Məhkəmə qərarları › İş №2(102)-7354/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7354/2019

13.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7354/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.06.2019-cu il tarixli, 2(103)8258/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 dekabr 2012-ci il tarixdə bankdan 60 ay müddətinə 21 dekabr 2017-ci il tarixədək kredit götürd üyünü, həmin vaxt mənzilini ipotekaya qoymadığını, kredit müqaviləsi üzrə bankla arasında ödənişlə əlaqədar mübahisə yarandıqdan və bank ona qarşı “borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” barədə iddia qaldırdıqdan sonra mənzilinin ipotekaya qoyulduğunu bildiyini, İpoteka müqaviləsində də onun “sonrakı ipoteka” adlandırıldığını, müqavilələrdə “borcalan” və “ipoteka qoyan” qrafalarındakı imzalarda fərqlər mövcud olduğunu irəli sürmüş, buna görə də 21 dekabr 2012-ci il tarixli kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.R.Mustafayeva) 06 mart 2019-cu il tarixli, 2(006)-1085/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının (hakimlər E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) 20.06.2019-cu il tarixli, 2(103)-8258/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessu al hüquq normalarını pozmuşdur. Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 20.06.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkə n haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,bankla İddiaçı arasında 21 dekabr 2012-ci il tarixdə əsas kredit müqaviləsi bağlanaraq bank ona 60 ay müddətinə, 21 dekabr 2017-ci il tarixinədək bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla 29,700 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş, həmin öhdəliyin təminatı olaraq İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 7-ci mərtəbəsindəki ümumi sahəsi 55,7 kv.m olan 2 otaqlı mənzil təkrar ipotekaya qoyulmuş və bu barədə eyni tarixli sonrakı ipoteka müqaviləsi bağlanmış, bankın ona və digərlərinə qarşı “kredit borcunun ödə nilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbi Sumqayıt şəhər Məhkəməsinin 27.09.2017-ci il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, həmin qətnamə apellyasiya instansiya tərəfindən qismən ləğv edilmiş, Ali Məhkəmənin 20.11.2018-ci il tarixli Qərarı ilə qüvvədə saxlanılmışdır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olmaqla, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərə fli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən kredit və ipoteka müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin apellyasiyainstansiyası məhkəməsitərəfindənmüəyyənedilmiş hallarından görünür ki, mübahisələndirdiyi müqavilələrə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuşdur və bu, mülki qanunvericiliyin əsas prinsiplərindən olan “müqavilələr azadlığı” prinsipinin təbii nəticəsidir, ipoteka müqaviləsini bağladığından xəbərsiz olması, müqavilələri imzalamadığı barədə iddiaçının apellyasiya şikayətinin dəlillərini isə kollegiya inandırıcı (ağlabatan) hesab etmir. Çünkü yuxarıda qeyd olunduğu kimi, tərəfl ər arasında daha əvvəl məhkəmə mübahisəsi olmuş, iddiaçı Sumqayıtşəhər Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində belə bir arqument irəli sürməyərək yalnız ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyənləşdirilmədiyini bildirmişdir. Bu kontekstdə kollegiya, iddiaçının əqdin etibarsızlığına dair müəyyən edilmiş kəsici müddəti ötürmüş olması barədə birinci instansiya məhkəməsinin qənaətini də əsaslı hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübah isə edə bilər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.06.2019-cu il tarixli, 2(103)-8258/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar