Məhkəmə qərarları › İş №2(102)-1553/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1553/2021

08.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1553/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bir qayda olaraq sübut etmək yükünun təkzib edənin deyil, iddia edənin üzərinə düşməsi (affirmanti, non neganti insumbit probation, ekspert rəyinin məhkəmə üçün məcburi qüvvəyə malik olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2707/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh, “Opel Astra” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu ilə Naxçıvanski dairəsi istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, Zığ yolu ilə Nobel prospekti istiqamətində hərəkət edən Şahin Nərimanovun idarə etdiyi “Vaz 2107” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna daxil olaraq, həmin avtomo billə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Şahin Nərimanov aldığı xəsarətlərdən hadisə yerində ölmüş, avtomobilə isə 3500 manat məbləğində ziyan vurulmuşdur. Bakı Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə, Cavabdeh CM-in 263.3-cü maddəsi ilə təqsirli bilinərək, 3 il müddətdə nəqliyyat vasitələrinə idarə etmək hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cinayət işi üzrə yol nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı dəymiş 3500 manat məbləğində maddi ziyanın təqsirləndirilən şəxs Cavabdeh tutularaq ona ödənilməsi qərara alınmışdır. Hökm qanuni qüvvəsini almışdır. xx.xx.2015-ci il tarixli, 022762 nömrəli sığorta aktına əsasən, İddiaçı baş vermiş sığorta hadisəsi nəticəsində ölümə g örə 5000 manat, xx.xx.2016-cı il tarixli, 023520 nömrəli sığorta aktına əsasən isə, avtomobilə dəymiş ziyana görə 3000 manat sığorta ödənişi edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı, Cavabdeh 26060 manat maddi, 100000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 126090 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı ilə avtomobilə dəyən 3500 manat məbləğində ziyan zərərçəkmişin hüquqi varisi kimi ona ödənilsə də, bu, cavabdehin hüquqazidd hərəkəti nəticəsində onun ailəsinə dəyən maddi və mənəvi ziyanın yalnız cüzi bir hissəsini təşkil edir. Belə ki, iddiaçının oğlunun gənc yaşında faciəvi şəkildə vəfat etməsi ailəsinə a ğır dərəcədə iztirab və əzab yaşatmış, sarsıntı keçirmələrinə səbəb olmuş, 100000 manat məbləğində mənəvi zərər vurulmuşdur. Bununla yanaşı, iddiaçı yas mərasimləri təşkil etmiş, oğlunun xatirəsinə lazımi səviyyədə məclis keçirmişdir. Bu mərasimlərin təşkili və keçirilməsi iddiaçıya 22560 manat məbləğində vəsait hesabına başa gəlmişdir. Qəbir abidəsinin hazırlanmasına iddiaçı tərəfindən 3500 manat məbləğində pul ödənilmişdir. Cavabdehin hüquqazidd hərəkətləri nəticəsində ümumilikdə 26060 manat məbləğində maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsi iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, onun təmin olunmamasını xahiş edərək izahatında bildirmişdir ki, mənəvi zərərin sübutu yoxdur. İddiaçı hər hansı həkimdən arayış, xəstəliklə ba ğlı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Mərasimlə bağlı adamların sayı və adam başına düşən xərcləri sübuta yetirəcək hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin başdaşı ilə bağlı hər hansı kassa mədaxil orderi və sair sübut təqdim edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim – Aygün Həsənova) xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, cavabdehin törətdiyi cinayət əməli nəticəsində ona maddi ziyan vurulduğunu, yas mərasimlərinin keçirilməsi ilə bağlı ona maddi ziyan vurulmasını, nəticədə 26000 manat məbləğində xərc çəkdiyini qeyd etsə də, qeyd olunan xərcləri sübuta yetirəcək mötəbər sübutları məhkəməyə təqd im edə bilməmiş və iddia ərizəsində göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəf cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ziya Şirinov - sədrlik edən və məruzəçi, Fuad Talışinski, Rafael Eyvazov) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qətn aməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh maddi ziyana görə 17050 manat, mənəvi zərərə görə 3000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı cavabdehin hüquqazidd əməli nəticəsində ona dəymiş maddi ziyanın (yas mərasimləri və qəbirlə bağlı xərclər) və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir, cavabdeh isə ziyanın sığorta şirkəti tərəfindən qarşılandığını, iddiaçı tərəfindən istinad etdiyi məsrəflər və mənəvi zərərlə bağlı mötəbər sübutlar təqdim olunmadığını bildirərək, iddiaya etiraz edir. İddiaçı Mülki Məcəllənin 1096.1-ci, 1097.1-ci və 1108-ci maddəl ərinə əsasən, cavabdehdən ona dəymiş maddi və mənəvi zərərin əvəzinin tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Baxılan işdə cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülkihüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, Cavabdeh hərəkəti mülki hüquq pozuntusudur (deliktdir). Çünki, onun “Yol hərəkəti haqqında ” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq təqsirli olaraq hüquqa zidd əməl törətməsi, iddiaçının məruz qaldığı zərərin məhz cavabdehin hüquqa zidd hərəkəti nəticəsində yaranması və bunlar arasındakı uyğun səbəbli əlaqə yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. X3 (iddiaçının oğlu) cavabdehin təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölməsi işin mübahisəsiz halı olmaqla, onun ölümü ilə əlaqədar yas mərasimlərinin keçirilməsi və dəfnlə bağlı xərclərin yaranması həyatın təbii axarına uyğundur. Eyni zamanda, iddiaçı da məhkəməyə qeyd olunan xərclərlə bağlı sübutlar təqdim etmişdir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək X3 yas mərasimlərində, yəni üçüncü gündə-500 nəfər; yeddin ci gündə-300 nəfər, qırxıncı gündə-400 nəfər və ilində-400 nəfər, eyni zamanda, qırx mərasiminə kimi hər cümə axşamı 70 nəfər iştirak etmişdir. Üç, yeddi, qırx və il mərasimləri yaşadıqları binaya yaxın qonşu binada yerləşən mərasim yerində, cümə axşamları isə yaşadıqları binanın mərasim yerində keçirilmişdir. “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin xx.xx.2019-cu il tarixli, MB 12/800 saylı arayışına əsasən, 20142015-ci illər üzrə bir nəfər üçün ehsan süfrəsinin orta bazar qiyməti 11-13 manat arasında dəyişir. Sərdar Babayev tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən isə, o, 2015-ci ildə iddiaçıdan 3500 manat almış və bu məbləğ Ukrayna istehsalı olan qara mərmərdən hazırlanmış məzar daşının qoyulmasına, eyni zamanda məzarın ətrafının hasarlanması və abadlaşdır ılmasına sərf olunmuşdur. Apellyasiya baxışında qeyd olunan sübutların mötəbərliliyinin yoxlanılması məqsədilə məhkəmə-əmtəəşünasılıq ekspertizası təyin edilmişdir. “xxxx” MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2020-ci il tarixli, PR/M-009/2020 nömrəli rəyində ekspert qarşısında qoyulmuş sual üzrə müəyyən edilmişdir ki, aparılmış hesablamalara və təhlillərə əsasən, bir nəfərin yas mərasimlərinin (üç, yeddi və qırx mərasimləri, cümə axşamları və qəbir məsrəfləri daxil olmaqla) təşkili və keçirilməsi ilə əlaqədar tələb olunan orta məbləğ 21550 manat təşkil edir. Göründüyü kimi cavabdehin hüquqa zidd əməli nəticəsində X3 dəfni və yas mərasimlərinin keçirilməsi ilə bağlı iddiaçıya 21550 manat maddi zərər dəyməsi ekspertizanın rəyi ilə öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi Bak ı Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə cavabdehdən iddiaçının xeyrin avtomobillə bağlı ziyana görə 3500 manat tutulduğunu və işdə olan sığorta aktlarına əsasən avtomobillə bağlı 3000 manat, ölümlə bağlı isə 5000 manat ödəniş edildiyini nəzərə alaraq hesab etmişdir ki, ümumilikdə edilmiş 8000 manat sığorta ödənişindən avtomobillə bağlı ziyana görə hökmlə tutulmuş 3500 manat çıxılmaqla, qalan məbləğ, yəni 4500 manat sığorta ödənişi hazırda tələb edilən xərclərin ödənilməsinə yönəldilmiş hesab edilməklə silinməlidir. Odur ki, cavabdehdən iddiaçının xeyrinə dəymiş maddi ziyana görə 17050 manat (21550 manat – 4500 manat) tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin tələbi ilə bağlı isə qeyd etmişdir ki, Ali Məhkəmənin Plenumunun xx xxxxx x 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və əd alətli olmalıdır. Məhkəmə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları, maddi zərərin dəyməsini, zərərin əvəzinin könüllü deyil, məhkəməyə müraciət edilməklə ödənilməsini, bunun üçün sərf olunan müddəti nəzərə alaraq, hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğində pul tutulmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İddiaçı qeyd olunan yas mərasminin keçiridiyini təsdiq edən sübut kimi məhkəməy ə yalnız xx.xx.2019-cu il tarixində tərtib edilmiş akta əsaslandığını bildirmişdir. Halbuki, müvafiq akt mötəbər sübut kimi qəbul edilə bilməz. Yol hərəkət hadisəsi baş verdikdən sonra, dəfələrlə iddiaçıya müraciət edilmiş, zəruri köməkliyin göstərilməsi təklif edilsə də iddiaçı bundan imtina etmişdir. Cavabdeh olaraq hökmdə göstərilmiş cəzanın çəkilməsindən 4 ildən artıq müddət keçdikdən sonra, daha yüngül cəza ilə əvəz edilərək məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməyindən sonra iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, xx.xx.2014cü ildə yol hərəkət hadisəsi baş vermiş, mərhumun ili belə çıxdıqdan sonra, sığorta şirkəti tərəfındən iddiaçıya 8000 manat pul ödənilmiş və bundan sonra iddiaçı çəkmiş olduğu xərc və keçirdiyi mənəvi istirab barədə məhkəmə yə heç bir iddia verməmişdir. Cəzanın yüngülləşdirilməsini eşitdikdən sonra isə, iddiaçı bu hadisədən maddi ziyana düşməsi və bu haldan mənəvi istirab keçirməsi yadına düşərək belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qətnamədə göstərildiyi kimi, yas mərasimlərini mərasim zallarında keçirmiş olsa idi, onda bu halı və 3, 7, 40 və il mərasimlərində nə qədər insanının iştirak etdiyini təsdiq edən sənədi də həmin mərasim zalının müdiriyyətindən almaq imkanına malik olardı. Bu isə bir daha təsdiq edir ki, keçirilən yas mərasimləri hər-hansı mərasim zalında olmamışdır. Yas mərasimlərində iştirak edən insanların sayına münasibətdə isə istinad edilən xx.xx.2019-cu il tarixli akt ümumiyyətlə mötəbər sübut sayıla bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiy a şikayətinə etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsni qanuni və əsaslıdır. İddia tələbini əsası kimi sübutları məhkəməyə təqdim etmiş, məhkəmə həmin sübutları nəzərəalaraq qanuni qətnamə qəbul etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehlərin kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçü n və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1127. Zərəçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda if adə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyy ən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayətində mübahisələndirdiyi hissədə, yəni iddia tələbinin təmin edilən hissəsində kassasiya qaydasında yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyas iya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin hüquqazidd əməli nəticəsində ona dəymiş maddi ziyanın (yas mərasimləri və qəbirlə bağlı xərclər) və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Cavabdeh isə ziyanın sığorta şirkəti tərəfindən qarşılandığını, iddiaçı tərəfindən istinad etdiyi məsrəflər və mənəvi zərərlə bağlı mötəbər sübutlar təqdim olunmadığını bildirərək iddiaya etiraz edir. Tələbin hüquqi əsasını Mülki Məcəllənin 1127-ci maddəsi təşkil edir. Həmin normaya əsasən zərərçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Hazır kı tələbində iddiaçı oğlunun ölümü ilə bağlı dəfn xərcləri kimi 26060 manat pulun tutulmasını tələb edir. Belə olan halda qeyd edilən məbləğdə xərcin çəkilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. İddia tələbini qismən təmin edən apellyasiya instansiyası məhkəməsi dəfn xərclərinin tutulması ilə bağlı iş materiallarına əlavə edilmiş aktı, “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin rəyini və “xxxx” MMC Qiymətləndirmə Şirkətinin rəyini mötəbər sübut kimi qəbul etmişdir. Lakin məhkəmə həmin sübutlara MPM-nin 88-ci maddəsinin tələbi baxımından qiymət verməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir s übutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsini həmin sübutlara tam, hərətərli və obyektiv qiymət verməməsi prosessual normalarının tələblərinin pozulması ilə müşayət olunan düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. MPM-nin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Belə ki, iş materiallarına əlavə edilmiş aktdan (iş səh 20) iddiaçının mərhum oğlu Şahin Nərimanovun yas mərasimində qeyd edilən sayda adamın iştirak etməsi mötəbərə sübutlarla təsdiq edilmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi həmin aktda imza edənlərin şəxsiyyətini aktda göstərilənlərin obyektivliyini ayıdnlaşdırmaq məqsədi ilə müəyyən etməmiş, aktda qeyd edilənləri digər sübutlarla müqayisəli şəkildə təhlil etmək üçün analoji hallarla bağlı sərfiyyatı təsdiq edən sübutların təqdim olunmadığını nəzərə almamışdır. “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin rəyində isə müxtəlif mərasim evlərində 2014-2015-ci illər üzrə bir nəfər üçün ehsan süfrəsinin orta bazar qiyməti barədə rəy verilmişdir. “xxxx” MMC Qiymətləndirmə Şirkətinin rəyində isə iş materiallarına əlavə edilmiş aktda qeyd edilən adam sayına uyğun olaraq 3, 7, 40 və cümə axşamları mərasimi üçün sərf olan xərclər barədə rəy verilmişdir. MPM-nin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilm iş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göründüyü kimi məhkəmənin istinad etdiyi sübutlar mötəbər sübutlar olmamış, iddiaçının tələbinin faktiki əsası kimi istinad etdiyi hallar (yas mərasimlərində nə qədər adamın iştirak etməsi, həmin mərasimlərə nə qədər pul xərclənməsi, yas mərasimlərinin konkret olaraq hansı Mərasim zalında keçirilməsi) barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri süb utları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olara q əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə tam şəkildə təqdim etməlidir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd ol unan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstəril ənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2707/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar