Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1559/2021 29.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: dəymiş ziyana görə pulun subroqasiya qaydasinda tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4803/2020 nömrəli iş üzrə 21 senty abr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 29 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AB seriyalı xxxx nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prado” minik markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur.
2. AC seriyalı xxxx nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil X5 məxsusdur
3. İddiaçı tərəfindən verilmiş 22 oktyabr 2018-ci il tarixli xxxx saylı sığorta aktından görünür ki, Cavabdeh2 məxsus “Toyota Prado” minik markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyy at vasitələrinin avtonəqliyyat vasitələrinin sığortası ilə sığortalanmış, sığortanın başlama və bitmə müddəti 29.11.2016-28.11.2017-ci il, sığorta məbləği 55000,00 manat, sığorta dəyəri 0,00 manat, azadolma məbləği (franşiza) 0,00 manat təşkil edir. 4. 26.08.2017-ci il tarixdə Qobustan rayonu ərazisində sığortalanmış “ToyotaPrado” minik markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.
5. Qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 TSEK rəyinə əsasən ikinci dərəcəli əlillik almışdır
6. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 18 okty abr 2018-ci il tarixli hesabatdan görünür ki, “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1000 manat təşkil edir.
7. Qobustan rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 1(026)-7/2018 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmasına görə 1095 manat dəymiş ziyanınCavabdeh1 alınıb zərərçəkmiş şəxs X5 verilməsi hökm edilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli, 1(105)-356/2018 saylı qərarı ilə Cavabd eh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Qobustan rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.1- 1-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi, hökmün digər hissəsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır
9. İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanan 06 noyabr 2018-ci il tarixli pretenziya məktublarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 4000 manat sığorta ödənişinin 7 gün ərzind ə ödənilməsi barədə İddiaçı tərəfindən xəbərdar edilmişlər.
10. X11 tərəfindən verilən 24.02.2018-ci il tarixli, 142/18 saylı arayışın surətindən görünür ki, 11.03.1992 təvəllüdlü X7 08.09.2017-ci il tarixində “X11” klinikasının reanimasiya şöbəsinə avtoqəza nəticəsində qəbul olunmuşdur. Xəstə 27.09.2017-ci il tarixində evə yazılmışdır. Müalicə üçün klinikaya olan borcu 14016 AZN təşkil etmişdir və bu məbləğ Cavabdeh1 tərəfindən tam şəkildə ödənilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh1 tərəfindən X4 hesabına bu məbləğdən başqa 500 və 595 manat olmaqla, ümumilikdə 1095 manat köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödədiyi 1000 manat, X4 2-ci qrup əlilliyinə görə ödədiyi 3000 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu, cəmi 4000,40 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir 12.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 26.08.2017-ci il tarixdə idarə etdiyi Cavabdeh2 məxsus “Toyota Prado” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə Qobustan rayonu, Xilmilli kənd yolunda hərəkət edən X5 məxsus “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yolnəqliyyat hadisəsinin nəticəsində “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişan lı avtomobilə zərər dəymiş və X7 ikinci dərəcəli əlillik almışdır. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili müvafiq etibarnamə olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-356/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli Qərarında öz əksinitapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə 1000 manat ziyan dəymişdir. Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin T- 395/2017 saylı ekspert rəyinə əsasən, X7 ağır dərəcəli xəsarət almışdır. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, 2-ci qrup əlliliyə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 60% təşkil edir. Sığorta məbləği 5000 manat olduğundan, X1 vurulan zərərə görə sığorta ödənişinin məbləği 3000 manat təşkil edir. PAT********** saylı sığorta aktında əsasən, X2 dəyən zərər görə İddiaçı Sığorta Şirkəti 3000 manat sığorta ödənişi həyata keçirmişdir. PAT********** saylı sığorta Müqaviləsinin 057104 saylı sığorta aktına əsasən, “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə İddiaçı Sığorta Şirkəti 1000 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəs i nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş ümumilikdə 4000 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. 13.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 fevarl 2020-ci il tarixli 2(006)- 1161/2020 saylı qətnaməsi ilə (hakim S.Mustafayev) iddia tələbi təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı ödədiyi sığorta ödənişini cavabdehdən tələb etsə də, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçı qarşısında belə bir öhdəlik daşımadığı müəyyən edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə Cavabdeh1 “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmasına görə 1095 manat dəymiş ziyanın alınıb zərərçəkmiş şəxs X5 verilməsi hökm edilmiş, həmin hökm icraya yönəldilmiş, digər tərəfdən iş materiallarından zərərçəkmişin sağlamlığına dəymiş zərərin əvəzinin də Cavabdeh1 tərəfindən ödənildiyi müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdeh dəymiş zərərin əvəzini ödəmiş, belə olan halda sığorta şirkətinin sığorta ödənişindən imtina etməli olmasına baxmayaraq, şirkət tərəfindən yenidən zərərçəkmiş şəxsin avtomobilinə dəymiş zərərə görə 1000 manat, 2-ci qrup əlilliyinə görə isə 3000 manat olmaqla, ümumilikdə 4000 manat sığorta ödənişi ödənilmişdir. Vicdanlılıq prinsipini rəhbər tutaraq məhkəmə hesab edir ki, Cavabdeh1 vurduğu zərərin əvəzini ödəyərək öz üzərinə düşən öhdəlikləri tam olaraq icra etdiyindən hazırda sığorta şirkətinin ona qarşı yönəltdiyi tələb üzrə öhdəliyin daşıyıcısı deyildir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.7, 936.1, 936.5, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2, 1108.3-cü maddələrinə, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4803/2020 nömrəli iş üzrə 21 sentyabr 2020ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(006)- 1161/2020 nömrəli qətnaməsi, iddiaçının apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 qeyd olunan avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Təsadüfü deyil ki, cinayət qanunvericiliyinə də sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri sərtləşdirilərək fərdiləşdirilmişdir.
19. Bu cür əsasın qanunda olması həm də sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan sürücülərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, e tibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil, yetər ki, etibarnamə ilə avtomobili idarə edənin sürücülük hüququ(sürücülük vəsiqəsi) olsun. Etibarnamənin olmamasının sığorta şirkətlərinə, o cümlədən iddiaçıya aidiyyəti yoxdur. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün a vtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir.
20. Etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Lakin bu qadağaların sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri ola bilməz. Çünki, avtomobilin mülkiyyətçisi yaxud qanuni sahibi avtomobildə sərnişin kimi olarkən sürücülük hüququ olan digər şəxsin avtomobili idarə etməsi inzibati məsuliyyət yaratmır. Son vaxtlar mülki dövriyyəyə daxil olan “ayıq sürücü” xidməti əməkdaşlarını da buna aid etmək olar. Demək mülkiyyətçinin yaxud digər qanuni sahibin avtomobildə olub-olmamasının mülki məsuliyyətin icbari sığortası üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır və bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər. Qanunvericilikdə bu qaydada müqavilənin bağlanmasını qadağan edən norma da yoxdur. Hazırki işdə də qeyd olunan avtomobil mülkiyyətçi X razılığı ilə Cavabdeh1 tərəfindən idarə edilmişdir. Bunun üçün qanunvericilikdə məc buri forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir. Göründüyü kimi, hazırki işdə də, avtomobil mülkiyyətçi X razılığı ilə Cavabdeh1 tərəfindən idarə edilməyə verilmişdir. Bununla əlaqədar onlar arasında avtomobildən istifadəyə dair şifahi müqavilə bağlanmışdır. Ən azından bunu hansısa şəxs mübahisələndirmir. İddiaçı da həmin müqavilənin tərəfi olmadığına görə bunu mübahisələndirə bilməz. İşdə olan materiallarla, o cümlədən hökmlə də Cavabdeh1 həmin avtomobili mülkiyyətçinin razılığı olmadan idarə etməsi təsdiq olunmur. Ona görə də iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yarana bilməzdi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlillə ri
21. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.
23. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinmə uyğun izahat verərək təmin edilməsini xahiş etdilər.
26. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri
27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
28. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndi rilməməlidir. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
30. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.(Maddə 21)
31. Əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən öd əmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilməsi sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtinanın əsaslarında biridir.(maddə 935.1.7)
32. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. (maddə 936.1)
33. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (maddə 936.2)
34. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış s ığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (maddə 936.5)
35. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). (maddə 1096.1)
36. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (mddə 1096.2)
37. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. (maddə 1097.1)
38. Ətrafdakılar üçü n yüksək təhlükə ilə bağlı fəaliyyət nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və hüquqi şəxsin öhdəsinə qoyulur. (maddə 1108.1)
39. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə m ənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. (maddə 1108.2) “İcbari sığortalar haqqında” Qanun 40. mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər (maddə 19.3) 41. əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. (maddə 20.5)
42. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.. (madə 52.1) Mülki Prossesual Məcəllə
43. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
44. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
45. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqc adan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
46. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.
51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4803/2020 nömrəli iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.