Məhkəmə qərarları › İş №2(102)-1563/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1563/2022

04.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1563/2022 04.02.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2892/2021 nömrəli, 05 yanvar 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2892/2021 nömrəli, 01 noyabr 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsi Sumqayıt Apellyasiya Məhkə məsinin Mülki Kollegiyasının 2(105)-2892/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2892/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qərardadından kassasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2892/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə əsasən geri qaytarılıb. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2892/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qərardadından kassasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2892/2021 nömrəli, 05 yanvar 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qayt arılıb. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin vəkil tərəfindən tərtib və imza edilməməsinə, eləcə də şikayətin elektron kabinet vasitəsilə verilməməsinə istinad edib. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2892/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qərardadından kassasiya şikayəti verib. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti icraata qəbul edilməməlidr. Belə ki, əvvəla, kassasiya şikayətini iddiaçı özü tərtib edib, imzalayıb. Şikayət vəkil tərəfindən tərtib ediməmiş, imzalanmamışdır. Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə görə isə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi, elektron mə hkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda, iddiaçı tərəfindən təqdim edilmiş kassasiya şikayəti bu qaydaya riayət olunmadan verilmiş, şikayət elektron kabinet vasitəsilə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 408.1.7-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmçinin iddiaçı kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə ə məl etməmiş, şikayət Mülki Prosessual Məcəllənin 3 saylı Əlavəsində müəyyən olunmuş lazımi formada tərtib edilməmişdir. İddiaçı şikayətində hansı hüquq normalarının pozulmasını göstərməmiş, qeyriprosessual ifadələrdən istifadə etmiş, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə də əməl etməmişdir. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilən kassasiya şikayəti isə bu tələblərə cavab vermir. MPM-nin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci ma ddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2892/2021 nömrəli, 05 yanvar 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Sumqayıt Apellyasiya Məhk

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar