Məhkəmə qərarları › İş №2(102)-1536/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1536/2023

18.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1536/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, kredit müqaviləsi, borc münasibətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7168/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları 1.xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 346-cı məhəllə, mənzil 21-in (yeni qaydalarla: ünvan 1 xx.xx.2021-ci il tarixinə bazar dəyəri 260.000 manat təşkil edir. 2.xx.xx.2021-ci il tarixdə İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında “Mövcud borcun (öhdəliyin) əvəzləşdirilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı Kurix layihəsində iştirak edən həyat yoldaşının vəfatı ilə əlaqədar və onun varisi olduğu üçün layihədən çıxmaq qərarını verir və bu barədə partnyor Cavabdeh məlumat verir, qarşı tərəf Cavabdeh 400.000 ABŞ dolları məbləğini İddiaçı ödəməyi və ya həmin məbləği əhatə edən öz öhdəliyinin əvəzi olaraq daşınmaz əmlakı İddiaçı təhvil verməyi (nota rial qaydada rəsmiləşdirilməklə) İddiaçı isə həmin daşınmaz əmlakları qəbul etməyi öz öhdəsinə götürür, mənzillər tələbkarın adına rəsmiləşdirildikdən sonra evlər satılanadək mənzillərə görə ödənilməli olan xidmət (servis) haqlarından kreditor (tələbkar) azaddır. 3.xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X1 ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 346-cı məhəllə, mənzil 21 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 103,6 kv.m. olan mənzili iddiaçıya bağışlamışdır. Əmlak, iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsi ndə icraat 4.İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 247.059 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatına məzənnəsi ilə borc pulun və ödənilmiş 710 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddiaçı işin qeyd olunan hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, iddiaçının həyat yoldaşı X3 xx.xx.2019-cu il tarixdə dünyasını dəyişmişdir. Hələ sağlığında Toğrul Bağırov cavabdehin təklifi ilə Kurix layihəsində iştirak etmək məqsədi ilə cavabdehə 400.000,00 ABŞ dolları məbləğində pul vermişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhərində bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdehlə belə razılığa gəlmişlər ki, iddiaçının Kurix layihəsindən çıxma ğı ilə əlaqədar olaraq cavabdeh tərəfindən 400.000 ABŞ dolları məbləğində pul qaytarılsın. Cavabdehin övladı X2 tərəfindən dəyəri 260.000 manat, yəni yəni 152.941 ABŞ dolları olan mənzil iddiaçıya borcun bir qisminin əvəzində verilmişdir. Cavabdehin üzərinə düşən öhdəliyin az bir hissəsini yerinə yetirməsinə baxmayaraq, artıq bir ilə yaxın müddətdir ki, həmin öhdəliyin daha artıq olan hissəsini müxtəlif səbəblər gətirməklə əlində nağd pulun olmamağı səbəbi ilə yerinə yetirmir. Belə ki, 400.000 ABŞ dollarından 152.941 ABŞ dolları (borc əvəzinə bağışlanan mənzilin real bazar dəyəri) çıxıldıqda cavabdehin yerdə 247.059 ABŞ dolları məbləğində borcu qalmışdır. Cavabdeh 247.059 ABŞ dolları məbləğində borcun geri qaytarılmasını hazırkı vaxta qədər yubadaraq, iddiaçını məhkəməyə müraciət etmək məc buriyyəti qarşısında qoymuşdur. Cavabdehin borcun qaytarılmasına kifayət qədər imkanları var. 6.Cavabdeh vəkili Vəkil2 tərəfindən məhkəməyə etiraz göndərilərək bildirilmişdir ki, mərhum Toğrul Bağırov Cavabdeh təklif etdiyi layihəyə qeyri-rəsmi formada qoşulmuş, layihəyə 400.000,00 ABŞ dolları məbləğində pul yatırmışdır. Layihə növbəti illərdə baş verən pandemiya səbəbilə ləngimələrə məruz qalıb cavabdehə maliyyə cəhətdən ziyan vurmasına rəğmən cavabdeh mərhum dostuna hörmət əlaməti olaraq mərhumun yoldaşı İddiaçı xoşməramlı niyyət göstərərək və ailənin başçısını itirdiyini nəzərə alaraq onunla əlaqə saxlamış, dostunun layihəyə yatırdığı 400.000,00 ABŞ dollarını ona qaytara biləcəyini bildirmişdir. İddiaçı puldan imtina etdiyi üçün həmin pulun müqabilində ona mənzil təklif olunmuşdur. Ca vabdeh iddiaçının bununla əlaqədar müqavilə bağlamaq təklifini də qəbul etmişdir. Tərəflər əvvəlcə təmirsiz mənzilin veriləcəyini razılaşdırılsalar da, cavabdeh iddiaçını tam təmirli mənzillə təmin etmişdir. Cavabdeh 400.000,00 ABŞ dolları məbləğindən qalan hissənin əvəzində digər bir mənzili iddiaçının mülkiyyətinə vermək istəsə də, mərhumun oğlu Adil Bağırov layihədə iştirak etmək istədiyini, qanuni vərəsə olaraq verilən və veriləcək mənzillərdə pay hüququna malik olduğunu, bu səbəbdən qalan məbləğ üçün əmlakın verilməsinin dayandırılmasını tələb etmişdir. Adil Bağırov bu məsələni ailə daxilində razılaşdırmaqla həyata keçirmək istədiyini bildirmiş, razılıq əldə olunmadığı təqdirdə məhkəmə qaydasında pay hüquqlarını mübahisələndirəcəyini bildirmişdir. Cavabdeh Adil Bağırovun layihədə işti rakına etiraz etməmiş və onun xahişlərini nəzərə alaraq digər mənzili bu səbəbdən iddiaçının mülkiyyətinə verməmişdir. Cavabdehin mərhum Toğrul Bağırov ilə aralarında müqavilə bağlanmamış, cavabdehin 400.000,00 ABŞ dolları pulu mərhuma və nəticə etibarı ilə onun yoldaşına ödəmək kimi öhdəliyi mövcud olmamışdır. Cavabdeh sözügedən məbləği yalnız mərhum dostuna olan hörməti və xoşməramlı niyyətinin qarşılığı olaraq iddiaçıya təklif etmişdir. Hal-hazırda mərhumun qanuni vərəsəsi olan Adil Bağırovun layihədə iştirak etmək istəməsi və mənzilə pay hüququnun olduğunu bildirməsi məsələləri həllini tapmadan cavabdehin qalan məbləği ödəməsi mümkün deyil. Qalan məbləğin birbaşa olaraq iddiaçıya ödənilməsi qanuni vərəsə kimi Adil Bağırovun hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. 7.Bakı şəhəri N əsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2474/2022 nömrəli iş üzrə 11 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia təmin edilmişdir. 8.Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçının Kurix layihəsindən çıxması müqabilində 400.000 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Həmin öhdəliyin müəyyən hissəsinin əvəzi kimi daşınmaz əmlakı iddiaçının mülkiyyətinə vermişdir. Cavabdeh etirazının əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi Rusiya Federasiyasının məhkəmələrinin qərarlarından göründüyü kimi atasının ölümündən sonra Adil Bağırov miras əmlakdan anası – iş üzrə İddiaçı xeyrinə imtina etmiş, sonradan həmin imtinasını məhkəmələrdə mübahisələndirmiş və bununla bağlı bütün tələbləri rədd edilmişdir. 9.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 6.2, 324.1, 324.2, 331.1, 385.1, 425.1, 442-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 10.Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi və 355 manat dövlət rüsumunun cavabdehə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məz mununa uyğun tərtib edilmişdir. Əlavə dəlillər olaraq qeyd edilmişdir ki, cavabdeh heç vaxt borcu qaytarmaqdan yayınmamışdır, lakin iddiaçı ilk öncə layihədə partnyor kimi iştirak etməkdən, sonra isə ona təklif edilən mənzildən qərəzli şəkildə imtina edərək müqavilənin şərtlərinin icrasına maneələr yaratmışdır. Birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaçının mülkiyyətinə verilmiş daşınmaz əmlakın dəyərini düzgün qiymətləndirilməmişdir. Belə ki, ekspert rəyinə əsasən mənzilin xx.xx.2021-ci il tarixinə olan orta bazar qiyməti – 368.867,8 manat (103,6 kv.m. x 3.560,5 man) təşkil edir. Eyni ünvanda yerləşən yeni tikildə təmirsiz mənzillərin 1 kvm-in 15 aprel 2021-ci il tarixə orta bazar qiyməti isə 3.095,0 (üç min doxsan beş) manat müəyyən edilmişdir. Mənzilin dəyəri düzgün hesabl anmadığı üçün ödənilməmiş borc məbləği də yenidən hesablanmalıdır. 12.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-7168/2022 nömrəli iş üzrə 12 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rafael Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 13.Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin etibarsız hesab olunmasını istədiyi müqavilənin şərtlərini apellyasıya şikayətində qeyd etdiyi kimi, özü icra etmiş və öhdəliyin tam icra olunması üçün əlavə mənzil də iddiaçıya vermək üçün cəhd göstərmiş, lakin həmin mənzil yararsız bir vəziyyətdə olduğu üçün, iddiaçı onu qəbul etməkdən imtina etmişdir. Yəni bir sözlə cavabdeh tərəf xx.xx.2021-ci il tarixdə bağlanmış “Mövcud borcun (öhdəliyin) əvəzləşdirilməsi haqqında” müqavilənin yerinə yetirilməsinə başlamışdır və qismən icra etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə bağlanmış “Mövcud borcun (öhdəliyin) əvəzləşdirilməsi haqqında” müqavilənin vaxtilə və hazırkı iddia tələbi irəli sürülməyincə də mübahisələndirməmişdir. 14.Bundan başqa məhkəmə kollegiyası iş üzrə cavabdehin apellyasiya instansiyasında təqdim etdiyi xx.xx.2022-ci il tarixli ekspert rəyinə münasibətdə qeyd etmişdir ki, həmin rəyin birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkün olmaması əsaslandırılmadığından Mülki Prosessual Məcəllənin 380.1-ci maddəsinə əsasən onların araşdırılmasından imtina edilməlidir. Apell yasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur. 15.Məhkəmə kollegiyası gəldiyi nəticələri Mülki Məcəllənin 324.1, 324.2, 331.1, 385.1, 425.1, 442-ci və MPM-in 14.2, 77.1, 88, 217.3, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri 16.Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. 17.Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı və cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Mövcud borcun (öhdəliyin) əvəzləşdirilməsi haqqında” müqavilə qanunun tələblərinə uyğun qaydada bağlanmadığı üçü n etibarsızdır. Bundan əlavə, müqavilənin şərtində olmayan əqdə əsaslanıb qəbul edilmiş öhdəliklər də özlüyündə əhəmiyyətsizdir. Cavabdeh qalan borcun müqabilində digər bir mənzili iddiaçının mülkiyyətinə vermək istəsə də, iddiaçının oğlu Adil Bağırov layihədə iştirak etmək istədiyini, qanuni vərəsə olaraq verilən və veriləcək mənzillərdə pay hüququna malik olduğunu, bu səbəbdən qalan məbləğ üçün əmlakın verilməsinin dayandırılmasını cavabdehdən tələb etmişdir. Birinci instansiya məhkəməsi bildirmişdir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi Rusiya Federasiyasının məhkəmələrinin qərarlarından göründüyü kimi atasının ölümündən sonra Adil Bağırov miras əmlakdan anası – iş üzrə İddiaçı xeyrinə imtina etmiş, sonradan həmin imtinasını məhkəmələrdə mübahisələndirmiş və bununla bağlı bütün tə ləbləri rədd edilmişdir. Lakin məhkəmə nəzərə almalı idi ki, Adil Bağırov yalnız Rusiya Federasiyasında yerləşən əmlaklardan anasının – iddiaçının xeyrinə imtina etmişdir. Rusiya Federasiyasının məhkəmələrinin qərarları da sırf həmin ərazidə yerləşən əmlaklarla bağlıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri b)Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə 18.Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 19.Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 20.Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şə xslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 21.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 22.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 23.Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəl iyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 24.Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 25.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 26.Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 27.Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 28.Maddə 881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 29.Maddə 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. 30.Maddə 881.3. Barış ıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. 31.Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 32.Maddə 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Mülki Prosessual Məcəllə 33.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 34.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlar ının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 35.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 36.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 37.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. 38.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 39.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 40.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 41.Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 42.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 43.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə cavabdeh tərəfindən tam icra edilməmiş və razılaşdırılmış məbləğin ödənilməyən hissəsi üzrə öhdəlik yaranmışdır. 44.Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquq i mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 45.Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. 46.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2022-ci il tarixli, 2(103)-7168/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar