Məhkəmə qərarları › İş №2(102)-1525/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1525/2019

04.03.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1525/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1525/2019 04 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı, cavabdeh “X3” QSC-nin nümayəndələri *** və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.10.2018-ci il tarixli, 2(103)8383/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı iddia əriz əsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ödənilmiş 54826 (əlli dörd min səkkiz yüz iyirmi altı) Rusiya rublun əvəzinə Bakı-Lvov-Bakı aviareysinə 24.06.2018-ci il tarixinə gediş, 08.07.2018-ci il tarixinə qayıdış olmaqla özü, həyat yoldaşı və azyaşlı oğlu üçün aviabiletlərin verilməsi, 290 (iki yüz doxsan) ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 10000 (on min) manat məbləğində mənəvi ziyanın iddiaçıya ödənilməsi vəzifəsinin “X3” QSC-nin üzərinə qoyulması və ya aviabiletlərə görə ödənilmiş 54826 (əlli dörd min səkkiz yüz iyirmi altı) Rusiya rublunun manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, 290 (iki yüz doxsan) ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 10000 (on min) manat məbləğində m ənəvi ziyanın “xxxx” QSC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.T.Tağıyeva) 27 aprel 2018-ci il tarixli, 2(006)-2800/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) 05.10.2018-ci il tarixli, 2(103)-8383/2018 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, istər birinci instansiya məhkəməsinə, istərsə də apellyasiya instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Məhkəmələr iddianın əsasını təsdiq edən mötəbər sübutların olmamasını bildirsələr də, mötəbər sübut dedikdə nəyi nəzərdə tutduqlarını göstərməmişdir. Ödəniş sənədləri, müqavilələr, aviabledər, tibbi arayışlar, yazışmalar, müraciətlər və ona verilmiş cavab və s. mötəbər deyilmi? Məhkəmə yalnız cavabdeh tərəfin məlumatını əsas götürərək işə birtərəfli və qeyri-obyektiv yanaşmaqla mübahisə barədə səthi araşdırma aparmış, qanunamüvafiq sənədləri olduğu halda qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən vəkil olan İddiaçı kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X3” QSC-nin nümayəndəsi Məmmədov Yasin Həsənqulu oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X3” QSC-nin nümayəndəsi Babayeva Vəfa Şahbaba qızı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X3” QSC-nin vəkili X2 nümayəndələrin dediklərini müdafiə etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 05.10.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəb ul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “xxxx” QSC tərəfindən İddiaçı ünvanlanan 02.02.2018-ci il tarixli S-92 saylı məktuba əsasən, aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, əldə etmiş olunan aviabiletlər “O” təxsisetmə sinifinə məxsus olduğundan və daşınma qaydalarına əsasən bu sinifdən olan biletlərdə tarixin dəyişdirilməsi və yaxud dəyərinin uçuşdan əvvəl və ya uçuşdan sonra qaytarılması nəzərdə tutulmadığından onun tələbinin təmin olunması imkan xaricindədir. Yalnız hər aviabiletə görə 4928 rubl məbləğində hava limanı yığımının qaytarılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, ”xxxx” qapalı Səhmdar Cəmiyyətinin “sərnişinlərin, baqajın və yükün daşınması qaydaları”nın 20.3-cü bəndinə əsasən bilet xüsusi tariflə əldə edildikdə və onun tətbiqi qaydaları ilə məbləğin qaytarılması nəzərdə tutulmadıqda aviaşirkət məbləğin qaytarılmasından imtina etmək hüququna malikdir. Həmçinin, həmin qaydaların 20.1.5-ci bəndinə əsasən məbləğin qaytarılması daşınmanın satıldığı ölkədə, yalnız biletin alındığı yerdə həyata keçirilir. “xxxx” QSC tərəfindən apellyasiya şikayətinə dair verilmiş rəyə əsasən, İddiaçı 29.09.2017-ci il tarixdə “xxxx” QSC-nin Bakı-Lvov (Ukrayna)-Bakı istiqamətində J2 8051/8052 nömrəli reysinə üç aviabilet almışdır. Həmin aviabiletlər www.ozon.travel/travelmania/ saytı vasitəsilə «Ozon Travel» şirkətindən (Rusiya Federasiyası, Moskva) onlayn-alış qaydasında əldə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 94 nömrəli 11.06.2007-ci il tarixli qərarı ilə təsdiq edil miş “Azərbaycan Respublikasının qoşulduğu müqavilələrə və qanunvericiliyə əsasən hava daşımaları üzrə müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi qaydası”nın 3.1.5-ci bəndinə uyğun olaraq “sərnişin və yük daşıma tarifləri aviaşirkətin (daşıyıcının) qüvvədə olan qaydalarına əsasən tətbiq edilir, həmçinin müəyyən edilmiş yığımlar tutulur”. Öz növbəsində, aviadaşıyıcının həmin dövrdə və həmin istiqamət üçün təsdiq edilmiş tariflərinə əsasən qeyd edilən sinfə məxsus aviabiletlər (“O” satış sinfi, “Ekonom” sinif tarifi) geri qaytarılmır və ya yenidən təxsis edilmir (uçuş tarixi dəyişdirilmir). Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarına baxmayaraq, “xxxx” QSC-nin bütün tarifləri müvafiq mərkəzi icra hakimiyyəti orqanı olan Azərbayca n Respublikası Dövlət Mülki Aviasiya Agentliyi ilə mütləq qaydada razılaşdırılır. Geri qaytarılmayan tariflərin tətbiq edilməsi təcrübəsi geniş yayılmışdır və bütün dünya aviaşirkətləri tərəfindən, xüsusilə, aşağı büdcəli reyslər yerinə yetirilərkən, həmçinin aşağı büdcəli aviaşirkətlər (Low cost) tərəfindən tətbiq olunur. Bu məsələ lATA-nın müvafiq tənzimləyici qətnamələri ilə, o cümlədən “Daşıma haqqının qaytarılması haqqında” 737 nömrəli qətnamə ilə tənzimlənir. Qeyd edilən qətnaməyə əsasən yalnız 735d nömrəli qətnamədə göstərilən hallarda aviadaşıyıcı tərəfindən daşıma haqqı mütləq qaytarılır. Bu hallar aşağıdakılardır: “reys daşıyıcı tərəfindən ləğv edildikdə; reys daşıyıcının təqsiri üzündən uçuş cədvəlinə uyğun yerinə yetirilmədikdə; daşıyıcı sərnişinin təyinat məntəqəsində və ya bi letdə göstərilən məntəqədə dayanmadıqda; daşıyıcı təyyarədə sərnişin üçün əvvəlcədən təsdiq edilmiş yeri təqdim edə bilmədikdə; daşıyıcının hərəkətləri sərnişinin əvvəlcədən bilet təxsis etdiyi digər reysə gecikməsinə səbəb olduqda”. Göründüyü kimi, tibbi arayışın və ya yuxarıda qeyd edilənlər sırasına daxil olmayan digər səbəblərin mövcud olması daşıma haqqının mütləq surətdə qaytarılması üçün əsas ola bilməz. Digər dövlətlərin də, o cümlədən Rusiya Federasiyasının da məhkəmələri sərnişinlərin analoji iddiaları üzrə İATA qətnaməsinin yuxarıda qeyd edilən müddəalarını nəzərə alaraq, analoji təcrübənin tərəfdarıdırlar (Sverdlovsk vilayəti məhkəməsinin rəsmi saytında yerləşdirilən 30.01.2015-ci il tarixli 33-1065/2015 (3318306/2014) nömrəli apellyasiya qərarı əlavə olunur). Bundan əlavə, E. Süleymanlının iddia ərizəsində qeyd olunan və guya aviaşirkətin www.azal.az saytından əldə olunan, sərnişinin xəstəliyi ilə əlaqədar aviabiletlərin dəyərinin məcburi olaraq geri qaytarılması şərtləri haqqında məlumat həqiqətə uyğun deyil və onların saytında heç vaxt dərc olunmamışdır. Tariflər, aviabiletlərin geri qaytarılması və yenidən təxsis edilməsi, habelə sərnişinlərin, baqajın və yüklərin daşınması qaydaları barədə bütün ətraflı məlumatı iddiaçı www.azal.az saytından əldə edə bilərdi, lakin o, doğma aviaşirkətinin saytına etinasız yanaşaraq, kənar şirkətin saytında alışı həyata keçirməyi üstün tutmuşdur. Bununla belə, istənilən halda müştəri aviabilet alarkən “Mən bütün şərtlərlə razıyam” xanasına basmaqla daşınma qaydaları ilə tanış olduğunu mütləq şəkildə təsdiq edir və yalnız bun dan sonra satış sistemi aviabiletin rəsmiləşdirilməsini həyata keçirir. Məsələ burasındadır ki, istifadə olunmayan aviabiletin dəyərinin qaytarılması qaydaları, yaxud uçuş tarixinin dəyişdirilməsi qaydaları ilə tanış olmadan onlayn qaydada aviabiletin əldə edilməsi qeyri-mümkündür, bu qaydalar daşıma müqaviləsinin bağlanmasının əsas şərtləri hesab edilir. Sərnişin yalnız qüvvədə olan tarif qaydaları ilə, yəni müqavilənin şərtləri ilə tanış olduğunu təsdiq etdikdən, bununla da daşıma müqaviləsinin bağlanmasına razılığını ifadə etdikdən sonra ödəniş səhifəsinə keçmək və ödənişi həyata keçirmək, yəni aviabileti almaq mümkündür. Tariflər barədə məlumatlar hətta lap əvvəldə, saytda axtarış zamanı müvafiq istiqamət, göstərilən tarixdə boş yerlərin olması və müvafiq olaraq bu yerlər üçün tarifl ər barədə məlumatlarla eyni zamanda göstərilir. Aviabilet alarkən iddiaçı kateqoriyanı və ona uyğun olan aviabiletin dəyərini, həmçinin həmin konkret aviabilet üzrə daşıma müqaviləsinin xüsusi şərtlərini müstəqil surətdə seçmişdir. Əgər sərnişin 40 manat baha olan aviabilet seçmiş olsaydı, uçuş başlamazdan əvvəl daşımadan imtina etdiyi halda 40 avro məbləğində cərimə tutulmaqla, ödədiyi məbləği tam geri ala bilərdi, yaxud ilkin reys yola düşməzdən əvvəl 20 avro məbləğində cərimə ödəməklə digər ona münasib tarixə uçuş üçün yenidən təxsis etmək, həmçinin ilkin reys yola düşdükdən sonra tarifin 25%-i məbləğində cərimə ödəməklə yenidən təxsis etmək hüququna malik olardı. Lakin iddiaçı risk edərək bu tarifi seçmişdir və xüsusi güzəştli tariflə aviabiletlər almışdır. Həmin tarif isə daşımadan kö nüllü imtina edildiyi halda tarifin 100%-i həcmində cərimə nəzərdə tutur. İddiaçının hər hansı səbəblərə görə aviabiletləri onların saytından deyil, agent sazişi bağlamadıqları “Ozon Travel» şirkətinin saytından əldə etdiyini nəzərə alaraq (“Ozon Travel» şirkəti bizim aviaşirkətin aviabiletlərinə ümumi çıxışı olan BSP bilet satışı üzrə qlobal sistemdən istifadə edir), aviabiletlər alındığı zaman onlarm rəsmiləşdirilməsinə dair bütün tələblərin yerinə yetirilib-yetirilmədiyinə və sərnişinin aviadaşıma şərtləri ilə tanış olub-olmadığına onlar təminat verə bilmərik. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi fak tiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki halları tələbin maddi və mənəvi ziyanla bağlı qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də apellyasiya baxışı zamanı hansısa mötəbər dəlilə istinad etməmişdir.Maddi və mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Buna görə də, cavabdehin iddiaçıya zərər vurması inandırıcı və ağlabatan görünmür. Əksinə, cavabdehin nümayəndələrinin iddia tələbinə etirazının əsası kimi istinad etdikləri hallara dair məhkəməyə təqdim etdikləri sübutlar mötəbər olmaqla yanaşı, işin hallarına da uyğun olmuşdur. Belə ki, iddiaçı həmin aviabiletləri www.ozon.travel/travelmania/ saytı vasitəsilə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən «Ozon Travel» şirkətindən on layn-alış qaydasında əldə etmişdir. Cavabdehin həmin dövrdə və həmin istiqamət üçün təsdiq edilmiş tariflərinə əsasən qeyd edilən sinfə məxsus aviabiletlər “Ekonom” sinif tarifi üzrə “O” satış sinfi olduğundan bu biletlərin geri qaytarılmadığı və ya uçuş tarixinin dəyişdirilmədiyi əvvəlcədən bəlli idi. İddiaçı kateqoriyanı və ona uyğun olan aviabiletin dəyərini, həmçinin konkret aviabilet üzrə daşıma müqaviləsinin xüsusi şərtlərini müstəqil surətdə seçmişdir. Ona görə də, daha baha olan satış sinfinə aid bilet seçsəydi iddia tələbində göstərilən səbəblərə görə ödədiyi məbləği tam geri ala da bilər yaxud ilkin reys yola düşməzdən əvvəl cərimə ödəməklə digər ona münasib tarixə uçuş üçün yenidən təxsis etmək, həmçinin ilkin reys yola düşdükdən sonra tarifin 25%-i məbləğində cərimə ödəməklə ye nidən təxsis etmək hüququna malik olardı. Lakin iddiaçı öz seçiminə uyğun bu tarifi seçərək xüsusi güzəştli tariflə aviabiletlər almışdır. İddiaçı biletləri “Ozon Travel» şirkətinin saytından əldə etdiyindən rəsmiləşdirilməsinə dair bütün tələblərin yerinə yetirilib-yetirilmədiyinə və aviadaşıma şərtləri ilə tanış olub-olmadığına görə cavabdeh məsuliyyət daşıya bilməz. Bununla yanaşı, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi inan dırıcı deyildir. Çünki, iddiaçı iddia tələbində qeyd etdiklərinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, iddiaçı kassasiya şikayətində cavabdeh tərəfin a viabiletə görə ödədiyi vəsait hesabına əsassız varlanmasını qeyd etməklə Mülki Məcəllənin 1091-1092-ci maddələrinə əsaslanmışdır. Kollegiya hesab edir ki, avia biletə görə pulun geri ödənilməməsi tərəflər arasında bağlanmış sərnişin daşıma müqaviləsinə uyğun olduğundan cavabdehdə qalan pul onun əsassız varlanması kimi qiymətləndirilə bilməz. Belə ki, hazırki haldan fərqli olaraq əsassız varlanma istinad edilən maddi hüquq normaları baxımından mövcud olmayan və yaxud sonradan aradan qalxmış əsasa söykəndikdə olur. Müqavilə üzrə aldığı biletin isə məhz “0” tarifinə aid olmasını və bu tarif üzrə biletlərin geri qaytarılan olmamasını bilməməsindən ibarət hallar üzrə sübutetmə yükü iddiaçının üzərində olsa da, bu halı sübut edə bilməmiş, əksinə cavabdeh tərəf bu şəkildə müqavilə şərtinin nəzərd ə tutulduğunu sübuta yetirmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.10.2018-ci il tarixli, 2(103)-8383/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar