Məhkəmə qərarları › İş №2(102)-1554/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1554/2019

10.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1554/2019 10.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh ASC-nin vəkili Məmmədov Zamin Əli oğlunun iştirakı ilə, İddiaçının Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10053/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.C.Xəlilova) 2(004)-954/2018 nömrəli, 13 mart 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı '‘hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər İ.Ş.Vəliyev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) 2(103)-10053/2018 nömrəli, 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Əzizova Gülbahar Fəxrəddin qızının apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 mart 2018-cı ıi tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh ASC-yə qarşı '‘hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onu nla əsaslandırılmışdır ki, iddiaçı qeyd olunan ünvan1 mənzildə yaşayır. Cavabdeh Bankla onun arasında məhkəmə problemi yaranmışdır. Cavabdeh ASC mənzilin hərracdan satılaraq Banka olan borcun ödənilməsinə dair məhkəməyə müraciət etmiş, məhkəmə Bankın iddiasını qismən təmin etmişdir. Bu səbəbdən müqavilənin ləğvini və ödənilmiş pulun və təmir xərcinin qaytarılmasını məhkəmədən xahiş edir. İşə apellyasiya instnasiyası məhkəməsində baxılarkən məhkəmənin yekun qərarı çıxmamış həmin mənzil hərraca çıxarılmış, hərrac onun iştirakı olmadan keçirilmiş və Cavabdeh ASC-nin məktubundan aydın olmuşdur ki, həmin mənzil hərrac yolu ilə "Cavabdeh" ASC-nin balansına keçirilmişdir. Həmin mənzilə nə qədər qiymət qoyulması və borcdan hansı məbləğin silinməsi ilə bağlı heç bir məlumat yoxdur. Faktiki olaraq m ənzil Bank tərəfindən mənimsənilmişdir. Göstərilənlərə əsasən, digər cavabdeh qismində xxxx cəlb olunmaqla, ünvan-lə bağlı keçirilən hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin, eyni zamanda 10.11.2017-ci il tarixli “Çıxarış”ın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Əzizova Gülbahar Fəxrəddin qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10053/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbu l edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştiarak edən Cavabdeh ASC-nin vəkili Məmmədov Zamin Əli oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədikləri ndən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-10053/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfin dən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: "Cavabdeh" ASC-nin 23 noyabr 2017-ci il tarixli məktubundan görünür ki, "Cavabdeh" ASC iddiaçıya Bakı şəhəri Nərimanov rayonu, məhəllə 851, Həsənoğlu küçəsində yerləşən 10A saylı evin 29 sa ylı mənzilinin hərrac vasitəsi ilə satılması və Bank tərəfindən müəyyən hissəsi əvəzinə mülkiyyətə götürülməsi barədə məlumat vermiş, eləcə də iddiaçıya könüllü olaraq 10 (on) gün müddətində evi təhvil vermək təklif olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı “Çıxarış’hn surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, məhəllə 851, Həsənoğlu küçəsində yerləşən 10A saylı evin 29 saylı mənzili "Cavabdeh" ASC-nin mülkiyyəti kimi qeydiyyata alınmışdır. "Birja" qəzetinin nümunələrinin surətlərindən, "xxxx" MMC-nin bildirişlərinin surətlərindən, "Dalğa ekspress" və dövlət poçt xidmətlərinin qəbzlərinin surətlərindən, "xxxx"-MMC-nin tərtib etdiyi aktın surətindən müəyyən olunur ki, İddiaçı mütəmadi olaraq hərracın keçirilməsi barədə məlumatlandırılmışdır. "xxxx" Hərracın nəticələri haqqında yekun Protokol № Y-XXX-nin surətindən müəyyən olunmuşdur ki, mübahisələndirilən hərrac 15 sentyabr 2017-ci ildə keçirilmiş, sifarişçi Nərimanov rayon İcra şöbəsi, əsas Bakı Apellyasiya Məhkəməsinin İcra vərəqi olmuşdur. Mənzilin mülkiyyətçisi İddiaçı olmuşdur. Əmlakın satılmış son qiyməti 159.375,00 (bir yüz əlli doqquz min üç yüz yelmiş beş ) manat təşkil etmişdir. Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2015-ci il və Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli icra vərəqələrinin surətləri mülki işə əlavə olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmişdi r. Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli qətnaməsi qismən, 18 iyul 2014-cü il tarixli, 340/F-14 saylı kredit müqaviləsi üzrə İddiaçıdən tutulması, habelə İddiaçı 20.067,88 ABŞ dolları məbləğində faigrr-feaccunun tutulması hissəsində ləğv edilmiş 18 iyul 2014-cü il tarixli, xxx/F-14 sayllı kredit müqaviləsi üzrə faiz borcun cavabdeh İddiaçı tutulması hissəsində iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı 18 iyul 2014-cü il tarixli, xxx/F-14 saylı kredit müqaviləsi üzrə yaranmış borc 132.979;03 ABŞ dolları əsas borc, 10.734,94 ABŞ dolları faiz borcu, cəmi 143.713,97 (yüz qırx üç min yeddi yüz on üç dollar, doxsan yeddi sent) ABŞ dolları, ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, ipoteka predmetinə t utmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 31,00 (otuz bir) manat rüsumu və ödənilmiş dövlət rüsumunun əvəzi 30,00 (otuz) manat Cavabdeh ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qalan hissədə qətnamə cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2017-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün ilk olaraq, iddiaçının hazırki iddia ilə müraciət etmək hüququnun olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbini irəli sürmək hüququna yalnız o şəxs malikdir ki, onun həmin sahəyə hər hansı bir qanunla qorunan hüququ mövcud olsun. Mülkiyyət hüququ mövcüd olmadığı halda isə iddiaçının həmin mənzillin özgəninkiləşdirilməsi ilə bağlı tələb etmək subyektiv hüququ da yoxdur. Təqdim olunmuş sübutlardan görünür ki, mübahisə mənzilin mülkiyyətçisi İddiaçı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1 hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göstərilən Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstit usiya Məhkəməsi Plenumun 30 iyul 2008-ci il tarixli qərarında qeyd muşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışın bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz; Mənzilin hal-hazırdaki qanuni mülkiyyətçisi Əzizova Gülbahar Fəxrəddin qızı nə keçirilmiş mənzilə dair alqı-satqını, nə də hərracın nəticələrini mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə ə sasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öbdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sözügedən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəli yin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Adıçəkilən Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqa vilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. (maddə 424.2) Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının borc öhdəliyindən yaranmış pul tələbi üzrə icraatı əsasında hərrac keçirilmiş və tələb mübahisəli mənzilə yönəldilmişdir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasın götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respu blikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Göstərilən Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 500,00 manatdan artıq olmayan daşınar əmlak icra udmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Qeyd olunan Qanunun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi i sə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Adıçəkilən Qanunun 61.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəs miləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Qanunun 41.1 -ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaş dırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada təıtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Göstərilən Qanunun 42.1 -ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Qeyd olunan Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayı lır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5142/2015 nömrəli, 29.12.2015-ci il tarixli icra vərəqəsinin, Nərimaov rayon İcra şöbəsinin xxxx-15-R nömrəli, 11.02.2016-cı il tarixli sifariş məktubunun icrasına əsasən, ünvan1 mənzilinə qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Sonuncu hərrac baş tutmadıqdan sonra ipoteka predmeti tələbkar “Cavabdeh" ASC-yə təklif olunmuş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlaklar qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun ol araq tələbkar Cavabdeh ASC-yə satılmışdır. Apellyasiya instnasiyası məhkəməsi düzgün olaraq qənaətə gəlmişdir ki, ipoteka ilə yüklü edilmiş yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun yuxanda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərracda satılaraq özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüq uq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2 005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103 )-10053/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10053/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar