Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1538/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3737/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 aprel 2023-cü tarixdə Ali Məhkəmənin binasında yazılı i craat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quba rayon 1-ci Nügədi kəndində 0,23 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 7 saylı qərarına əsasən Cavabdeh1 xüsusi mülkiyyətindədir.
2. Quba rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli, 2-478/2006 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, digər torpaq sahələri ilə yanaşı Cavabdeh1 JN 1669, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0,23 ha torpaq sahəsinin 26 noyabr 2001-ci il tarixdə İddiaçı satmalarına dair aralarında bağlanmış alqı-satqı əqdinin etibarlı hesab edilməsi, həmin torpaq sahələrinin İddiaçı mülkiyyətinə verilməsi, JN 1672, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair mərhum X1 məxsus və ondan miras qalmış 0,46 h a torpaq sahəsinə vərəsəlik üzrə İddiaçı mülkiyyət hüququnun müəyyən olunması, göstərilən həmin torpaq sahələrinin alqı- satqı və vərəsəlik üzrə İddiaçı adına dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsi DƏDRX-nin Xaşmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir..
3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli, 2(105)- 258/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli, 2478/2006 saylı qətnaməsi qismən - Cavabdeh1 dair hissədə ləğv olunmuş, İddiaçı Cavabdeh1 qarşı torpaq alqı-satqı əqdinin etibarlı hesab edilməsi tələbinə dair iddiası təmi n edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2019-cu il tarixli, 2(102)- 4797/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdı.
4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba X3 Mərkəzinin mütəxəssisi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş rəydən görünür ki,İddiaçı məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 5,18ha meyvə bağındakı hər alma ağacının dəyəri 396 manat, hər gilas ağacının dəyəri 1440 manat kimi müyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəmə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 - onlara qaytarılmalı olan Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə JN 1669, kod 30319018 saylı mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsinin üzərində mövcud olan və faktiki İddiaçı məxsus ümumi dəyəri 55440 manat 140 ədəd alma ağacının və ümumi dəyəri 17280 manat olan 12 ədəd gilas ağacının əvəzinə 72720 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 2001- 2002-ci illərdə Quba rayonu ərazisində özünə torpaq sahəsi almaq istəyərkən yaxın qohumları olan cavabdehlərin özlərinə aid torpaq sahələrini satmaq istədiklərini öyrənmiş, torpaq sahələrini onlardan alaraq pullarını ödəmiş, bu barədə aralarında həmin tarixdə müqavilə imzalanmışdır. Cavabdehlərdən əksəriyyətin in şəxsiyyət vəsiqəsi olmadığından 25 və 26 noyabr 2001-ci il tarixlərdə bağlanmış alqı-satqı müqavilələrini notarial qaydada rəsmiləşdirmək mümkün olmamış, cavabdehlər tez bir zamanda şəxsiyyət vəsiqələri əldə edib alqı-satqı müqavilələrini notarial qaydada rəsmiləşdirəcəklərinə söz vermişlər. İddiaçı yaxın qohumluq münasibətlərində olduğu cavabdehlərin sözlərinə inanaraq həmin vaxtdan torpaqlara özü baxaraq becərmiş, bütün torpaq rüsumlarını və vergiləri şəxsən özü ödəmişdir. Bunlarla yanaşı, JN 1672, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mərhum atası X1 məxsus 0,46 ha torpaq sahəsini atasının ölümündən sonra, yəni 05 noyabr 1999-cu il tarixdən özü baxaraq əkib becərmiş, atasının ölümündən sonra haqqında danışılan miras qalmış torpaq sahəsini şəxsən özü qəb ul etmiş və buna digər bacıqardaşları etiraz etməmişlər. Quba rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli, 2478/2006 saylı qətnaməsi ilə həmin trpaq sahələrinə dair əqdlər bağlanmış hesab edilmiş və onun mülkiyyət hüququ tanınmışdır. Quba rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(027)- 478 saylı qərardadı ilə (hakim Zamin Tahirovun sədrliyi ilə) Cavabdeh2 və Cavabdeh1 Quba rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli, 2- 478/2006 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizələri təmin edilərək, iş materialları onların apellyasiya şikayətləri ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Quba rayon Aqrar İslahat Komissiyası nın 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə JN 1669, kod 30319018 saylı mülkiyyət hüququna dair dövlət aktı ilə onun mülkiyyətinə verilmiş Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsini İddiaçı satmadığını, bununla bağlı aralarında heç bir müqavilə bağlanmadığını, mülkiyyətində olan qeyd edilən torpaq sahəsinin satılmasına razılıq vermədiyini, buna görə də işmateriallarında olan alqı-satqı müqaviləsinin saxta olduğunu, birinci instansiya məhkəməsinin işin bütün faktiki hallarını araşdırmadığını, zəruri olan halların sübut olunmadığına göz yumduğunu, həmçinin qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlmədiyini əsas gətirərək Quba rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli, 2-478/2006 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini x ahiş etmişdir. Qəbul edilmiş həmin qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs, Cavabdeh1 arvadı Cavabdeh2 həyat yoldaşı ilə eyni məzmunlu apellyasiya şikayəti verib, əlavə olaraq birgə nikahda olduqları zaman Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə JN 1669, kod 30319018 saylı mülkiyyət hüququna dair dövlət aktı ilə onun ərinin mülkiyyətinə verilmiş Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsinin İddiaçı satılmasından məlumatsız olduğunu, bu alqı-satqı aparılarkən onun notarial qaydada razılığının alınmadığını əsas gətirməklə Quba rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli, 2-478/2006 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli, 2(105)-258/2019 saylı qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Fuad Məmmədov) Cavabdeh1 və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Quba rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli, 2-478/2006 saylı qətnaməsi qismən - Cavabdeh1 dair hissədə ləğv olunmuş, İddiaçı Cavabdeh1 qarşı torpaq alqı-satqı əqdinin etibarlıhesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2( 102)4797/2019 saylı qərarı ilə tərəfimizdən verilən kassasiya şikayəti təmin edilməyərək, Sumqayit Apellyasiya Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 2(105)- 258/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin bu qətnaməsinin icrası qaydasında 25 noyabr 2001- ci il tarixdən faktiki iddiaçının sahibliyində və istifadəsində olan Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə JN 1669, kod 30319018 saylı mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh1 mülkiyyətinə verilmiş Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsi iddiaçıdan alınaraq cavabdehə qaytarılmalıdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, 25 noyabr 2001-ci il tarixdən başlayaraq barəsində söz açılan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsi İddiaçı faktiki sahibliyində olmaqla 2007-ci ildən onun tərəfindən becərilib qulluq edilərək alma və gilas ağacları əkilmiş, son 12 il ərzində həmin ağaclara mövcud tələblərə uyğun şəkildə yüksək səviyyədə aqrotexniki xidmət göstərilmiş, eyni zamanda torpağın bütün vergi və rüsumları onun tərəfindən ödənilmişdir. Hazırda 0,23 ha ölçüsü olan bu torpaq sahəsinin üzərində hər birinin dəyəri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba X3 Mərkəzinin mütəxəssisləri tərəfindən verilən rəyə əsasən 396 manat qiymətləndirilən çox illik 140 ədəd alma ağacı və həmin rəyə əsasən hər birinin dəyəri 1440 manat qiymətləndirilən 12 ədəd gilas ağacı mövcuddur. Lakin haqqında danışılan torpaq sahəsi İddiaçı ötürülərkən tam şəkildə boş olmuş, onun üzərində heç bir ağac və ya digər bitki olmamışdır. Göründüyü kimi iddiaçının sərf etdiyi vaxt, maliyyə vəsaiti və fiziki əmək nə ticəsində üzərində əkilən və aqrotexniki xidmət göstərilən alma və gilas ağaclarının hesabına bu sahənin qiyməti dəfələrlə artmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba X3 Mərkəzinin 20 may 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, aqrotexniki xidmət işlərinin yüksək səviyyədə aparıldığı və mövcud məhsul görünüşünü nəzərə almaqla orta məhsuldarlıq alma ağacları üçün - 400 sentner olmaqla bundan sonra 20-24 il meyvəvermə qabiliyyətinə malik olacaq və gilas ağacları üçün - 160 sentner olmaqla bundan sonra 18-20 il meyvəvermə qabiliyyətinə malik olacaq. İddiaçı qeyd edilən ağacları əkməkdə məqsədi uzun illər ərzində bu ağacların bəhrəsini əldə etmək və həmin bəhrədən yararlanmaq olmuşdur. Bunu bilən cavabdehlər isə torpağı iddiaçıya ötürdükdən 17 il sonra, yəni ağaclar tam şəkildə bəhər verməyə başladıqdan sonra iddia qaldıraraq bağı geri tələb etməyə başlamışlar. Yuxarıda sadalanan məhkəmə aktlarından da görünür ki, Cavabdeh1 Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsi 2001-ci ildə olan vəziyyətdə geri qaytarılmalıdır. Amma onun üzərində iddiaçıya məxsus 140 ədəd alma və 12 ədəd gilas ağacı mövcuddur. Ağacların isə torpaq sahəsindən ayrılması bioloji baxımdan mümkün olan deyil. Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən mübahisə predmeti olan 0,23 ha torpaq sahəsinin üzərində mövcud 140 ədəd alma ağacının ümumi dəyəri 55440 manat (140 ədəd x 396 manat), 12 ədəd gilas ağacının isə ümumi dəyəri 17280 manat (12 ədəd x 1440 manat) təşkil edir. Hazırda iddiaçıya məxsus cəmi bazar qiyməti 72720 manat təşkil edən 15 2 ədəd meyvə ağacı cavabdehə qaytarılmalı olan torpaq sahəsinin üzərində yerləşir. 7. "xxxx" MMC-nin qiymətləndirici eksperti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli hesabatından görünür ki, gilas ağaclarının qiyməti: 1 (bir) ədədinin qiyməti 1430 (bir min dörd yüz otuz) manat, 12 (on iki) ədədinin qiyməti 17160 (on yeddi min yüz altmış) manat; alma ağaclarının qiyməti: 1 (bir) ədədinin qiyməti 380 (üç yüz səksən) manat, 140 (bir yüz qırx) ədədinin qiyməti 53200 (əlli üç min iki yüz) manat, cəmi: 70360 (yetmis min üç yüz altmış) manat təşkil edir.
8. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Cəmilə Musayeva) 18 fevral 2021ci il tarixli 2(006)-236/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, yuxarı instansiya məhkəm ələri tərəfindən müəyyən edilmiş və bu iş üçün preyudisiya əhəmiyyətinə malik olan faktlardan görünür ki, predmeti mübahisəli torpaq sahəsi olan alqı-satqı müqaviləsi hazırkı iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh1 iddiasına əsasən müqvilədəki imzanın ona məxsus olmaması səbəbi ilə etibarsız hesab edilmişdir. Bu faktın hazırkı məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi, yenidən sübut edilməsi yolverilməzdir və artıq müəyyən edilmiş hesab edilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən, hazırkı mübahisəninhəlli etibarsız hesab edilmiş müqavilədən irəli gələn öhdəliklərlə bağlı deyildir. Belə ki, vicdanlı sahib olmuş məhrum olan əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırmalarını özündə saxlaya bilər. Y axşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə, hazırkı mübahisənin düzgün həlli üçün iddiaçının etibarsız hesab edilmiş müqaviləni bağlayarkən vicdanlı davranıb-davranmadığı məsələsi müəyyən edilməlidir. Məhkəmə müqavilənin qeyd edilən səbəbdən etibarsız hesab edilməsi, müqavilə tərəflərinin qohum olmasını və bununla da müqavilənin bağlanmasında və imzalanmasında iştirak edən şəxsin qardaşı oğlunun Cavabdeh1 olmamasını müəyyən etmək üçün İddiaçı bütün imkanlara malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, o, torpağın alqı-satqı müqaviləsi bağlanan zaman vicdanlı davranmamışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6, 157.7, 1091, 1094 və MPM-nin 82.3, 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, İlham Kərimli və Elşən Kazımov) 2(103)-5616/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cava bdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, torpaq sahəsi cavabdeh tərəfə məxsusdur, ağacları isə ora iddiaçı əkib, bu barədə mübahisə yoxdur. İddiaçı ağacları cavabdehlərin razılığı olmadan əkib. Cavabdeh tərəf bildirir ki, ağaclar onlara lazım deyil, ağacların dəyərini ödəmək istəmirlər, bundan başqa, ağacların bir hissəsi artıq öz ömrünü (məhsuldarlıq dövrünü) başa vurub, iddiaçının ağacları çıxarıb aparmasına (başqa yerə köçürməsinə) heç bir etirazları yoxdur. Ağacların başqa yerə köçürülməsi mümkündür, bu, torpaq sahəsinə zərər vurmur. Ona görə də, hazırkı mübahisədə ağaclar “ayrıla bilən yaxşılaşdırma” sayılır. Məhkəmə kollegiyası hesab etmişdir ki, ağacların torpaq sahəsindən çıxarılaraq ba şqa yerə köçürülməsi mümkün olduğuna görə iddiaçı ağacların dəyərinin ödənilməsini tələb edə bilməz.
15. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.3 və 157.7-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, onun ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-448/2022 saylı 28 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva (məruzəçi), E.Y.Şamayev və A.Ə.Abbasov) cavabdeh Əliyev Elmar Qəzənfər oğlunun kassasiya şik ayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5616/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
18. Kassasiya instansiya məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayan apellyasiya məhkəməsi iddiaçını vicdanlı sahib hesab etmiş və mübahisəyə Mülki Məcəllənin 157.7-ci maddəsini tətbiq etmişdir. Lakin bu zaman birinci instansiya məhkəməsinin mövqeyi ilə nəyə görə razılaşmamasını, iddiaçını hansı əsaslara görə vicdanlı sahib hesab etməsini əsaslandırmamışdır. Eyni zamanda, Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən çoxillik ağacları əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırma hesab edərək, ağacların başqa yerə köçürülməsinin mümk ünlüyü qənaətinə gəlməsini də qətnamədə əsaslandırmamış, bu məsələ xüsusi bilik tələb edən məsələ olduğu halda, bunun üçün müvafiq ekspert rəyi və ya mütəxəssis rəyi alınmasının zərurətini nəzərə almamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. Tərar apellyasiya baxışı zamanı Cavabdeh1 qeyd etmişdir ki, iddiaçı əmisi olduğu üçün onun torpaqdan istifadə etməsinə bir söz deməmişdir. İslahatdan öncə ona məxsus torpaq sahəsi meyvə bağı olmuş, 100-dən çox ağac əkilmiş, həmçinin armud ağacları da olmuşdur. İddiaçının əkdiyi ağacları çıxarıb aparmasına etiraz etmir.
20. Kollegiya tərəfindən sözügedən ağacların mübahisəli torpaq sahəsindən çıxarılmasının və başqa yerə köçürülməsinin mümkün olub-olmamasını, ağacların yaşını (neçə illik), həmçinin alma və gilas ağaclarının hazırkı qiymətini müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq və məhkəmə-bioloji ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 7/803, 9/5187 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 0,23 ha torpaq sahəsindəki ortalama diametrləri 32 sm-80 sm olan 155 ədəd alma ağacları və ortalama diametrləri 30 sm-97 sm olan 09 ədəd gilas, diametri 7 sm olan 01 ədəd armud ağacları xüsusi texnikanın köməyi ilə (CAT-6, EGHL) hər bir ağacın diametrinə müvafiq həcmdə (qazılacaq dərinliyin hündürlüyü, eni, uzunluğu) (istinadlar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli “Yaşıllıqların götürülməsi” qaydası, Transplatation of treesan informative manual for freshers, Tree transplantation və s.) qazıcı qurğusu ilə köçürülmə prosesi düzgün yerinə yetirilərsə həmin torpaq sahəsindən çıxarılaraq başqa yerə köçürülməsi mümkündür.
21. Rəyə görə, tədqiqata təqdim edilmiş Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsinin üzərində 2007-ci ildən əkilmiş 155 ədəd palmet sortlu alma, 01 ədəd yerli sort armud ağacı, 09 ədəd Romanovka və Moldovka sortlu gilas ağacları vardır.
22. Qərardadda qoyulmuş “Müəyyən olunan ağacların, onlara zərər vurmadan köçürülməsi mümkündürmü?” sualını ağacların gələcək inkişafı onların köçürülməsi qaydasının düzgün aparılması, köçürüldüyü yerdəki torpağın münbitliyi və ediləcək aqrotexniki qulluqlardan asılı olduğu üçün həmin sual üzrə rəy vermək mümkün olmamışdır.
23. Həmçinin göstərilmişdir ki, Quba rayonu ərazisində yerləşən meyvə bağlarında, yerli internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, rəyin məhkəmə-bioloji tədqiqat hissəsində göstərilənlərə əsasən 2007-ci ildə əkilmiş 155 ədəd palmet sortlu alma, 01 ədəd yerli sort armud ağacı, 09 ədəd Romanovka və Moldovka sortlu gilas ağacları orta məhsuldar olduğu halda ümumilikdə orta bazar dəyəri nəzəri qaydada təxminən 59250,00 manat müəyyən edilir. O cümlədən: - ortalama diametrləri 32 sm-80 sm olan 155 ədəd alma ağacları – 46500,00 (155x300m) manat; - 01 ədəd diametri 7 sm olan yerli sort armud ağacı – 150,00 manat - ortalama diametrləri 30 sm-97 sm olan 09 ədəd gilas ağacları – 12600,00 (9x1400m) manat.
24. Rəydə qeyd edilmişdir ki, Quba rayonu ərazisində yerləşən meyvə bağlarına mövcud olan tələb və təklifdən, ağa cların inkişaf səviyyəsindən, məhsuldarlığından və digər amillərdən asılı olaraq yuxarıda müəyyən edilən qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. Qeyd edilən 165 ədəd ağacların köçürülməsinə çəkiləcək xərclərin ümumi dəyəri, həmin ağacların mövcud olduğu yerlə köçürüldüyü sahə arasındakı məsafənin uzunluğu və relyefi məlum olduqdan sonra müəyyən edilə bilər.
25. Bakı Apellyasiya Məhkəməsinin 7 dekabr 2022-ci il tarixli, 2(103)-3737/2022 nömrəli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddiası rədd edilmişdir.
26. Məhkəmə kollegiy ası mövqeyini təkrar apellyasiya baxışı zamanı keçirilmiş ekspertizanın rəyinə istinadən əsaslandırmış və qeyd etmişdir ki, ağacların həmin torpaq sahəsindən çıxarılaraq başqa yerə köçürülməsi mümkündür. Apelyasiya baxışı zamanı Cavabdeh1 bildirmişdir ki, iddiaçı əmisi olduğu üçün onun torpaqdan istifadə etməsinə etiraz etməmişdir. Cavabdehlər iddiaçının həmin torpaq sahəsindən istifadə etməsindən, ağaclar əkməsindən məlumatlı olmuş, hər hansı etiraz etməmişlər. İddiaçı vicdanlı sahib olmuşdur. Qanunvericiliyin tələbinə əsasən isə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Ekspert rəyinə əsasən isə ağacların həmin torpaq sahəsindən çıxarılaraq başqa yerə köçürülməsi mümkün olduğuna görə iddiaçı ağacların dəyərinin ödənilməsini t ələb edə bilməz. Belə olan halda iddiaçının hazırki pul tələbi rədd edilməlidir, iddiaçı müvafiq olaraq ağacların həmin torpaq sahəsindən çıxarılaraq götürülməsi barədə müstəqil iddia qaldıra bilər.
27. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.3 və 157.7-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, işə apellyasiya məhkəməsində baxılarkən məhkəmə yalnız cavabdehin verdiyi izahatını əsas qəbul edərək ağacların daşınmasının mümkün olduğu qənaətinə gəlmişdir. Ancaq tələbdə ağacların yetişdirilməsi üçün çəkilən məsrəflər də tələb olunub. Yəni kənd təsərrüfatı ilə məşğul olarkən meyvə ağaclarının becərilməsi üçün 5-7 il vaxt sərf edilir. Bu müddət ərzində həmin ağacların becərilməsi üçün maddi olaraq böyük məsrəflər çəkilir. Bununla bağlı məhkəməyə təqdim edilmiş rəydə ətraflı məlumat göstərilib. Ancaq işə Apelyasiya məhkəməsində baxılarkən ağaclara çəkilmiş xərclər nəzərə alınmamışdır. Apellyasiya Məhkəməsinin mövqeyinə görə meyvə verən ağacların çıxarılıb aparılması həmin məsrəflərin qarşılığı ola biləcəkdir. Halbuki bir tingin yetişməsi üçün çəkilən xərclər həmin tingin qiymətindən dəfələrlə bahalı olur. Bu baxımdan məhkəmə işə baxılarkən bu kimi yanaşmaları nəzərə al malıdır. Yəni burada Apellyasiya Məhkəməsi işə baxarkən çəkilən xərclərin ağacların aparılması ilə kompensasiya edilə biləcəyini irəli sürür. Halbuki, ağaclar üçün çəkilmiş xərclər həmin ağacın mövcud qiymətindən dəfələrlə çoxdur. Digər tərəfdən, Məhkəmə AR MM-nin 157.7-ci maddəsini tətbiq edərkən torpağa zərər dəyməsini dəyərləndirib. Ancaq iddia tələbi çəkilmiş məsrəfləri qarşılanmasıdır. Ağaclar çıxarılarkən həmin ağaclara dəyəcək zərəri qiymətləndirməyib və hüquq normasını düzgün tətbiq etməyib. Ali Məhkəmənin Qərarında apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsi ilə niyə razılaşmadığını əsaslandırmasının vacib olması qeyd edilib. Ancaq buna baxmayaraq yenidən qətnamə qəbul edilərkən bu xüsus diqqətə alınmayıb. Yəni qətnamə hərtərəfli əsaslandırılmay ıb. Digər tərəfdən, Məhkəməyə göndərilmiş ekspertiza rəyində əşyaların başqa yerə köçürülməsinin yalnız xüsusi texnika vasitəsi ilə mümkün olacağı bildirilir. Ancaq həmin xüsusi texnika ilə aparılarkən çəkiləcək xərclərin nə qədər müəyyən olunması bildirilmir. Ekspertiza rəyində həmin xərclərin hesablanmasının mümkünlüyü barədə bildirilsə də, məhkəmə baxışı zamanı nümayəndə tərəfindən verilmiş əlavə ekspertiza keçirilməsi barədə vəsatət təmin edilməmişdir. Bu da gələcəkdə həm qətnamənin icrasını çətinləşdirə bilər, həm də vicdanlı sahib kimi yenidən iddiaçıya əlavə zərər dəyməsinə gətirib çıxarar. Bununla bağlı müstəqil iddia isə məhkəmənin lüzumsuz iş yükü ilə yüklənməsinə gətirib çıxarar. Bu baxımdan vəsatət təmin edilməli və çəkilən xərclər hesablanmalı idi. b) Kassasiya şikayətinə qarş ı etirazın dəlilləri
30. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 135.3. Bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir.
32. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini t ələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxu d qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, işə sonuncu dəfə baxan apellyasiya instansiyası məhkəməsi MPM-in 420ci maddəsinin tələblərinə uyğun olaraq Ali Məhkəmənin göstərişlərini icra etmiş, həm ekspertiza keçirilmiş, həm də iddiaçının nəyə görə vicdanlı alıcı hesab olunduğu əsaslandırılmışdır.
43. Bundan əlavə qeyd edilməlidir ki, kassasiya şikayətinin dəlilləri ona görə əsassız hesab olunur ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni şikayətin hədləri daxilində yoxlayır. Yəni apellyasiya şikayətində qeyd olunan məsələyə məhkəmə tərəfindən qiymət verilmiş və qeyd edilmişdir ki, iddiaçı ağacların başqa yerə köçürülməsi ilə bağlı müstəqil iddia qaldıra bilər. Bu zaman ağacların köçürülməsi xərcləri həmin iddianın predmeti olacaqdır.
44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəf indən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3737/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.