Məhkəmə qərarları › İş №2(102)-1543/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1543/2025

03.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1543/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, öhdəliyin icrası müddəti, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(103)534/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı oğlunun 2023-cü ilin aprel ayında Yasamal RPİ-nin 27-ci PB-də verdiyi izahatdan görünür ki, o, Almaniyadan maşın gətirib birlikdə satmaq üçün Firuzla şərik olmuşdur. İlkin olaraq 10000 avro, daha sonra isə hissə-hissə ümumilikdə 25000 avro vermişdir. Sonuncu dəfə 2007-ci ildə qazanc əldə etmək üçün “Mercedes C Class” markalı avtomobili almışdır. 2 ay sonra avtomobil satılmadığı üçün mənzillə dəyişmiş, daha sonra isə Firuz ona pulun hamısını Bakıda bir şirkətə verdiyini və qarşılığında hər ay 800 avro alacağını bildirmişdir. O, pulu ev almaq üçün deyil, Almaniyadan maşın gətirib, satıb, qazanc əldə etmək üçün vermişdir. Buna görə də o, Firuza bildirmişdir ki, o, şirkəti tanımır və pulunu geri qaytarsın.

2. Cavabdeh 08 aprel 2023-cü il tarixdə Yasamal RPİ-nin 27-ci PB-də verdiyi izahatdan görünür ki, o, Soltan ilə 2006-cı ildə tanış olmuşdur. Soltan onun maşın alveri ilə məşğul olduğunu bildiyi üçün 10000 avro vermişdir ki, şərikinə maşını aparıb satıb qazanc əldə etsinlər. Soltanın verdiyi pul ilə aldıqları “X5” markalı avtomobili Soltanın razılığı ilə "xxxx" MMC-də işləyən Hacıyev Nazim adlı vətəndaşa Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 234-48 saylı məhəllədə yerləşən binanın 8-ci giriş, 9-cu mərtəbədə ümumi sahəsi 54,97 kv.metr olan 1 otaqlı 750-ci mənzil maliyyə arayışı əsasında satmışdır. Sonra qeyd olunan mənzilin olmadığı üçün pulu almaq mümkün olmamışdır. Xətai Rayon Məhkəməsinin qərarı ilə onun xeyrinə 27150 ABŞ dolları pulun tutulması barədə qərar çıxarılmışdır. O nun xeyrinə çıxmış qərara əsasən ödəniləcək olan məbləğdən Soltana olan pulu geri verəcəyini, hazırda isə səhhəti ilə əlaqədar işləyə bilmədiyini bildirmişdir.

3. İddiaçı oğlu tərəfindən Cavabdeh ünvanlanmış 24 aprel 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı oğlu Cavabdeh 10000 avro məbləğində 102 qaynar xətt xidmətinə və Nəsimi RPİ 27 PB-də etdiyi etirafa əsasən borclu olduğu pulu pretenziya aldıqdan sonra ona 3 gün müddətində ödənilməsini təklif etmiş, tələb edilən məbləğin qeyd edilən etiraf məbləğindən çox olduğunu bildirərək razılaşma olmadığı halda məhkəmə qaydasında tələb edəcəyi ilə bağlı xəbərdar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18191 manat məbləğində pulun və 144,57 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh 08 aprel 2023-cü il tarixdə yazdığı izahatda etdiyi etirafa əsasən borclu olduğu 10000 Avro - Azərbaycan manatı ilə 18191 manat məbləğində pulu ödəmir. İddiaçı tərəfindən 24 aprel 2024-cü il tarixdə pretenziya göndərilmiş və aldıqdan sonra ona 3 gün müddətinə ödənilməsi təklif olunmuşdur. Əks halda məhkəməyə bu tələblə bağlı iddia qaldırılacağı göstərilmişdir. Bu pul tələbi ilə bağlı Yasamal RPİ 27-ci PB-də araşdırma aparılmış və cavabdeh borclu olduğunu etiraf etmişdir.

6. Cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə verərək göstərmişdir ki, əvvəllər Almaniya Respublikasından Azərbaycan Respublikasına minik avtomobillərinin gətirilib satışı ilə məşğul olmuş, 2007-ci ildə iddiaçı onun qeyd olunan sahibkarlıq fəaliyyətinə pul yatıraraq, gəlir əldə etmək istədiyini bildirmişdir. O, razılaşmış və həmin fəaliyyət məqsədilə dövriyyəyə buraxmaq üçün İddiaçı 2007-ci ildə ona 10.000 avro pul vermişdir. Həmin pulun gəliri olaraq 1 il ərzində ona çatan payı verdikdən sonra, işləri pisləşmiş və 2008-ci il ərzində isə hissə-hissə olmaqla İddiaçı 10.000 avro məbləğində pul vəsaitini tamamilə qaytarmışdır. Bununla belə, aradan uzun müddət keçdikdən sonra iddiaçı əsassız olaraq sözügedən məbləği, hətta daha artığını ondan yenidən tələb edir. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı mülki iş üzrə iddia müddəti keçmişdir. İddia müddəti keçdiyindən iddiadan imtina barəsində qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e2(007)- 2254/2024 nömrəli qətnaməsi ilə (hakim S.Əliyeva) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 3 illik müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iddia müddətinin axımı 2007-2008-ci illərdə başlamış, iddia müddətinin axımı müddətində axımın dayandırılması və kəsilməsi üçün əsas olan hallar olmamış, iddiaçı tərəfindən isə məhkəməyə müqavilə münasibətlərindən irəli gələn iddia tələbləri üçün müəyyən edilmiş 3 illik iddia müddəti, həmçinin qanunvericiliklə m üəyyən edilmiş 10 illik ümumi iddia müddəti ötürülməklə 20 iyun 2024-cü il tarixdə müraciət edilmişdir. İddiaçının məhkəməyə müraciət edərkən iddia müddətini ötürülməsi və cavabdeh tərəfindən də iddia müddətinin tətbiqi barədə ərizə məhkəməyə təqdim edilməsi iddianın rədd olunması üçün əsas təşkil edir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 372, 373, 375, 377, 380, 385, 386, 390, 427, 442-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 124.2, 217-218-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılma sına dair” 08 may 2008-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2025-cü il tarixli, 2(103)-534/2024 nömrəli qətnaməsi ilə (hakim F.Abdıyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.Babayevdən və C.Musayevadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e2(007)-2254/2024 nömrəl i qətnaməsi İddiaçı oğlunun apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında birgə fəaliyyətdən irəli gələn münasibətlər 2006-2007-ci illərdə olmuşdur. İddiaçı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsində verdiyi izahatında 2007-ci ildə satmaq məqsədi ilə cavabdeh tərəfindən avtomobilin alındığını, lakin 2 ay ərzində satılmadığından avtomobili mənzillə dəyişdiyini, avtomobilin evlə dəyişdirilməsi üçün deyil, qazanc əldə etmək məqsədi ilə alınması səbəbindən bu dəyişdirməyə görə ona irad bildirdiyini, cavabdehin isə ev satıldıqdan sonra pulu geri qaytaracağına söz verdiyini, daha sonra isə evin ümumiyyətlə mövcud olmadığını müəyyən etdiyini, həmin vaxtdan hazırkı vaxtadək cavabdehin pulu qaytarmadığını qeyd etmişdir. Bununla belə, iddiaçının izahatına əsasən 2007-ci ildə alınmış avtomobil 2 ay ərzində satılmalı idi. Bu da öz növbəsində cavabdehin həmin pulu iddiaçıya 2007-ci ildə (ilin sonuna təsadüf etdiyi halda, ən geci 2008-ci ilin əvvəllərində) qaytarmaq öhdəliyini yaratmış olur. Başqa sözlə, cavabdehin hərəkətləri nəticəsində pozulmuş hüquqlarının bərpa edilməsi üçün iddiaçının ən geci 2008-ci ildə artıq həmin pulu tələb etmək hüququ yaranmışdır.

13. Hazırkı vəziyyətdə tərəflər arasında yaranmış birgə fəaliyyətdən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı 2008-ci ildən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və iddianı 2024-cü ildə qaldırmaqla hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür (hətta 10 illik ümumi iddia müddəti belə ötmüşdür). Cavabdeh hazırkı mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Bu səbəbdən məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsaslı hesab etmiş və belə qənaətə gəlmişdir ki, hazırkı iddiaya iddia müddəti tətbiq edilməli və bu əsasla iddia tələbi rədd edilməlidir.

14. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, 2008-ci ildən başlamış iddia müddətinin axımı artıq 2011-ci ildə bitmişdir. İddia müddəti bitdikdən sonra borcunun olmasının etiraf edilməsi, hətta hər hansı məbləğdə ödənişin edilməsi bitmiş müddətin axımını kəsə bilməz və bu müddət yenidən hesablana bilməz. Bu səbəbdə n mövcud vəziyyətdə cavabdehin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsində borcunu etiraf etməsi ondan bu pulun tutulması üçün əsas yatarmış olmur.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 329, 372, 373, 375, 377, 380, 383, 385, 386, 390, 427, 442, 443-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

16. İddiaçı oğlu (İddiaçı) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(103)-534/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən Mülki Məcəllənin 329.2, 329.3, 380-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh izahatında bildirmişdir ki, iddiaçı avtomobili gətirib "xxxx" MMC-yə qarşılığında ev almaq üçün maliyyə arayışı ilə vermişdir. Bundan sonra məhkəmə prosesləri getmiş, cavabdeh pulu aldığı halda qaytaracağını bildirmişdir. Mənzilə verilən pulu tələb edən iddiaçı şərikli biznesdən qazandığı pulu tələb etmir, bu pulun qeyd olunan halla bağlı heç bir əlaqəsi yoxdur. Cavabdeh borcu 08 aprel 2023-cü il tarixdə yazdığı izahatda etiraf etmişdir. İddia müddətinin tətbiq edilməsi barədə ərizə verən şəxsin iddianın əsaslı olduğunu etiraf etməsi üçün əsas olduğu və iddia müddətinin keçməsini sübut etməsi zəruridir. İddia müddəti cavabdehin Yasamal rayon Polis İdarəsində verdiyi pulu qaytaracağını b ildirdiyi andan hesablanmalıdır.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ar aşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

21. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqav ilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya t ələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 23. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, o nları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmi yyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəs inə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilə r. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, cavabdehin iddiaçıya qarşı öhdəliyin yaranması müəyyən edilmiş, lakin iddiaçının iddia m üddətini ötürməsi qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

27. Kassasiya şikayətinin dəlilləri iddia müddətinin axımının başlanğıcının düzgün müəyyən edilməməsi ilə bağlıdır. Belə ki, iddiaçı hesab edir ki, cavabdeh 08 aprel 2023-cü il tarixdə polis orqanında verdiyi izahatda borcu etiraf etdiyindən, iddia müddəti ötürülməmişdir.

28. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 380.1-ci maddəsində göstərilən hallar yalnız iddia müddəti bitmədən baş verdikdə iddia müddətinin axımı kəsilə bilər.

29. Apellyasiya məhkəməsi isə iddia müddətinin axımının 2007-ci ilin sonlarından 2008-ci ilin əvvəllərindən başlandığını, iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək və hüquqlarının pozulduğunu bildiyi həmin tarixdən 3 illik id dia müddətinin axımının başlanmaqla, 2011-ci ilin əvvəllərində bitməsini müəyyən etmiş, bu dövrdə cavabdehin hansısa formada borcunu etiraf edən hərəkətlər etməsinə dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.

30. Odur ki, 2011-ci ildən hesablanmaqla üç illik iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi apellyasiya məhkəməsi tərəfindən müəyyən edildiyindən, cavabdehin 2024-cü ildə tədqiqat orqanına verdiyi izahat verməsi (həmin izahatda istifadə olunan ifadələrin borcun etirafı kimi qiymətləndirildiyi halda da) iddianın təmin olunması üçün əsas kimi qiymətləndirilə bilməz.

31. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tər əflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (İddiaçı oğlu) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(103)-534/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar