Məhkəmə qərarları › İş №2(102)-155/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-155/2020

14.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-155/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı, vəkili X5, üçüncü şəxs “xxxx” İKB ASC (indiki adı xxxx” ASC) vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)8505/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)-919/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ü.S.Şükürova) İddiaçı cavabdeh “X2 Mərkəzi” MMC və digərlərinə qarşı “hərracın nəticələri haqqında xx xxxxxx 2017-ci il tarixli yekun protokolun” etibarsız hesab edilməsi barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)8505/2019 saylı qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, V.T.Həsənov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə “X2 Mərkəzi” MMC və digərlərinə qarşı “hərracın nəticələri haqqında xx xxxxxx 2017-ci il tarixli yekun protokolun” etibarsız hesab edilməsi barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsinə əsasən “xxxx” İKB ASC iddiası qismən təmin edilərək, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə ondan əsas borca görə 18.204 manat, faiz borcuna görə 3.115 manat, hesablanmış cəriməyə görə 1.800 manat, cəmi 23.119 manat kredit borcunun tutulub “xxxx” İKB ASC ödənilməsi, tutmanın ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlilov küçəsi, 14 saylı evin 1-ci mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 46.000 manat müəyyən edilməsi və iddianın qalan hissədə rədd olunması qət edilib. Qətnamə üzrə icra vərəqəsi verilib. Bundan sonra “X2 Mərkəzi” MMC tərəfindən hərrac keçirilib, lakin ilkin və tək rar hərrac zamanı ipoteka predmeti satılmadığı üçün “hərracın nəticələri haqqında” xx xxxxxx 2017-ci il tarixli protokola əsasən ipoteka predmeti 29.325 manata “xxxx” İKB ASC təqdim edilib. Ona hərracın nə vaxt, harada keçirilməsinə dair rəsmi məlumat verilməyib. Eyni zamanda ipoteka predmetinə düzgün qiymət qoyulmayıb. İpoteka predmetinin həmin dövrdə bazar qiyməti 70.000 manat olduğu halda, “X2 Mərkəzi” MMC qanunsuz hərəkətləri nəticəsində ona külli miqdarda maddi ziyan dəyib. Ona görə də iddia ərizəsinin təmin edilməsini iddia edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqi qi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı xxx və vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Üçüncü şəxs “xxxx” İKB ASC (indiki adı “xxxx” ASC) vəkili xx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh “X2 Mərkəzi” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, ipoteka predmeti olan mənzilə tutmanın yönəldilməsi məqsədilə “X2 Mərkəzi” MMC tərəfindən keçirilən hərracın etibarsız sayılması üçün hər hansı əsasların olmamasına, hərracın təşkilatçısı olan “X2 Mərkəzi” MMC qanunun tələblərinə riayət etməklə ipoteka saxlayan “xxxx” İKB ASC, ipoteka qoyan iddiaçıya keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görməsinə, həmçinin bu barədə kütləvi informasiya vasitələrində müvafiq elanların dərc edilməsinə və bunun işə əlavə edilmiş sənədlərlə sübut olunmasına və beləliklə də iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsini n düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41.2, 42.3, 42.8-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxxx 2016cı il tarixli qətnaməsinə əsasən, ”xxxx” İKB ASC Sevda Təhməzbəliyə və digərlərinə qarşı ”kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan s atılması və sair tələbləri” barədə iddiası qismən təmin edilərək, İddiaçı xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borca görə 18.204 manat, faiz borcuna görə 3.115 manat, hesablanmış cəriməyə görə 1.800 manat, cəmi 23.119 manat pulun tutulub ”xxxx” İKB ASC verilməsi, tutmanın İddiaçı məxsus olan və ilkin satış qiyməti 46.000 manat müəyyən edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin 1-ci mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd olunması qət edilib. Qətnamənin icrası barədə xx xxxxx 2017-ci il tarixdə icra vərəqəsi verilib və icra vərəqəsi icra olunması üçün Nərimanov rayon İcra Şöbəsinə göndərilib. Nərimanov rayon icra Şöbəsi isə hərracın keçirilməsinin təşkili ilə bağlı icraata başlamaq haqqında qərarın və icra vərəqəsinin surətini məktubla “X2 Mərkəzi” MMC göndərib. İşə əlavə edilmiş “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxx 2017-ci il, xx xxxx 2017-ci il və xx.xx.2017-ci il tarixli aktlarla müəyyən olunur ki, “X2 Mərkəzi” MMC tərəfindən İddiaçı ünvanlanan bildirişin sonuncuya çatdırılması mümkün olmayıb və bu səbəbi kimi “kuryer dəfələrlə ünvana getmiş, lakin qapı bağlı olduğu üçün məktub geri qaytarılmışdır” qeyd edilib. Eləcə də işə əlavə edilmiş xx xxxx 2017-ci il tarixli ”poçt qəbzi” ilə müəyyən olunur ki, “X2 Mərkəzi” MMC tərəfindən İddiaçı ünvanlanan bildiriş ”Babayev” soyadlı kirayəşin tərəfindən qəbul edilib. Həmçinin işə əlavə edilmiş xx xxxx 2017-ci il, xx xxxx 2017-ci il, xx xxxx 2017-ci il və xx xxxx 2017-ci il tarixli bildirişlərdə hərracın vaxtı, yeri, forması, onun predmeti, keçirilmə qaydası, başlanğıc qiymətı və əmlak haqqında məlumatlar “Birja” qəzetinin xx xxxx 2017-ci il, xx xxxx 2017-ci il, xx xxxx 2017-ci il tarixli nömrələrində dərc edilib. Apellyasiya instansiyası məhkəməsi qətnamədə hərracın təşkilatçısı ”X2 Mərkəzi” MMC-nin hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirdiyini, ipoteka saxlayan ”xxxx” İKB ASC və ipoteka qoyan iddiaçıya verilməsini təsdiq etmə üsulu ilə göndərilmiş bildirişlərin onlar tərəfindən alınmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla, hərracın keçirilməsinə dair ”X2 Mərkəzi” MMC tərəfindən iddiaçının qeydiyyatda olduğu ünvana göndərilən bildirişlərin sonuncuya çatd ırılması ”mənzilin qapısının bağlı olması” səbəbindən mümkün olmamışdır və xx xxxx 2017-ci il tarixdə ipoteka qoyan iddiaçıya ünvanlanan digər bildiriş isə ”Babayev” soyadlı kirayəşin tərəfindən qəbul edilmişdir. Göründüyü kimi işdə, hərracın keçirilməsinə dair bildirişin təsdiq etmə üsulu ilə iddiaçıya şəxsən verilməsini, çatdırılmasını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Halbüki, ”İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü q almış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Həmin Qanunun 42.3-cü maddəsində göstərilir ki, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının ilkin və təkrar hərracların keçirilməsi barədə məlumatlı olub-olmamasını kifayət qədər tam, hərtəfli və obyektiv araşdırmadan, xx xxxx 2017-ci il tarixdə iddiaçıya ünvanlanan bildirişi qəbu l etmiş ”Babayev” soyadlı şəxsin şəxsiyyətini müəyyən edib onun hazırki mübahisəli məsələyə münasibətini öyrənmək üçün şahid qismində məhkəməyə dəvət etməyi iddiaçıya təklif etmədən, ümumiyyətlə ilkin və təkrar hərracların keçirilməsi zamanı ipoteka predmeti olan mənzildə kimin yaşamasını, ”Babayev” soyadlı şəxslə mənzil kirayə müqaviləsinin bağlanıb-bağlanmamasını araşdırmadan, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, əslində iddiaçının, alıcı qismində ilkin və təkrar hərraclarda iştirak etmək, eləcə də onun hərracın vaxtı, yeri, forması, predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qi ymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatlandırılmaq hüquqlarını pozmuşdur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.3-cü maddəsində göstərilir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Eləcə də Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndində göstərilir ki, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsində də təsbit edilib göstərilib. Həmin maddənin mənasına görə, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Digər tərəfdən, iddiaçının, ipoteka predmetinə dair ilkin və təkrar hərracların keçirilməsindən məlumatsız olması, işə baxan məhkəmələrin hazırki mübahisəli məsələyə iddia müddətinin tətbiq edilməsinə dair mübahisə tərəfinin, yəni “xxxx” İKB ASC ərizəsini nəzərə almamaları ilə də təsdiq olunur. Belə ki, işə baxar məhkəmələr müəyyən etmişlər ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablandığından və “xxxx” İKB ASC tərəfindən iddia müddətinin axımını müəyyən edən, yəni “hərracın nəticələri haqqında” xx xxxxxx 2017-ci il tarixli protokol barədə iddiaçının məlumatlı olmasına dair mötəbər sübutlar məhkəmə yə təqdim edilmədiyindən, hazırki mübahisəli məsələyə iddia müddəti tətbiq edilə bilməz. Göründüyü kimi “hərracın nəticələri haqqında” yekun protokol barədə iddiaçının məlumatsız olması, onun, ilkin və təkrar hərracın keçirilməsi barədə məlumatlı olması qənaətinə gəlməyə əsas vermir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qətnamədə, hərracın keçirilməsinə dair məlumatların, ilkin və təkrar hərracların baş tutmamasına dair elanların “Birja” qəzetinin xx xxxx 2017-ci il, xx xxxx 2017-ci il və xx xxxx 2017-ci il tarixli nömrələrində dərc edildiyini göstərsə də, işə “Birja” qəzetinin surəti əlavə edilməmişdir. İşə əlavə edilmiş “Market” qəzetinin surətindən isə görünür ki, ipoteka predmetinə dair keçirilmiş ilkin və təkrar hərracların baş tutmaması barədə “Market” qəzetinin xx xxxx 2 017-ci il, xx xxxx 2017-ci il, xx xxxx 2017-ci il, xx xxxx 2017-ci il və xx xxxxxx 2017-ci il tarixli nömrələrində müvafiq elanlar dərc edilmişdir. İddia ərizəsindən, apellyasiya və kassasiya şikayətlərindən görünür ki, iddiaçı, ipoteka predmetinə dair qəzetdə dərc edilmiş elanlar barədə məlumatsız olduğunu bildirmişdir. ”İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.1, 43.1.1-43.1.4-cü maddələrində göstərilir ki, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o, olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilki n satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Eləcə də Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsində göstərilir ki, hərracın etiba rsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunilik və əsaslılıq baxımından yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə cavab vermir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması anlaşılır. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş ü çün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında da göstərilir. Həmin Qərarda qeyd olunur ki, məhkəmə qətnaməsi o, vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar iş in materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hər tərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-8505/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar