Məhkəmə qərarları › İş №2(102)-1528/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1528/2021

19.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1528/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1528/21 (Açar sözlər: mağaza binasının boşaldılması, mülkiyyət hüququnun müdafiəsi, vindikasiya iddiası ) Bakı şəhəri, 19 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı xxx Cavabdeh xxxqarşı “qeyri-yaşayış binasından çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1578/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının xxx Balakən Bazarı ərazisində şəxsi mülkiyyətində ümumi sahəsi 57 kv.m olan mağaza binası vardır.

2. İddiaçı həmin mağaza binasını Cavabdeh müvəqqəti istifadəyə verib. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xxx Balakən Bazarı ərazisində yerləşən şəxsi mülkiyyətində olan ümumi sahəsi 57 kv.m, 1 mərtəbəli mağaza binasından Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, qeyd edilən mağaza MA Seriyalı ******* saylı Çıxarışa əsasən iddiaçının mül kiyyətindədir.

5. İddiaçı binaını müvəqqəti istifadə etmək üçün Balakən şəhər sakini Cavabdeh vermişdir

6. Cavabdeh iddiaçının qızının əri olub. Onlar 2000-ci ildə evlənib, 23 noyabr 2019cu ildə ayrılıblar. Qızı hazırda iddiaçı ilə yaşayır.

7. İddiaçı cavabdehdən mağazadan çıxmasını dəfələrlə tələb edib, cavabdeh mağazadan çıxmır, üstəlik, mağazanı yandıracağı ilə iddiaçını hədələyir, orada ticarətlə məşğul olmaqda davam edir.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 13, 29, Mülki Məcəllənin 152-ci maddələrinə istinad etmişdir.

9. Cavabdeh iddiaya etirazının dəlilləri ondan ibarət olub ki, mağaza binasın cavabdehin puluna alınıb, buna görə cavabdeh iddiaçıya 40000 manat pul verib. Lakin iddiaçı həmin pulu qaytarmayıb. Mağazanın istifadəsi, icarəsi və s ahibliyi ilə bağlı cavabdehlə iddiaçı arasında hər hansı yazılı müqavilə yoxdur. Mağaza binası iddiaçının adına dövlət qeydiyyatına əsassız alınıb.

10. Balakən Rayon Məhkəməsinin 2(019)-234/2020 nömrəli, 31 may 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Seriya MA ******* saylı Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla X1 xüsusi mülkiyyətində olan xxx Bazarı ərazisində yerləşən ümumi sahəsi 57 kv.metr olan birmərtəbəli qeyri-yaşayış binası – mağaza binasından çıxarılması, Cavabdeh 10 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Zamin Tahirov)

11. Məhkəmə toplanmış sübutlara hüquqi qiy mət verərək müəyyən etmişdir ki, İddiaçı xxx Bazarı ərazisində xüsusi mülkiyyətində ümumi sahəsi 57 kv.m olan birmərtəbəli mağaza binası vardır. İddiaçı həmin mağaza binasını müvəqqəti istifadə etmək üçün Cavabdeh və qızı X2 vermişdir. Cavabdeh iddiaçının qızı xxx əri olub. Onlar 2000-ci ildə evlənmiş, 23 noyabr 2019-cu ildə isə ayrılmışlar. xxx hazırda iddiaçı ilə yaşayır. İddiaçı ilə cavabdeh arasında mağaza binasının icarəyə və ya sahiblik və istifadəyə verilməsi barədə yazılı müqavilə bağlanmamış və cavabdehin həmin mağaza binasına hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan sözügedən mağaza binasına sahib olması və oradan istifadə etməsi üçün heç bir hüquqi əsası yoxdur. İddiaçı dəfələrlə cavabdehdən mağaza b inasından çıxmasını tələb etsə də, cavabdeh mağazadan çıxmır.

12. Məhkəmə işin müəyyən edilmiş hallarına və mülkiyyət hüququ ilə bağlı qanunvericiliyin təsbit etdiyi qaydalara əsasən belə qənaətə gəlmişdir ki, sözügedən mağaza binasına heç bir qanuna və müqaviləyə əsaslanan hüququ olmadığı halda, cavabdeh həmin mağaza binasını qeyri-qanuni sahibliyində saxlamaqla və ondan qanunsuz istifadə etməklə iddiaçının həmin mağazaya mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur və iddiaçının mülkiyyət hüquqlarını qanuni əsas olmadan məhdudlaşdırır ki, bu da yolverilməzdir. Mülkiyyət hüququ konstitusion hüquq olmaqla dövlət onun müdafiə edir və hər cür qanunsuz qəsdlərdən qoruyur. Ona görə də iddiaçının həmin qeyri-yaşayış binasına olan hüquqlarının məhdulaşdırılması halı aradan qaldırılmal ı və cavabdeh həmin mağaza binasından çıxarılmaqla, iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 139.1, 139.3, 140.1, 146.1, 146.2, 152.1, 152.5, 157.2 və 178-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edib.

15. Apellyasiya şikayətinin dəlillərinə görə iddiaçının qızı xxx cavabdehin keçmiş həyat yoldaşıdır. Cavabdehlə iddiaçının qızı Nüşabə Xanlayeva 2000-2019-cu illərdə rəsmi ailə münasibətində olub.

16. Mağaza binasını cavabdeh alıb, bunun müqabilində iddiaçıya 40000 manat pul verib. Daşınmaz əmlaka dair çıxarış 2012-ci ildə alınıb. İddiaçı ilə qohumluq münasibətlərində olduğundan cavabdeh aralarında fərq görməyib, buna görə də iddiaçı ilə aralarında nə icarə, nə də alqı-satqı müqaviləsi bağlamayıb.

17. Məhkəmə işə baxarkən tərəflərin ailə münasibətlərini nəzərə almayıb, yalnız iddiaçının təqdim etdiyi sübutlara əsaslanaraq qətnamə çıxarmışdır.

18. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-15782/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli 2(019)-234/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vəzirxan Məlikov (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev, İmanverdi Şükürov)

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq norma ları ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı mağaza binasının qanuni mülkiyyətçisi olduğundan iddia tələbi əsaslıdır və ona görə də təmin edilməsi düzgün olmuşdur.

20. Apellyasiya instansiyası həmçinin apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək qeyd edib ki, Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla iddia predlmetini təşkil edən mağaza binasına mülkiyyət hüququ, icarə hüququ, sahiblik və istifadə hüququ və ya hər hansı digər bir hüququnun yaranmasını, həmin binanın onun qanuni sahiblik və istifadəsində olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə iddia tələbinə etirazının əsaslarını sübut etmə vəzifəsi cavabdehin üzəri nə düşür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh Cavabdeh (Vəkil2 oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə əlavə olaraq iddiaçının mağaza binasına mülkiyyət hüquqularını təsdiq edən çıxarışın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edildiyi göstərilib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının əsasları

23. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. İşə baxılmas ının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlı ğı prezumpsiyası qüvvədədir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti tə min etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

26. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

29. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

30. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsi olan mağaza binasının boşaldılması barədədir.

31. İşin apellyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, xxx Bazarı ərazisində yerləşən ümumi sahəsi 57 kv.metr olan birmərtəbəli qeyri-yaşayış binası mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

32. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.

33. Məhkəmə kollegiyası iddiaçının mağaza binasına mülkiyyət hüquqularını təsdiq edən çıxarışın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə cavabdehin kassasiya şikayətinin dəlillərini əsasız sayır. Əvvəla, bu dəlil işə mahiyyəti üzrə baxan məhkəmələrdə irəli sürülməyib. Kassasiya baxışında isə yeni dəlil irəli sürülməsi istisna edilir. Həm də bu dəlil şikayətin təmin edilməsi üçün əsas da deyil.

34. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakı n dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənləri MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxx kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1578/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar