Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1562/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı2, iddiaçıların vəkili X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Seyfəlov Yusif Kamil oğlunun iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli, 2(103)-12229/2019 saylı qətnaməsindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri ü zrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 2(010)3404/2019 saylı qətnaməsi ilə (hakim R.Y.Həsənov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli, 2(103)-12229/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi İ.Ə.Kərimli, X.A.Cəmilova və İ.K.Xəlilov) iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 2(010)3404/2019 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərərin əvəzi kimi 843 (səkkiz yüz qırx üç) manat və mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat, cəmi 1343 (min üç yüz qırx üç) manat pul vəsaitinin tutularaq İddiaçı1, mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat pul vəsaitinin tutularaq İddiaçı2 ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol- nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq: müayinəyə çəkilmiş 843 manat, dərman preparatlarının alınmasına çəkilmiş 5469,79 manat, nəqliyyat xərci olaraq 2358 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 mana t, ümumilikdə 58.670,79 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi, “xxxx” ASC-nin 1 saylı Sabunçu Filialı ilə İddiaçı2 arasında bağlanmış 17 oktyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlərin təqsiri üzündən İddiaçı2 banka artıq ödədiyi 23557,02 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 40.000 manat, ümumilikdə 63.557,02 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 iyul 2015-ci il tarixdə YYYnun 16 yaşlı oğlu Cavabdeh2 nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan atasına məxsus “X4” markalı avtomaşını idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə İddiaçı1 idarə etdiyi “Hyundai Sonata” markalı avtomaşınla toqq uşmuşdur. Hadisə nəticəsində İddiaçı1 ağır, yanındakı sərnişin isə az ağır bədən xəsarəti almışdır. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılmış, istintaqla cinayətin törədilməsində Cavabdeh2 təqsirli olması sübuta yetirilsə də, cinayəti törədərkən 16 yaşına çatmadığına görə onun barəsində cinayət işinin icraatına xitam verilmişdir. Qəzadan sonra İddiaçı1 47 gün koma vəziyyətində qalmış, müayinə və müalicəsinə xeyli vəsait sərf olunmuşdur. Zəruri müalicələri lazımi dərəcədə etdirməyə maddi imkanı olmadığından və eləcə də cavabdeh tərəf ona heç bir maddi yardım etmədiyindən o, sağtərəfli iflic və dil qüsurlu olmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına və əmlakına vurulmuş zərərin, habelə digər xərclərin əvəzinin ödənilməsi üçün o, hadisədən bir neçə ay sonra iddia ər izəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə qaydasında həmin xərclərlə bağlı qərar qəbul edilmişdir. Vurulmuş zərərin əvəzinin ödənilməsi üçün ilk dəfə məhkəməyə müraciət edəndən sonrakı dövrdə İddiaçı1 müayinə və müalicələri davam etmiş, həmin müayinə və müalicə xərcləri, habelə hadisə ilə bağlı iddiaçı tərəfin çəkdiyi bəzi xərclər əvvəlki iddia ərizəsində qeyd olunmamışdır. Belə ki, əvvəlki məhkəmə qərarlarında qeyd olunanlardan əlavə İddiaçı1 müayinə və müalicə olunması üçün 843 manat, müalicə olunması üçün zəruri olan dərman preparatlarının alınmasına 5469,79 manat, cavabdehlərin qanunsuz əməlləri barədə müxtəlif dövlət orqanlarına müraciətlər üçün poçt xidmətlərinə 239,81 manat, müayinə və müalicələrə, habelə şikayətləri ilə əlaqədar dövlət orqanlarına və məhkəmələrə gedərkən qonşular ın və tanışların avtomobilinə yanacaq alaraq 2358 manat xərc çəkmişdir. Bundan əlavə, zərərçəkənin anası İddiaçı2 hadisə baş verməmişdən əvvəl, yəni 17 oktyabr 2014-cü il tarixində “xxxx” ASC-nin 1 saylı Sabunçu Filialı ilə kredit müqaviləsi bağlayaraq, 4600 manat kredit götürmüşdür. Həmin vaxt oğlunun fiziki sağlamlığı yerində idi, işləyib gəlir əldə edirdi, ailənin maddi ehtiyaclarını qarşılayırdı. İddiaçı2 əldə etdiyi gəlir hesabına isə banka olan kredit borcları vaxtında ödənilirdi. Hadisə baş verdikdən sonra o, öz gəlirləri hesabına həm oğlunun müalicə və müayinə xərclərini ödəməyə, həm də maddi ehtiyaclarını qarşılamağa məcbur olduğu üçün, kredit borclarını ödəyə və bank qarşısında öhdəliyini icra edə bilməmişdir. O, bankdan götürdüyü kredit borcuna görə, faizlərlə birlikdə 6498,65 m anat pul ödəməli olduğu halda, cavabdehlərin təqsiri üzündən baş vermiş hadisə nəticəsində ödəmə qabiliyyəti itdiyi üçün, banka faizlər və cərimələrlə birlikdə ümumilikdə 30055,67 manat pul ödəmək məcburiyyətində qalmışdır. Buna görə də, cavabdehlərin təqsiri üzündən o, banka 23557,02 manat məbləğində artıq pul ödəmişdir. Hadisə nəticəsində İddiaçı1 ona vurulmuş mənəvi zərəri 50000 manat, İddiaçı2 isə 40000 manat məbləğində qiymətləndirir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib i şin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin qismən- iddianın qismən təmin edilməsi hissəsində ləğv edilib iddia tələbinin həmin hissədə təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçıların kassasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətində göstərilir ki, iddianın vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1104.1, 1104.2-ci maddələrinə istinad etsə də, həmin maddələri səhv təfsir edərək, maddi zərərin ödənilməsi barədə iddianın 843 manatdan başqa digər hissəsinin düzgünlüyünü təsdiq edən mötəbər sübutların təqdim edilmədiyini əsassız qeyd etmişdir. Kassasiya şikayətində iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi ilə əlaqəd ar apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıların hər birinə vurulmuş mənəvi zərərin hansı əsaslara, kriteriyalara və səbəblərə görə 500 manat müəyyən edilməsinin göstərilmədiyi və bunun işin faktiki hallarına görə ədalətsiz olduğu qeyd edilmişdir. Cavabdehlərin kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətində qey d olunur ki, törədilən yol -nəqliyyat hadisəsi nəticəsində iddiaçı LLL vurulmuş zərərin əvəzi əvvəlki məhkəmə qərarlarına əsasən 34.329 manat məbləğində artıqlaması ilə ödənilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi əsassız olaraq iddiaçıların iddiasının müalicə və müayinəyə çəkilmiş 843 (səkkiz yüz qırx üç) manat və mənəvi iztirab hissəsində əsaslı sayaraq hər bir iddiaçıya münasibətdə 500 manat məbləğində, cəmi 1843 manat məbləğində pulun tutulmalı olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçıların vəkili X2 və İddiaçı2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi, qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Seyfəlov Yusif Kamil oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi, qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı1 üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı2, iddiaçıların vəkili X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Seyfəlov Yusif Kamil oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçıların kassasiya şikayəti tam, cavabde hlərin kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb a pellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıda müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104.1, 1104.2-ci maddələrinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. İş materiallarından görünür ki, zərərin vurulmasına gətirib çıxarmış yol-nəqliyyat hadisəsinin baş verməsində özünə məxsus avtomobili idarə etmək üçün nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsə vermiş Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (01.03.2016-cı il tarixə qədər qüvvədə olmuş redaksiyada) 152-3.3-cü maddəsi ilə inzibati məsuliyyət daşımışdır. Buna görə də yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə hər iki cavabdeh müştərək qaydada mülki məsuliyyət daşıyır. İddiaçının təqdim etdiyi müayinəyə çəkilmiş xərclər barədə qəbzlərdən görünür ki, İddiaçı1 koma vəziyyətindən çıxdıqdan sonra tibbi müayinələrdən keçmək üçün 140 manat + 165 manat + 30 ma nat +140 manat + 260 manat + 50 manat + 28 manat +30 manat olmaqla, cəmi 843 manat xərc çəkmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxs kimi İddiaçı1 mənəvi iztirab və sarsıntı, İddiaçı2 isə İddiaçı1 anası kimi mənəvi sarsıntı keçirmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mənəvi zərərin əvəzi kimi cavabdehlərdən müştərək qaydada iddiaçıların hər birinə 500 manat məbləğində pul tutulub verilməlidir. Apellyasiya instansiyası məhkəməsi dərman preparatlarının alınmasına çəkilmiş 5469,79 manat, nəqliyyat xərci olaraq 2358 manat, “xxxx” ASC-nin 1 saylı Sabunçu Filialı ilə İddiaçı2 arasında bağlanmış 17 oktyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlərin təqsiri üzündən İddiaçı2 banka artıq ödədiyi 23557,02 manat pulun cavabdehlərdən tutulmalı olması barədə iddia tələblərini əsassız hesab edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, İddiaçı1 hadisədən sonra aldığı müalicə və müayinələrə görə çəkdiyi xərclərin əvəzi əvvəlki məhkəmə qərarlarında nəzərə alınmış, lakin xəstəxanada müalicə alıb çıxdıqdan sonra müalicəsini davam etdirməsi,iddia ərizəsinə əlavə olunmuş aptek qəbzlərinin məhz İddiaçı1 müalicəsi ilə bağlı olması, həmin dərmanların hansı həkim reseptləri əsasında alınması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.İddia ərizəsinə əlavə olunmuş yanacaqdoldurma məntəqələrindən alınmış ödəmə qəbzlərinin məhz İddiaçı1 müalicə və müayinəyə, habelə müxtəlif dövlət orqanlarına şikayətə gedərkən sərf olunmuş yanacağa görə ödə nilmiş pulla bağlı olması barədə iş materiallarında tutarlı sübut yoxdur. Bundan əlavə, cavabdehlərin qanunsuz əməlləri barədə müxtəlif dövlət orqanlarına müraciətlər üçün poçt xidmətlərinə 239,81 manat məbləğində xərc çəkmələri barədə iddia ərizəsinin təsviri hissəsində qeyd olunsa da, iddia ərizəsinin tələb hissəsində bu barədə heç bir tələb irəli sürülməmişdir.“xxxx” ASC-nin 1 saylı Sabunçu Filialı ilə İddiaçı2 arasında bağlanmış 17 oktyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlərin təqsiri üzündən İddiaçı2 banka artıq ödədiyi 23557,02 manat pulun cavabdehlərdən tutulmalı olması barədə tələb də əsassızdır. Belə ki, həmin kredit müqaviləsinin tərəfləri “xxxx” ASC-nin 1 saylı Sabunçu Filialı ilə İddiaçı2dır. Həmin kredit müqaviləsi üzrə öhdəliyin İddiaçı2 tərəfindən lazımi qa ydada yerinə yetirilməməsində cavabdehlərin təqsirli barədə məhkəməyə tutarlı sübut təqdim olunmamışdır. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, mənəvi ziyanla bağlı iddiaçıların apellyasiya şikayətinin dəlilində aşağıdakılar qeyd olunmuşdur: “... 07 iyul 2015-ci il tarixdə Cavabdeh1 16 yaşlı oğlu Cavabdeh2 idarə etdiyi “X5” avtomobilini sürücülük səlahiyyəti olmadığına baxmayaraq, polisin saxla əmrinə tabe olmamış, avtomobili saatda 100 km sürətlə idarə edərək, yolun əks istiqamətinə çıxaraq, mənim idarə etdiyim “Hundai Sonata” markalı avtomobillə toqquşmuş və hadisə yerindən qaçmışdır. Qəza nəticəsində mən 47 gün komada, 5 gün intensiv şöbədə qaldım. Ailəmin məni xəstəxanada saxlamaq imkanı olmad ığı üçün evə aparmalı oldular. Çəkdiyimiz külli miqdarda xərc nəticəsində mən komadan ayıldıqdan sonra yaxşı idim. Lazım olan müalicələri lazımı dərəcədə elətdirməyə ailəmin imkanı olmadığı üçün eləcə də mənə xəsarət yetirən şəxsin heç bir maddi yardım etməməsi üzündən mən artıq sağtərəfli iflic, nitq qüsurlu oldum...”.Lakin apellyasiya instansiyası məhkəməsi mənəvi ziyanla bağlı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə tam hüquqi qiymət verməmiş, hal-hazırda zərərçəkmiş İddiaçı1 səhhəti ilə bağlı onun hansı vəziyyətdə olması, yəni apellyasiya şikayətində qeyd edildiyi onun sağtərəfli iflic, nitqinin qüsurlu olub-olmamasını araşdırmamışdır. Bundan əlavə, zərərçəkmişin anası, digər İddiaçı2 yol-nəqliyyat hadisəsindən əvvəl 17 oktyabr 2014-cü il tarixində “xxxx” ASC-nin 1 saylı Sabunçu Filialı ilə bağlı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməsi, lakin hadisədən sonra oğlunun müayinə və müalicə xərcləri ilə bağlı cərimə və faizlərə görə əlavə 23.557,02 manat pul ödəməsinə dair iddia tələbinin dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən tam araşdırılmamış, həmin tələbin əsaslı olub-olmaması ilə bağlı müqavilə bağlanılan banka müvafiq sorğu verilməmişdir. Bundan əlavə iddia tələbinin dəlilləri ilə bağlı düzgün hüquqi nəticəyə gəlmək üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarındakı aşağıdakı göstərişlər də nəzərə alınmalıdır: “...Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsi ndə əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənil ərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır...”. Yuxarıda şərh olunanlardan göründüyü kimi iddia tələbləri ilə bağlı maddi və mənəvi ziyanın məbləği qarşılıqlı əlaqələndirilməklə məhkəmə tərəfindən düzgün müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etm əli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli, 2(103)-12229/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1562/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1562/2020
17.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver