Məhkəmə qərarları › İş №2(102)-1567/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1567/2022

09.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1567/2022 09.02.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD işin icraata qəbulundan imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-449/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-449/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda eyni məzmunlu kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətləri məhkəmənin gəldiyi nəticə üçün əhə miyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə əsaslandırılmışdır. Şikayətlərdə maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması ümumiyyətlə göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (407.2). Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır (408.1.5). Bu Məc əllənin 408.1.1. və 408.1.3408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.2). Mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassatorların dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir. Ona görə də cavabdehlərin kassasiya şikayətlərinin icraata qəbul edilməsindən imtina edilməli və iş şikayətlərin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 408.1.5 və 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-449/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ay rı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətlərinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar