Məhkəmə qərarları › İş №2(102)-1552/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1552/2023

01.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1552/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçın Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), X1 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-618/2023 nömrəli, 05 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ şin halları

1. İddiaçı (bundan sonra – iddiaçı və ya MMC) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 10 mart 2020-ci il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh 3 həftə sınaq müddəti tətbiq edilməklə müddətli əmək müqaviləsi ilə MMC-yə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir.

2. X3 haqqında 10 mart 2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh MMC qarşısında ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür.

3. X2, bölgə müdiri Nadir Məhəmmədovun, satış müdiri Elçin Şərifovun, baş audit Azər Şahmərdanovun və cavabdehin iştirakı ilə tərtib edilmiş 31 mart 2021-ci il tarixdə Qarşılıqlı üzləşmə aktına əsasən, iddiaçı ilə cavabdeh arasında 31 mart 2021-ci il tarixə debet 105.98 1,64 manat qeyd olunmuşdur.

4. Cavabdehin əmək müqaviləsinə 12 yanvar 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 105.981 manat pul və ödənilmiş 400 manat dövlət rüsumunun alınaraq, iddiaçının xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi MMC-də satış təmsilçisi vəzifəsində işləmiş, aldığı malların qalıq borcları ödənilməmişdir. Belə ki, qeyd oluna n dövrdə cavabdeh satışdan müxtəlif tarixlərdə müəyyən məbləğdə pulu MMC-nin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır, geri qalan məbləğin müəyyən edilməsi üçün xx.xx.2021-ci il tarixdə yoxlama aparılmış və 105.981 manat məbləğində borcun qalması müəyyən edilmişdir. Borclunun bu günə yekun borcu 105.981 manat məbləğində pulu bu günə kimi ödəməmişdir. Dəfələrlə cavabdehə şifahi və rəsmi pretenziya qaydada xəbərdarlıq edilərək, ondan borc qalığının ödənilməsi tələb olunmasına baxmayaraq, cavabdeh bu günə kimi heç bir ödənişi həyata keçirməmişdir. Cavabdehə mediasiya bildirişi göndərilərək mübahisənin mediasiya qaydasında həll edilməsi təklif edilmiş, lakin keçirilən mediasiya prosesində cavabdeh iştirak etmədiyinə görə mübahisənin ilkin mediasiyada həll edilməsi mümkün olmamışd ır. Həmin vəsait vaxtında qaytarılmış olsa idi, Cəmiyyət dövriyyədən xeyli fayda əldə etmiş olardı. Cavabdehin öhdəliklərini vaxtında icra etməməsi nəticəsində Cəmiyyətə xeyli miqdarda ziyan dəymişdir.

7. Məhkəmə iclasında MMC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmiş, həmçinin bildirmişdir ki, üzləşmə aktı tərtib edildiyi gündən hazırkı vaxta qədər cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Borc üzləşmə aktında göstərilən məbləğdədir.

8. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizədə aparılmış yoxlamanın vaxtı xx.xx.2021-ci il əvəzinə texniki səhv olaraq xx.xx.2022-ci il tarix qeyd edilmişdir. Mülki işin materiallarında olan aktdan da görünür ki, yoxlama xx.xx.2021ci il tarixdə aparılmışdır.

9. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-4440/2022 nömrəli iş üzrə 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə) iddia təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış maddi məsuliyyət haqqında müqavilənin şərtlərini, habelə vəzifə təlimatında göstərilən vəzifələrini kobud şəkildə pozaraq iddiaçı şirkətə maddi ziyan vurmuşdur. Ona görə də hazırkı iddia əsaslıdır. Bununla belə, iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, vurulmuş ziyan iddiaçı tərəfindən 31 mart 2021-ci il tarixdə keçirilmiş yoxlama nəticəsində aşkar edilmiş, lakin hazırkı iddia əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 il müddət keçdikdən sonra – 22 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Eyni zamanda, iddiaçı tərəfin mübahisənin mediasiya prosesində həlli üçün müraciəti də məhz iddia müddəti keçdikdən sonra – 20 aprel 2022-ci il tarixdə olmuşdur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 372.1, 375.2-ci, Əmək Məcəlləsinin 194, 199, 200, 202, 296-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandır ılmışdır ki, iddia müddətinin tətbiqi əsassızdır, çünki cavabdeh sözügedən aktı imzaladıqdan sonra da şirkətdə işləmiş və dövriyyəsini davam etdirmiş, dəymiş ziyanı şirkətdə işlədiyi dövrdə ona qalan məvacibdən ödəyəcəyini bildirmişdir. Cavabdeh şirkətdə işlədiyinə görə, tərəflər arasında bu barədə şifahi razılıq əldə edilmişdir. Cavabdeh sonuncu dəfə şirkətə xx.xx.2021-ci il tarixdə nağd ödəniş etmişdir. Bununla da, iddiaçı məhkəmənin iddianın rədd edilməsi üçün əsas hesab etdiyi iddia müddətini ötürməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, guya cavabdeh məhkəmə iclasında iddia müddətinin tətbiq edilməsi barədə öncədən təqdim edilmiş ərizəni müdafiə edərək iddianın rədd edilməsini və ərizədə texniki səhv olaraq xx.xx.2022-ci il əvəzinə xx.xx.2022-ci il qeyd edildiyini bildirmişdir. La kin məhkəmə prosessual pozuntuya yol vermişdir. Belə ki, cavabdehin ərizəsi məhkəmə tərəfindən elan edildikdən sonra və ya ondan əvvəl cavabdeh ümumiyyətlə izahat verməmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-618/2023 nömrəli iş üzrə 05 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və C.Musayeva) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 1 illik iddia müddətini 2 ay 15 gün ötürməklə müraciət etmişdir. Cavabdeh iddia müddəti tətbiq edilməklə, iddianın rədd edilməsi barədə məhkəməyə ərizə verdiyindən, birinci instansiya m əhkəməsinin həmin əsasla iddianı rədd etməsi düzgün olmuşdur.

16. İddiaçı cavabdehlə vurulmuş ziyanın onun tərəfindən hissə-hissə ödəniləcəyi barədə razılaşdığını, bu ödənişlərin onun əmək haqqından tutulduğunu, cavabdeh tərəfindən bununla bağlı sonuncu ödənişin isə 2022-ci ilin avqust ayında edildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut (əmək haqqından tutmanın aparılmasına dair mühasibatlıq sənədləri, borcun ödənilməsi ilə bağlı cavabdehlə razılaşmaya dair sənəd və s.) təqdim etməmişdir. Həmçinin, cavabdehdən aktda göstərilən 105.981 manatın tam olaraq tələb edilməsi, cavabdehə göndərilən pretenziya məktubunda borcun 105.981 manat göstərilməsi, habelə birinci instansiya məhkəməsində iştirak edən iddiaçının nümayəndəsinin cavabdeh tərəfindən heç bir ödənişin aparılmadığı nı bildirməsi onu deməyə əsas verir ki, cavabdeh tərəfindən qeyd edilən borc məbləğinin etirafına dair hər hansı hərəkətlər edilməmişdir.

17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 372.1, 375.2-ci, Əmək Məcəlləsinin 194, 199, 200, 202, 296-cı, MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə maddi hüquq normalarının pozuntusuna yol verərək nəzərə almamışdır ki, vurulmuş ziyan 31 mart 2021-ci il tarixdə keçirilmiş yoxlama nəticəsində aşkar edilmiş, həmin vaxt cavabdehin 105.981 manat borcunun ol ması müəyyən edilmiş, bundan sonra sonuncu ödəniş cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində aparılmışdır. Belə olan halda iddia müddəti kəsilmiş, yenidən hesablanmağa başlanmış, buna görə də Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə əsasən 1 illik iddia müddəti keçməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

20. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əmək Məcəlləsi

22. Maddə 10 ( “ç” bəndi). İ şəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindən biridir.

23. Maddə 194 (birinci bənd). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar;

24. Maddə 199 (“a” bəndi). İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyə götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuli yyət daşıyır;

25. Maddə 200 (birinci bənd). İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X3 daşıması barədə yazılı müqavilə bağlaya bilər;

26. Maddə 202 (birinci bənd). İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.

27. Maddə 296 (5-ci hissə). İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulm asını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

28. Maddə 296 (7-ci hissə). Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

36. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu

37. Maddə 32.4.2. Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir.

38. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

39. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunm uş hesab olunur. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti üzrə tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

44. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə ar aşdırma aparılmır, onlara qiymət verilmir.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-618/2023 nömrəli, 05 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar