Məhkəmə qərarları › İş №2(102)-1527/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1527/2021

29.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1527/2021 29.03.2021 ALİ MƏHKƏMƏ İddiaçı cavabdehlər Cavabdeh3 və XXXnə qarşı iddia tələbinə dair QƏRARİ Açar sözlər: pul tələbi, əsassız varlanma, preyudisiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1580/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddia çı (bundan sonra – iddiaçı) ilə XXX oğlu xx.xx.1990-cı il tarixdə nikaha daxil olmuşlar. Sonuncunun əvvəlki nikahından Cavabdeh3 adlı övladı olmuşdur. Qax rayonu, Əmircan kəndi "Qələbə" kolxozunun xx.xx.1993-cü il tarixli, 3 saylı protokoluna əsasən XXX oğluna Qax şəhəri, Daniyal Sultan küçəsində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) verilmişdir. XXX oğlu xx.xx.2010-cu il tarixdə ölmuşdur. Mübahisəli torpaq sahəsi xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Cavabdeh3 adına qeydiyyata alınmış, xx.xx.2010-cu il tarixdə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh2ndə təsdiq edilmiş xx.xx.2018-ci il tarixli müqavilə ilə Cavabdeh3 mübahisəli torpaq sahəsini 18500 manata Cavabdeh1 satmış, sahə xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Qax Rayon Məhkəməsinin 2(024)-832/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh3 və Cavabdeh2na qarşı iddiası təmin edilmiş, Cavabdeh2 xx xxxxxxxx 2010-cu il tarixli, 2V-162 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab edilmiş və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, ölümünə qədər mərhum XXX oğlunun mülkiyyətində olmuş mübahisəli torpaq sahəsi üzərində İddiaçı ½ hissə və Qax rayonu, XXX kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olan 0,577 hektar torpaq sahəsinin üzərində ½ hissədə qanun üzrə payı müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhk əməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh3 və XXXnə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 bağlanılmış xx.xx.2018-ci il tarixli, 4Ə-887 saylı alqı-satqı müqaviləsinə əsasən mübahisəli torpaq sahəsinin satışından əldə olunmuş 18.500 manat pulun ½ hissəsini təşkil edən 9.250 manat pulun Cavabdeh3 və mənəvi zərərə görə 1.000 manat pulun cavabdeh XXXndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin icrası prosesində məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən xx.xx.2018 tarixində Cavabdeh1 mülkiyyətinə keçmişdir. Bu səbəbdən də qətnamən in həmin hissədə icrası mümkün olmamışdır. Qalan hissədə qətnamə icra olunmuşdur. Qax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(024)165/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hаkim M.Qarayev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 bağlanılmış xx.xx.2018-ci il tarixli, 4Ə-887 saylı alqı-satqı müqaviləsinə əsasən mübahisəli torpaq sahəsinin satışından əldə olunmuş 18.500 manat pulun ½ hissəsini təşkil edən 9.250 manat pulun Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Məhkəmə iddianın təmin edilmiş hissəsində öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1091-ci, Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin (bundan sonra – MPM) 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1580/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Məlikov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və İ.Şükürov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin tam özgəninkiləşdirmək hüququ əvvəllər Cavabdeh3 olmuş və sonuncu bu hüquqa əsaslanmaqla tam özününkü bildiyi əmlak üzərində sərəncam vermiş, lakin sonradan bu əsas qanuni qüvvəyə minmiş məhkəmə qət naməsi ilə aradan qalxmışdır. Beləliklə, Cavabdeh3 iddiaçının hesabına əsassız varlandığına görə torpağın satış qiymətini təşkil etmiş 18.500 manat pulun ½ hissəsi, yəni 9.250 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldığına görə həmin iş üzrə müəyyən olunmuş hallar hazırki mübahisədə yenidən araşdırılmır və sübut olunmur. Həmin qətnamə məcburi (preyudisial) əhəmiyyətə malikdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1091-ci, MPM-nin 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamə sinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh pulu torpaq sahəsinin satışından alqı-satqı müqaviləsi əsasında əldə etdiyindən Mülki Məcəllənin 1091-ci maddəsinə müvafiq olaraq əsassız varlanan şəxs sayıla bilməz. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədl əri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozunt u düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh3 tərəfindən kassasiya şikayəti verildiyindən həmin məhkəmə aktı iddianın təmin edilmiş hissəs ində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1). MPM Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3). Kassasiya instansiy ası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1091-ci maddəsinin müqavilənin olmasının əsassız varlanmanı istisna edən müddəları müvafiq hüquq münasibəti üzrə məhrum olanla varlanan arasında müqavilənin olduğu halları ehtiva edir. Əgər varlanan şəxs üçüncü şəxslə bağlanmış müqavilə üzrə özünə çatan əm lakla yanaşı, həm də əslində qanunla digər şəxsə çatan əmlak hesabına varlanmış olursa, qanun məhrum olanın qanunla ona çatası əmlakı (pulu) varlanandan geri tələb etməsinə məhdudiyyət qoymur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1580/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar