Məhkəmə qərarları › İş №2(102)-1568/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1568/2025

13.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1568/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı (Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1117/2025 nömrəli 28 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qəra rı qəbul etdi. İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 618 saylı sərəncamı ilə Nəsimi rayonu, Bakıxanov, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrinin kəsişməsində yaşayış binalarının tikintisi məqsədilə "xxxx" MMC-yə İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamı əsasında icarə üzrə ayrılmış 0,5495 ha torpaq sahəsinin 0,3071 ha hissəsi yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsinin müvafiq qanunvericiliyə uyğun olaraq həll edilməsi "xxxx " MMC-yə tapşırılmış, "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərək, 0,2424 ha müəyyən edilmişdir;

3. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 188 saylı sərəncamı ilə "xxxx" MMC-yə dair xx.xx.2014-cü il tarixli, 618 saylı sərəncam Cavabdeh adına keçirilmişdir; 4. "xxxx" MMC Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 188 saylı sərəncamının ləğvini tələb etsə də, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə onun iddiası təmin edilməmişdir. İddiaçı həmin sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddiası isə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mümkün sayılmamış və həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmı şdır (sözügedən qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir);

5. Bakı şəhəri Nəsimi rayonu MKTB 59 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubla müəyyən edilir ki, İlqar İsmayılov (keçmiş Qabışev) küçəsi 58 saylı ünvanda yerləşən mənzillər Bakı şəhər İcra Hakimiyyəti Başçısının 323 saylı xx.xx.2004cü il tarixli və 618 saylı xx.xx.2014-cü il tarixli sərəncamlarına əsasən, təqribən 2015-2016cı illər ərzində sökülmüş, MKİS tərəfindən hesabatların dayandırılması haqqında məktub xx.xx.2017-ci il tarixdə MKTB-yə göndərilmişdir;

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, Nəcəf bəy Vəzirov və İlqar İsmayılov (keçmiş Qabışev) və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsi ünvanında yerləşən daşınmaz əmlaklar məhv olduğundan, onlara dair dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş, həmin qərar qanuni qüvvəsini aldığından, müvafiq idarə tərəfindən icra olunaraq daşınmaz əmlakın dövlət reyestrində bu barədə müvafiq qeydiyyat aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün ayrılmış 0,3071 ha torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli, 15/38 saylı ayrıc aktının əhatə etdiyi torpaq sahəsində, N.Vəzirov küçəsi 1, 3, 5 və 7 ünvanlarında, həmçinin İ.İsmayılov (keçmiş Qabışev) küçəsi 58 ünvanında mövcud olmuş daşınmaz əmlakların bərpa edilərək İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh MMC-nin adına keçirilmiş Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq Cavabdeh MMC tərəfindən həll edilməli idi. Cavabdehin törətdiyi qanunsuz əməllər nəticəsində Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş hüquqları pozulmuşdur.

9. Cavabdeh MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs QSC (Cavabdeh MMC ona qoşulmuşdur) etiraz ərizələri ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişlər.

10. Etiraz onunla əsaslandırılmışdır ki, sözügedən ərazidəki daşınmaz əmlakların, o cümlədən iddiaçının sahibi olmuş yaşayış otaqlarının yerləşdiyi yaşayış binasının (İ.İsmayılov küçəsi, ev 58) sakinlərinin əsas hissəsi 2014-cü ildə olmaqla, notarial qaydada yazdıqları ərizələrlə, bağladıqları əqdlərlə "xxxx" MMC-yə və "xxxx" MMC-yə mənzillərini sökməyə razılıq vermişlər. İddiaçının sahibi olduğu yaşayış otaqlarına münasibətdə belə yazılı razılığın müəyyən edilməməsi iddiaçının öz əməlləri ilə əlqədardır. Belə ki, "xxxx" MMC-nin rəhbəri olaraq, o, ya özünün yazılı razılığına ehtiyac duymadan bi nanı sökmüşdür, ya da cavabdehə təhvil verilməli sənədlərin içindən özünün razılıq sənədlərini çıxarmışdır. İşin mübahisə olunmayan hallarından göründüyü kimi, iddiaçının sahibi olduğu yaşayış otaqları onun eyni zamanda rəhbəri olduğu "xxxx" MMC üçün ayrılmış inşaat ərazisində yerləşən yaşayış binasının müstəqil olmayan tərkib hissəsi olmuşdur. İddiaçının bilavasitə rəhbəliyi ilə həmin bina sökülmüş, sonra da ərazidə inşaat aparmaq hüququ cavabdehə ötürülmüşdür. Belə olan halda, iddiaçının öz otaqlarının sökülməsinə razılıq vermədiyi istisna olunur. Faktiki verilmiş belə razılığın yazılı sənəddə ifadə olunması zərurəti isə qanunvericiliklə tələb olunmur. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları, yəni onun mülkiyyətində olmuş 2 yaşayış otağının cavabdeh tərəfindən söküldüyü nü sübut etməlidir. Məhkəmə yalnız iddiaçının bu hal barədə təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin iddiaçı daşınmaz əmlakın cavabdeh tərəfindən söküldüyünü təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı cavabdeh tərəfindən hansı hüquq pozuntusuna yol verildiyini, hansı hüquq normasının tələblərini pozduğunu və hansı normativ hüquqi akta əsasən daşınmaz əmlakları bərpa etmək vəzifəsini daşıdığını göstərə bilməmişdir. İddiaçı cavabdeh hüquqi şəxsin ona məxsus yaşayış otaqlarını qanunsuz sökdüyünü iddia edirsə, onda ən azından, həmin otaqları sökmüş fərdlərin kimliyini, onların cavabdehlə əlaqəsini sübut etməlidir. Cavabdeh tərəfindən mülki məsuliyyəti yarada bilən hər hansı bir hüquq pozuntusunun törədildiyinə dair məhkəmənin, ibtidai istintaq orqanının, inzibati orqanların, digər dövlət orqanlarının və ya təşkilatlarının qəbul etdiyi hökm, qərar, yaxud başqa bir akt yoxdur. Hazırkı işdə iddia predmeti olan otaqların yerləşdiyi bina iddiaçının bilavasitə rəhbərliyi ilə söküldüyü üçün onun məruz qaldığı zərərin əvəzi ödənilməyə bilər. Bütün hallarda nəzərə alınmalıdır ki, iddiaçının sahibliyində olmuş 2 otaq çoxmənzilli yaşayış binasının qeyrimüstəqil tərkib hissəsi olmuşdur. Həmin bina digər hissədarların da razılığı ilə bütünlüklə sökülmüşdür. İndi isə bina bütünlüklə bərpa edilmədən iddiaçının sahibi olduğu otaqları bərpa etmək mümkün deyil. Digər tərəfdən, şəhərsalma planlarına və dövlət orqanlarının qəbul etdiyi aktlara əsasən həmin ərazidə yeni yaşayış binaları inşa edilməlidir. Beləliklə, iddiaçıya məxsus olmuş a yrıca 2 otağın əvvəlki vəziyyətinə bərpa edilməsi çoxlu sayda başqa sakinlərin və payçıların hüquqlarını pozmadan mümkün deyil. Eləcə də onların bərpası dövlət mənafelərinə ziddir. Odur ki, iddia tələbi, onun icrası mümkünsüz olduğu üçün də rədd edilməlidir.

11. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-1616/2-10/2634 nömrəli ekspert rəyi ilə “GoogleEarth” internet xəritə proqramı vasitəsi ilə illər üzrə peyk şəkillərinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi ilə Nəcəfbəy Vəzirov küçəsinin kəsişməsində yerləşən baxış zamanı təqdim olunan ərazidə xx.xx.2014-cü il tarixədək müxtəlif tikililərin mövcud olduğu, xx.xx.2015-ci il tarixli görüntüdə ərazinin şimal-qərb hissəsində (İ.İsmayılov küçəsinin istiqamətində) yerləşən tikililərin sö küldüyü, xx.xx.2019-cu il tarixli və sonrakı görüntülərdə ərazinin şərq istiqamətində yerləşən tikililərin söküldüyü, xx.xx.2023-cü il tarixli görüntüdə isə ərazinin Nəcəfbəy Vəzirov küçəsi istiqamətində yerləşən tikililərin söküldüyü müəyyən edilmişdir.

12. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-537/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia rədd edilmişdir.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının yalnız əvvəllər onun mülkiyyətində olduğu müəyyən edilən ünvan 2 ünvanında yerləşən 4 nömrəli mənzilinin 2 otaqdan ibarət payı və Vəzirov küçəsi, ev 7 ünvanında X2 adına qeydiyyatda qalmaqla notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən ona satılmış paylar (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsi nə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir) ilə bağlı iddia irəli sürməyə subyektiv hüququ olmuş, digər əmlaklarla bağlı isə rəsmiləşdirmə müvafiq qaydada aparılmadığından, yəni əmlaklara dair notariat qaydasında təsdiq edilmiş yazılı əqdlər olmadığından və həmin əmlaklar daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmadığından, onun N.Vəzirov küçəsi 1, 3, 5 və 7 ünvanlarında və İ.İsmayılov (keçmiş Qabışev) küçəsi, 58 ünvanında mövcud olmuş digər daşınmaz əmlaklarla bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan əmlak müvafiq sərəncamın cavabdehin adına keçirilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli sərəncamından əvvəl sökülmüş, yəni əmlakı cavabdeh sökməmiş, barəsində notariat qaydasında müqavilə olan əmlak isə sərəncamdan sonra sökülmüşdür. Lakin qeyd edilməlidir ki, hazırda mübahisəli ərazidə tikintinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilməsinə dair müvafiq sərəncamın cavabdehin adına keçirilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli, 188 saylı sərəncamı qüvvədədir, deməli, ərazidə tikinti işlərini aparmağa məsul şəxs məhz cavabdeh MMC-dir.

15. Ərazidəki əmlakların müxtəlif vaxtlarda sökülməsi və həmin ərazinin boş olması, əmlaklar məhv olduğundan, dövlət reyestrindəki qeydlərinin məhkəmə qərarı əsasında ləğv edilməsi hazırkı iş üzrə müəyyən edilmiş mübahisəsiz hallar olduğunda n məhkəmə hesab etmişdir ki, iddiaçının əvvəlki vəziyyətin bərpa edilməsinə dair tələbinin təmin edilməsi mümkün deyildir. Çünki, yuxarıda da qeyd edildiyi kimi, müvafiq sərəncam qüvvədədir və ərazi hazırda boşdur. Bu o deməkdir ki, gec-tez qeyd olunan ərazidə yeni tipli yaşayış və qeyri-yaşayış binaları tikilməlidir (İcra Hakimiyyəti tərəfindən verilmiş belə sərəncamların məqsədi Bakı şəhərinin abadlaşdırılması üçün şəhərin görünüşünə xələl gətirən köhnə tipli binaların sökülərək, yeni tipli binaların tikilməsi olur).

16. Məhkəmə hesab etmişdir ki, cavabdehin üzərinə əvvəllər bir hissəsi iddiaçıya məxsus olmuş mənzilin və barəsində iddiaçının sahiblik və istifadə hüququ olmuş digər mənzilin bərpa edilməsi barədə öhdəliyin qoyulması ilə bağlı qərarın qəbul edilməsi hüququn ədalət, mütənasi blik, vicdanlılıq və başqa şəxslərin hüquqlarına hörmət prinsiplərinə uyğun gəlmir. Çünki həmin ərazidən köçürülmüş çoxsaylı vətəndaşların (sakinlərin), eləcə də gələcəkdə inşa ediləcək binalarda mənzillər almış (əldə etmiş) digər şəxslərin yeni inşa ediləcək binalardakı mənzillərinə sahiblənmək kimi qanuni gözləntiləri mövcuddur.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 72-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 55.5, 139.1, 139.3, 146.1-146.2, 150.1, 459.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1-76.2, 77.1, 80, 101.7, 106.1, 103.1, 115.0.1, 119.1, 217.3-217.4-cü maddələrinə və “M.Bağırovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-537/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsi ilə analoji məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin özbaşınalığı nəticəsində sökülmüş və iddiaçının hazırda bərpa edilməsini tələb etdiyi daşınmaz əmlaklar üzərində iddiaçının ən azından sahiblik və istifadə hüquqları olmuşdur.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(103)-1117/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər hakimlər Akif İsgəndərov – sədrlik edən və məruzəçi, Səadət Səlimova və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları əsasında yalnız ünvan 2 ünvanında yerləşən 4 nömrəli mənzilin 2 otaqdan ibarət payının xx.xx.2009-cu il tarixdə iddiaçının adına qeydiyyata alınması, iddiaçı ilə X3 arasında Vəzirov küçəsi, ev 7-də Mənsurə Əliyevaya məxsus olan payların iddiaçıya satılmasına dair notariat qaydasında təsdiq edilmiş daşınmaz əmlakın xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi olsa da, əmlakın müvafiq reyestrdə iddiaçının adına qeydiyyata alınmaması, iddia tələbində göstərilən digər əmlakların da sökülənədək başqa şəxslərin adında qeydiyyatda olması, belə ki, 2006-cı ildə Vəzirov küçəsi, ev 3 ünvanı üzrə müxtəlif şəxslərin iddia çıdan kompensasiya almasına və həmin ünvanların sökülməsinə razı olmalarına dair ərizələri olsa da, həmin əmlakın iddiaçının adına qanuna müvafiq qaydada rəsmiləşdirilməməsi müəyyən edilmişdir.

22. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının yalnız əvvəllər onun mülkiyyətində olduğu müəyyən edilən ünvan 2 ünvanında yerləşən 4 nömrəli mənzilin 2 otaqdan ibarət payı və Vəzirov küçəsi, ev 7 ünvanında X2 adına qeydiyyatda qalmaqla, notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən ona satılmış paylar (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir) ilə bağlı iddia irəli sürməyə subyektiv hüququ olmuş, digər əmlaklarla bağlı isə rəsmiləşdirmə müvafiq qaydada aparılmadığından, yəni əmlaklara dair notariat qaydasında təsdiq edilmiş yazılı əqdlər olmadığından və həmin əmlaklar daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmadığından, onun N.Vəzirov küçəsi 1, 3, 5 və 7 ünvanlarında və İ.İsmayılov (keçmiş Qabışev) küçəsi, 58 ünvanında mövcud olmuş digər daşınmaz əmlaklarla bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır.

23. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan əmlak müvafiq Sərəncamın cavabdehin adına keçirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli Sərəncamından əvvəl sökülmüş, yəni əmlakı cavabdeh sökməmiş, barəsində notariat qaydasında müqavilə olan əmlak isə Sərəncamdan sonra sökülmüşdür. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırda mübahisəli ərazidə tikintinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilməsinə dair müvafiq Sərəncamın cavabdehin adına keçirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, 188 saylı Sərəncamı qüvvədədir, deməli, ərazidə tikinti işlərini aparmağa məsul şəxs məhz cavabdeh MMC-dir. Ərazidəki əmlakların müxtəlif vaxtlarda sökülməsi və həmin ərazinin boş olması, əmlaklar məhv olduğundan, dövlət reyestrindəki qeydlərinin məhkəmə qərarı əsasında ləğv edilməsi hazırkı iş üzrə müəyyən edilmiş mübahisəsiz hallar olduğundan iddiaçının əvvəlki vəziyyətin bərpa edilməsinə dair tələbinin təmin edilməsi mümkün deyildir. Çünki, yuxarıda da qeyd edildiyi kimi, müvafiq Sərəncam qüvvədədir və ərazi hazırda boşdur. Bu, o deməkdir ki, gec-tez qeyd olunan ərazidə yeni tipli yaşayış və qeyri-yaşayış binaları tikilməlidir (İcra Hakimiyyəti tərəfindən verilmiş belə sərəncamların məqsədi Bakı şəhərinin abadlaşdırılması üçün şəhərin görünüşünə xələl gətirən köhnə tipli binaların sökülərək, yeni tipli binaların tikilməsi olur). Məhkəmə hesab etmişdir ki, cavabdehin üzərinə əvvəllər bir hissəsi iddiaçıya məxsus olmuş mənzilin və barəsində iddiaçının sahiblik və istifadə hüququ olmuş digər mənzilin bərpa edilməsi barədə öhdəliyin qoyulması ilə bağlı qərarın qəbul edilməsi hüququn ədalət, mütənasiblik, vicdanlılıq və başqa şəxslərin hüquqlarına hörmət prinsiplərinə uyğun gəlmir. Çünki həmin ərazidən köçürülmüş çoxsaylı vətəndaşların (sakinlərin), eləcə də gələcəkdə inşa ediləcək binalarda mənzillər alm ış (əldə etmiş) digər şəxslərin yeni inşa ediləcək binalardakı mənzillərinə sahiblənmək kimi qanuni gözləntiləri mövcuddur.

24. Yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi göstərilənlərə əsasən iddianı əsassız saymış və rədd etmişdir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətinin iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış dəlillərini formal mülahizə xarakterli dəlillər saymışdır. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən müfəssəl hüquqi qiymət verildiyindən bu dəlillər üzrə yenidən hər hansı araşdırma aparılmasına və onlara qiymət verilməsinə prosessual baxımdan ehtiyac yoxdur.

26. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şi kayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ləğvi üçün əsas ola bilməz.

27. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 55.5, 139.1, 139.3, 146.1-146.2. 150.1 və 495.5-ci, “M.Bağırovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli qərarına istinad etməklə əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (vəkil Nümayəndə1 Mehdi oğlu) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-cü il tarixli, 2(103)-1117/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırıl mışdır ki, iddiaçının dövlət reyestrində qeydə alınmamış əmlaklar üzərində real sahiblik və istifadə hüququ mövcuddur. Bu hüquqlar notariat qaydasında təsdiq olunmuş alqı-satqı münasibətləri ilə təsdiqlənir. Həmçinin əmlakın dəyəri ödənilmiş, razılaşmalar yazılı şəkildə sənədləşdirilmişdir. Buna baxmayaraq, məhkəmə yalnız mülkiyyət hüququnun rəsmi qeydiyyatı olmadığını əsas götürərək hüquqların mövcudluğunu rədd etmişdir. Bundan əlavə, ekspert rəyi (xx.xx.2024 tarixli) sübut edir ki, daşınmaz əmlakların əksəriyyəti cavabdehə verilmiş sərəncamdan sonra sökülmüşdür. Bu, iddiaçının hüquqlarının pozulduğunu təsdiq edir. Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin təcrübəsi göstərir ki, konsensual müqavilə əsasında daşınmaz əşyaya sahibliyin hüquqi müdafiəsi mümkündür, hətta mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa belə. Məhkəmə sübutlara obyektiv, hərtərəfli və tam yanaşmamış, notariat qaydasında təsdiq edilmiş ərizələr, ekspert rəyləri, peyk görüntüləri və digər sənədlərə lazımi hüquqi qiymət verməmiş və iddianı formal şəkildə rədd edilmişdir. Google Earth şəkilləri əsasında aparılmış ekspertiza göstərmişdir ki, əmlakların sökülməsi əsasən 2017-ci ildən sonraya təsadüf edir. Bu isə cavabdeh tərəfin məsuliyyətini təsdiq edir. Konstitusiya Məhkəməsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları sübut edir ki, əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqları yalnız rəsmi qeydiyyatla deyil, əqdlər və faktiki sahibliyin mövcudluğu ilə də qorunur. Məhkəmələr bu hüquqi mövqeləri nəzərə almadan qətnamə çıxarmışdır.

30. Bundan əlavə, apellyasiya məhkəməsi tərəfindən Mü lki Məcəllənin 146.1-ci maddəsinə, yəni “daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir” müddəasına formal istinad edilməsi ilə guya iddiaçının hazırkı iş üzrə iddia qaldırmaq üçün subyektiv hüququnun olmadığı barədə gəldiyi nəticə də əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarında olan sənədlərdən - həmin ərazidəki daşınmaz əmlakların mülkiyyətçiləri və orada yaşayan şəxslərin notariat qaydasında verdikləri ərizələrdən, yəni aydın şəkildə bildirdikləri iradə ifadəsindən də aydın görünür ki, iddiaçı tərəfindən həmin mənzillərin dəyəri onlara ödənilmişdir və bunun müqabilində də onlar pulların alınmasını təsdiq etməklə yanaşı, əmlaka olan bütün hüquqlarını iddiaçıya vermişlər. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

33. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

34. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal b aş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya i nstansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər əsasında bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Mübahis əyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının daşınmaz əmlakların bərpa edilməsi barədə tələblərini təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmir.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillərə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məh kəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1117/2025 nömrəli 28 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar