Məhkəmə qərarları › İş №2(102)-1545/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1545/2022

20.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1545/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası,hakimlər Əliyev Zaur Əli oğludan (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlundan və Hüseynov Abiddin Qafar oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X3 qarşı “tikilinin müvafiq hissəsinin sökülməsi, maddi və mənəvi zərərin tutulması” tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2021-ci il tarixli, 2(105)-1851/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassas iya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraatda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu, Xırdalan qəsəbəsi, 26-cı məhəllə küçəsi, 35/1 saylı köməkçi sahəsi 22, 9 kv.m, yaşayış sahəsi 52,9 kv.m olan, 3 otaqdan ibarət olan yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır.

2. Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən sahəsi 0,10 ha olan torpaq sahəsi 16 sentyabr 2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində X2 adına qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 dekabr tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş, 09 dekabr 2020-ci il tarixli, 014 №-li obyektin tikintisinə icazə sənədi ilə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən X5 rayonu, Xırdalan şəhəri ndə yerləşən ümumi sahəsi 3309,8 kv.m olan, altımərtəbəli, mansardlı, çoxmənzilli yaşayış binasının tikintisinə icazə verilmişdir.

4. AAAF Construction tərəfindən verilmiş eskiz layihəsindəki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 25 dekabr 2018-ci il tarixli, EL-572/2018 qeydiyyat nömrəli lisenziya ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində X3 məxsus 6 mərtəbəli və mansardlı yaşayış binasının tikintisini aparan AAAF Constructiona icazə verilmişdir. Həmin layihəyə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının “sənədlər üçün” möhürü vurulmuşdur.

5. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin 15 oktyabr 2020-ci il tarixli məktubuna əsasən, ərizədə qeyd edilən tikili rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 1/6/1510 saylı, 13 iyul 2020-ci il tarixli razılığa əsasən həyata keçirilir, tikinti işləri qeyri-qanuni aparılmır.

6. İddiaçı, cavabdehə məxsus binanın müvafiq norma və şərtlərə uyğun inşa edilmədiyini, tikintinin ona məxsus evə zərər vurduğunu bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ev ilə X3 məxsus, tikilən bina arasında qanunvericiliyə uyğun olaraq ara məsafəsinin saxlanılması məqsədi ilə həmin tikilinin müvafiq hissəsinin sökülməsi, onun evinə dəyən zərərin əvəzində cavabdehdən 10000 manat onun xeyrinə tutulması, cavabdehin qanunvericiliyin tələblərini pozaraq binanı tikməsi səbəbindən evinin bazar dəyərinin kəskin şəkildə azalması, habelə onun və ailəsinin həyat və s ağlamlığını təhlükə altında qoyması səbəbindən 100000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, ödədiyi 160 manat vəkil xərci və 30 manat məhkəmə xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırmışdır ki, 1 mərtəbəli 2.4 sot torpaq sahəsinin üzərində tikilən və ümumi sahəsi 88 kv metr olan fərdi yaşayış evi ona məxsusdur. Belə ki, cavabdeh qanunsuz olaraq tikinti apararaq tikinti məcəlləsinin müddəalarını pozmuş və qanunda nəzərdə tutulandan daha yaxın məsafədə tikinti aparmışdır. Məlumat üçün bildirir ki, cavabdehin inşa etdiyi bina ilə onun evi arasındakı məsafə 2 metrdən azdır. O, yeni tikinti başlayanda Fövqəladə Hallar Nazirliyinə məktub ilə müraciət etmiş və Fövqəladə Hallar Nazirliyinin 31.08.2020-ci il ta rixli məktubuna əsasən, tikintinin dayandırılmasına dair göstəriş verilmiş və bu səbəbdən də qarşı tərəf cərimə edilmişdir. Əlavə olaraq, məktubda 3 mərtəbəli yaşayış binası qeyd edilsə də, icra hakimiyyətinin tikintiyə icazə barədə sənədində 6 mərtəbəli yaşayış binanın tikintisinə icazə verilmişdir. Hal-hazırda eyni binaya dair 2 ədəd fərqli sənəd mövcuddur. Eyni zamanda bina dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Həmçinin binanın tikintisi nəticəsində evinə maddi olaraq zərər dəymiş və evinin divarlarında çatlar yaranmışdır. Hətta bundan başqa binada işləyən ustaların yuxarı mərtəbələrdən atdığı tullantılar nəticəsində az yaşlı övladları da təhlükə altındadır. Məhz buna görə də bundan bir neçə gün əvvəl evinin şiferinə zərər dəymiş və 10 şiferi dəyişməli olmuşdur. Ustaların səs- küyü nəticəsində də evdə oturmaq dözülməz hala gəlmişdir. Belə ki, ustalar səhər tezdən işə başlayıb həddən artıq səs yaratdıqları bu vəziyyət daha da gərginləşmişdir. O, mənzilə dəyən zərərimni tələb edir. Belə ki, halhazırda mənzilini 200.000 manata satmağa razıdır. Mənzilin alğı-satqısı ilə bağlı onunla heç bir danışıq olmamamışdır. Cavabdeh qonşuluqda olan 35 kv metr olan fərdi yaşayış evinə 65.000 manat və digər oxşar sahəli evə isə 80.000 manat ödəyərək satın almışdır. Bu evlərlə müqayisədə isə onun evinin bazar qiyməti qat-qat yüksəkdir. O, hal-hazırda evini satmaq istəmir və iddianın təmin edilməsini xahiş etmişdir.

9. Abşeron Rayon Məhkəməsinin (hakim E.T.Məmmədov) 15 mart 2021-ci il tarixli, e2(012)-694/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

10. Məhkəmə Azərbaycan Resp ublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1,95.3,97.5-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2,77.1,88,119.1-ci maddələrinə,“Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanunun 10-cu maddəsinə,Tikinti obyektlərinin sökülməsi” Qaydalarının 5-bəndinə, bu Qaydaların 2.1.3, 2.1.4 və 2.1.5-ci yarımbəndlərində istinad edərək qeyd etmişdir ki, başa çatmış tikinti obyektlərinin sökülməsi üçün məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə verilmişdir. Hazırki iş üzrə də sökülməsi tələb edilən tikinti başa çatdırılmışdır. Bu baxımdan, məhkəmə hesab etmişdir ki, İddiaçı həmin tikilinin s ökülməsi ilə hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün sbyektiv hüququ yoxdur. Bundan əlavə, məhkəmə iddia tələbinin iddiaçıını evinə dəyən zərərin əvəzində 10000 manat, qanunvericiliyin tələblərinin pozularaq binanın tikilməsi səbəbindən evin bazar dəyərinin kəskin şəkildə azalması, habelə iddiaçının və ailəsinin həyat və sağlamlığını təhlükə altında qoyması səbəbindən 100000 manat pulun cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin hissələrin təmin olunmasına əsas verən halları sübut etmək vəzifəsini Azərbaycan Respublikası MPM- in 77.1-ci iddiaçı daşımış, lakin iddiaçı özünün və nümayəndəsinin izahatından başqa hər hansı bir sübut təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, e-2(012)-694/2021 nömrəli qətnaməsini ləğv edib, iddianın təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər G.F.Tağızadə, (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) 22 noyabr 2021-ci il tarixli, 2(105)-1851/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, e-2(012)-694/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmasına dair başqa mötəbər sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

14. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2021-ci il tarixli, 2(105)-1851/2021 q ətnaməsinin tamamilə ləğv edib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının evi ilə digər qonşunun evi arasındakı məsafə 30 sm. olduğundan iki ev arasındakı boşluğa daxil olmaq və çatların üzünü açmaq, çatların dərəcəsini müəyyən etmək, bərkitmə işləri aparmaq mümkün deyil. Evi sökülməli və yerində yenisi tikilməlidir. Buna isə külli miqdarda vəsait lazımdır. Cavabdeh ona ziyan vurduğuna görə məsuliyyət daşıyır. Evinin sökülməsi, yenidən inşa edilməsi üçün nə qədər vəsait lazım olduğunu məhkəmə müəyyənləşdirməlidir.

16. Məhkəmə kollegiyası ekspertiza mərkəzinə, tə rəflərə 08.07.2021-ci il tarixli məktub yazaraq ekspertizanın 05 avqust 2021-ci il tarixə saat 15:00-a təyin olunduğu barədə məlumat vermiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinə isə məlumat verməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir.Həmçinin bu günə qədər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin mütəxəssis rəyi Mərkəzə daxil olmadığına görə, qərardadın ikinci və üçüncü suallarını cavablandırmaq mümkün olmamışdır.

17. Kassasiya şikayətinə qarşı etiraz məhkəməyə daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

19. Maddə 170.2. Qon şu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

20. Maddə 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.

21. Maddə 172.1. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin.

22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödə nilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəm ə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

30. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

31. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

32. Maddə 102.2. Məh kəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

33. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

34. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşıl ıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşd ırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, tikilinin müvafiq hissəsinin sökülməsi tələbinə aid hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya məhkəməsinin qətnaməsinin tikilinin müvafiq hissəsinin sökülməsi tələbinə aid hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, A bşeron rayonu, Xırdalan şəhəri ərazisində X3 məxsus çoxmərtəbəli binanın tikintisinə inzibati orqan olan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 09 dekabr 2020-ci il tarixli, 014 №-li icazə verilmiş, tikinti layihəsi rəsmi qaydada təsdiq olunmuşdur. Sözügedən tikintiyə dair inzibati orqanın aktı qüvvəsində olduğu halda həmin binanın bir hissəsinin sökülməsi tələbinin təmin olunmamasına dair məhkəmələrin qənaəti əsaslıdır.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən iddianın bu hissəsində işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissəsinin ləğv edilməsi üçün əsas təşkil etmir.

42. Bununla belə Kollegiya aşağıdakılara əsasən hesab edir ki, məhkəmələr zərərin əvəzinin ödənilməsinə dair tələblərin həllində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişlər.

43. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci hal da hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

44. İddiaçının evə dəyən 10000 manat real zərərin, evin bazar dəyərinin kəskin şəkildə azalması, habelə onun və ailəsinin həyat və sağlamlığının təhlükə altında qalması səbəbindən 100.000 manat pulun tutulması tələblərinin söykəndiyi hallar nəzərə alındıqda, iddianın qanuni əsası kimi Mülki Məcəllənin qonşuluq hüququna və mülki hüquq pozuntusuna (deliktə) dair normaları müzakirə edilə bilər (§ 18-24).

45. Belə ki, iddiaçı, cavabdehin qonşu ərazidə inşa etdiyi binanın onun evinə maddi zərər vurduğunu, özünə və ailə üzvlərinə təhlükə yaratdığını bildirir.

46. Məlum olduğu kimi, ikitərəfli təsirlərin törəyə b iləcəyi hər bir daşınmaz əmlak qonşunun əmlakı sayılır. Qonşu daşınmazın mülkiyyətçiləri öz hüququnu həyata keçirərkən qonşunun mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidir. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən daşınmaz əmlakın mülkiyyətçisindən təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Eyni zamanda tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, qonşulara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun, yaxud həmin sahələrdəki qurğuları zədələsin (§ 18-21).

47. Bu qaydaların pozulması nəticəsində vurulan ziyan mülki hüquq pozuntusu (delikt) sayılır. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yəni, d elikt nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir (§ 23-24).

48. Mülki hüquq pozuntusuna dair normalar çərçivəsində cavabdehin iddiaçı qarşısında məsuliyyət daşıması üçün aşağıdakı şərtlər müəyyən edilməlidir: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir (§ 22).

49. İddiaçı, cavabdehin binanı qanunsuz şəkildə inşa etməsi nəticəsində evinə zərər dəydiyini bildirərək, fotoşəkilləri, müvafiq dövlət orqanlarından aldığı məlumatları və digər sübutları məhkəməyə təqdim etmişdir.

50. Eyni zamanda iddiaçının təqdim etdiyi "xxxx" MMC-nin 30.04.2021-ci il tarixli, 0330/21 nömrəli rəyinə əsasən, sözügedən qonşu tikililər arasında qanunvericiliyə uyğun ara məsafəsi saxlanılmamışdır,iddiaçının mülkiyyətində olan yaşayış evi texniki cəhətdən qəzalı vəziyyətdədir, iddiaçının evində yaranmış çatların evin arxa və yan tərəfində yeni tikililərin inşa olunması ilə səbəbli əlaqəsi vardır.

51. Apellyasiya məhkəməsi sözügedən halların ixtisaslı şəxslərin rəyi ilə aydınlaşdırılması məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir.

52. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16.09.2021-ci il tarixli, 10/2957 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, çoxmərtəbəli yaşayış binasının divarının hündürlüyünün 21.3 metr olduğunu nəzərə alaraq, həmin bina ilə, binanın inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər məsafə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsas ən 12.78 metr olmalıdır. Çoxmərtəbəli yaşayış binası ilə iddiaçının fərdi yaşayış evinin arasındakı məsafənin 2.56 metr olduğuna görə, saxalanılmış bu ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun deyildir.

53. Bununla belə, iddiaçının evinə dəyən zərərlə cavabdehin apardığı inşaat işləri arasında səbəbli əlaqənin olub-olmamasına, habelə zərərin həcminə dair suallar Mərkəzin eksperti tərəfindən cavablandırılmamış, buna səbəb kimi Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin mütəxəssis rəyinin təqdim olunmadığı göstərilmişdir.

54. Buna baxmayaraq apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən həmin sualların ekspert tərəfindən cavablandırılması üçün lazımi tədbirləri görməmiş, iddiaçının təqdim etdi yi sübutları müvafiq qiymətləndirmə ilə təkzib etmədən iddianın sübuta yetirilmədiyi nəticəsinə gəlmişdir.

55. Halbuki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (§ 29, 33).

56. Eyni zamanda ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər (§ 31-32).

57. Apellyasiya məhkəməsi qeyd olunan prosessual normaların tələblərinə riayət etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır (§ 28, 35). Bu isə zərərin əvəzinin ödənilməsinə dair tələblərin həllində düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.

58. Ona görə də qətnamə həmin hissələrdə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2021-ci il tarixli, 2(105)-1851/2021 nömrəli qətnaməsi zərərin əvəzinin ödənilməsinə dair tələblərin rədd edilməsi hissələrində ləğv edilsin və həmin hissələrdə iş yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar