Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1526/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc pulun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı2, İddiaçı3 və Hüseyn X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc verilmiş pul vəsaitinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6922/2022 nömrəli iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə Ali Məhkəmə nin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı3 tərəfindən xx.xx.2018-ci il tarixdə “XXX” vasitəsi ilə 2.000 TL (642,80 AZN), xx.xx.2018-ci il tarixdə “XXX” vasitəsi ilə 5.974 TL (1.969,60 AZN), xx.xx.2018-ci il tarixdə “X8” vasitəsi ilə 30.000 TL (9.891 AZN) pul verilmiş, pul Cavabdeh1 tərəfindən qəbul edilmişdir.
2. İddiaçı1 tərəfindən 2018-ci ilin noyabr ayında 3.000 AZN, 2018-ci ilin dekabr ayında 3.000 AZN, 2019-cu ilin yanvar ayında 300 AZN pul nağd qaydada Cavabdeh1 qardaşı Cavabdeh2 verilmişdir.
3. İddiaçı1 tərəfindən xx.xx.2019-cu il tarixdə “XXX” vasitəsi ilə 3.000 AZN, xx.xx.2019-cu il tarixdə “XXX” vasitəsi ilə 3.000 AZN, xx.xx.2019-cu il tarixdə “XXX” vasitəsi ilə 5.925 AZN pul verilmiş, pul Cavabdeh1 qardaşı Cavabdeh2 tərə findən qəbul edilmişdir. 4. xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli çıxarışlara görə, İddiaçı3 adlı şəxs tərəfindən Cavabdeh1 hesabına müvafiq olaraq 30.000 TL; 2.000 TL və 5.974 TL məbləğdə pul köçürülmüşdür. 5. xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli çıxarışlara görə, İddiaçı1 İlham oğlu tərəfindən Cavabdeh2 nun hesabına müvafiq olaraq 3.000 manat; 3.000 manat və 5.925 manat məbləğdə pul köçürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 33.428,40 manat, eləcə də məhkəməyə müraciət etməklə əlaqədar dövlət rüsumu üçün ödənilən 30 manat pulun alınaraq, iddiaçılara ödənilməsi barədə qətnamə çıx arılmasını xahiş etmişlər.
7. İddianın əsaslarına görə, Cavabdeh1 mənzil şəraitini yaxşılaşdırmaq üçün qaytarmaq şərti ilə İddiaçı2 borc pul istəmişdir. İddiaçı2 da ona müxtəlif vaxtlarda vahid niyyətlə oğlanları iddiaçılar İddiaçı3, İddiaçı1 vasitəsi ilə müxtəlif üsullarla pul vermişdir. Belə ki, İddiaçı3 xx.xx.2018-ci il tarixdə “XXX” vasitəsi ilə 2.000 TL (642,80 AZN), xx.xx.2018-ci il tarixdə “XXX” vasitəsi ilə 5.974 TL (1.969,60 AZN), xx.xx.2018-ci il tarixdə “X8” vasitəsi ilə 30.000 TL (9.891 AZN) pul verilmiş, Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Bundan başqa, İddiaçı1 2018-ci ilin noyabr ayında 3.000 AZN, 2018-ci ilin dekabr ayında 3.000 AZN, 2019-cu ilin yanvar ayında 300 AZN pul nağd qaydada Cavabdeh1 qardaşı Cavabdeh2 verilmişdir. Bundan da başqa, İddiaçı1 xx.xx.2019-cu il tar ixdə “XXX” vasitəsi ilə 3.000 AZN, xx.xx.2019-cu il tarixdə “XXX” vasitəsi ilə 3.000 AZN, xx.xx.2019-cu il tarixdə “XXX” vasitəsi ilə 5.925 AZN pul verilmiş, Cavabdeh1 qardaşı Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Ümumilikdə, iddiaçılar tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 33.428,40 AZN pul verilmişdir. Cavabdehlər öhdəliyə əsasən 33.428,40 AZN pul qaytarmağı öhdəsinə götürmüşlər. 33.428,40 AZN məbləğdə pul vəsaiti cavabdehə verilməsinə baxmayaraq, cavabdehlər öhdəlik üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Musayeva) e-2(006)-260/2022 nömrəli iş üzrə 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı2 iddiası Cavabdeh1 münasibətdə qismən təmin edilərək, 11.925 manat, 37.974 Türk lirəsi (ödəniş anında Azərbaycan Respublik ası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş türk lirəsinin manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı məbləğdə pul Cavabdeh1 tutularaq İddiaçı2 ödənilməsi, İddiaçı2 iddiasının Cavabdeh1 münasibətdə digər hissədə və Cavabdeh2 münasibətdə tam şəkildə rədd edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı3 iddiasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə rədd edilməsi qət olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı2 və Cavabdeh1 ondan apellyasiya şikayətləri verərək, iddiaçı qətnamənin qismən ləğv edilib, iddianın tam təmin edilməsi, cavabdeh qətnamənin iddia təmin edilən hissədə ləğv edilib, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
10. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə: 1) İddiaçı2 iş üzrə verdiyi izahatında təsdiq etmişdir ki, qızını Cavabdeh1 vermək istəməmiş, əvvəldən ona qarşı münasibəti yaxşı olmamışdır, lakin qızı təkid etdiyi üçün evlənmişlər, Cavabdeh1 ondan pul istəməmiş, qızı onun adından pul istəyib. Qızı işləyəndə borcu qaytaracağını bildirib. Məsələ pulda deyil, məsələ ədalətin bərpa olunmasındadır. Boşanmasalar, pulu geri istəməyəcəkdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş XXX bildirmişdir ki, atasından ev almaq üçün pul istəmişdir ki, işləyib o, özü qaytaracaq; 2) qanunvericilik normalarına əsasən, tərəflər arasında borc münasibətləri olsa idi belə guya verilən borc məbləğinin 3.000 manatdan çox olması halında onlar arasında yazılı formada borc müqaviləsi bağlanmalı və müqavilənin qanun la müəyyən edilmiş bağlanma qaydasına riayət edilməli idi; 3) tərəflər arasında həqiqətən 33.428,40 manat məbləğdə pul vəsaitinin borc kimi İddiaçı2 tərəfindən Cavabdeh1 verilməsini təsdiq edən heç bir sübut məhkəmə araşdırılması zamanı təqdim edilməmiş və həmin hal məhkəmə araşdırılması zamanı İddiaçı2 tərəfindən sübuta yetirilməmişdir. İddiaçının tələbi yalnız iddia ərizəsində göstərilən və məhkəmə iclasında inkar edilmiş əsassız xüsusatlarla əsaslandırılmışdır; 4) İddiaçı2 16 fevral 2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 “ev almaq üçün qaytarmaq şərtilə” borc pul verdiyini göstərdiyi halda (5.10-cu bənd), hazırkı iddia ərizəsində “mənzil şəraitinin yaxşılaşdırılması üçün” borc verildiyini göstərmişdir. Bu cür dəyişdirmənin səbəbi o olmuşdur ki, Cavabde h1 artıq 2012-ci ildə Ankara şəhərində özü və ailəsi üçün ev almışdı (5.3-cü bənd). Hazırkı iş üzrə şahid olan XXX isə tərəflər arasında nikahın pozulması ilə bağlı iş üzrə ekspertiza tədqiqatı zamanı 31 may 2021-ci il tarixdə keçirilmiş “psixoloji söhbət-müsahibə” zamanı bildirmişdir ki, XXX Ankarada dava-dərman işinə baxmış, özü isə həkim işləyərək Ankara şəhərində ev almışlar (MEM-in 21 iyun 2021-ci il tarixli 11/144 nömrəli rəyi). Tərəflər arasında nikahın pozulması ilə bağlı iş üzrə şahid qismində dindirilmiş hazırkı iş üzrə İddiaçı2 isə həmin iş üzrə bildirmişdir ki, uşağın müalicəsinə 80.000 dollar pul xərcləmiş, XXX uşağın adına olan hesabdakı pulu götürərək ev almış və qızını evdən çıxarmışdır (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(006)-362/2021 nömrəl i qətnaməsi). Ümumiyyətlə, məhkəmə “tərəflərin şifahi borc münasibətlərində olmasını” müəyyən edərkən, bunun detallarını, öhdəliyin yaranıb-yaranmaması, əgər borc kimi alınmış bir məbləğ vardırsa onun nə vaxt icra ediləcəyi barədə sübutların olmasını araşdırmalı idi; 5) Məhkəmənin İddiaçı2in iddiasını təsdiq edən sübutlar qismində bank köçürmələri barədə qəbzlərə istinad etməsi də tamamilə əsassız və qanunsuzdur. Belə ki, həmin qəbzlərin heç biri İddiaçı2in adından Cavabdeh1 pul köçürülməsi barədə deyil. Bu qəbzlər iddiası rədd edilmiş İddiaçı1 və İddiaçı3in adından köçürülən pullar barədədir ki, onların da iş prosesi ilə əlaqədar köçürülməsini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Həmin qəbzlərdə ümumiyyətlə İddiaçı2in adı keçmir və ona aidiyyəti yoxdur.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6922/2022 nömrəli iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı2 ilə Cavabdeh1 arasında şifahi formada bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, məhkəmə iddiaçının sübut qismində təqdim etdiyi pul köçürmələrinə dair bank qəbzlərinə və vəsatəti üzrə dindirilmiş şahid ifadəsinə əsaslanaraq pulun verilməsi halını müəyyən edilmiş hesab edir. Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olduğ una, birinci instansiya məhkəməsinin araşdırmasına təqdim edilmiş bank qəbzlərinin isə həmin fəaliyyət çərçivəsində həyata keçirilən əməliyyatların təsdiqi olduğuna istinad etsə də, məhkəmə qarşısında bu halları hər-hansı sübutla təsdiq edə bilməmişdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh1 ondan kassasiya şikayəti verərək, qətnamənin iddia təmin edilən hissədə ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 17. “İnsan hüquql arının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzər də tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün mə suliyyət daşıyır; Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Sübutla rın qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir: 392.1.6. apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri; Maddə 392.2. A pellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyas ı məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hal larda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə d air hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərar: “... məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.” “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tari xli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Ko nstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” “R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qəra rının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.”
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərar: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı he sab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; Bənd
7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Bənd
17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
22. Azərba ycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 nömrəli Qərardadı: Bənd
24. Qanunvericiliyin bu tələbləri, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair qərarında əks olunmuş hüquqi mövqeyi baxımından məhkəmə tərkibi bildirir ki, kassasiya icraatı qaydasında məhkəmə aktınınyoxlanılması apelyasiya icraatında olduğu kimi şikayətin obyekti həddində olsa da, predmetinə münasibətdə fərqlidir. Belə ki, apelyasiya icraatından fərqli olaraq kassasiya icraatı qaydasında məhkəmənin yoxlaması, prosessual normalara riayət edilməsi istisna olmaqla, şikayət də irəli sürülmüş dəlillərin həddi ilə məhdudlaşır. Eyni zamanda qeyd edilməlidir ki, kassasiya şikayətində irəli sürülmüş hüquqi dəlili araşdırarkən kassasiya məhkəməsi şikayətçi tərəfindən bu dəlilə verilmiş hüquqi qiymətdən asılı olmamaqla “iura novit curia” - “məhkəmə hüququ bilir” hüquqi prinsipinə əsasən kassasiya şikayətinin yuxarıda qeyd edilən hədlərində qaldırılmış məsələnin yenidən hüquqi qiymətləndirilməsinə əsaslanaraq maddi və ya prosessual hüquq normalarına uyğun olmadığı üçün apelyasiya məhkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilibedilməməsi məsələsində isə qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmay araq, kassasiya məhkəməsi qətnaməni bütövlükdə və şikayətin dəlillərinə bağlı olmadan yoxlamalıdır. Həmçinin, yoxlama zamanı nəzərə alınmalıdır ki, MPM-in 418.4.1-418.4.3-cü və 418.4.6-418.4.9-cu maddələrində nəzərdə tutulmuş və kobud prosessual pozuntular adlanan halların aşkar edilməsi qətnamənin ləğv edilməsinə şərtsiz əsasdır. Eyni zamanda, apelyasiya icraatında olduğu kimi, kassasiya icraatında da digər prosessual pozuntuların qətnamənin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq yuxarı instansiya məhkəməsi həll edir. Bu halda nəzərə alınmalıdır ki, qətnamənin apelyasiya icraatı qaydasında mübahisələndirilməyən hissəsində yoxlanılması, tərəflərin məhkəmə aktlarından şikayət vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırdığından, qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur. Həmçinin, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə, onlar qərarın ləğvi üçün əsas ola bilməz.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları Hadjianastasiu Yunanıstana qarşı iş üzrə xx.xx.1992-ci il tarixli və X3rşı iş üzrə xx.xx.1999-cu il tarixli qərarlar: “Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir.” Hirvisaari Finlandiyaya qarşı iş üzrə xx.xx.2001-ci il tarixli Qərarı: “Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir.” Kuznetsov və digərlərinin işi üzrə xx.xx.2007-ci il tarixli və Hiro Bilani işi üzrə xx.xx.1994-cü il tarixli qərarlar: “Milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsi sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildi yi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə belə dəlillərin rədd edilməsinə dair nəticəsinin əsaslandırmamasına dəlalət edir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Kassasiya şikayətində qətnamənin iddia təmin edilən hissədə ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiya sının yekun məhkəmə aktı yalnız həmin hissədə və şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
28. İşdən görünür ki, Cavabdeh1 kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır.
29. Bu hal ondan irəli gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində irəli sürdüyü heç bir dəlilə heç bir k onkret münasibət bildirməmiş, hüquqi qiymət verməmiş, hansı dəlillərlə razılaşdığını, hansılarla razılaşmadığını öz aktında əsaslandırmamış, bu məqsədlə sadəcə “...apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur,...” məzmunda ifadədən istifadə etmişdir.
30. Halbuki, bu Qərarda istinad olunan Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin plenumlarının, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında şərh (izah, tələb) olunmuşdur ki, yuxarı instansiya məhkəməsi aşağı instansiya məhkəməsinin qətnaməsindən şikayətə baxdıqda qəbul etdiyi aktda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidir.
31. Məhkəmə kollegiyası bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qər ar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, § 36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X4rşı iş üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərar, § 67).
32. Məhkəmə aktl arının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
33. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxı lmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
34. Bu mənada, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən işin faktiki və hüquqi halları dəyərləndirilməklə, apellyasiya şikayətinin hər bir dəlilinə ayrılıqda hüquqi qiymət verilməli, şikayətdə qeyd edilən hallara aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
35. İşə apellyasiya qaydasında yenidən baxılarkən, həmçinin, tərəflər arasında hansı mülki hüquq münasibətlərinin yarandığı dəqiqləşdirilməli, o cümlədən İddiaçı2in onun qızı ilə Cavabdeh1 boşanmasa idilər pulu geri istəməyəcəyi barədə izahatının iddiaçının mübahisəli pul məbləğini borc müqaviləsi üzrə deyil də, bağışlama müqaviləsinə əsasən cavabdehə verdiyinə dəlalət edib-etməməsi məsələsinə də qiymət verilməlidir.
36. B eləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş eyni hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.
37. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6922/2022 nömrəli iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsi İddiaçı2 Cavabdeh1 qarşı iddiası təmin edilən hissədə ləğv edilsin və iş eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul e