Məhkəmə qərarları › İş №2(102)-1556/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1556/2024

20.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1556/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit X2 Cəmiyyətinə və Cavabdeh2nə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsızlığı, sübutun təqdim edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit X2 Cəmiyyətinə və Cavabdeh2nə qarşı hərracın yekunlarının etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5429/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-34/2020 saylı qətnaməsinə əsasən İddiaçı cəmi 32182,13 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) kredit borcunun tutularaq, "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 90000 manat müəyyən edilərək, tutulacaq məbləğin ipoteka qoyan İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X1 küçəsi, 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən, 88,7 m² ümumi, 57 m² yaşayış və 31,7 m² yardımçı sahədən ibarət 3 otaqlı, 55 saylı mənzilə yönəldilməsi, həmin əml akın açıq hərrac yolu ilə satılması, satışdan əldə ediləcək vəsait hesabına "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə olan borcun ödənilməsi və əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması qət edilmişdir.

2. Qətnamə qanuni qüvvəyə minmiş, Abşeron rayon İcra və probasiya şöbəsi (bundan sonra - İcra idarəsi) tərəfindən hərracın keçirilməsi barədə sifariş Cavabdeh2nə (bundan sonra – Hərrac mərkəzi) göndərilmişdir.

3. İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 55 nömrəli mənzilə (bundan sonra – mübahisəli mənzil) dair ilkin hərrac 31 may 2022-ci il tarixinə (ilkin satış qiyməti 90000 manat), təkrar hərrac 17 iyun 2022-ci il tar ixinə (satış qiyməti 15% aşağı, yəni 76500 manat) təyin edilmiş, hərrac iştirakçısı olmaması səbəbindən hərraclar baş tutmamışdır. 4. 20 iyun 2022-ci il tarixli təklifə əsasən mübahisəli mənzil 57375 manata ipoteka saxlayan Cavabdeh1 Bank Olmayan Kredit X2 Cəmiyyətinə (bundan sonra - Kredit təşkilatı) təklif edilmiş və əmlakın sonuncu tərəfindən əldə olunmasına dair 13 iyul 2022-ci il tarixli, 129/22 nömrəli protokol tərtib edilmişdir.

5. Şirvan Kommersiya Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 8-2(121)-10/2023 nömrəli qərardadına əsasən İcra idarəsinin Hərrac mərkəzinə 29 aprel 2022-ci il tarixli “Hərracın keçirilməsi haqqında sifariş” göndərilməsi ilə bağlı hərəkəti qanunsuz hesab edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 8-2(106) -2/2023 saylı qərardadı ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Kredit təşkilatına və Hərrac mərkəzinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Hərrac mərkəzinin mübahisəli mənzilin açıq hərracda satılması barədə 13 iyul 2022-ci il tarixli, 129/22 nömrəli hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, tələbini belə əsaslandırmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icraya yönəldilməsi, icra məmuru tərəfindən aparılmış hər hansı bir hərəkət və hərracın keçirilməsi barədə iddia çıya heç bir məlumat göndərilməmişdir. Lerik Rayon Məhkəməsində evin boşaldılması barədə məhkəmə prosesində bu barədə məlumat almışdır. Mübahisəli mənzil ona məlumat verilmədən və hərrac formal keçirilməklə dəyərindən qat-qat aşağı qiymətə satılmışdır.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(004)-1690/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia təmin edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, təyin edilmiş hərrac proseslərinə və mübahisəli mənzilin ipoteka saxlayana təklif edilməsinə dair bildirişlər iddiaçıya poçtla göndərilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 319.1, 339, 414, 415, 416, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İpoteka haqqında” Qanun) 42.1, 42.3, 43.3, 43.4, 43.5, 43.8, 62-ci maddələrinə, İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

12. İddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, Hərrac mərkəzi tərəfindən təqdim olunmuş sənədlərdə bildirişlərin cavabdehə göndərilməsi ilə bağlı reyestrlərin düzgünlüyü şübhəlidir. Bununla bağlı 25 iyul 2023-cü il tarixdə "xxxx" MMC-yə sorğu versə də, sorğusu cavablandırılmamışdır. Bundan başqa, işə birinci instansiya məhkəməsində baxılarkən hərrac işinin materialları məhkəmə tərəfindən tələb olun muş, lakin təqdim edilməmiş və məhkəmə bu xüsusatı araşdırmadan qərar qəbul etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının vəsatəti əsasında mübahisəli mənzilə dair keçirilmiş hərracla bağlı materialların Hərrac mərkəzi tərəfindən təqdim olunması, Hərrac mərkəzi tərəfindən Lerik rayonu, Babakücə kəndində qeydiyyatda olan iddiaçıya 2022-ci il ərzində poçt göndərişinin göndərilib–göndərilməməsi ilə bağlı məlumat, göndərildiyi təqdirdə isə həmin bildirişin nə vaxt təqdim olunması, iddiaçıya çatdırılıb-çatdırılmaması ilə bağlı məlumat və bu məlumatları təsdiq edən sənədlərin "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunması qərara alınmışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya inst ansiyası məhkəməsi) 2(103)-5429/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddianın qismən təmin edilmiş, mübahisəli mənzilin ipoteka saxlayan Kredit təşkilatı tərəfindən əldə olunmasına dair protokol etibarsız hesab edilmiş və mənzil üzərində Kredit təşkilatının mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktına əsasən, hazırkı mövcud vəziyyətdə icra məmurunun hərracın keçirilməsi barədə sifariş göndə rilməsinə dair hərəkətlərinin qanunsuzluğu təsbit olunduğundan, bu qanunsuzluq tutma yönəldilməsi proseduru ilə bağlı növbəti hərəkətlərin, həmçinin keçirilmiş hərracın qanuni olmaması barədə nəticəyə gəlməyə əsas verir.

16. Bundan əlavə, Hərrac mərkəzi özü də hərracın keçirilməsi barədə qaydalara lazımi formada əməl etməmişdir. Belə ki, hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında dərc edilmiş elanın mətnində bir neçə dəfə dəyişiklik aparılmışdır. Məhkəmə Hərrac mərkəzi tərəfindən bildirişlərin iddiaçıya göndərilməsi barədə reyestri nəzərdən keçirərək müəyyən etmişdir ki, həmin reyestrdə göstərilən məktubların "xxxx" MMC-yə və digər poçt – rabitə orqanına təhvil verilməsi barədə heç bir məlumat yoxdur, reyestr yalnız Hərrac mərkəzinin öz möhürü ilə təsdiq olunmuşd ur.

17. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən qərardad qəbul olunmasına baxmayaraq, Hərrac mərkəzi tərəfindən məhkəməyə materiallar deyil, birinci instansiya məhkəməsində olduğu kimi təsdiq olunmuş surətlər təqdim olunmuşdur. Göründüyü kimi, iş üzrə cavabdeh olan Hərrac mərkəzi hərracın keçirilməsi barədə prosessual qaydalara (iddiaçının lazımi qaydada məlumatlandırılması) əməl edilib-edilməməsi barədə lazımi sübutların əslini təqdim etməməklə də işin hallarını araşdırmağa mane olmuşdur. Məhkəmə işin həqiqi halları barədə iddiaçının dəlillərini əsaslı hesab edərək, keçirilmiş hərracla bağlı qanunvericiliyin normalarının pozulması qənaətinə gəlmişdir.

18. Məhkəmə iddiaçının hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılması barədə tələbini əsassız h esab edərək qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunda da göstərildiyi kimi, hərracı udmuş şəxs və hərracın təşkilatçısı müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Müqavilə qüvvəsinə malik olan bu protokol ipoteka predmetinin hərracı udmuş şəxsin mülkiyyətinə keçməsinə əsasdır. Tərəflər arasında protokoldan əlavə hər hansı bir alqı-satqı müqaviləsinin bağlanması qanunvericilikdə nəzərdə tutulmamışdır, hazırkı iş üzrə də belə bir müqavilə bağlandığı müəyyən olunmamışdır.

19. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 337.5, 415.2, 416.1, 416.2, “İpoteka haqqında” Qanunun 42.1, 42.2, 42.6, 42.7, 43.3, 43.4, 43.5, 43.7-ci maddələrinə istinadla əsaslandırmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi, həmçinin Hərrac mərkəzinin əməkdaşlarının hərəkətlərində Azərbay can Respublikası Cinayət Məcəlləsinin 294-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olub-olmaması ilə bağlı araşdırma aparılması üçün xüsusi qərardad çıxararaq, Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh Hərrac mərkəzi (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni məhkəmə baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş elektron elanın tərtib edilməsi tarixində və məzmununda hər hansı ciddi pozuntu olmamışdır. Həmçinin, borclunun hərracın keçirilməsi barədə məlumatlandırılmadığı barədə məhkəmənin qənaəti düzgün olmamış, hərracın keçirilməsində heç bir qanun pozuntularına yol verilməmişdir. Mübahisə predmeti olan hərrac işi 2022-ci ilin iyul ayında yekunlaşdığı üçün hakimin istinad etdiyi xx.xx.2023cü il tarixdə verilmiş elanların bu işlə heç bir əlaqəsi yoxdur. Həmçinin mütəxəssislərin verdiyi rəyə əsasən apelyasiya məhkəməsinin istinad etdiyi, guya xx.xx.2023-cü il tarixdə yerləşdirilən elan (iddiaçının vəkili tərəfindən elektron məhkəmə sisteminə əlavə olunmuş) ümumiyyətlə portalda mövcud olmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin belə bir saxta sənədə istinad etməsi işin tam dəqiq araşdırılmamasını ehtiva edir.

23. Kassator hes ab etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin, apellyasiya şikayətindəki dəlillərə münasibət bildirilib hüquqi qiymət verilmədiyindən, eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından MPM-nin 217.1-217.3-cü maddələrinin tələbləri pozulmuş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Həmçinin, hazırkı iş üzrə cavabdehin hüquqlarının pozulması ilə qətnamə çıxarılması nəticəsində MPM-in 88, 386 və 387-ci maddələrinin tələbləri pozulmuşdur.

24. Hərracın keçirilməsinə dair bildirişlər, həmçinin təklif və satılma barədə məktublar İcra idarəsinə, tələbkar Kredit təşkilatına, eləcə də borclu olan iddiaçıya (məhkəmə tərəfindən verilmiş icra vərəqəsi ndə və sifarişdə göstərilən ünvanına, eləcə də hazırkı iş üzrə iddiaçının vəkilinə verdiyi 13 fevral 2023-cü il tarixli etibarnamədə də qeydiyyat ünvanı olaraq göstərilən ünvan 1əsilə göndərilmişdir və bunu təsdiq edən sübutlar mövcuddur.

25. Kredit təşkilatı da qətnamədən kassasiya şikayəti vermiş, sonradan öz ərizəsi ilə şikayət apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı (vəkili və nümayəndəsi Vəkil1) kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdrilmədən saxlanılması xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

27. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

28. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməli dir.

29. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər;

30. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanun

31. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

32. Maddə 42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzər də tutulmuş qaydada istifadə edilir. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir.

33. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

34. Maddə 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmet ini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur

35. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər; Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

36. Maddə 43.5. Təkrar hərrac bu Qan unun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

37. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qi ymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Mülki Prosessual Məcəllə

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 106.2. Digər tərəf sübutları özündə sa xlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

42. Maddə 184.2. İşdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kim i qiymətləndirilməməlidir.

48. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iş üzrə cavabdeh Hərrac mərkəzinin kassasiya şikayəti əsasında iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfin dən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

51. Nəzərə alınmalıdır ki, apellyasiya baxışı zamanı məhkəmə tərəfindən qərardad qəbul olunmasına baxmayaraq, Hərrac mərkəzi məhkəməyə hərraca dair materialların əsillərini deyil, birinci instansiya məhkəməsində olduğu kimi yenidən özü tərəfindən təsdiq olunmuş surətlərini təqdim etmişdir. Halbuki həmin sənədlərin Hərrac mərkəzində olan əsillərinin tələb edilməsində məqsəd məhz müvafiq sənədlərlə bağlı tərəflər arasındakı fikir ayrılığına və onların işdə olan surətlərində mövcud qeyri-müəyyənliklərə aydınlıq gətirmək olmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi MPM-in 106.2 və 184.2-ci maddələrinə əsasən iddiaçının bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan hallarını müəyyən olunmuş hes ab etməkdə və işdə olan mövcud materiallar əsasında işə baxmaqda haqlı olmuşdur.

52. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, habelə apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmiş sübutların araşdırılması ilə bağlıdır. Lakin hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şi kayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5429/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar