Məhkəmə qərarları › İş №2(102)-155/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-155/2022

31.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-155/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-155/2022 (Açar sözlər: cavabdehin bağladığı yolun açılması və qanunazidd hərəkətlərə son qoyulması, ekspert rəyi, tələbin sübuta yetməməsi) Bakı şəhəri, 31 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin bağladığı yolun açılması və qanunazidd hərəkətlərə son qoyulması” tələb inə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1989/2021 nömrəli, 13 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı Bədəlov Həmid Sarxan oğlunun kassasiya şikayətinə 31 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və ailəsinin İmişli rayonunun Buludlu kəndində pay torpaq sahəsi vardır.

2. Mübahisə həmin torpaq sahəsinə gedən yolun və su arxının bağlanması və ilə bağlı yaranmışdır. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz olaraq bağladığı torpaq sahəsinə gedən yolun açılması, hasarının öz hesabına kanaldan 3 metr kənara çəkilməsi və su kanalını təmizləməyə texnika gətirilməsinə mane olan qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, İmişli rayonunda gedən aqrar islahat zamanı iddiaçı və ailəsinə İmişli rayonunun Buludlu kəndindən pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə və qonşuluqda olan torpaq sahələrinə gəliş-gediş üçün yol mövcud olmuş və onlar həmin yoldan piyada və nəqliyyat vasitələri üçün istifadə etmişlər.

5. Həmkəndlisi olan cavabdeh bir ildən artıq müddətdir ki, iddiaçının torpaq sahəsinə gedən yolu bağlamış, hasarını su arxına birləşdirmişdir. Bu səbəbdən oraya texnika girə bilmir. Bu da iddiaçının torpaq sahəsinə gəlib-getməsinə və texnika vasitəsilə su arxının təmizlənməsinə maneçilik törədir.

6. Bununla da cavabdeh iddiaçının mülkiyyətindən sər bəst istifadə etməsinə mane olur. İddiaçının dəfələrlə bildirməsinə baxmayaraq, cavabdeh hasarını geri çəkmir və bu səbəbdən iddiaçı torpaq sahəsinə gedən yoldan istifadə edə bilmir və su arxını texnika vasitəsilə təmizlətdirə bilmir.

7. Birinci instansiya məhkəməsi tərəflərin iştirakı ilə mübahisəli yerə baxış keçirmişdir.

8. Birinci instansiya məhkəməsi 16 mart 2020-ci il tarixli qərardadı ilə iş üzrə tikinti texniki ekspertizası təyin etmişdir.

9. Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2020-ci il tarilxli, 10/3775 saylı rəyinə əsasən iddiaçı və cavabdehə məxsus torpaq sahələri arasından keçən ümumi istifadə üçün su arxı mövcud deyil. İddiaçı və Cavabdeh məxsus pay torpaq sahələrində normadan artıq torpaq sahəsi mövcud deyildir. Ancaq Cavabdeh məxsus həyətyanı torpaq sahəsində 0.14 ha normadan artıq torpaq sahəsi mövcuddur.

10. Cavabdeh iddiaya etiraz edərək göstərib ki, istifadə etdiyi torpaq sahəsi onun özünə məxsusdur, iddiaçı onun qonşusudur, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə onun mülkiyyətində olan torpaq sahəsi arasından ümumi istifadə üçün nəzərdə tutulmuş su arxı keçir. Həmin su arxının kənarından əvvəllər piyadalar və mal-qara keçmişdir, lakin sonradan iddiaçı həmin arxı qazdırıb arxdan çıxan torpaqları arxın sağ və sol yanlarına tökdüyündən piyadaların keçməsində çətinliklər yaranmışdır. Arxın sol tərəfində iri ağaclar mövcuddur, həmin ağaclar 25-30 il əvvəl əkilmişdir. Ağacların arxasından isə onun hasarı çəkilmişdir, yəni iddiaçının bildirdiyi kimi bir il əvvəl hasarın irəli çəkilməsi məntiqə uyğun deyildir. O, nə iddiaçının, nə də su arxı və piyada keçidi üçün nəzərdə tutulmuş torpaq sahəsini zəbt etməmişdir.

11. İmişli rayonu Buludlu kənd Bələdiyyəsinin sədri X3 göstərmişdir ki, İddiaçı və Cavabdeh məxsus pay torpaq sahələri arasından keçən su arxı əvvələr mal-qaraların otlaq sahələrinə keçid yolu olmuş, sonradan zərurət yarandığı üçün uzun illər əvvəl su arxı qazılaraq istifadə olunmuşdur. Buna baxmayaraq, həmin arxın sağ tərəf kənarı ilə cığır yolla mal-qaralar otlaq sahələrinə aparılmışdır. Bir neçə il əvvəl həmin su arxı qazıldığından və arxdan çıxan torpaqların onun yan tərəflərinə tökülməsindən sonra oradan mal-qaraların və piyadaların keçməsində çətinliklər yaranmışdır. Həmin su arxının mühafizə zolağı hər hansı şəxs tərəfindən zəbt edilməmişdir. Hazırda su arxının vəziyyəti normal olsa da, böyük kanalda suyun səviyy əsi çox aşağı olduğuna görə həmin arxdan da suyun axımı aşağıdır, axımın artırılması üçün arxın təmizlənməsinə və dərinləşdirilməsinə zərurət vardır. Arxın mühafizə zolağı geniş olmadığından iri texnikalar ilə təmizlənməsi mümkün deyildir, lakin çətin olsa da əl ilə qazılıb təmizlənə bilər.

12. İmişli Rayon Məhkəməsinin 2(036)-61/2021 nömrəli, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ekspertiza xərci iddiaçıdan tutulmuşdur. (hakim Qurban Hacıyev)

13. Birinci instansiya məhkəməsi iş materiallarına, o cümlədən ekspert rəyinə qiymət verərək göstərib ki, Cavabdeh məxsus həyətyanı torpaq sahəsində 0,14 ha normadan artıq torpaq sahəsinin mövcud olması iş üzrə mühüm əhəmiyyət kəsb etmir, çünki tərəflər arasında mübahisənin predmeti onlara məxsus pay torpaq sahələri ara sından keçən su arxı ilə bağlıdır və Cavabdeh məxsus pay torpaq sahəsində normadan artıq torpaq sahəsi isə mövcud deyildir. Həmin ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı və Cavabdeh məxsus pay torpaq sahələri arasından keçən su arxı naturada mövcud deyildir. Cavabdeh tərəfindən su kanalının mühafizə zolağının ərazisi həyətyanı torpaq sahəsi kimi istifadə olunmaqla su kanalının təmizlənməsi üçün maneə yaradır.

14. Birinci instansiya məhkəməsi ekspert rəyi ilə (Cavabdeh tərəfindən su kanalının mühafizə zolağının ərazisi həyətyanı torpaq sahəsi kimi istifadə olunmaqla su kanalının təmizlənməsi üçün maneə yaratması hissəsində) razılaşmayaraq, mövqeyini belə əsaslandırıb ki, iddiaçı və cavabdehə məxsus pay torpaq sahələri arasından keçən su arxı naturada mövcud deyildirsə, bu hal cavabdehin həmin su kanalının mühafizə zolağını həyətyanı torpaq sahəsi olaraq istifadə etməsi kimi qiymətləndirilə bilməz.

15. Birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə keçirilmiş yerli baxışın nəticələrinə əsasən müəyyən etmişdir ki, mübahisə predmeti olan su arxı İddiaçı ilə Cavabdeh məxsus həyətyanı deyil, pay torpaq sahələri arasından keçir, Cavabdeh məxsus həyətyanı torpaq sahəsinin hüdudlarının bitdiyi su arxının sol yan hissəsindən sıra ilə ona məxsus torpaq sahəsinin hüdudları boyunca ağaclar əkilmişdir, kənd sakinləri və işdə tərəf olan şəxslər də həmin ağacların 25-30 il əvvəl əkildiyini bidirmişlər. Belə olan halda, Cavabdeh tərəfindən həmin su kanalının mühafizə zolağı həyətyanı torpaq sahəsi olaraq istifadə edilmir, eyni zamanda həmin su arxı naturada mövcud da deyildir.

16. Birinci instansiya məhkəməsi iddiaçının cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin hüdudlarını 3 metr məsafədə geri çəkib su arxının təmizlənməsi üçün ona şərait yaradılması ilə bağlı tələbinə münasibətdə qeyd edib ki, əvvəla, heç kəs cəmiyyətin maraqları naminə öz mülkiyyətindən məhrum edilə bilməz, bunun üçün qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər mövcud olmalıdır. Cavabdeh öz razılığı ilə mülkiyyətində olan torpaq sahəsinin hüdudlarını 3 metr məsafədə geri çəkib su arxının təmizlənməsi üçün ona şərait yaratmaq istəsə belə, bunun üçün əvvəla su arxının kənarında əkilmiş 30-a yaxın yaşı olan hündür və yaşıl ağacların kəsilməsinə zərurət yaranar ki, bu da ekoloji baxımdan məqsədə uyğun deyildir. Eyni zamanda mübahisəli torpaq sahəsinə məhkəmə tərəfindən yerində baxış keçirilərkən müəyyən olunmuşdur ki, mübahisə predmeti olan su arxı iri texnika cəlb edilmədən, xırda texnika (hamarlama və qazma funksiyasına malik olan traktor) ilə və ya əl əməyi ilə də təmizlənə bilər. Belə olan halda, iddiaçını maraqları naminə cavabdehin mülkiyyətinə toxunulması beynəlxalq hüququn mumi prinsipləri baxımından qanuna müvafiq deyildir.

17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasını 29-cu, Mülki Prosessual Məcəllənin 103.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş edib.

19. Apellyasiya şikayətinin dəlilləri: Buludlu kəndində iddiaçının mülkiyyətində pay torpaq sahəsi v ardır. Torpaq sahəsinə dair 1,16 hektara çıxarışı da var. İslahat zamanı sahəyə gedib-gəlmək üçün yol mövcud olmuşdur, lakin cavabdeh bir ildən artıqdır ki, həmin yolu bağlayıb, 5-6 ədəd söyüd ağacı əkib su arxına birləşdirdiyinə görə texnika vasitəsilə su arxının təmizlənməsinə mane olur. 19 nəfərin iştirakı ilə akt tərtib edilib, arayış verilib; - mütəxəssis və ekspert rəyi ilə qismən razıdır. Rəyin bir hissəsi haqlıdır ki, cavabdehin torpaq sahəsi normadan artıqdır. Həm də cavabdeh su kanalının mühafizə ərazisini öz həyətyanı torpaq sahəsi kimi istifadə etməklə su kanalının təmizlənməsi üçün maneə yaradır, lakin məhkəmə buna hüquqi qiymət verməmişdir.

20. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1989/2021 nömrəli, 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şika yəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli 2(036)-61/2021 saylı qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmışdır. (hakimlər Zaur Allahyarov (sədrlik edən və məruzəçi), Zeynal Zeynalov, Müşfiq Həsənov)

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edib ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır.

22. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq, Mülki Məcəllənin 152.1, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri nə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalının pozulmasına istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

25. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Tərəflər məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mən sub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 4 07.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məh kəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

28. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.

31. Apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə qiymət verib.

32. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq neqator (mülkiyyətdə olan qəsdə son qoyulması) tələbidir.

33. Birinci instansiya məhkəməsi ekspert rəyinə və yerli baxışın nəticələrinə əsasən müəyyən etmişdir ki, su arxı naturada mövcud da deyildir. İddiaçı və cavabdehə məxsus pay torpaq sahələri arasından keçən su arxı naturada mövcud deyildirsə, bu hal cavabdehin həmin su kanalının mühafizə zolağını həyətyanı torpaq sahəsi olaraq istifadə etməsi kimi qiymətləndirilə bilməz.

34. Mülki Məcəllənin 170.3-cü maddə sinə görə heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin.

35. İddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır. Yəni suyun təbii axımının qonşunun ziyanına dəyişdirilməsi və ya suyun təbii axımına hər hansı başqa formada maneələr törədilməsi halı müəyyən edilməlidir. Hazırki işdə isə belə hal işə mahiyyəti üzrə baxan məhkəmələrin tədqiq etdiyi sübutlarla müəyyən edilməyib.

36. Bu baxımdan, iddianın rədd edilməsi barədə gəlinən nəticə düzgün olmuşdur.

37. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya ş ikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1989/2021 nömrəli, 13 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar