Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1553/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2(103)5027/2015 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İ ddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri İbrahim Ömərovun xaricdə müalicə alması üçün vermiş olduqları 70.000 ABŞ dolları məbləğində pulun ödəniş günü milli manata məzənnədə cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli, 2(011)-201/2015 saylı qətnaməsi ilə (hakim S.Səlimova) iddia təmin edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının 11 avqust 2015-ci il tarixli, 2(103)5027/2015 saylı qətnaməsi ilə (hakimlər V.Həsənov sədrlik edən, məruzəçi, Q.Əsgərov və A.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(102)-5874/2022 saylı qərardadı ilə (hakimlər E.Vəliyeva məruzəçi, E.Şamayev və A.Abbasov) kassasiya şikayəti prosessual müddət ötürüldüyü üçün qeyri-mümkün hesab edilərək, kassasiya şikayəti geri qaytarılmışdır. Apel lyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2022-ci il tarixli, 2(103)5027/2015 saylı qərardadı ilə (hakimlər X.Mərdanova sədrlik edən, məruzəçi, E.Həsənov və V.Sadıqov) kassasiya şikayəti prosessual müddət ötürüldüyü üçün geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi-vəkili Vəkil prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, kassasiya şikayətinin prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 2015-ci ildə cavabdehin vəkili Vüqar Xasayevin qətnamə əldə edərkən, onun nümayəndə kimi etibarnaməsinin olmaması nəzərə alınmalıdır. Cavabdehin indiyə qədər etibarnaməli n ümayəndəsi yalnız Vəkil olmuşdur. Vəkil tərəf və nümayəndə sayılmır. Onun məhkəmə sənədini rəsmi götürməsi tərəfin və onun nümayəndəsinin götürməsi hesab oluna bilməz. Cavabdehin etibarnaməli nümayəndəsi Vəkil isə məhkəmə qətnaməsini rəsmi şəkildə 2022-ci ilin iyul ayında qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2(103)5027/2015 saylı qərardadı ilə (hakimlər X.Mərdanova sədrlik edən, məruzəçi, E.Həsənov və S.Bəhrəmzadə) cavabdehin qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsinə dair ərizə təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin 11 avqust 2015-ci il tarixli qətnaməsinin surəti poçt vasitəsilə tərə flərə göndərilmiş, xx.xx.2015-ci il tarixdə cavabdehin vəkili Vüqar Xasayev tərəfindən qəbul edilmişdir (1-ci cild, 233-cü vərəq). Cavabdeh tərəf kassasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürərək, cavabdehin nümayəndəsi-vəkili Vəkil tərəfindən yenidən xx.xx.2022-ci il tarixdə qəbzə imza edilərək götürülməklə 25 avqust 2022-ci il tarixdə kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir. Cavabdehin nümayəndəsi-vəkili Vəkil ərizəsində kassasiya şikayətini verilməsi müddətinin buraxılmasının dəlili kimi cavabdehin vəkili tərəfindən qətnaməni qəbul etmək səlahiyyətinin olmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hal da buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə aid olan hal kimi qiymətləndiril ə bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 2015-ci ildə cavabdehin vəkili Vüqar Xasayevin qətnamə əldə edərkən etibarnaməsi olmadığı halda belə əldə etdiyi qətnamə barədə hüquqlarını müdafiə etdiyi şəxsə qətnamənin surətini və ya onun məzmunu barədə məlumat verməməsi inandırıcı, ağlabatan görünmür. Belə ki, mülki iş materiallarından görünür ki, cavabdehdən 70.000 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla alınaraq iddiaçıya ödənilməsi qət edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya instansiyası məhkəməsinin 11 avqust 2015-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılması barədə onun vəkili Vüqar Xasayevin məlumatlı olması mübahisələndirilməyən fakt olmuş və sonu ncunun da vəkil kimi üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirməklə bu barədə hüquqlarını müdafiə etdiyi şəxsi məlumatlandırılmaması apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə mümkünsüz olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 130.1, 133.1, 402-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, a pellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 69.1-1 və 73.1-ci maddələrinin tələblərini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi 2015-ci ildə cavabdehin vəkili Vüqar Xasayevin qətnamə əldə edərkən etibarnaməsinin olmaması nəzərə almamışdır. Cavabdehin indiyə qədər etibarnaməli nümayəndəsi yalnız Vəkil olmuşdur. Digər şəxslər isə onun order əsasında çıxış edən vəkilləri olmuşdur. Vəkil isə tərəf və nümayəndə sayılmadığından, məhkəmə sənədinin rəsmi götürməsi tərəfin və nümayəndənin götürməsi hesab olunmur. Cavabdehin etibarnaməli nümayəndəsi Vəkil isə məhkəmə qətnaməsini rəsmi şəkildə 2022-ci ilin iyul ayında qəbul etmişdir. Kassasiya şikayətinin müddəti həmin tarixdən hesablanmalı idi. Kassator həmçinin qeyd etmişdir ki, 2 015-ci ildə cavabdehin vəkilinin qətnamə barədə təmsil etdiyi şəxsə məlumat verməsini fərz etsə belə, prosessual qanunvericilik şikayət müddətini məlumat faktından deyil, qətnamənin təqdim edilməsi faktından asılı etmişdir. Kassator şikayətini Mülki Prosessual Məcəllənin 69.1-1, 73.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prossesual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə bax arkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin akt ı bütövlükdə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh (vəkil, nüməyəndə Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, prosessual müddətin cavabdeh tərəfindən ötürülmədiyini və sair göstərsə də, kassas iya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, apellyasiya instansiyası məhkəməsinin 11 avqust 2015-ci il tarixli qətnaməsinin surəti poçt vasitəsilə tərəflərə göndərilmiş, xx.xx.2015-ci il tarixdə cavabdehin vəkili Vüqar Xasayev tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəf kassasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürərək, cavabdehin nümayəndəsi-vəkili Vəkil tərəfindən yenidən xx.xx.2022-ci il tarixdə qəbzə imza edilərək götürülməklə 25 avqust 2022-ci il tarixdə kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmi ş müddət keçdikdə, prossesual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan mülki prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan prosessual müddətin ötürülməmiş hesab edilməsinə dair ərizəsini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, 2015-ci ildə cavabdehin vəkili Vüqar Xasayev qətnamənin surətini əldə edərkən etibarnaməsi olmadığı halda belə, əldə etdiyi qətnamə barədə hüquqlarını müdafiə etdiyi şəxsə qətnamənin surətini və ya onun məzmunu barədə məlumat verməməsi inandırıcı, ağlabatan görünmür. Belə ki, mülki iş materiallarından görünür ki, cavabdehdən 70.000 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla alınaraq iddiaçıya ödənilməsi qət edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya instansiyası məhkəməsinin 11 avqust 2015-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılması barədə onun vəkili Vüqar Xasayevin məlumatlı olması mübahisələndirilməyən fakt olmuş və sonuncunun da vəkil kimi üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirməklə bu barədə hüquqlarını müdafiə etdiyi şəxsi məlumatlandırılmaması apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə mümkünsüz olmuşdur. Kassasiya instansiyası məhkəməsi, apellyasiya in stansiyası məhkəməsinin mübahisələndirilən məsələyə dair gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və hesab edir apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və iş üzrə çıxarılmış xüsusi qərardadın surətinin icra üçün icra və istintaq orqanına göndərilməsi, məhkəmə aktları üzrə müvafiq icra hərəkətlərinin həyata keçirilməsi və sair məcburi icra tədbirləri barədə cavabdehin ötən 7 il müddət ərzində məlumatsız olması mülki iş materialları ilə istisna olunur və bu faktlar açıq-aşkar kassasiya şikayətinin dəlillərinin əsaslı olması nəticəsinə gəlməyə əsas vermir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2(103)-5027/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1553/2023
Ali Məhkəmə Qərar — İş №2(102)-1553/2023
11.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver