Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1537/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh1 MMC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: sənədlərin verilməsi öhdəliyinin qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh1 MMC-yə qarşı “sənədlərin verilməsi öhədliyinin qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3446/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qətnaməsindən Cava bdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 27 fevral 2014-cü il tarixdə “İcraçı” Cavabdeh1 MMC ilə “investor” İddiaçı arasında 09 saylı müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” ünvan 1 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının İ blokunda, X mərtəbədə, 40 saylı mənzili müqavilənin şərtlərinə və inşaat norma və qaydalarına uyğun olaraq “İnvestora” təqdim etməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək maliyyə arayışı, binanın istismara qəbul edilməsi haqqında qəbul komissi yasının aktı və onun MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın ona verilməsinin cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh1 MMC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27 fevral 2014-cü il tarixdə “İcraçı” Cavabdeh1 MMC ilə “investor” onun arasında 09 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” ünvan 1 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının İ blokunda, X mərtəbədə 40 saylı mənzili müqavilənin şərtlərinə və inşaat norma və qaydalarına uyğun olaraq “İnvestora” təqdim edir. Həmin müqavilənin 1.2ci bəndinə əsasən mənzil 3 otaqdan ibarətdir və ümumi sahəsi 163.6 kv.m-dir. Həmin müqaviləni n 2.7-ci bəndinə əsasən binanın tam təhvil verilməsi 2016-cı ilin İV rübünədək nəzərdə tutulmuşdur. Müqavilənin 3.2 və 3.3-cü bəndinə əsasən mənzilin hər kv.m-nin dəyəri (ƏDV ilə birlikdə) 950 AZN, ümumi 155.420 AZN təşkil edir. İlk ödəniş 50.000 AZN olmaqla, “İnvestor” tərəfindən müqavilə imzalandığı andan həyata keçirilir. Müqaviləyə əlavə edilmiş cədvəl, Cavabdeh1 MTK tərəfindən ona ünvanlanmış 02 saylı, 23 fevral 2021-ci il tarixli və 07 saylı, 14 aprel 2021-ci il tarixli məktublardan görünür ki, müqavilə üzrə öhdəliyini 16 iyul 2015-ci il tarixdə artıqlaması ilə, yəni 155.420 AZN əvəzinə 156.557 AZN ödəməklə yerinə yetirmişdir. Hazırda sahiblik və istifadə hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 saylı evin, 40 saylı mənzilini dövlət reyestrindən qeydiyyatdan keçirərək mülkiyyət hüququnun tanınması üçün çıxarış almaq niyyətindədir. Lakin bunun üçün tələb olunan maliyyə arayışı, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və onun MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış cavabdeh tərəfindən ona təqdim edilmir və müraciətlərinə guya borcunun olması əsası ilə imtina cavabı verilir. Bu səbəbdən də MTK tərəfindən pozulan hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 MTK-nın nümayəndəsi X1 izahatında qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış 26 fevral 2014-cü il tarixli 09 saylı müqavilənin 1.2 bəndində göstərildiyi kimi 40 saylı mənzilin ümumi sahəsi 163.6 kv.m-d ir. Mənzilin ümumi sahəsinə yaşayış yardımçı və balkon sahələri də daxil edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən mənzil sahəsinin hər kv. metrinin dəyəri 1011 AZN olmaqla, ümumi məbləğ 165400 AZN təşkil etmişdir. Bu məbləğin 50.000 AZN-ni müqavilə bağlanan zaman iddiaçı tərəfindən ödənmiş və müqavilənin 3.4 bəndinə əsasən mənzil sahəsinin qalan məbləği 115400 AZN hər ay 19233 AZN olmaqla 6 ay müddətinə, yəni 26 avqust 2014-cü ilədək ödənilməli idi. Lakin müqavilə üzrə ödəniş müddəti bitdiyi zamanadək, yəni 26 avqust 2014-cü ilədək ödədiyi məbləğ cəmi 75000 AZN təşkil etmişdir. Müqavilə üzrə ödəmələrin tamamlanmalı olduğu tarixə qalıq borcu 90400 AZN təşkil etmişdir. Dəfələrlə ona mənzil sahəsinə olan borcunun müqaviləyə uyğun olaraq ödənilməsi barədə xəbərdarlıq edilsə də, ödəmələrin g ecikdirilməsi davam etmiş və sonuncu ödəniş 16 iyul 2015-ci il tarixdə edilmişdir. Onun hələ əsas məbləğdən də belə, ödənilməmiş 8843 AZN borcu qalmışdır və bu günədək həmin borc ödəniməmişdir. Həmin borc ödənildiyi təqdirdə iddiaçının tələb etdiyi sənədlər ona təqdim ediləcək.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim: İ.Abbasova) 17 yanvar 2022-ci il tarixli, 2(011)-212/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 27 fevral 2014-cü il tarixli 09 saylı müqavilə ilə bağlı maliyyə arayışı, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və İddiaçı MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın İddiaçı verilməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 M TK və Cavabdeh1 MMC-nin üzərinə qoyulması qət edilmişdir.
6. Məhkəmə mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən müqavilə öhdəliyi tam şəkildə icra edildiyindən və cavabdeh tərəfindən iddiaçının tələb etdiyi sənədlərin təqdim edilməməsi iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına maneə törətdiyindən, iddia əsaslı olduğu üçün təmin edilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 178.8, 752.1, 752.2, 769, 567, 568.1, 575, 452, 442, 448, 139.1, 139-1.1.6, 144-1.5-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Qətnamədən Cavabdeh1 MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın rədd edilməsini, İddiaçı ilə Cavabdeh1 MTK arasın da Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 saylı evin sahəsi-163,6 kv.metr olan 40-cı mənzilinə dair bağlanmış müqavilənin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbində göstərmişdir ki, mənzilə görə öhdəliyini yerinə yetirmiş, 155.420 manat əvəzinə 156.557 manat ödəniş etmişdir. İddiaçı 26 fevral 2014-cü il tarixli ünvan 1 saylı evin sahəsi-163,6 kv.m olan 40-cı mənzilinin Cavabdeh1 MTK-dan alınmasına dair müqavilə üzrə “investor” kimi öz öhdəliklərini vaxtı-vaxtında yerinə yetirməmiş, müqavilənin 3.4-cü bəndinin şərtlərini kobudcasına pozmuşdur. Belə ki, İddiaçı ilkin ödənişi ödədikdən sonra müqavilənin 3.4-cü bəndində göstərildiyi kimi, hər ay 17570 manat olmaqla, qalan borcu altı ay ərzində ödəməli idi, lakin iddiaçı təqdim etdiyi müqavilədə göründüyü kimi, 2000, 3000, 5000 manat, yəni müqavilədə qeyd olunan məbləği həm cədvəldən kənar, həm də az məbləğdə ödəmiş, bununla da Cavabdeh1 MTK-ya müəyyən miqdarda ziyan vurmuşdur. İddiaçı və digər “İnvestor”ların ödəmələrində gecikmələr nəticəsində Cavabdeh1 MTK-nın Bank qarşısında, həmçinin Vergi borclarının vaxtında ödənilməməsi nəticəsində faiz borcları yaranmışdır. Hal-hazırda yaranmış borclar üzrə müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmaqdadır. Əlavə olaraq bildirilir ki, iddiaçı müqavilə qüvvədə olduğu zaman Cavabdeh1 MTK-nın ofisinə dəvət edilmiş və əldə olan müqavilədə dəyişiklərlə bağlı xəbərdar edilmiş və bununla bağlı müqaviləyə öz imzasını atmışdır. Məhkəməyə iddiaçı tərəfindən təqdim olunan müqavilə is ə iddiaçı tərəfindən imzalanmamışdır. Nəticədə iddiaçının Cavabdeh1 MTK-ya müqavilənin 3.5-ci bəndində qeyd olunduğu 0,1% gecikmə faizləri hesablanmaqla 24.445,46 manat borcu yaranmışdır. Müqavilə üzrə ödəmələrin tamamlandığı müddətdə xx.xx.2014-cü ildə onun ödədiyi məbləğ 75000 manat, qalıq məbləği isə 90.400 manat təşkil edirdi. Bundan başqa iddiaçı Ş.Məmmədovun 26 ay kommunal xərclərini ödəməmişdir, nəticədə onun Cavabdeh1 MTK-ya 2135 manat əlavə borcu yaranmışdır. Bununla bağlı tərəflərindən İddiaçı dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmişdir. Məhkəmə onların qarşılıqlı iddiasını qəbul etməmiş, bununla bağlı ayrıca iddia ilə məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. İddiaçı tərəfə İddiaçı imzaladığı yeni müqaviləni təqdim etmələri tələb edilmişdir, lakin iddiaçı tərəf mə hkəməyə yalnız hüquqi qüvvəsi olmayan, iddiaçı tərəfindən imzalanmayan müqaviləni təqdim etmişdir. İddiaçı və Cavabdeh1 MTK arasında bağlanan müqavilənin əsli iddiaçı tərəfindən gizlədilmiş və onun haqlı olmadığını sübut etdiyindən məhkəməyə təqdim edilməmişdir.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzinin 21 oktyabr 2022-ci il tarixli, 9/6508 nömrəli ekspert rəyinə əsasən, İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə xx.xx.2014-cü il tarixdən son ödəniş tarixinə, yəni xx.xx.2015-ci il tarixinədək 50.000 manat məbləğində ilkin ödəniş məbləği daxil olmaqla ümumilikdə 156.557,0 manat məbləğində ödənişlər edilmişdir. Tədqiqatla mülki işin 39-41-ci səhifəsində olan 27 fevral 2014-cü il tarixli, 09 saylı müqavilə şərtlərinə əsasən (müqavilənin 3.5-ci bəndi nəzərə alınma qla) İddiaçı tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla müqavilə üzrə borcun tam ödənildiyi və 1137,0 manat məbləğində artıq ödənişin olduğu müəyyən edilir. Eyni zamanda qeyd edilir ki, müqavilənin 3.5-ci bəndinə əsasən “İnvestor” tərəfindən növbəti ödənişlərin gecikdirilməsinə görə cərimənin məbləği 1581,0 manat məbləğində müəyyən edilir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) 2(103)-3446/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(011)-212/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instans iyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, iş üzrə keçirilmiş ekspert rəyi ilə təsdiq olunmuşdur ki, iddiaçının cavabdehə müqavilə üzrə heç bir borcu qalmamışdır, hətta 1137,0 manat məbləğində artıq ödəniş edilmişdir. Həmçinin, cavabdeh apellyasiya şikayətində iddiaçı ilə aralarında yeni müqavilə imzalandığını, xx.xx.2014-cü il tarixli, 09 saylı müqavilənin qüvvəsi olm adığını qeyd etsə də, yeni müqavilə ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.
14. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 178, 752, 442, 448, 1391.1.6.-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2., 77.1. və 217.4.-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh1 MTK (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayətində qeyd olunmuşdur ki, İddiaçı 26 fevral 2014-cü il tarixli Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 saylı evin sahəsi-163,6 kv.metr olan 40-cı mənzilinin Cavabdeh1 MTK-dan alınmasına dair müqavilə üzrə “investor” kimi öz öhdəliklərini vaxtlı-vaxtında ye rinə yetirməmiş, müqavilənin 3.4-cü bəndinin şərtlərini kobudcasına pozmuşdur. Belə ki, İddiaçı ilkin ödənişi ödədikdən sonra müqavilənin 3.4-cü bəndində göstərildiyi kimi, hər ay 17570 AZN (on yeddi min beş yüz yetmiş manat) olmaqla, qalan borcu altı ay ərzində ödəməli idi, lakin, iddiaçı təqdim etdiyi müqavilədə göründüyü kimi 2000, 3000, 5000 AZN, yəni müqavilədə qeyd olunan məbləği həm cədvəldən kənar, həm də az məbləğdə ödəmiş, bununla da Cavabdeh1 MTK-ya müəyyən miqdarda ziyan vurmuşdur. İddiaçı və digər “investor”ların ödəmələrində gecikmələr nəticəsində Cavabdeh1 MTK-nın Bank qarşısında, həmçinin Vergi borclarının vaxtında ödənilməməsi nəticəsində faiz borcları yaranmışdır. Hal-hazırda yaranmış borclar üzrə müxtəlif məhkəmə instasiyalarında işlərə baxılmaqdadır. İddiaçı müqavilə qüvvədə olduğu zaman Cavabdeh1 MTK-nın ofisinə dəvət edilmiş və əldə olan müqavilədə dəyişikliklərlə bağlı xəbərdar edilmiş və bununla bağlı müqaviləyə öz imzasını atmışdir. Məhkəməyə iddiaçı tərəfindən təqdim olunan müqavilə isə iddiaçı tərəfindən imzalanmamışdır. Nəticədə iddiaçının Cavabdeh1 MTK-nə müqavilənin 3.5-ci bəndində qeyd olunduğu 0,1 % gecikmə faizləri hesablanmaqla 24445.46 AZN (iyirmi dörd min dörd yüz qırx beş manat qırx altı qəpik) borcu yaranmışdır. Bununla bağlı tərəfimizdən İddiaçı dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 27 fevral 2014cü il tarixli, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 saylı evin sahəsi 163,6 kv.metr olan 40-cı məzilinin Cavabdeh1 MTK-dan alınmasına dair 09 saylı müqavilə nüsxəsi şübhə doğ urmuş, bununla bağlı məhkəməyə şifahi də olsa məlumat verilmişdir, lakin məhkəmə buna lazımi qiymət verməmişdir. Müqavilənin birinci və sonuncu vərəqlərinə diqqət yetirdikdə açıq-aşkar görünür ki, müqavilədə texniki dəyişikliklər baş vermişdir. Qeyd olunan xüsusatları təsdiq edən mötəbər sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq onlar araşdırılmamış, düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək, kassasiya şikayətində qeyd edilən dəlillərin mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilməməsini əsas göstərərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(102)-3446/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
18. Maddə 178.8.Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında sa tıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
19. Maddə 139-1.1.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
20. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə
448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
23. Maddə 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər.
24. Maddə 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdə n imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.
25. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
26. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməl idir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3446/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.