Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1552/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1552/21 (Açar sözlər: borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6636/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Hazırkı iş üzrə Cavabdeh həyat yoldaşı X2 2012-ci ildə iş üzrə İddiaçı borc almış, lakin 2013-cü ildə aldığı borcu qaytarmamış vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin yanvar ayında İddiaçı mərhum X1 həyat yoldaşı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2012-ci ildə Cavabdeh 5000 ABŞ dolları və 4000 manat məbləğində borc verməsini əsas göstərməklə həmin pul məbləğinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1877/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim: S.R.Mustafayeva) iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 5500 manatın tutulması, iddianın qalan hi ssədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6636/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və R.M.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1877/2019 saylı, xx xxxxx 2019cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdehdən iddiaçının xeyrinə 5500 manatın tutulmasına dair hissədə ləğv edilib iddianın rədd olunmasına dair qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunmasına dair hissədə qətnaməsini ləğv edib iddianın rədd olunmasına dair yeni qətnamə q əbul edərkən iddiaçının tələb etdiyi borcu Cavabdeh deyil, onun mərhum əri Ş.Nəsibova verməsini, sonuncunun vəfatından sonra Cavabdeh vərəsəliyi qəbul etməsinin müəyyən olunmamasını və Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə müvafiq olaraq müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməməsini əsas göstərmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək tələb etdiyi pul məbləğini Cavabdeh verməsini və sonuncunun Xətai rayon prokurorluğunda pulu almasını etiraf etməsini, lakin işə baxan hakimin bunu təsdiq edə biləcək şahidləri dindirməkdən imtina etməsini, bununla da qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsa s göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1243.2 Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmla ka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3 Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255 Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1 Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.2 Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Maddə 1322 Vərəsəlik şəhadətnaməsi vərəsələrə mir asın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar yoxlanılmadan, onlara müvafiq hüquqi qiymət verilmədən qəbul edildiyindən qanuni və əsaslı sayıla bilməz. İş üzrə iddiaçı borcu Cavabdeh tələb etsə də, işin müəyyən olunmuş hallarından görünür ki, tələb olunan borc Cavabdeh mərhum həyat yoldaşı Ş.Nəsibova verilmişdir. Cavabdeh ilə iddiaçı arasında borc münasibəti mövcud olmasa da, işdən göründüyü kimi cavabdeh iddiaçıdan borc almış mərhum Ş.Nəsibovun həyat yoldaşı olmaqla onu n birinci növbə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə mirası qəbul etmiş vərəsə qəbul etdiyi pay müqabilində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıdığından, işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən mirasın Mülki Məcəllənin 1243cü maddəsinin tələbinə müvafiq olaraq qəbul edilməsi məsələsini yoxlamalı və nəticəsindən asılı olaraq mübahisənin həllini təmin etməli idi. Apellyasiya instansiyası məhkəməsi miras qoyanın ölümündən sonra vərəsəliyin açılmasının müəyyən olunmaması barədə nəticəyə gəlib iddianı rədd edərkən bu istiqamətdə heç bir araşdırma aparmamış və MPM-nin 88-ci maddəsinin tələbinə uyğun yoxlanılmış və qiymətləndirilmiş sübutlara əsaslanmamışdır. Göstərilən vəziyyətdə iddianın rədd edilməsi üçün əsaslar olmadığından, kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı, iş yeni apellyasiya baxışına göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6636/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1552/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1552/2021
10.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver