Məhkəmə qərarları › İş №2(102)-1554/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1554/2020

13.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1554/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən iş üzrə İddiaçı a oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov, iş № 2(007)-2146/18)İddiaçı a oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək cavabdehdən onun xeyrinə qətnamənin icra olunduğu vaxt manata olan məzənnə ilə 43500 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova-sədrlik edən və məruzəçi, V.Həsənov və X.Sarıyev, iş № 2(103)-11033/19) Cavabdeh apelyasiya şikayəti təmin edilərək Nizami Rayon Məhkəməsinin 27 avqust2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı a oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmamışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 10 oktyabr 2019-cu il tari xli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı a oğlu Cavabdeh qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 43.500 (qırx üç min beş yüz) ABŞ dolları məbləğində borcun və dövlət rüsumu əvəzi olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili N.Hüseynov məhk əmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil N.Hüseynovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasın ın iş üzrə 10 oktyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd edərkən aşağıdakıları nəzərə almışdır. İşdən göründüyü kimi, iddiaçı məhkəmədə cavabdehə qarşı pul tələbi irəli sürmüş və tələbini onunla əsalandırmışdır ki, Sumqayıt şəhərində yerləşən telefon qovşağının söküntü işlərini görmək üçün ayrı-ayrı vaxtlarda pul lazım olduğundan Cavabdeh ondan cəmi olaraq 155.000 ABŞ dolları məbləğində pulu borc olaraq almışdır. Cavabdeh sözügedən borc məbləğindən 84.000 ABŞ dolları məbləğində vəsaiti ona qaytarmış və qalan 71.000 ABŞ dolları məbləğində borcu qısa müddətdə qaytaracağını bildirmişdir. Lakin, cavabdeh verdiyi vədlərə əməl etmə yərək üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməmiş və dəfələrlə edilmiş həm şifahi, həm də yazılı xəbərdarlıqlara baxmayaraq ona olan 71.000 ABŞ dolları məbləğində borcunun ödənilməsini təmin etməmişdir. Cavabdeh onun barəsində şikayətlə Bakı şəhəri Xətai rayon Polis idarəsinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Tural Xəlilzadə tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10.03.2016-cı il tarixli qərar qəbul olunmuşdur. Həmin qərarda Cavabdeh ondan həqiqətən də 155.000 ABŞ dolları məbləğində pulu borc olaraq aldığını, həmin məbləğindən 84.000 ABŞ dolları məbləğində vəsaiti ona qaytardığını və ona hazırda 71 000 ABŞ dolları məbləğində borclu olduğunu etiraf etmiş və qısa müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ona borclu olduğu 71.000 ABŞ dolları məbləğində vəsaitdən 21.500 manatını, yəni ABŞ dollarının 0.78 manat məzənnəsi ilə olan dövrdə 27.500 ABŞ dollarını ödəmişdir. Beləliklə də cavabdehin ona 43.500 ABŞ dolları məbləğində borcu qalmışdır. Hazırda iddiaçı 43.500 ABŞ dolları məbləğində borcun qaytarılmasını cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq həmin qətnaməni ləğv etmiş və iddianı rədd etmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə qarşı 43.500 (qırx üç min beş yüz) ABŞ dolları məbləğində pul tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin ondan Sumqayıt şəhərində yerləşən telefon qovşağın ın söküntü işlərini görmək məqsədilə həmin məbləğdə pulu aldığını, lakin sonradan qaytarmadığını göstərsə də, öz tələbini təsdiq edən hər hansı yazılı müqaviləyə istinad etməmiş, cavabdehlə aralarında hər hansı əvəzli şifahi əqdin bağlandığını, habelə cavabdehin öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş digər əsasların mövcud olduğunu təsdiq edən sübutlar təqdim etməmişdir. Bakı şəhər Xətai rayon Polis İdarəsinin cinayət işinin rədd olunması barədə qərarında isə tərəflərin bir-birinə borcunun olması göstərilsə də, bu qərardan və izahatdan iddiaçının cavabdehə hansı məbləğdə borcu, nə zaman, hansı şəraitdə verdiyi müəyyən olunmur. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə iş materialları əsasında cavabdehin iddiaçıya 43.500 ABŞ dolları pul ödəmək öhdəliyinin y arandığı barədə nəticəyə gəlmək mümkün olmadığından, eləcə də cavabdeh iddianı etiraf etmədiyindən, iddiaçıdan hər hansı məbləğdə borc pul almadığını bildirdiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin ə mələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Adı çəkilən normalardan da göründüyü kimi, iddia tələbinin təmin olunması üçün iddiaçı cavabdehin onun qarşısında zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində öhdəliyinin əmələ gəldiyini, yaxud öhdəliyin əmələ gəlməsi üçün aralarında yazılı və ya şifahi müqavilənin olduğunu sübuta yetirməlidir. Halbuki, iddiaçı məhkəmə prosesində bu halı sübuta yetirə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq iddia tələbini əsassız saymış və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə həmin tələbi rədd etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən ka ssasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq n ormasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikd ə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxar ıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı a oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 10 oktyabr 2019-cu il tarixli, 2(103)-11033/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar