Məhkəmə qərarları › İş №2(102)-1542/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1542/2019

21.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1542/2019 21.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1542/2019 Bakı şəhəri 21 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı, vəkili X5, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 avqust 2017-ci i l tarixli qətnaməsi ilə (iş № 2(005)-3787/2017, hakim R.N.Quliyev) İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinə qarşı “zəbt edilmiş torpaqdan mülkiyyətçinin iradəsinə zidd istifadə nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, cavabdehlərin ona məxsus torpaqdan əmlakı və işçiləri ilə birlikdə çıxarılmaları” tələblərinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-581/2018, hakimlər E.M.Həsənov, X.A.Mərdanova, İ.Ş.Vəliyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxl anılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndəriməsini xahiş etmişdir. İşin halları: 25 aprel 2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göygöl rayonunun Yeni Zod kəndində yerləşən 0,2152 ha torpaq sahəsinin onun mülkiyyətində olduğunu, həmin torpaq sahəsini 07 iyun 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 88.000 manata aldığını, sahənin əlverişli yüksəklikdə yerləşməsi səbəbindən faktiki dəyərinin daha çox olduğunu, sabiq mülkiyyətçi Vasif Abbasovun 27 noyabr 2014-c ü il tarixdən həmin sahənin rəsmi sahibi olduğunu, lakin torpağını zəbt etmiş cavabdehlərin onu zorakılığa məruz qoyub bezdirmələrinə görə dəyər-dəyməzinə torpağı satdığını, Milli Hidrometeorologiya Departamentinin hazırda onun mülkiyyətində olan torpaq sahəsində təkidli etirazına baxmayaraq “vışka” qoyaraq radiometeoroloji stansiya tikintisi apardığını, onda olan məlumata əsasən cavabdehlərin başqa şəxslərə məxsus olan torpaq sahələrini də zəbt edib onların mülkiyyətçilərini yaxına buraxmadıqlarını, zəbt edilmiş torpaqları həmin yerlərə istirahətə gəlmiş şəxslərə qısa müddətə icarəyə verib qanunsuz pul qazandıqlarını və əsassız varlandıqlarını göstərərək, buna görə də cavabdehlərdən müştərək qaydada xeyrinə maddi zərər olaraq 300.000 manat, mənəvi zərər olaraq 700.000 manat məbləğində pul un tutulması, cavabdehlərin ona məxsus torpaq sahəsindən əmlakları və işçiləri ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən obyektiv araşdırma aparılmamış, iş üzrə bütün hüquqi və faktiki hallar nəzərə alınmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. Cavabdeh torpaq sahəsindən istifadəyə görə ona haqq ödəməmiş, üstəlik onun torpaq sahəsindən istifadə etməsinə imkan verməmişdir. Cavabdehin nümayəndəsi kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vək ili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilm işdir ki, Xanlar rayon XDS-nin 24 may 1972-ci il tarixli qərarı ilə Kirovabad dolu əleyhinə xidmət idarəetmə məntəqəsinin tikintisi üçün 3 hektar torpaq sahəsinin ayrılması barədə Xanlar Rayon Kənd Təsərrüfatı İdarəsinin rəyi təsdiq edilmiş, lakin 1997-ci ildə keçirilən torpaq islahatı zamanı həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq kimi müxtəlif vətəndaşların adlarına rəsmiləşdirilmiş, sözügedən ərazidə yerləşən (Göygöl rayonunun Yeni Zod kəndində) 0,2152 ha torpaq sahəsi X6 tərəfindən 88.000 manata İddiaçı satılmış və 11 iyun 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyata alınmışdır. İşin müəyyən olunan digər halı ondan ibarətdir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 23 iyun 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologiy a və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Göygöl Rayon İcra Hakimiyyətinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək Xanlar rayon Aqrar İslahat Komissiyasının “rayonun M.Ə.Rəsulzadə adına sovxozunun torpaqlarının özəlləşdirilməsi ilə əlaqədar dövlət, bələdiyyə-xüsusi, bələdiyyə ehtiyat fondu və yaşayış məntəqələrinin perspektiv inkişaf planı üçün saxlanılan torpaq sahələri haqqında” 03 noyabr 1997-ci il tarixli qərarı “X1 yerləşdiyi 3 ha ərazidən ayrı-ayrı vətəndaşlara pay torpağı kimi verilməsi” hissəsində qismən ləğv edilmiş, həmin qərardan İddiaçı verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 2 0.11.2017-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Apellyasiya baxışı zamanı həm də müəyyən olunmuşdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamenti İddiaçı qarşı “mülkiyyət hüququnun verilməsi barədə çıxarışın etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsi ilə həmin iddia təmin olunaraq İddiaçı adına Göygöl rayonunun Yeni Zod kəndi ərazisində yerləşən 0,2152 ha torpaq sahəsinə dair verilmiş çıxarış etibarsız hesab edilmiş, bu qətnamədən Nurlana Mehdiyavanın verdiyi apellyasiya şikayəti isə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyy ətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əs asının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır; çünkü iddiaçı, Göygöl rayonunun Yeni Zod kəndi ərazisində yerləşən 0,2152 ha torpaq sahəsinin mülkiyyətçisi olduğuna əsaslanmaqla müvafiq tələblərlə çıxış etmiş, lakin torpağın onun mülkiyyətinə verilməsinin qanunsuz olduğu məhkəmə aktları ilə təsbit olunmuşdur. Bu o deməkdir ki, torpaq sahəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən zəbt edilməmişdir və cavabdehlərin iddiaçıya ziyan vurmalarından bəhs oluna bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar