Məhkəmə qərarları › İş №2(102)-1554/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1554/2024

07.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1554/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Binəqədi rayon icra şöbəsi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 2(103)-618/2024 nömrəli, 09 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 07 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4753/2014 saylı 07 noyabr 2014-cü il tarixli icra vərəqəsinə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, X2 prospekti, ev 64-də yerləşən və istifadədə olan 5 mərtəbəli binanın 2-ci mərtəbəsində 4 otaqlı tam mülkiyyətində 14 saylı mənzil (bundan sonra “ipoteka predmeti olan mənzil”) ilkin satış qiyməti 110.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və satışdan əldə olunan vəsait hesabına ümumi borc ödənilməlidir.

2. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin "xxxx" MMC-yə və X1 ünvanladığı 27 dekabr 2022-ci il tarixli “Hərracın keçirilməsi haqqında” sifarişə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4753/2014 saylı 07 noyabr 2014-cü il tarixli icra vərəqəsi üzrə İddiaçı məxsus ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 110.000 manat müəyyən edilmişdir. Mənzilin açıq hərracda satışını təşkil edib, satışdan əldə olunan məbləğin Binəqədi Rayon İcra Şöbəsinin depozit hesabına köçürülməsi xahiş olunmuşdur. 3. "xxxx" MMC-nin 28 dekabr 2022-ci il tarixli 488/22 saylı hərrac bildirişinə əsasən Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-76861- 20 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubu üzrə borclu İddiaçı məxsus olan ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 110000 manat təşkil edir. Hərrac 26 yanvar 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. 4. “Market” reklam və elanlar qəzetinin 30 dekabr 2022- 05 yanvar 2023-cü il tarixli sayından görünür ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 110000 manat müəyyən edilmiş və açıq hərracın 26 yanvar 2023-cü il tarixdə 11:00-da keçirilməsi barədə məlumat dərc olunmuşdur. 5. "xxxx" MMC-nin 26 yanvar 2023-cü il tarixli 488/22 saylı hərrac bildirişində qeyd edilmişdir ki, Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-76861- 20 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus olan ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 93500 manat təşkil edir. Hərrac 15 fevral 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. 6. “Market” reklam və elanlar qəzetinin 27 yanvar-02 fevral 2023-cü il tarixli sayından görünür ki, ipoteka p redmeti olan mənzilin ilkin satış qiyməti 93500 manat müəyyən edilmiş və təkrar hərracın 15 fevral 2023-cü il tarixdə 11:00-da keçirilməsi barədə məlumat dərc olunmuşdur. 7. “Market” reklam və elanlar qəzetinin 17 fevral-23 fevral 2023-cü il tarixli sayından görünür ki, ipoteka predmeti olan mənzilin satışına dair 15 fevral 2023-cü il tarixə 11:00-da keçirilən təkrar hərrac baş tutmamışdır. 8. 070901 qaimə nömrəli 03 yanvar 2023-cü il tarixli və 072605 qaimə nömrəli 30 yanvar 2023-cü il tarixli xəbərnamələrin surətlərindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu X2 prospekti, 64 saylı evin 14 nömrəli mənzilinə göndərilmiş hərrac bildirişləri təyinatı üzrə çatdırılmışdır. 9. 3 mart 2023-cü il tarixli, 488/22 nömrəli protokola əsasən keçirilmiş hərracda İddiaçı məxsus ipoteka predmeti olan mənzili ipoteka saxlayan ləğv prosesində olan "xxxx" ASC 70.125 manata əldə etmişdir.

10. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, "xxxx" MMC 12 fevral 2016-cı il tarixdən dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ipoteka predmeti olan mənzillə bağlı cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-dən 16 sentyabr 2022-ci il tarixli bildirişə əsasən, iddiaçıya məxsus ipoteka predmeti olan mənzil hərraca çıxarılmış və sözügedən hərrac 11 oktyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İddiaçı Nəsimi rayon Məhkəməsinə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək, həmin mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin e-16(006)-83/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizə qismən təmin edilmiş, ipoteka predmeti olan mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Həmin qərarı hərrac təşkilatına göndərmişlər.

13. Lakin "xxxx" ASC-nin 14 iyul 2023-cü il tarixli məktubla iddiaçıdan həmin mənzilin boşaldılıb təhvil verilməsi xahiş etmişdir. İddiaçı qeyd edilən hərracın nə vaxt həyata keçirildiyini, əmlakın nə vaxt hərracda satıldığını öyrənmək istəyəndə "xxxx" MMC-dən bildirmişlər ki, hərrac onlar tərəfindən həyata keçirilməmişdir. İcra ilə əlaqə saxladıqda məlum olmuşdur ki, hərrac "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Hərracın keçirilməsi barədə, iddiaçı, ümumiyyətlə məlumatlı olmamış, hərrac təşkilatı tərəfindən xəbərdar edilməmişdir. Bununla bağlı iddiaçının hüquqları pozulmuş və pozulan hüquqları bərpa edilməlidir.

14. Bundan başqa, qanun hərracın bu sahədə 5 il daimi fəaliyyət göstərən şirkətlərin həyata keçirməsini xüsusilə şərtləndirmişdir. "xxxx" MMC 5 il daimi fəaliyyət göstərən hərrac təşkilatı deyildir. Sözügedən şirkət xx.xx.2016-cı il tarixində dövlət qeydiyyatına alınmışdır. Buna görə də onun tərəfindən həyata keçirilən hərrac etibarsız hesab edilməlidir. Həmin təşkilat dövlət qeydiyyatı na alındığı tarixdən deyil, yalnız son 2 ildir hərrac fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikasında fəaliyyət göstərən hərrac təşkilatları sırf Ədliyyə Nazirliyi və onun müvafiq qurumları ilə (icra və probasiya şöbələri ilə) müqavilə bağlamış, onların sifarişi əsasında hərracların keçirilməsi ilə məşğul olan təşkilatlardır. Ədliyyə Nazirliyinin icra qurumları ilə müqavilə əsasında hərrac təşkil edənlərdən savayı, başqa şirkətlər barədə məlumat aşkar edə bilməmişlər. Dövlət hərracları istisna olmaqla, qanunvericilik belə bir hərrac təşkilatının fəaliyyət göstərməsinə icazə vermir. Daimi fəaliyyət göstərən dedikdə, qanun hərrac sahəsində 5 il daimi fəaliyyət göstərmək şərtini qoyur. Digər sahələrdə (hərracdan kənar) vaxtilə fəaliyyət göstərmiş, sonradan nizamnaməsinə dəyişikliklər edi lərək hərrac keçirilməsi səlahiyyətləri qoyulmuş hərrac təşkilatları həmin şirkətin əvvəlki dövr üzrə fəaliyyətini 5 illik fəaliyyətə daxil edə bilməz. Hazırda hərrac təşkilatlarını araşdırmış və öyrənmişlər ki, 2016, 2017, 2018, 2019cu, hətta 2020-ci ildə belə, bu şirkət hərrac təşkilatı kimi fəaliyyət göstərməmişdir. Buna görə "xxxx" MMC tərəfindən keçirilmiş hərrac etibarsız hesab edilməlidir.

15. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 415.2, 416.1, 416.2, 560.1, 560.2-ci, “İpoteka haqqında” Qanunun 41.1, 41.2 və 42.1-ci maddələrinə istinad etmişdir.

16. Birinci instansiya məhkəməsi Binəqədi rayon İcra şöbəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.

17. Yasamal Rayon Məhkəməsinin 2(004)-4187/2023 nömrəli iş üzrə 04 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Gülnar Babazadə)

18. Birinci instansiya məhkəməsi işin mübahisələndirilməyən halları kimi müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4753/2014 saylı 07 noyabr 2014-cü il tarixli icra sənədi ilə iddiaçıya məxsus əmlakın açıq hərracda satılması və satışdan əldə olunan pulun "xxxx" ASC-nə ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. Hərracın keçirilməsi qaydalarına riayət olunmuş, iddiaçının ünvanına rəsmi qaydada məlumat göndərilmişdir. Hərracların keçirilməsi barədə “Market” reklam və elanlar qəzetinin müxtəlif buraxılışlarında rəsmi məlumat dərc olunmuşdur.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdeh " xxxx" MMC tərəfindən hərracın keçirilməsinin qanunsuz olduğunu bildirsə də, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən "xxxx" MMC xx.xx.2016-cı il tarixdən fəaliyyət göstərir və bu günə qədər fəaliyyətinin dayandırılması barədə hər hansı rəsmi məlumat yoxdur. Buna görə də iddiaçının bu dəlili qəbuledilməzdir

20. Birinci instansiya məhkəməsinin mövqeyinə görə hərracların keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, hərracın yekunları barədə protokolun etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Sözügedən mənzilə dair keçirilən hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və hərracın yekunları barədə protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl ed ilmişdir. Hərracın nəticələrinin etibarsız hesab edilməsinə əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 414-cü, “İcra haqqında” Qanunun 53.1, 53.2, 53.3, 62.1, 62.2-ci, “İpoteka haqqında” Qanunun 41.2, 42.1-ci, “Poçt haqqında” Qanunun 1.0.10-cu, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilik tərəfindən ipoteka ilə yüklü e dilmiş əmlakın həm qiymətləndirilməsini, həm də hərracda satılmasının müvafiq sahədə 5 il daimi fəaliyyət göstərən şirkətlərin həyata keçirməsini şərtləndirilmişdir. Lakin "xxxx" MMC 5 il daimi fəaliyyət göstərən hərrac təşkilatı deyildir. Sözügedən şirkət xx.xx.2016-cı il tarixində dövlət qeydiyyatına alınmışdır. Buna görə də onun tərəfindən həyata keçirilən hərrac etibarsız hesab edilməlidir. Həmin təşkilatın əvvəllər nə ilə məşğul olduğunu bilmirlər. Əvvəlki fəaliyyət sahəsini bilmədiklərindən bu barədə fikir bildirə bilmirlər. Lakin hazırda hərrac təşkilatlarını araşdırmış və öyrəndikləri məlumata əsasən 2016, 2017, 2018, 2019-cu, hətta 2020-ci ildə belə, bu şirkət hərrac təşkilatı kimi fəaliyyət göstərməmişdir. Buna görə "xxxx" MMC tərəfindən keçirilmiş hərrac etibarsız hesab edilməli dir. Mənzillə bağlı "xxxx" MMC tərəfindən qanunsuz hərrac həyata keçirilmişdir. İddiaçı Nəsimi Rayon Məhkəməsinə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edilərək, ipoteka predmeti olan mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş və Nəsimi Rayon Məhkəməsinin e-16(006)-83/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəsi qismən təmin edilmiş, mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Müvafiq qərardad hərrac təşkilatına göndərilməsinə baxmayaraq, onlar bu daşınmaz əmlaka dair hərrac keçirmişdir. Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısının Əliyaqublu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Turan Qafarov tərəfindən Yasamal Rayon Məhkəməsinə təqdim edilmiş 12 sentyabr 2023-cü il tarixli, 258 nömrəli arayışdan da göründüyü kimi idd iaçı ünvan 2 ünvanında qeydiyyatda olmasına baxmayaraq, ünvan 3 ünvanında yaşayır. İddiaçının baş tutan hərrac proseslərindən məlumatı olmamışdır. Nəsimi rayon Məhkəməsinin qərardadı ilə mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Lakin gizli, qeyri-qanuni yollarla hərrac "xxxx" MMC-yə ötürülmüş və onlar tərəfindən müvafiq mənzil barədə qanunsuz hərrac keçirilmişdir. Məhkəmə tərəfindən iş obyektiv və hərtərəfli araşdırılmamışdır. Belə ki, “hərracın nəticələrinin etibarsız hesab edilməsi” predmetli iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayon icra şöbəsi cəlb edilmiş, lakin icra məmuru nə prosesdə iştirak etmiş, nə də öz hüquq və vəzifələrini icra etmişdir. Məsələ ilə bağlı heç bir araşdırma aparmamışdır. İş materiallarında Binəqədi rayon icra şöbəsinə he ç bir rəsmi qaydada sorğu göndərildiyini sübut edən rəsmi sənəd mövcud deyil. Qurum iddiaçının Bakı şəhərində deyil, Şəmkir rayonunda yaşadığından məlumatlıdır. Nəsimi rayon Məhkəməsinin qərardadı ilə hərrac keçirilməsi dayandırılmışdır. Bu cür məhkəmə aktı, mövcud hərrac prosedurları ola-ola icra məmuru tamamilə ayrı bir hərrac şirkətinə gizli, qeyri-qanuni yollarla "xxxx" MMC-yə hərrac keçrilməsi sifarişi vermişdir və onlar tərəfindən müvafiq mənzil barədə qanunsuz hərrac keçirilmişdir. Qanunsuz baş tutan bütün bu proseslərə məhkəmə tərəfindən heç bir münasibət göstərilməmişdir. İddiaçı tərəfindən bu məsələnin obyektiv həllini tapması məqsədilə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət də təqdim edilmişdir. Belə ki, şəxs uzun müddət rayonda yaşadığı halda Bakı şəhərində q eydiyyat ünvanına göndərilən bildirişlər naməlum şəxs tərəfindən onun adından qəbul edilmişdir. Lakin iddiaçı tərəfindən arayış da təqdim edilməsinə baxmayaraq qeyd edilən vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Məsələ ilə bağlı heç bir araşdırma aparılmamışdır. Məhkəmə işi araşdırmamışdır ki, necə olur eyni əmlak barəsində bir hərrac təşkilatında hərrac prosesləri aparılarkən, tamam ayrı bir hərrac şirkəti tərəfindən heç bir məlumat verilmədən, gizli şəkildə hərrac keçirilmiş və şəxs əmlakından məhrum edilmişdir.

24. Apellyasiya baxışında ləğv prosesində olan "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-618/2024 nömrəli mülki iş üzrə 9 yanvar 2024-cü il tarixli qətnaməsi ilə apelly asiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev, Günay Axundova)

26. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4753/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh “X4” ATSC-dən "xxxx" ASC-nin xeyrinə 1.315.409,64 manat məbləğində pulun tutulması, tutmanın həm də İddiaçı məxsus ipoteka predmeti olan mənzilə yönəldilməsi qət edilmiş, mənzilin ilkin satış qiyməti 110.000 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2022-ci sifarişi (Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4753/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqə si) əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə hərraclar keçirilmiş, həmin hərracların baş tutmaması elan edilmişdir. Təkrar hərrac baş tutmamış elan edildiyi üçün, ipoteka predmeti daha sonra ipoteka saxlayana təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə təklif edilmiş, nəticədə xx.xx.2023-cü il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması” barədə müqaviləyə əsasən ipoteka predmeti olan mənzil 70.125 manata "xxxx" ASC-yə satılmışdır. Bu da ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas olmuşdur.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hərracların keçirilməsi ilə bağlı bütün iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sa ir aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmiş, kütləvi informasiya vasitələrində elanlar dərc edilmişdir. Buna baxmayaraq iddiaçı hərrac barədə məlumatsız olduğuna, hərracın qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmaqla keçirildiyinə istinad edərək, bu əsaslarla da hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir.

28. Apellyasiya instansiyası məhkəməsi hərrac və ipoteka predmetinin hərracda satılması ilə bağlı maddi hüquq normalarına istinad edərək göstərmişdir ki, bu normaların mənasına görə hərracın etibarsızlığına səbəb hərracın keçirilməsi qaydalarının pozulması halının aşkar edilməsindən ibarətdir. Mülki Məcəllədə və “İpoteka haqqında” Qanunda müəyyən edilmiş hərracın keçirilməsi qaydaları imperativ xarakter daşıyır və onların pozulması ilə k eçirilmiş hərrac maraqlı şəxsin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Etibarsız sayılmış hərracda bağlanmış müqavilə də, əsasında aparılmış qeydlər də öz növbəsində etibarsız hesab olunur.

29. Apellyasiya instansiyası məhkəməsi “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına da istinad etmişdir. Həmin qərarda qeyd edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçiril məsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

30. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə qanunvericilikdə bu qəbildən olan işlər üzr ə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla da, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur.

31. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində istina d etdiyi digər hallarla (əmlakın üzərində məhdudiyyət varkən hərracın keçirilməsi, 5 il daimi fəaliyyət göstərməyən hərrac təşkilatının seçilməsi, həmin təşkilata sifariş verilməsi və s.) bağlı göstərmişdir ki, bu dəlillər iddiaçının cavabdeh qismində cəlb etdiyi hüquqi şəxsin səlahiyyət dairəsinə deyil, müvafiq icra qurumunun səlahiyyətlərinə aid olan məsələlərdir. Nəzərə alınmalıdır ki, müvafiq hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə qənaətə gəlmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən mübahi sə predmeti olan hərracın etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilmədiyi, hərracın özüözlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4753/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 16.1, 337.1, 415.1-415.5, 416.1, 416.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 42.1, 43.3-43.7 və 44-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlil ləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərr ac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisasla şdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respubl ikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

38. Kassasiya şikayətində idd iaçı apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Apellyasiya instansiyası məhkəməsi iddia tələbləri, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2632-ci bəndində əks edilən qiymətləndirməsi ilə razılaşır.

43. Belə ki, iddia tələbi hərracın nəticələrinin etibarsız hesab edilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi Hərrac Mərkəzi tərəfindən ona hərrac barədə məlumat verilməməsinə istinad etmişdir.

44. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə isə iddiaçının istinad etdiyi bu hallar təkzib edilmiş, ipoteka qoyana bildiriş göndərilməsi, üstəlik, hərrac barədə KİV-də elan verilməsi təsdiq edilmişdir.

45. Göründüyü kimi, iddiaçı hərracın qanunvericiliyə uyğun qaydada keçirilməməsinə (ipot eka qoyana bildiriş göndərilməməsi) istinad etsə də, işin məhkəmlər tərəfindən müəyyən edilən halları bunun əksini, yəni hərracın “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları baxımından qanuni olmasını göstərir, bu da iddianın təmin edilməsini istisna etmişdir.

46. Bu baxımdan, işin müəyyən edilmiş halları tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olmadığından iddia tələbinin təmin edilməsi istisna edildiyi üçün iddianın təmin edilməməsi barədə gəlinən nəticə də əsaslı və qanuni olmuşdur.

47. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillərlə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyi üçün məhkəmə kollegiyası həmin də lillərə təkrar qiymət verməyə lüzum görmür.

48. Bununla belə, məhkəmə kollegiyası hərracın 5 il daimi fəaliyyət göstərməyən hərrac təşkilatına həvalə edilməli olması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, iddiaçının bu dəlili “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə söykənir. Həmin normaya görə, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifariş i “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

49. Göründüyü kimi, beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın sifariş edilməsi o hallarda olur ki, ipoteka saxlayanın və ipoteka qoyanın buna dair qarşılıqlı razılığı olmuş olsun.

50. Hazırkı işdə isə hərrac təşkilatçısının qeyd olunan normanın tələbləri çərçivəsində ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilməsi aşkar edilməmişdir.

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qər ara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-618/2024 nömrəli, 09 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar