Bu səbəbdən də istintaq zamanı da o, ifadələrində "Mercedes Benz S 400” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomaşının Ceyhuna heç bir aidiyyatı olmadığını göstərmişdir. Ramiz özü də ona Cavid tərəfindən onun aldadılması səbəbindən ayrı-ayrı şəxslərə 20 000 manat məbləğində borcunun yarandığını, onun 36 750 manat və 10 000 ABŞ dolları məbləğində pulunu Caviddən alıb q aytaracağını, Cavidin dələduzluq əməlləri barədə hüquq mühafizə orqanlarına müraciət edəcəyini demişdi. 24 noyabr 2020ci il tarixdə Ramiz Mirzəyev ürək tutması səbəbindən vəfat etdi. O da verdiyi pulları Ceyhun Əlizadədən istəmişdir, lakin sonradan onu aldadan şəxs Ramiz Mirzəyev olduğundan Ceyhundan tələb və şikayəti olmamışdır. İndi də yoxdur. Salonun təmirinə Ramiz Mirzəyev tərəfindən 18000 manat qoyulmuşdur. Həmin pulu da Ramizə o, vermişdir. O, Ramizə təmir pulu verərkən Əlizadə Ceyhunu tanımamışdır. Heç vaxt özünün Əlizadə Ceyhun tərəfindən aldadıldığını deməmişdir. İstintaq zamanı verdiyi ifadələrində belə hallar varsa, o, həmin halları təsdiq etmir. Ramizdən aldığı “Mercedes Benz S 400” markalı Az **-PV-*** dövlət nömrə nişanlı maşının Ceyhun Əlizadəyə heç bir aidiyyatı yoxdur. Cey hun heç vaxt onunla Ramiz arasında aparılan salonun təmir işlərinin aparılmasına və ya ona maşınların satılmasında aparılan danışıqlarda iştirak etməyib. Həmin söhbətlərin Ceyhun Əlizadəyə aidiyyəti olmayıb. Ona qarşı heç bir tələb və şikayəti yoxdur”

8. Cinayət işinə baxan məhkəmələr hesab etmişlər ki, cavabdehə elan olunmuş ittiham qeyri-müəyyən olmuş, istintaq orqanı ona elan olunmuş ittihamda cavabdehin cinayət əməlləri kimi qiymətləndirdiyi hərəkətlərini "xxxx" ASC-nin baş direktoru X13 göstərişlərinə uyğun icra etdiyini, X22 tərəfindən İddiaçı avtosalonun təmiri üçün 18 000 manat borc pul aldığını və həmin borc alınanda cavabdeh ilə tanış olmadıqlarını, avtosalonunun İddiaçı dayısı oğlu X4 adına icarə götürüb işlətdiyini, X8 oğlu X31 Ağayevlə Binəqədi Rayon Məhkəməsində işlədiyini, R amiz Mirzəyev tərəfindən İddiaçı məxsus maşını İddiaçı Cavabdehla tanış olmamışdan qabaq satdığını, ona əlverişli qiymətə maşın düşdüyü halda məlumat verəcəyini vəd etdiyini, sonradan ona 16 may 2020-ci il tarixdə saat 00:00 radələrində İddiaçı salona "BTB leasing” ASC-nin “JAGUAR PACER” avtomobilini gətirdiyini, maşının səhərə qaldığı təqdirdə başqa müştəri tərəfindən alınacağı ilə xəbərdar edib, onu gecə vaxtı salona gətirib, həmin gecə də faktiki olaraq maşının alqısatqısını razılaşdırılıb sonuncunun istifadəyə verilməsini, həmin günün səhəri ondan 16 000 manat avtomobilin dəyərinin ilkin ödənişi kimi qəbul edib həmin məbləğin cəmiyyətin baş direktoru ZeynalovCavid Eldar oğluna verib, həmin ayın 18-də X27 tərəfindən avtomobili idarə etmək üçün altı ay yeddi gün müddətinə etibarnamə veri ldiyini, etibarnamənin sonuncu tərəfiəndən verilməsinin ekspertiza rəyi ilə təkzib olunmadığını, bundan sonra avtomobilin İddiaçı tərəfindən həmin ilin iyun ayının axırlarına, iyul ayının əvəllərinə qədər idarə edib X14 qaytarıldığını, bundan sonra avtomobilin X22 tərəfindən Səməndərov Emilə satılmasını, sonuncunun həmin avtomobilə görə X18 beş min manat, İddiaçı iki min manat ödədiyini, sonradan ödəmə etmədiyini, bu səbəbdən də ona ödədiyi yeddi min manat pulun X27 tərəfindən qaytarılıb avtomobilin geri götürülməsini, "Mercedes Benz S 350” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı minik maşını İddiaçı X22 tərəfiəndən lizng qaydasında satılan kimi verilib ondan on min dollar almasını, bu məbələğin alınmasında, sonrakı taleyində cavabdehin iştirak etmədiyini, X23 verilmiş avtomobillərin on a X10 Ceyhun tərəfindən gəlir əldə etmək məqsədi ilə sonuncya təklif olunub ondan onun ilkin ödənişhlər əldə edib Mirzəyev Ceyhuna avtomobillər satıldıqda xeyir verəcəyini vəd etdiyini, X19 həmin avtombillərin satma müddətlərini uzadılması üçün dəfələrlə cəmiyyətin baş direktoru Zeynalaov Cavid oğlunun yanında olub ondan əlavə vaxt istəməsini, sonuncunun ona vaxt verməsini, sonda Əliyev Saqif tərəfindən avtomobillərin uzun müddət satılmamasından iki avtomobilə görə ödənilmiş məbləğin ona qaytarılıb, avtomobillərin geri götürüldüyünü, Əliyev Saqifə verilən avtomobilin birinin daha öncə Əliza-də Ceyhun vasitəsilə qaytarılıb onun pulunun Saqifə ödənilməsini, bu avtomobillərin girov deyil, satış üçün Əliyev Saqifə verildiyini, X32 Cavidin, X22, onun oğlu X24 ilə iş birliklərinin olmasını, Əl izadə Ceyhunun hər hansı əmlakı girov qoyduğunu təsdiq edən sübutun olmamasını, işin faktiki hallarına görə girov qoyulması idda olunan avtomobillərin girov qoyulmasının mümkün olmamasını, girov saxlayanın isə belə əmlakı girova götürə bilməməsini, araşdırılan əməllərin lizinq qaydasında alqı-satqı qaydalarının pozulması nəticəsində yarandığını, bu iş üzrə eyni əmələ görə şikayət etmiş şəxsə mülki mühakimə icraat qaydasında şikayət etmək hüququnun olmasının izah edilməsi haqqında sübut olduğunu, İddiaçı, X25 və cavabdeh arasında telefon danışıqlarınınin Binəqədi rayonununda müxətəlif anten dairələrində olmasını, İddiaçı ona ödənilməli olan pulu sonuncu tərəfindən X5, şirkətin rəhbərindən tələb etdikdən sonra bu barədə cavabdehə deyib özünün şikayət edəcəyini bildirməsini müəyyən etdiyi hal da Cavabdeh Müslum oğluna ittiham elan etmək üçün faktiki və hüquqi əsaslar olmamışdır.

9. Məhkəmələr müəyyən etmişlər ki, Cavabdehh oğlunun X8 İddiaçı ünvan 6 ünvanda yerləşən binanı təmir etmək üçün aldığı 18 000 manat borc pulun alınmasında iştirakı istisna olunur.

10. Məhkəmələr vurğulamışlar ki, zərərçəkmiş şəxs İddiaçılə Ramiz Mirzəyev arasında adi mülki dövriyyədə nəqliyyat vasitələrinin alqı-satqısı ilə bağlı işgüzar münasibətlər mövcud olmuş, cavabdeh zərərçəkmiş şəxs İddiaçı aldatmamış, ona hər hansı vəd verməmiş, İddiaçılə Ramiz Mirzəyev arasında olmuş danışıq və razılaşmalarda Ceyhun Əlizadənin hər hansı formada birbaşa və yaxud dolayısı ilə iştirakı olmamış, İddiaçı hər hansı məqsədlə pul almamışdır..Ümumilikdə, ittiham üzrə cavabdehin dələduzluq niyyətində olması, onun zərər çəkmiş şəxsə hər hansı vəd verməsi və həmin vədinə əməl etməməsi iş materiallarında olan sübutlara əsasən öz təsdiqini tapmır və əməlləri dələduzluq cinayətinin dispozisiyasına umumiyyətlə uyğun gəlmir. Xüsusilə qeyd edilməlidir ki, Ceyhun Əlizadə “BTB” Leasing” ASC-nin Hüquq Departamentinin rəhbəri vəzifəsində işləməklə ümumi qaydada vəzifəsinin icrasını həyata keçirmiş, zərərçəkmiş şəxs İddiaçılə onun mövcud olmuş qeyri-kriminal münasibətləri vəzifəsinin icrası ilə bağlı olmuş, vəzifəsinin icrası ilə hər hansı qanun pozuntusuna yol verməmiş, hətta istintaq orqanı özü ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət təqibindən imtina etmişdir.

11. Məhkəmələr hesab etmişlər ki, İddiaçılə Ramiz Mirzəyev arasındakı münasibətlər borc müna sibətləri olmaqla cinayət təqibi qaydasında deyil, mülki mühakimə icraatı qaydasında tənzimlənir, bu borcun alınmasında isə Cavabdeh iştirak etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23 100 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, tanışı X22 vasitəsilə 2 ildir tanıdığı cavabdeh ondan 1 noyabr 2020-ci il tarixdə 4500 manat, 01 dekabr 2020-ci il tarixdə 18 000 manat borc almış, borcunu 01 dekabr 2020-ci il tarixdən ayda 1000-1500 manat olmaq şərtilə 1 il müddətində ödəyəcəyinə dair sadə əlyazma üsulu ilə qəbz təqdim etmiş, daha sonra 05 yanvar 2021-ci il tarixdə daha 600 manat almış, beləliklə ümumi borcu 23 100 manat təşkil etmişdir. Cavabdeh 01 dekabr 2020-ci il tarixdən etibarən borcunu hissəhissə ödəməyi öhdəsinə götürsə də, hazırkı tarixədək borcundan heç bir ödəniş etməmiş, pulunu tələb etdiyində cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3978/2021 nömrəli iş üzrə 4 iyun 2021-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddianın təmin edilməsi,cavabdehdən 23100 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

15. Tərəflər arasındakı hüquq münasibətlərini borc münasibəti olaraq qiymətləndirən birinci instansiya məhkəməsi, mövqeyini belə əsaslandırmış dır ki, Cavabdeh 01 dekabr 2020-ci il tarixdə İddiaçı 18 000 manat pulu şəxsi ehtiyacları üçün borc olaraq almış, ayda 1000-1500 manat olmaq şərtilə 1 il müddətinə qaytarmağı öhdəsinə götürmüş, bununla bağlı sadə yazılı qəbz vermişdir. Həmçinin iş materiallarında olan, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış, “Bank BTB”- nin müdiri Cavid Zeynalov barəsində Cinayət Məcəlləsinin 177, 185, 308, 308.1.2, 309, 311, 313-cü və digər maddələri ilə cinayət işi başlanmasına dair şikayət ərizə sində İddiaçı 18 000 manat pul almasını etiraf etmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3, 442, 739.1, 740.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəlindiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozulduğu, sübutlara düzgün qiymət verilmədiyi, cavabddehin həm mülki qaydada, həm də cinayət işi üzrə məsuliyyət daşımasına səbəb olan qərar çıxarıldığı arqumentləri ilə əsaslandırılmışdır.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-669/2023 nömrəli mülki iş üzrə 21 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3978/2021 saylı 4 iyun 2021-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinin təmin edilməməsi qət edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.

21. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

22. İşin müəyyən olunan hallarına əsasən, tərəflər arasında nə borc, nə də borcun etirafı müqaviləsinin bağlanmış olmasından bəhs etmək mümkün deyildir və beləliklə də məhkəmə, tətbiq edilməməli olan maddi hüquq normasını tətbiq etmişdir.

23. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifə ləri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

24. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekst də araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq qətnamə ləğv olunmalı, iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmalıdır.

25. Yuxarıda qeyd olunduğu kimi, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

26. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

27. Qanuni qüvvəyə minmiş hökmlə müəyyən olunmuş halları əsas götürən kollegiyanı n qənaətinə görə, iddiaçının tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları (MM 1096, 1097) nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

28. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir.

29. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

30. Hazırkı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal – cavabdehin iddiaçıya 23 10 0 manat məbləğində ziyan vurmuş olması - iş üzrə sübutetmənin predmetidir və kollegiyanın qənaətinə görə iddiaçı bu halı biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Əksinə, qanuni qüvvədə olan hökmlə müəyyən olunmuşdur ki, ona ziyan vuran (yaxud ondan borc alan) şəxs cavabdeh deyil, X15r.

31. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası (§ 34) ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin e dir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. 32. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-669/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin lə ğv edilməsi və iddianın təmin edilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir.

34. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan borc məbləği cavabdeh tərəfindən yazılmış qəbzdən açıq aydın görünür. Həmin qəbzin mötəbərliliyi şübhə altında deyil, çünki cavabdeh həmin qəbzin onun tərəfindən yazılmasını mübahisələndirməmişdir, əksinə, məbləğin qətnamədə istinad edilən məhkəmə hökmündə olan məbləğlə oxşarlığından istifadə edərək məhkəməni yanlış istiqamətdə araşdırmağa sövq etmişdir. Məhkəmə də cavabdehin yazdığı iltizama hər hansı münasibət bildirmədən apelyasiya şikayətində olan dəlillər istiqamətində araşdırma aparmış və məbləğlərin oxşarlığından yanlış olaraq müəyyən etmişdir ki, o pul cavabdehdən deyil, X6 tələb edilməlidir. Məhkəmə hökmünün hazırkı işə hər hansı aid iyyəti yoxdur. X43 pul başqa niyyətlə, başqa formada verilmişdir. Hazırki mübahisə məhz cavabdehə verilmiş borc məbləğindən gedir. Yəni, hazırkı borc məbləği məhz cavabdehə şəxsən iddiaçı tərəfindən verilmişdir. Ramizin törətdiyi əməllərdə iddiaçı cavabdehi günahkar kimi bilməmiş, bunu dəfələrlə istintaq və məhkəmə orqanlarında aparılan araşdırmalarda da bildirmişdir. Cavabdeh borcunu 1 il ərzində geri qaytarmağı iddiaçıya vəd etmiş və buna əməl etməmişdir. Kollegiya isə göstərilən halları qətnamədə başqa bir sferadan fərqli ssenari ilə göstərmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Kollegiyanın mübahisələndirilən qətnaməsində isə cavabdehin şəxsən yazdığı,apelyasiya ş ikayətində mübahisələndirmədiyi borcun verilməsini təsdiq edən sənədin nə üçün sübut kimi qəbul edilməməsinə ümumiyyətlə toxunulmamışdır. Hər hansı bir şəxsin almadığı borc barədə belə bir qəbz yazması inandırıcı deyil. Cavabdehin ali təhsilli olması barədə iş materiallarında məlumat vardır. İşin maraqlı halı isə ondan ibarətdir ki, cavabdehin özü bu borc məsələsi ilə bağlı yazdığı qəbzi mübahisələndirməmişdir. Bakı Apellyasiya Məhkəməsi qanunla üzərinə qoyulmuş vəzifəsini icra etməyərək işin halları üzrə səhv nəticəyə gəlməklə, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

35. İşə baxmış apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbinin qanuni əsası kimi, mülki qanunvericiliyin mülki pozuntulardan irəli gələn öhdəliklərlə bağ lı müddəaları nəzərdən keçirdilə bilər. Belə ki, Mülki Məcəllənini 21-ci maddəsi ümumi norma kimi, çıxış edərək zərərin əvəzini ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil,yalnız hüququn nəticələrini tənzimləyir. Bu mənada zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası, digər hüququ sahələrindən ( məs:müqavilə hüququ, delikt hüququ və.s irəli gəlir). Hazırki münahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranıb. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmırlar, hesab edirlər ki, məhkəmə belə bir nəticəyə gəlməkdə haqlı deyildir. Ona görə ki, tərəflər arasında sadə yazılı formada təsdiq edilmiş qəbz mövcud olmuşdur. Hesab edirlər ki, məhkəmə Mülki Məcəlləninin 21-ci maddəsini tətbiq etməkdə qanunvericil iyin tələbini pozmuşdur.

36. Hazırki halda tərəflər arasında 01 dekabr 2020-ci il tarixdə tərtib edilmiş sadə yazılı qəbz vardır, həmin qəbzlə cavabdeh götürdüyü borcu 1 il müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşin qeyd edilən hallarında da görünür ki, tərəflərarasında öhdəlik münasibətləri məhz müqavilə münasibətərindən əmələ gəlmişdir. Ona görədə hesab edirlər ki, cavabdeh müqaviləilə üzərinə götürdüyü öhdəliyə əməl etməlidir. İşə baxan məhkəmə kollegiyası isə iş üzrə səhv nəticəyə gələrək hesab etmişdir ki, ona ziyan vuran şəxs cavabdeh olmamışdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməs i) başa düşülür. Mülki Məcəllənin normasında öhdəliyin icra edilməməsinin anlayışı verilmişdir. Cavabdeh də öz növbəsində ona edilən xəbədarlıqlara baxamayarq üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. İşə baxan məhkəmə kollegiyası tərəflər arsında yaranmış öhdəliyin əmələ gəlmə əsaslarını düzgün müəyyən edə bilməmişdir.

37. Qətnamədə işə aid edilən mötəbər sübutlarla təsdiq olunmuş faktlar əks etdirilməmişdir və göstərilən hallar işin materiallarına uyğun deyildir. Sübutlar hərtərəfli və tam araşdırılmamış və tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilməmişdir.Məhkəmə işdə tərəflər arasında təsdiq olunmuş yazılı sübutların mövcudluğuna əhəmiyyət verməmişdir.İşə baxmış məhkəmələr işin hallarını araşdırmadıqlarından iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdirlər. Hesab edirlər ki, işə baxmış Bakı Apellyasiya məhkəməsi qanunvericiliyin qeyd edilən normalarına əməl etməmişdir.

38. Kassasiya şikayəti Mülki Məcəllənin 21, 385.1, 385.2, 386.1, 442, 560, 739, 740cı maddələrinə, Mülki Prosessual Məcəlləsinin 13.1, 77.1, 88, 386, 387-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Cavabdeh kassasiya şikayətinə etiraz göndərərək, qeyd etmişdir ki, qəbz Cavabdeh təzyiqlə yazdırılmışdır.Qəbzin formal olaraq yazılmışdır. İddiaçı göstərir ki, Cavabdeh borc pul alması barədə xx.xx.2021-ci il tarixli qəbz vermişdir.Halbuki cinayət işininmateriallarından görünür ki, həmin vaxta qədər o, Cavabdeh salonun təmiri və digər maşınlar üçün vermiş olduğu pulları tələb edirdi.Tərflər arasında pul mübahisəsi olduğu halda hansı borc m əbləğindən söhbət gedə bilər?Həmin vaxt Cavabdeh borc pul verilməsi məntiqə uyğun deyil.Onu da bildirmək istəyir ki, xx.xx.2022-ci il tarixində İddiaçı 11 saylı notariat kontorunda ərizə verib ki, X16 tərəfindən mənə dəymiş zərər tam ödənilmiuşdir və həmin günü Binəqədi Rayon Məhkəməsinin İcra Şöbəsində öz xətti ilə X16 ilə arasında olan borcun ödənildiyini və heç bir şikayət və tələbi olmadığını və gələcəkdə olmayacağını yazmışdır. İddiaçının yazdığı qəbzin əsas götürülməklə, mübahisənin artıq həll olunduğunu nəzərə alıb, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

41. Maddə 739.1.(iddia olunan hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müva fiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

42. Maddə 740.2. (iddia olunan hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiyada)Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

43. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

44. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

45. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri s übutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara i stinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyy ən olunan hallarına əsasən, tərəflər arasında nə borc, nə də borcun etirafı müqaviləsinin bağlanmış olmasından bəhs etmək mümkün deyildir və beləliklə də məhkəmə, tətbiq edilməməli olan maddi hüquq normasını tətbiq etmişdir. Qanuni qüvvəyə minmiş hökmlə müəyyən olunmuş halları əsas götürən kollegiyanın qənaətinə görə, iddiaçının tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları (MM 1096, 1097) nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müq avilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.Hazırkı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal – cavabdehin iddiaçıya 23 100 manat məbləğində ziyan vurmuş olması - iş üzrə sübutetmənin predmetidir və kollegiyanın qənaətinə görə iddiaçı bu halı biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Əksinə, qanuni qüvvədə olan hökmlə müəyyən olunmuşdur ki, ona ziyan vuran (yaxud ondan borc alan) şəxs cavabdeh deyil, X15r.

56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilm əklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Cavabdeh məhkəməyə iddiaçının yazdığını bildirdiyi ərizə və qəbz göndərsə də məhkəmə kollegiyası bildirir ki, kassasiya instansiyası məhkəməsində yeni sübutlar qəbul edilmir və onlara hüquqi qiymət verilmir. Azərbaycan Respublikasının MPM -in 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 dekabr 2023-cü il tarixli 2(103)-669/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar