Məhkəmə qərarları › İş №2(102)-1548/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1548/2023

23.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1548/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh4 ASC-yə və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi 23.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2(103)7609/2022 saylı qətnaməsindən Cavabdeh4 ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları:

1. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 51 nömrəli mənzili İddiaçı (bundan sonra – iddiaçı), Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 54 nömrəli mənzil isə Cavabdeh3 mülkiyyətindədir. 2. 12 oktyabr 2019-cu il tarixdə iddiaçının mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 51 nömrəli mənzilində Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Su-Kanal İdarəsi tərəfindən qeyd edilən ünvanda yerləşən binaya su təchizatını təmin edərkən, divarların suvaq altında istismardan çıxarılmış, lakin divarlarda saxlanılan köhnə su borusuna suyun təchizatını təmin etməklə həmin binanın dördüncü mərtəbəsində Cavabdeh3 mülkiyyətində olan 54 nömrəli mənzilində mətbəx hissəsində suyaq altında olan, istismardan çıxa rılmış su borusuna su ilə təchiz edilməsi nəticəsində həmin su borusundan birbaşa suvaq altında 54 nömrəli mənzilin döşəməsinə və daha sonra İddiaçı 51 nömrəli mənzilinin mətbəx, hamam otağına, dəhlizə, yataq və qonaq otaqlarına tökülməsi nəticəsində iddiaçının mənzilinə ziyan dəymişdir. 3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 oktyabr 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 51 nömrəli mənzilini su basması nəticəsində dəymiş maddi ziyanın məbləği 6.292 manat təşkil edir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyun 2020-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 51 nömrəli mənzilinə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3.138 manat təşkil edir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 06 noyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 51 nömrəli mənzilinin tavan və divarlarına su sızması nəticəsində, mülki iş materiallarında olan 53 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 28 oktyabr 2019-cu il tarixli aktın məlumatlarına görə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 6.131 manat təşkil edir. İlkin-ekspertiza ilə hazırkı eksperti za arasında 2.993 manat yaranan fərq, ilkin ekspertiza zamanı mənzilin hamam-ayaqyolu tikilisində yaranan qüsurların təqdim olunmaması səbəbindən baş vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 6.292,90 manat, mənəvi zərərə görə 2.000 manat, vəkilə ödənilmiş hüquqi xidmətə görə 310 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 8.632,90 manat pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 51 nömrəli mənzili iddiaçının mülkiyyətində olmaqla üçüncü mərtəbədə ye rləşir. 12 oktyabr 2019-cu il tarixdə saat 19:30 radələrində qeyd edilən ünvanda, onun mənzilinin üst hissəsində dördüncü mərtəbədə yerləşən Cavabdeh3 mülkiyyətində olan 54 nömrəli mənzilin mətbəx hissəsində divarda suvaq altında istifadəsiz qalmış su borusu ilə suyun verilməsi nəticəsində dördüncü mərtəbədə olan mənzilin döşəməsinə divarlarla su onun mənzilinə axmışdır. Suyun onun mənzilinə axması nəticəsində zərər vurmasını görüb dərhal anası X2 mobil telefon vasitəsi ilə Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Su Kanal idarəsinə zəng vurmuş və qəza barəsində məlumat vermişdir. Həmin yerə qəza xidmətindən cavabdeh şəxslərin gəlməsini və qəzanı aradan qaldırmaq üçün tədbir görülməsini xahiş etmişdir. Qəzanı aradan qaldıran briqada anasının telefon zəngindən 1 saat sonra hadisə yerinə gəlmişlər. Artıq onun evini su basmış və ona maddi zərər yetirməklə su ilkin olaraq onun mənzilinin mətbəx hissəsinə daxil olmuşdur. Buna görə də mənzildə olan elektrik xəttində qısa qapanma baş vermiş və nəticədə həm mətbəxdə, habelə mənzilin dəhlizində işıqlar sönərək, sıradan çıxmışdır. Daha sonra döşəməyə vurulmuş laminat şişərək qoparaq yarasız vəziyyətə düşmüşdür. Divar kağızları islanaraq öz ilkin vəziyyətini itirmişdir. Daha sonra mənzildə olan digər əşyalarda islanaraq faktiki olaraq öz keyfiyyətini itirmişdir. Qəzanı aradan qaldırmaq üçün gələn təmir briqadası həmin gün saat 22:00-dək hər hansı qəzanı aradan qaldıra bilməmişlər, su böyük bir təzyiqlə dördüncü mərtəbədəki mənzilə, oradan da onun mənzilinə axmağa davam etmişdir. Qəzanı aradan qaldıra bilməyən birinci təmir briqadası ona və anasına heç bir məlumat vermədən çıxıb getmişlər. O, və anası həyəcan, stress, mənəvi iztirab keçirərək bu qəzanın necə aradan qaldırılması barədə qohumlarını da bu məsələyə cəlb edib köməklik istəmişdir. Həmin gün saat 23:00 radələrində onun mənzilinə ikinci bir təmir briqadası gəlmişdir. Onlar da bu qəzanın qarşısını ala bilməmişlər. Su artıq mənzili basıb küçəyə axmağa başlamış və bu qəza nəticəsində ona çox böyük məbləğdə zərər dəymişdir. Həmin hadisə vaxtı suyu mühərrik vasitəsi ilə mərkəzləşdirilmiş qaydada vuran ikinci Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Sukanal İdarəsinin işçisini də saat 19:30-dan saat 00:00 kimi tapmaq mümkün olmamışdır. Suyun mühərrik ilə vurulması saat 00:00-da dayandırıldı, su artıq onun mənzilinə böyük ziyan vurmuşdur. 13 okty abr 2019-cu il tarixdə günortaya kimi həmin qəzanı təmir briqadası aradan qaldıra bilməmişdir. 13 oktyabr 2019-cu il tarixdə saat 15:00-da üçüncü təmir briqadası gələndən sonra həmin ünvana nəzarətçi kimi xidmət edən X4 işarəsi və bildirməsinə müvafiq olaraq blokun daxilində quraşdırılmış Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 1-ci mənzilində 26 noyabr 2010-cu il tarixli, 092841 nömrəli müqaviləyə əsasən 19219524 nömrəli kod ilə qeydə alınmış su sayğacının mənfi işləməsini gördükdən sonra, həmin su sayğacdan keçməklə verilən su borusunun bir hissəsini təmir briqadası tərəfindən kəsdikdən və həmin boru ilə suyun verilməsi dayandırıldıqdan sonra qəza aradan qaldırılmışdır. Bütün bunlar onu çox ağır mənəvi sarsıntıya düçar etmişdir. Yuxarıda qeyd etdiyi qaydada onu n mənzilinə zərər vurulması ilə bağlı onun xahişi ilə anası X2 tərəfindən mənzilə xidmət göstərən Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 53 nömrəli Mənzil Kommunal İstismar Sahəsinə ərizə ilə müraciət etmiş, su təchizatı ilə bağlı baş vermiş qəza Mənzil Kommunal İstismar Sahəsi tərəfindən rəsmiləşdirməsinə dair akt tərtib edilməklə təqdim olunması xahiş olunmuşdur. Buna görə də, 28 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 53 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi X8, o və anası X2 Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 51 nömrəli evin, 3-cü mərtəbəsində yerləşən 51 nömrəli mənzilini müayinədən keçirib mənzilə vurulmuş zərərin qeydiyyatını apararkən, eyni zamanda istifadəsiz su borularına suyun veril işini təmin edən həmin binanın blokunda Cavabdeh4 Açıq Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış 19219524 nömrəli abonent kodu adı altında qeydə alınmış su sayğacı ilə verilməsi müəyyən olunmuşdur. Həmin halın onun hüquqlarını müdafiə edən vəkilinə Azərbaycan Respublikası Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Sukanal İdarəsindən ünvanlanan 19 noyabr 2019-cu il tarixli məktubunda öz təsdiqini tapmışdır. Bununla yanaşı ikinci cavabdeh vəkilin sorğusuna tam həcmdə cavab verməmiş və təmir briqadalarında iştirak etmiş işçilərin soyadları, adları və atalarının adları barədə məlumat verməkdən yayınmışdır. Daha sonra bu hadisə ilə bağlı ikinci cavabdehin ünvanına onun xahişi ilə anası ərizə yazaraq, baş vermiş hadisə ilə əlaqədar qəzanın aradan qaldırılması ilə bağlı ərizə yazmaqla həmin hadisəyə dair tərtib olunmuş aktın təqdim edilməsini xahiş etmişdir. Lakin, ikinci cavabdeh bu ərizəyə cavab verməmiş və müvafiq aktın təqdim edilməsini təmin etməmişdir. Elə həmin abonent olan X1 mənzilinə aid su sayğacı ilə suyun təchiz olunmasını təmin edən plastmas borunun bir hissənin kəsilməsi ilə suyun həmin istifadə olunmayan boruya verilməsi sübuta yetirilmişdir. Ona maddi zərərin vurulması ilə bağlı 28 oktyabr 2019-cu il tarixdə akt tərtib olunmuşdur. Su axıdılması nəticəsində mənzilinə vurulmuş zərərin müəyyən olunması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək, mütəxəssis rəyinin alınması üçün 26 oktyabr 2019-cu il tarixdə müqavilə bağlanılmaqla 31 oktyabr 2019-cu il tarixli rəy alınmışdır. Həmin rəyə əsasən onun mənzilinə dəymiş zərərin bərpasını təmin e tmək üçün 6.292,90 manat pul vəsaiti tələb olunur. Beləliklə, birinci və ikinci cavabdeh tərəfindən istifadədən çıxarılmış su borusu ilə təchizi nəticəsində onun mənzilinə maddi zərər vurmuşdur.

8. İddiaçı, iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6.292,90 manat məbləğində dəymiş zərərin, 2.000 manat məbləğində mənəvi zərərin, hüquqi xidmətə görə vəkilə ödədiyi 310 manat, iddia ərizəsi vermək üçün ödədiyi 30 manat olmaqla, cəmi 8.632,90 manat pul vəsaitinin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı yenidən iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6.292,90 manat məbləğində dəymiş zərərin, 2.000 manat məbləğində mənəvi zərə rin, hüquqi xidmətə görə vəkilə ödədiyi 310 manat, iddia ərizəsi vermək üçün ödədiyi 30 manat olmaqla, cəmi 8.632,90 manat pul vəsaitinin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6.292,90 manat məbləğində dəymiş zərərin, 2.000 manat məbləğində mənəvi zərərin, əldən çıxmış fayda kimi 12 oktyabr 2019-cu il tarixdən hər ay 500 manat hesablamaqla 14 ay üzrə 7.000 manat, hüquqi xidmətə görə vəkilə ödədiyi 310 manat, iddia ərizəsi vermək üçün ödədiyi 30 manat olmaqla, cəmi 15.632,90 manat pul vəsaitinin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2020-ci i l tarixli, 2(005)720/2020 nömrəli qətnaməsi ilə (hakim G.Əsədova) iddia qismən təmin edilmiş, vurulmuş maddi zərərin əvəzi kimi 6131 manat, vəkilə ödənilmiş hüquqi xidmətə göər 310 manat, habelə dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh3 tutulub iddiaçıya ödənilməsi və iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən, iş üzrə verilmiş sonuncu ekspertiza rəyi əsas götürülməklə iddia qismən, yəni maddi zərər hissəsində 6.131 manat məbləğdə təmin olunmalıdır. Həmçinin maddi zərər hər üç cavabdehdən deyil, yalnız Cavabdeh3 tutulmalıdır.

13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus 51 saylı mənzilə zərər, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 54 nömrəlindən suyun sızması nəticəsində baş vermişdir.

14. Birinci instansiya məhkəməsi iddiaçının 2.000 manat mənəvi ziyan tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh3 təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdeh şəxsdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır.

15. Birinci instansiya məhkəməsi, iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 310 manat pulun cavabdeh şəxsdən tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 121-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər.

16. Birinci instansiya məhkəməsi hüquqi möv qeyini Mülki Məcəllənin 21, 23, 226, 1096, 1097, 1111, 1115-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4, 185.5-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun 31 may 2002-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh3 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 1

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(103)410/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(005)-720/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv olunaraq, iddia- Cavabdeh3 qarşı “su axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi, ödənilmiş dövlət rüsumunun və əlavə xərclərin tutulması” tələbinə aid hissədə rədd edilmişdir.

19. Eyni zamanda, iddiaçı da apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətindən onun xeyrinə maddi zərərə görə 6131 manat, vəkilə ödənilmiş hüquqi xidmətə görə 310 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, mənəvi zərərə görə 2000 manat, əldən çıxmış faydaya görə 7.000 manat pulun tutulmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya zərər vuran Cavabdeh4 ASC olduğundan dəymiş zərər ondan tutulmalıdır. İddiaçı öz hesabına təmir işləri apardığından Cavabdeh4 ASC-nin təqsiri ucbatından təmirə xərclədiyi pulu depozitə yerləşdirməklə gəlir əldə edərdi. Əvvəlki apellyasiya baxışı zamanı təkrar ekspertiza tədqiqatını həyata keçirən ekspert 54 saylı mənzilə baxış keçirmiş, 51 saylı mənzilə su sızmasının səbəbinin, 54 saylı mənzilin mətbəx hissəsində divarda suvaq altında istifadəsiz qalmış su borusuna suyun verilməsi ilə bağlı ola biləcəyini, Cavabdeh2 Sukanal İdarəsinin 17 iyul 2021-ci il tarixli məktubunda, “istismar müddəti bitmiş köh nə dəmir boruların ləğv olunaraq binanın pilləkən qəfəsindən keçməklə polietilen borular vasitəsilə su təchizatı sistemlərinin yenidən qurularaq mənzillərə yeni su xətləri çəkilməsindən sonra 54 saylı mənzilin mətbəx hissəsində divarda suvaq altında su borusunun istifadəsiz qaldığının” göstərildiyini vurğulamışdır.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2(103)-7609/2022 saylı qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik edən, məruzəçi, İ.Ə.Kərimli və E.C.Kazımov), iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsinin Cavabdeh4 ASC-yə aid hissədə ləğv edilməsi, iddianın qismən təmin olunaraq, Cavabdeh4 ASC-dən vurulmuş maddi zərərə görə 6.131 manat, vəki lə ödənilmiş hüquqi xidmətə görə 310 manat, habelə ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş sonuncu ekspertiza rəyi əsas götürülməklə iddia qismən, yəni maddi zərər hissəsində 6.131 manat hissədə təmin olunmalıdır.

23. Mənəvi zərərlə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh4 ASC-nin təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, Cavabdeh4 ASC -dən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır.

24. Məhkəmə kollegiyası hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1097.1, 1111.2, 1115-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh4 ASC (vəkili X5) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın Cavabdeh4 ASC-nə aid hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə b axarkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Cavabdeh4 ASC tərəfindən mənzillərin daxilində olan su xətləri pilləkən qəfəslərinə çıxarılmış və xətlərin üzərinə sayğaclar quraşdırılmışdır. Qaydaların tələbinə əsasən sayğac quraşdırılmış nöqtə balans mənsubiyyəti hesab olunur. Sayğaca qədər olan hissədə su xəttində baş verən hər hansı bir qəzaya görə Cavabdeh4 ASC-ti məsuliyyət daşıyır. Sayğacdan sonrakı su xəttində baş verər qəzaya görə isə Cavabdeh4 ASC-ti məsuliyyət daşımır. Çünki sayğacdan sonrakı su xətti istehlakçının balansındadır və həmin xətdə baş vermiş nasazlıqların aradan qaldırılmasına və vurulmuş ziyana görə istehlakçı məsuliyyət daşıyır. İşin hallarından göründüyü kimi su mənzilin üzərindəki mərtəbədə yerləşən 54 saylı mənzilin daxilindəki su borusundan a xmışdır. Su axıntısının mənzilin daxilində baş verdiyini nəzərə alsaq, cavabdehin məsuliyyət daşıması əsassızdır. Digər tərəfdən su xəttinə suyun verilməsi məsələsinə gəldikdə xətlər pilləkən qəfəsinə keçirildikdən sonra əvvəlki su xətti şəbəkədən ayrılmışdır. Əgər su xətti ayrılmamış olsa idi, su xəttindən axıntı bir mənzil üzrə deyil bütün mənzillər üzrə baş verər, nəticədə bütün mənzillərə ziyan dəyərdi. Lakin, həmin ünvanda yaşayan digər sakinlərdən su axıntısı nəticəsində ziyan dəyməsi barədə hər hansı bir müraciət Cavabdeh4 ASC-nə daxil olmamışdır. Bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Bundan əlavə məhkəmənin 12 fevral 2020-ci il tarixli qərardadı ilə ekspert qarşısında su sızmasının texniki səbəbinin, 151 nömrəli evin 1 saylı mənzilində təmir işləri aparılan zaman su borusunun səhv qoşulması nəticəsində iddiaçının mənzilinə suyun axmasının baş verib-verməməsinin müəyyən edilməsi sualı qoyulsa da, ekspert tərəfindən 1-ci mənzilə baxış keçirilməmiş, həmin mənzilin sahibləri tərəfindən təmir işlərinin aparılıbaparılmaması, mənzil sahibləri tərəfindən özbaşına su xətlərinə qoşulma hallarının olub- olmaması, su sızmasının texniki səbəbləri müəyyən edilməmişdir. 24 avqust 2020-ci il tarixli qərardadla təkrar ekspertiza təyin edilərək cavablandırılmamış sualların cavablandırılması üçün iş yenidən ekspertizaya göndərilmişdir. Lakin ekspert həmin sualları cavablandırmamış, yalnız dəymiş ziyanın məbləğinin müəyyən edilməsi ilə kifayətlənmişdir. Halbuki bu halın müəyyən edilməsi ziyanın vurulmasında təqsirkar olan şəxsi aşkar etməklə yanaşı m əhkəmə tərəfindən ədalətli qərar qəbul edilməsinə səbəb olacaqdı. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu hal da araşdırılmamışdır. Mülki Məcələnin tələbinə əsasən ziyan vurmuş şəxs mülki məsuliyyət daşıyır. Qeyd olunanlardan göründüyü kimi iddiaçının mənzilinə su sızmasının məhz Cavabdeh4 ASC-nin hərəkətləri nəticəsində baş verməsi sübuta yetirilməmiş və öz təsdiqini tapmamışdır. Belə olan halda 6.131 manat dəymiş ziyanın ödənilməsi öhdəliyinin Cavabdeh4 ASC üzərinə qoyulması əsassızdır. Digər bir hal kimi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilərək 6.131 manat dəymiş ziyanın iş üzrə digər Cavabdeh3 tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti vermişdir. İddiaçı isə Nərimanov rayon məhkəməsinin g əldiyi nəticə ilə razılaşaraq həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 iyul 2022-ci iltarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsində gedən məhkəmə proseslərində iddiaçı iştirak etmişdir. Həmin qətnamə qəbul edildikdən sonra iddiaçı tərəf üzərindən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və iş icraata qəbul edilmişdir. Bu halda prosessual normanın tələbləri pozulmuşdur Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları

28. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;

31. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya d üşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir;

32. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir;

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır;

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qi ymətləndirilməməlidir.

40. Cavabdeh4 ASC-nin kassasiya şikayətində qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız iddianın təmin olunan hisəsində yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

41. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

42. Cavabdeh4 ASC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin olunması üçün əsasların olmadığını, Cavabdeh4 ASC tərəfindən iddiaçıya qarşı hər hansı mülki hüquq pozuntusu törədilmədiiyni və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

43. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin üçüncü mərtəbəsində yerləşən 51 saylı mənzili iddiaçıya, dördüncü mərtəbədə yerləşən 54 saylı mənzili Cavabdeh3, birinci mərtəbədə yerləşən 1 saylı mənzili isə X3 məxsusdur. 12 oktyabr 2019-cu il tarixdə, saat 19:3 0 radələrində iddiaçıya məxsus 51 nömrəli mənzilə, Cavabdeh3 məxsus 54 nömrəli mənzilin mətbəx hissəsindən divarda suvaq altında istifadəsiz qalmış su borusuna suyun verilməsi nəticəsində divarlarla axan su oradan iddiaçının mənzilinə axmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 1 saylı mənzilinə 092841 nömrəli müqavələyə əsasən 19219524 nömrəli kodla qeydə alınmış su sayğacından keçməklə verilən su borusunun bir hissəsi təmir briqadası tərəfindən kəsildikdən və həmin boru ilə suyun verilməsi dayandırıldıqdan sonra qəza aradan qaldırılmışdır. 28 oktyabr 2019-cu il tarixdə Nərimanov Rayon 53 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi X8, iddiaçı və anası tərəfindən tərtib olunmuş aktda, istifadəsiz su borularına suyun, binanın blokunda Cavabdeh4 ASC tərəfindən quraşdırılmış 19219524 nömrəli abonent kodu altında qeydə alınmış su sayqacı ilə verildiyi göstərilmişdir.

44. Yuxarıda qeyd olunduğu kimi, bundan əvvəl birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv olunaraq, iddiaçının Cavabdeh3 qarşı “su axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” barədə tələbi təmin olunmamış və qətnamə qanuni qüvvəyə minmişdir. Sözügedən qətnamə ilə Cavabdeh3 hadisənin baş verməsində təqsirli olmadığı müəyyən edilmişdir.

45. İşə birinci instansiya mə hkəməsində baxılarkən ekspertiza təyin olunaraq su sızmanın səbəbi və zərərin həcmi soruşulmuş, ekspertin 16 iyun 2020-ci il tarixli rəyində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 nömrəli evin 51 saylı mənzilinə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 3.138 manat təşkil etdiyi, 54 saylı mənzilə və 1 saylı qeyri-yaşayış sahəsinə baxış keçirilmədiyindən su sızmanın texniki səbəbini müəyyən etməyin mümkün olmadığı göstərilmiş, təyin olunan təkrar ekspertiza üzrə isə əvvəlki rəylə cavab verilməyən suallarla bağlı heç bir əlavə araşdırma aparılmayaraq yalnız ziyan məbləğinin 6.131 manat olduğu nəticəsinə gəlinmişdir

46. Apellyasiya instansiyası məhkəməsi, birinci in stansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir.

47. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir iddia tələbinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və sair) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

48. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu - deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: birincisi, əməl (hərək ət və ya hərəkətsizlik); ikincisi, həmin əməlin hüquqa zidd olması və üçüncü, təqsir (qəsd və ya ehtiyatsızlıq).

49. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

50. Əvvəlki apellyasiya baxışı zamanı təkrar ekspertiza tədqiqatını həyata keçirən ekspert 54 saylı mənzilə baxış keçirmiş, 51 saylı mənzilə su sızmasının səbəbinin, 54 saylı mənzilin mətbəx hissəsində divarda suvaq altında istifadəsiz qalmış su borusuna suyun verilməsi ilə bağlı ola biləcəyin i, Cavabdeh2 Sukanal İdarəsinin 17 iyul 2021-ci il tarixli məktubunda, “istismar müddəti bitmiş köhnə dəmir boruların ləğv olunaraq binanın pillakan qəfəsindən keçməklə politilen borular vasitəsilə su təchizatı sistemlərinin yenidən qurularaq mənzillərə yeni su xəttləri çəkilməsindən sonra 54 saylı mənzilin mətbəx hissəsində divarda suvaq altında su borusunun istifadəsiz qaldığının” göstərildiyini vurğulamışdır.

51. Apellyasiya instansiyası məhkəməsi, işin müəyyən olunmuş hallarını nəzərə alıb qeyd etmişdir ki, yuxarıda göstərilən hallar iddiaçının mənzilinə dəymiş zərərə görə Cavabdeh4 ASC-nin məsuliyyət daşıdığı qənaətinə gəlməyə kifayət qədər əsas verir. Belə ki, Cavabdeh4 ASC istismar müddəti bitmiş borulara su verməklə iddiaçının mənzilinə ziyan vurmuşdur.

52. Göstərilənlərə əsasən mə hkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən, iş üzrə verilmiş sonuncu ekspertiza rəyi əsas götürülməklə iddia qismən, yəni maddi zərərə görə Cavabdeh4 ASC-dən iddiaçının xeyrinə 6.131 manat pulun tutulması hissəsində təmin edilməlidir.

53. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, Cavabdeh4 ASC-nin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etiraz ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkra r araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2(103)-7609/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar