Məhkəmə qərarları › İş №2(102)-1523/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1523/2022

11.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1523/2022 11.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9001/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 11 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabd eh qarşı “cavabdehin ailə üzvləri ilə birlikdə mülkiyyətdən çıxarılmaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə E saylı bağ sahəsindən çıxarılması və həmin bağ sahəsinin tam boşaldılaraq onun sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, İŞ № 2(003)-1732/2014 saylı qətnaməsi ilə onun iddiası təmin edilərək, E saylı bağ sahəsinə vərəsəlik hüququ tanınıb. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 14 may 2015-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, İŞ № 2(003)-1732/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli qərarı ilə Cavabdeh kasasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin 14 may 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, İŞ № 2(003)-1732/2014 saylı qətnaməsinin əsasında o, 06.11.2018-ci il tarixdə E saylı bağ sahəsinə mülkiyyət hüququ əldə edib. Cavabdeh babası olan X2 ilə aralarında böyük yaş fərqinin olmasına baxmayaraq, onun əmlakını əldə etmək üçün V ilə birlikdə yaşayıb. V vəfat etdikdən sonra isə mülkünü qeyri-qanuni ələ keçirib. Hazırda o, cavabdehdən torpaq sahəsindən çıxarılmasını dəfə lərlə tələb etsə də, cavabdeh çıxmaqdan imtina edir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, № 2(003)1732/2014 saylı qətnaməsindən görünür ki, həmin torpaq sahəsinin tam olaraq 12 sotuna onun vərəsəlik hüquqları tanınıb. Eyni zamanda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışdan görünür ki, E saylı bağ sahəsi bütövlükdə onun mülkiyyətinə verilmişdir. Lakin hazırda cavabdeh onun mülkiyyətindən çıxmaqdan imtina edir və iddiaçının mülkiyyətinə qeyri-qanuni sahiblik edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 may 2021-ci il tarixli 2(003)-1444/2021 nömrəli qətnaməsi ilə (hakim – Ramilə Xəzri) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan E bağ sahəsindən çıxarılmasını tələb etmişdir. Cavabdeh həmin bağ sahəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamaqdadır. Həmin bağ sahəsinə dair 06.11.2018-ci il tarixində İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə edilmiş, həmin çıxarışla İddiaçı istifadə hüququ tanınmış, lakin mübahisəli fərdi yaşayış evinin hüquqi statusunda heç bir dəyişiklik baş verməmişdir. İşin mübahisəsiz hallarından görünür ki, hazırda cavabdehin faktiki sahibliyində və istifadəsində olan E bağ sahəsinə iş üzrə hər iki tərəfin istifa də hüququ məhkəmə qətnaməsi ilə tanınmışdır. İddiaçı həmin bağ sahəsinin onun mülkiyyətində olduğunu əsas gətirərək, cavabdehin həmin əmlakdan çıxarılmasını tələb etsə də, öz tələbini əsaslandıran əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla həmin əmlaka onun mülkiyyət hüququ deyil, istifadə hüququ təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsinin ona qaytarılmasına dair tələbi təmin edilə bilməz. Torpaq sahələri üzərində hüquqların yaranması əsasları qanunla konkret müəyyən edilmişdir. İddiaçının tələb etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədlər olmadığından, həmçinin cavabdehin həmin torpaq sahəsi üzərində istifadə hüququ qanuni qüvvəs ini almış məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan, məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinin ona qaytarılmasını tələb etməyə subyektiv hüququ yoxdur. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 25, 43.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1, 66.2, 67.4, 68-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsi ndə icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 19 oktyabr 2021-ci il tarixli, 2(103)-9001/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(003)-1444/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli əmlaka dair iddiaçının mülkiyyət hüquqları mövcud olmadığından və həmin əmlaka dair cavabdehlə bərabər hüquqlara malik olduğuna görə, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tə rəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Nümayəndə) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin yanaşmasından görünür ki, yalnız onun həmin torpaq sahəsinə istifadə, sahiblik və sərəncam vermək hüququ olmalı idi ki, o, həmin torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edə bilsin. Bu mübahisə mövzusu deyildir ki, həmin torpaq sahəsinə yalnız onun hüquqları vardır və onun bu hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdehin isə həmin torpaq sahəsində heç bir hüququ dövlət qeydiyyatına alınmamışdır. İşdə olan çıxarışdan görünür ki, onun hüquqları istifadə hüququ əsasında qeydiyyata alınmışdır. İstifadə hüququ öz-özlüyündə sahiblik hüququnu da ehtiva edir. Yəni sahiblik etmədən istifadə etmək mümkün deyildir. Həmçinin həmin hüquq ona torpaq sahəsinə sərəncam vermək hüququnu da özündə əhatə edir. Mülkiyyət hüququnun sərəncamverici xüsusiyyəti ilə bağlı mübahisə mövzusu deyildir ki, o, həmin torpaq sahəsi barəsində sərəncam vermək, onun hüquqi müqəddəratını müəyyən etmək hüququ, ən əsası isə həmin əmlak barədə sərəncam verərək satmaq hüququna malikdir. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində əqd əsasında ə ldə edilən daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının yaranması anları fərqli müəyyən edilmişdir. Belə ki, Müiki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüquqununəldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Göründüyü kimi, onun hüquqları dövlət qeydiyyatına alındığından, həmin torpaq sahəsi üzərində is tifadə, sahiblik və sərəncam vermək hüququ mövcud olduğundan məhkəmənin qətnaməsi açıq-aşkar qanuna ziddir. Məhkəmə istifadə hüququnun olduğunu qeyd etsə də nəzərə almamışdır ki, cavabdehi həmin sahədən çıxarmadığına görə o, həmin sahədən istifadədə edə bilmir. Halbuki, məhkəmənin təbirincə deyilsə onun istifadə hüququ mövcuddur. Göründüyü kimi, məhkəmənin qətnaməsi yuxarıda qeyd edilən maddi hüquq normalarına açıq-aşkar ziddir. Məhkəmə tətbiq olunmalı maddi hüquq normalarını tətbiq etməmişdir. Bundan başqa məhkəmə əsassız qətnamə qəbul etməklə onun mülkiyyət hüququnu pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qəra rı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə kasasiya kollegiyası qeyd edir ki, iddiaçı kasasiya şikayətini mülkiyyət hüququnun mövcudluğu, bu hüququnun dövlət qeydiyyatına alınması, cavabdeh tərəfindən mülkiyyət hüququnun pozulması ilə əsaslandırmağa çalışsa da, iş materiallarında olan qanuni qüvvəsini almış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-183/2011 saylı, 18.10.2011-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X4 E saylı bağ sahəsinə istifadə və icarə hüquqları əsasında vərəsəlik hüququ tanınmışdır. Həmin bağ sahəsinə qeyd e dilən şəxslərin istifadə və icarə hüquqları əsasında vərəsəlik hüququnun tanınmasına əsas kimi Cavabdeh bağın icarədarı olmuş Vun həyat yoldaşı olması, icarə müqaviləsində isə Vun oğlu Mun adının qeyd edilməsi nəzərə alınmış, sözügedən bağ mərhumun mülkiyyətində deyil, istifadə və icarəsində olduğu üçün Cavabdeh ilə X4 da göstərilən hüquqlara vərəsəlik hüququ tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2943/12 saylı, 04.10.2012-ci il tarixli qərarının 12-ci səhifəsinin (iş materialları səh 90) 7 və 8-ci abzasında da göstərilmişdir ki, “Lakin bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, sözügedən kadastr şəhadətnaməsinin yalnız Mun adına çıxarılması qey ri-mümkündür. Belə ki, E saylı bağ sahəsinə tək onun deyil, həm də Cavabdeh onunla bərabər eyni hüquqları olması işin araşdırılmış halları və yuxarıda qeyd edilən qanuni qüvvəsini alan məhkəmə aktları ilə tam təsdiq edildiyindən kadastr şəhadətnaməsi hər ikisinin (M və Cavabdeh) adına tərtib edilməlidir.” Buradan da aydın olur ki, mərhum Vun oğlu M və Cavabdeh E saylı bağ sahəsinə eyni hüquqlarının olması qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qərarın 13-cü səhifəsinin 1-ci abzasının sonuncu cümləsində isə göstərilmişdir ki, “E saylı bağ sahəsinə dair X3 və İstismarı Birliyi ilə X2 arasında 31 mart 2004-cü il tarixdə 32739 saylı bağın istifadəyə verilməsi haqqında müqavilədə adı qeyd edilən ailə üzvü M və məhkəmə qərarları əsasında həmin bağdan istifadə hüququ tanınmı ş Cavabdeh həmin hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüquqlarının olması tərəflərə izah edilməlidir.” Buradan da aydın olur ki, məhkəmə M və Cavabdeh bağa olan istifadə hüquqlarının qeydiyyata alınması üçün müvafiq orqana müraciət etməyə hər ikisinin hüququnun olmasını izah etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2943/12 saylı, 04.10.2012-ci il tarixli qərarından sonra E saylı bağ sahəsi 29.12.2013-cü ildə mərhum X1 adına tam mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmış, bu barədə RX ******* saylı Çıxarış verilmişdir. Hazırki iddiaçının istinad etdiyi adına olan RX ******* nömrəli çıxarışın əsasını təşkil edən və iş materi allarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1732/2014 saylı, 10.10.2014-cü il tarixli qətnaməsindən də görünür ki, bağ sahəsinə hazırki iddiaçının atası Mun və hazırki Cavabdeh istifadə və icarə hüquqları əsasında vərəsəlik hüquqlarının məhkəmə qətnaməsi əsasında tanınmasını hazırki iddiaçı özü tələbini əsaslandırarkən vurğulamış, atasının tək vərəsəsi olmasını, Cavabdeh ilə atası arasında bağ sahəsinin bölünməsini, Cavabdeh ilə münasibətləri pozulduğuna bağ sahəsindən birlikdə istifadələrinin qeyri-mümkün olmamasını göstərmişdir ki, bununla da o, hazırki cavabdehin bağ sahəsinə hüquqlarının olmasını özü də təsdiq etmiş olmuşdur. Adıçəkilən məhkəmə iddiaçının bağ sahəsinə istifadə hüquqları əsasında vərəsəlik hüququnun tanınması qənaətinə gələrkən qənaətini onunla əsaslandır mışdır ki, iddiaçının atasının (miras qoyanın) həmin bağ sahəsinə dair əmlak hüquqları (istifadə hüquqları) olduğundan (belə ki, bu hüquq məhkəmə qətnaməsi ilə tanınmışdır) onun həmin hüquqlara münasibətdə vərəsəlik hüququ tanınmalıdır. Hazırki iddiaçının istinad etdiyi adına olan RX ******* nömrəli çıxarışda da İddiaçı mülkiyyətçi kimi deyil, xeyrinə istifadə hüququ yüklü edilən şəxs kimi göstərilmişdir. Beləliklə kasasiya kollegiyası kasasiya şikayətinin dəlillərinə göstərilən xüsusatlar kontekstində qiymət verərək qeyd edir ki, hazırki iddiaçı atası Mun vərəsəsi kimi bağ sahəsinə istifadə hüququ əsasında vərəsəliyini tanıtdırdığından, artıq o, atasının əvəzinə bağ sahəsinə münasibətdə S.Solmazova ilə bərabər status əldə etmişdir. Bağ sahəsinə münasibətdə bərabər statusa və hüquqlara mal ik olan şəxsin isə digər eyni hüquqlu şəxsin həmin bağ sahəsindən çıxarılmasını tələb etmək üçün subyektiv hüququ mövcud deyildir. Beləliklə məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9001/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar