Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1569/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və “Cavabdeh2” Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil-tikinti kooperativlərinin fəaliyyətindən irəli gələn mübahisə (mənzilə dair bağlanmış müqavilə ilə naturadakı sahə fərqinə görə artıq ödənilmiş məbləğin kompensasiyasi), podrat müqaviləsi üzrə iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X1 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və “Cavabdeh2” Mənzil Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1078/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İnşaatçı “Cavabdeh2” MMC ilə sahib İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış mənzil inşaatı müqaviləsinə əsasən inşaatçı inşaat sənayesində mövcud olan işgüzar adətlərə və müqavilənin ayrılmaz tərkib hissəsi olan plan və spesifikaya uyğun olaraq ünvan 4anov rayonu Kazımzadə küçəsindəki 802-803 saylı məhəllədə bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilən yeni yaşayış massivinin E1 blokunun 5-ci mərtəbəsində sahibi, 275 kv metr sahəsi olan 4 otaqlı 19 saylı mənzil ilə təmin etməyi, sahib mənzilin dəyəri olan 820000 ABŞ dollarını ödəməyi öhdəsinə götürmüşlər. 2. “Cavabdeh2” MMC-nin təşkilatı hüquqi forması dəyişilərək MTK-ya çevrildikdən sonra İddiaçı “Cavabdeh2” MTK-ya xx.xx.2015-ci il tarixdə üzv qəbul edilmiş, onun MTKda olan 30E, E1blok 6-cı mərtəbədə yerləşən 4 otaqlı 19 saylı mənzildən ibarət olan payının dəyərini ödədiyi və “Cavabdeh2” MTK-ya borcunun olmadığına dair MTK tərəfindən tərtib və təsdiq edilən sənədlərdə mənzilin sahəsi 217,14 kv metr olaraq göstərilmişdir. 3. xx.xx.2015-ci il tarixdə İddiaçı ünvan 4anov rayonu 802/803-cü məhəllə Kazım Kazımzadə küçəsi 30 e saylı evin 19 saylı mənzilinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən mənzilin sahəsinin 210,5 kv metr olması müəyyən olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci insta nsiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və “Cavabdeh2” MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında “Cavabdeh2” MMC tərəfindən inşa edilən yaşayış binasında yerləşən 4 otaqlı, 210,5 kv metr sahəsi olan 19 nömrəli mənzilə görə artıq ödədiyi 192326 ABŞ dollarının, yaxud hazırki məzənnə ilə 326954 manatın və dövlət rüsumu əvəzi kimi ödədiyi 618 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixdə bağlanmış mənzil inşaat müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 4 otaqlı, 275 kv metr sahəsi olan 19 nömrəli mənzil üçün 820000 ABŞ dolları ödəməyi razılaşdırmışlar. Qeyd olunan məbləğ xx.xx.2011-ci il tarixdə iddi açı tərəfindən Cavabdeh1un rəhbəri Ahmet Çetinə ödənilmiş, iddiaçıya xx.xx.2011-ci il tarixdə “Cavabdeh2” MMC-nin direktoru Tamer Pektaşın imzası ilə maliyyə arayışı təqdim edilmişdir. Müqavilə tərəfi “Cavabdeh2” MMC hazırda “Cavabdeh2” MTK kimi fəaliyyət göstərir və onun qanuni təmsilçisi kim göstərilən Nailə Çetin Cavabdeh1un rəhbəri Ahmet Çetinin həyat yoldaşıdır. Daşınmaz əmlakın dövlət reyestrindən alınmış xx.xx.2015-ci il tarixli RX serialı ******* nömrəli çıxarışda ünvan 3 ünvanında olan daşınmaz əmlakın ümumi sahəsi 210.5 kv metr olması müəyyən edilmişdir. Belə olan halda artıq hesablanmış 64.5 kv metr sahəyə görə iddiaçı tərəfindən 192 326 ABŞ dolları, yaxud hazırkı məzənnə ilə 326.95 manat ödənilmişdir. Bu fakt iddiaçıya bəlli olduqda o, artıq ödədiyi məbləğin qaytarılması üçün ç oxsaylı müraciətlər etməsinə baxmayaraq, onu əvəzləmək üçün cavabdehlər tərəfindən dəfələrlə vədlər verilsə də, bu günə kimi real addım atılmamışdır. Cavabdehlərin sadəcə vaxt uzatması iddiaçıya bəlli olduqda iddiaçının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə göndərdiyi pretenziya məktublarına cavab verilməmişdir.
6. Cavabdeh “Cavabdeh2” MTK məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, iddia tələbinin əsası kimi İddiaçı onunla Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli mənzil inşaatı müqaviləsinə istinad etmişdir. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh2 MMC İddiaçı ünvan 4anov rayonu Kazımzadə küçəsi 802-803-cü məhəllədə bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilmiş “Roseville” yeni yaşayış massivinin E1 blokunun 5-ci mərtəb əsində mərtəbənin ümumi dəhlizinin bir hissəsi, eyvan, sirkulyasiya boşluğu, çöl və daxili divarlar və kolonların tutduğu sahə də daxil olmaqla 275 kv metr tikinti sahəsi olan 4 otaqlı, 19 saylı mənzil ilə təmin etməyi, sahib isə təmir xərcləri daxil olmaqla mənzilin ümumi dəyəri olan 820 000 ABŞ dolları məbləğində pul vəsaitini inşaatçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin məzmunundan göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin predmeti Cavabdeh2 MMC tərəfindən inşa edilmiş “Roseville” yaşayış massivindəki 4 otaqlı mənzil olmuşdur. Mənzilin ümumi sahəsi müqavilənin predmetinə aid deyil, yalnız mənzilin fərqləndirici əlaməti (parametri, ölçüsü) olaraq müqavilədə qeyd olunmuşdur. Yəni Cavabdeh2 MMC sahibi hansısa ümumi inşaat sahəsi ilə deyil, bütövlükdə mənzil ilə təmin e tməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilədə mənzilin ümumi sahəsinin ölçüləri ilə mənzilin qiymətinin bağlılığına dair hər hansı müddəa mövcud deyildir. Bu isə o deməkdir ki, mənzilin ümumi sahəsinin müqavilədə qeyd olunduğundan fərqli olduğu (az və ya çox olduğu) təqdirdə mənzilə görə ödənilməli olan vəsaitin (mənzilin dəyərinin) azaldılması və ya artırılması imkanı tərəflərin razılaşması ilə nəzərdə tutulmamışdır. Bundan əlavə müqavilənin 1-ci bəndində mənzilin ümumi sahəsinin hesablanma qaydası da müəyyən edilmişdir. Həmin bəndə əsasən mənzilin ümumi sahəsinin hesablanması zamanı mərtəbənin ümumi dəhlizinin bir hissəsinin, eyvan, sirkulyasiya boşluğu, çöl və daxili divarların və kolonların tutduğu sahənin də nəzərə alınması qeyd olunmuşdur. Tərəflər arasında bağla nmış və mənzil inşaat müqaviləsi adlandırılmış xx.xx.2011-ci il tarixli müqavilə hüquqi mahiyyətinə görə podrat müqaviləsidir. Podrat müqaviləsi üzrə tərəflər arasındakı hüquq münasibətlərini tənzimləyən qanunvericilikdə podratın nəticəsindən narazı qalan sifarişçinin istənilən vaxt müqavilədən imtina hüququ nəzərdə tutulmuşdur. Lakin podratın nəticələrindən narazı qaldığı halda istənilən vaxt müqavilədən imtina etmək hüququnun olduğu təqdirdə, hazırkı iş üzrə iddiaçı nəinki bu hüquqdan istifadə etməmiş, əksinə qüsurlu hesab etdiyi mənzili qəbul edərək, müqavilənin bağlanmasından sonra keçmiş uzun müddət ərzində müqavilə üzrə öhdəliklərin lazımınca icra edilməməsi ilə bağlı qarşı tərəfə hər hansı tələb irəli sürməmiş, irad və ya etiraz bildirməmişdir. İddiaçının mülkiyyətində olan mənzil ü zərində hüquqlarının dövlət qeydiyyatına alınması və ona DƏDR-dən müvafiq çıxarışın verilməsi üçün əsas Cavabdeh2 MMC ilə iddiaçı arasında bağlanmış hər hansı müqavilə deyil, mənzil tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının xx.xx.2015-ci il tarixli qərarı və pay haqqının ödənilməsi barədə maliyyə arayışı olmuşdur. Həmin sənədlərdə də mənzilin ümumi sahəsinin 217,14 kv metr göstərilmişdir. Mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün DƏDRX təqdim edilməsi məqsədi ilə iddiaçıya bu sənədlər verildiyi zaman da o, mənzilin ümumi sahəsi ilə bağlı hər hansı irad və ya etiraz bildirməmişdir. İddiaçı ilə Cavabdeh2 MTK arasında mənzilin alqı-satqısına dair hər hansı müqavilə bağlanmamışdır. Belə bir müqav ilə tərəflər arasında bağlana da bilməzdi, çünki qanunvericiliyin tələbinə görə MMCdən fərqli olaraq mənzil-tikinti kooperativləri mənzillərin satışı ilə məşğul olmur, onlar yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və yenidən qurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədi ilə yaradılır. İddiaçı mənzil üzərindəki mülkiyyət hüququ mənzil tikinti kooperativinin üzvü olaraq əmlak pay haqqını ödəmiş şəxs kimi MTK-nın verdiyi sənədlər əsasında dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış və mənzil inşaat müqaviləsi adlandırılmış xx.xx.2011-ci il tarixli müqavilə isə mülki qanunvericiliklə müəyyənləşdirilm iş şərtləri pozulmaqla bağlanmış, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış və notariat qaydasında təsdiqlənməmiş əhəmiyyətsiz əqd olaraq etibarsızdır və hüquqi nəticələrin yaranmasına səbəb olmur. Göründüyü kimi, daşınmaz əmlak obyektləri barəsində bağlanan müqavilələr üçün qanunverici tərəfindən konkret bir forma müəyyən edilmişdir və yalnız bu formaya riayət edilməklə, yəni notariat qaydasında təsdiqlənməklə bağlanan müqavilələr qanuni və etibarlı hesab oluna bilər. Hazırkı mübahisənin tərəfləri arasında bağlanmış müqavilə isə mülki qanunvericiliyinin yuxarıda qeyd olunan tələbləri kobud şəkildə pozulmaqla bağlandığına görə əhəmiyyətsiz əqd olaraq etibarsız hesab olunmalıdır. İddiaçının istinad etdiyi mənzil inşaat müqaviləsinin b ağlandığı dövrdə mövcud olmayan və uzun müddət sonra qəbul edilmiş və qüvvəyə minmiş normativ hüquqi aktın hazırkı mühabisənin həlli zaman tətbiq edilməsi səhv nəticəyə gətrib çıxara bilər. Cavabdeh2 MMC ilə İddiaçı arasında müqavilə bağlanan dövrdə hündür mərtəbəli binaların tikintisi fəaliyyəti sahəsində təşəkkül tapan işgüzar adətlərə uyğun olaraq yeni inşa olunan yaşayış binalarında mənzillərin satış qiyməti tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyən edilir və ödənilirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həmdə tərəflərin iradə ifadəsinin həqiqi mənasını bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzər ə alır. Bu zaman bütün müvafiq hallar o cümlədən müqaviləyə qədər ki, danışıqlar və yazışmalar tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika işgüzar adətlər tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Ona görə də İddiaçı cavabdehlər Aral Qrup MMC-yə və Cavabdeh2 MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur.
7. Cavabdeh1 MMC məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, İddiaçı iddia tələbinin əsası kimi onunla Cavabdeh2 MTK arasında bağlanmış mənzil inşaatı müqaviləsinə istinad etmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də göründüyü kimi, mənzil inşaatı müqaviləsi hüquqi ünvanı ünvan 4anov rayonunun inzibati ərazisinə aid olan Cavabdeh2 MMC ilə bağlanmış, maliyyə arayı şına görə, mənzilin dəyəri iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə ödənilmiş, mənzil sertifikatı iddiaçıya Cavabdeh2 MMC tərəfindən verilmişdir. Mübahisə predmeti olan mənzilin yerləşdiyi bina Cavabdeh2 MMC tərəfindən inşa edilmişdir. Pretenziya məktubu da iddiaçı tərəfindən məhz Cavabdeh2 MMC-yə ünvanlanmışdır. İddia ərizəsində ikinci cavabdeh kimi göstərilmiş Aral Qrup MMC ilə İddiaçı arasında heç bir əlaqə, hüquqi münasibətlər mövcud olmamışdır. Onların arasında hər hansı əqd bağlanmamış, müqavilə imzalanmamış, qarşılıqlı öhdəliklər yaranmamışdır. Digər Cavabdeh2 MMC ilə də Aral Qrup MMC-nin heç bir əlaqəsi, bağlılığı, hüquqi münasibətləri yoxdur. İddiaçının nümayəndəsinin güya Cavabdeh2 MMC-nin Aral Qrup MMC-nin tərkibinə daxil olması, ödəniş qəbzinin Aral Qrup MMC-nin rekvizitləri olan bl ankda təqdim olunması və sair bu kimi arqumentləri tam əsassızdır və heç bir sübutlarla təsdiq olunmur. İddiaçının təqdim etdiyi və iş materiallarında olan qəbzin surətindən də görünür ki, həmin sənəd Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq edilmiş və orada nə Aral Qrup MMC-nin adı, ünvanı, VÖEN-ni və ya rekvizitləri, nə onun qanuni təmsilçisi Ahmet Çetinin adı qeyd olunmamış, nə də A.Çetinin imzası mövcuddur. Yalnız qəbzin yuxarı hissəsində Ara Qrup yazısı və ünvan qeyd edilmişdir ki, bunların də heç biri Aral Qrup MMC ilə əlaqələndirilə bilməz. Məlumat üçün qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet resursu olan taxes.gov.az saytında Kommersiya qurumlarının dövlət reyestri məlumatları üzrə axtarış zamanı X5 MMC (VÖEN: ** ********) məlumat əldə olunur. Bundan əlavə, iş materiallarına əlavə olunmuş, mənzilin dəyərinin ödənilməsini təsdiq edən maliyyə arayışı da Cavabdeh2 MMC-nin direktoru tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Belə olan halda Aral Qrup MMC-nin hazırkı iddiaya cavab verməli olan şəxs olmadığına görə ümumiyyətlə onun cavabdeh qismində cəlb edilməsi üçün hüquqi əsas yoxdur. Ona görə də İddiaçı cavabdehlər Aral Qrup MMC-yə və Cavabdeh2 MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/312 saylı xx.xx.2023-cü il tarixli rəyindən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"na əsasən ünvan 4anov rayonu 802\803-cü məhəllə Kazım Kazımzadə küçəsi 30 e saylı evin 19 saylı mənzilin(təmirsiz vəziyyətdə əsas götürülməklə) ümumi sahəsinin 210,5 kv metr, mənzilin faktiki sahəsinin (müvafiq azalma əmsalı tətbiq olunmadıqda) 216,1 kv metr təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin aparılmış hesablama nəticəsində sözügedən mənzilin daxili divarlarının altına düşən sahə nəzərə alınaraq hesablandıqda ümumi sahənin 232 kv. m olduğu müəyyən edilmişdir. ünvan 4anov rayonu 802/803-cü məhəllə Kazım Kazımzadə küçəsi 30 e saylı evin 19 saylı mənzilin ümumi sahəsi (210,5 kv metr) ilə xx.xx.2021-ci il tarixli mənzil inşaat müqaviləsində göstərilən 275 kv metr) sahə arasında 64,5 kv metr fərqin olduğu, yaranmış fərqin mənzildən kənarda(mənzilin daxilinə aid olmayan) yerləşən ümumi dəhlizin bir hissəsinin, eyni zamanda eyvanın, sirkulyasiya boşluğunun, çöl divarların, daxili divarların və kolonların tutduğu sahələr daxili edilməklə hesablanması səbəbindən olduğu müəyyən edilmişdir. Mənzilin sahəsi ilə Çıxarışda göstərilən sahə ilə eynilik təşkil etdiyi müəyyən olunmuşdur.
9. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, mənzilə dair müqavilə onun həyat yoldaşı İddiaçı ilə bağlansa da, bütün işlər bilavasitə onun tərəfindən aparılmış, mənzilin pulunu Ahmet Çetinə hər kv metr üçün 2-3 ABŞ dolları fərqlə 3000 ABŞ dolları olmaqla onun tərəfindən ödənilmiş, sonuncu ona sahəsi 275 kv metr olan mənzil satmış, o da, Ahmet Çetinə inanmışdır. 2015-ci ildən hal-hazıradək mənzildə yaşayış vardır. 2017-ci ildə onlara satılan mənzilin sahəsinin 275 kv metr əvəzinə 217 kv metr olması məlum olmuşdur. Bu o deməkdir ki, ona 65 kv metr yəni 30 faiz artıq mənzil sahəsi yazılmışdır. Bununla bağlı o, 2017-ci ildə Ahmet Çetinlə görüşüb danışmış, Ahmet Çetin həmin sahənin əvəzində onlara qaraj verəcəyini demişdir. 2015-ci ildə kvadratın fərqini biləndə Ahmet Çetin ona “səs etmə, digər bina sakinləri də bilib, mənə qarşı iddia qaldıracaqlar” demişdir. Daha sonra Ahmet Çetin vaxtı uzatmaqla onu aldatmış, qarajı verməmişdir. 2020-ci ildə o, lisenziyası olan təşkilatdan mütəxxəsis dəvət edib mənzilin sahəsini ölçdürmüşdür. Bundan sonra o, vəkilə müraciət etməmişdən 1 ay əvvəl Ahmet Çetinlə yenidən danışanda, sonuncu ona “kefim belə istəyir, vermirəm” cavabını verdiyindən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-605/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia tələbinin qismən təmin edilməsi, “Cavabdeh2” MTK-dan maddi ziyana görə 192326 ABŞ dolları ödənişin icra edildiyi gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla, dövlət rüsumuna görə 618 manatın İddiaçı xeyrinə tutulması, “Cavabdeh2” MTK-dan ekspertiza tədqiqatının dəyərinə görə 50 manatın dövlət nəfinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü dəlillər əsaslıdır, yəni bağl adığı müqaviləyə əsasən faktiki olaraq ona 64,5 kv metr az yaşayış sahəsi təhvil verilmiş, baxmayaraq ki, o, müqavilə bağladığı Cavabdeh2 MMC-yə (hazırda Cavabdeh2 MTK) müqavilədə qeyd olunan məbləği tam olaraq ödəmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının sübut etməli hal burada bitmiş hesab olunur. Mənzilin sahəsinin müqavilədə göstəriləndən az olmamasını əsaslandırmaq artıq Cavabdeh2 MTK üzərinə düşür. Cavabdeh2 MTK isə bu halı hər hansı əsaslı dəlillərlə əsaslandıra, məhkəmə iclasında iştirak edən nümayəndəsi isə inşa edilmiş mənzilin sahəsinin hansı normativ akta, qaydalara əsasən hesablanmasını məhkəməyə izah edə bilməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özl əri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Ona görə də, məhkəmə Cavabdeh2 MTK-nın mənzilin dəyərinin mənzilin hər kv metr görə formalaşmamasına dair etirazında istinad etdiyi halları əsassız hesab etmişdir.
13. Məhkəmə Cavabdeh2 MTK-nın tərəflər arasında bağlanmış əqdin etibarsız olmasına dair etirazında istinad etdiyi dəlillərə münasibət bildirib qeyd etmişdir ki, qanuna əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi tələb olunduğundan, iddiaçını yaratdığı MTK-ya üzv olaraq qəbul edən, podrat müqaviləsi üzrə inşa edilmiş mənzilə görə ödənilmiş məbləği pay dəyəri olaraq qəbul edən c avabdehin hazırda müqaviləni əhəmiyyətsiz hesab etməsi tərəflər arasında bağlanan müqavilənin 8-ci bəndində müəyyən olunan müqavilə öhdəliklərinin lazımı qaydada icra etmədiyinə görə vurulmuş maddi ziyanı ödəmək məsuliyyətindən yayınmaq məqsədi daşıyır.
14. Məhkəmə qeyd etmişdir ki, iddia müddətinin ötürülməsinə dair ərizə verən cavabdehlər ərizələrində istinad etdikləri halları sübut etmək vəzifəsi daşısalar da, Cavabdeh2 MTK-nın nümayəndəsi MTK-nın üzvü olan Ahmet Çetinin iddiaçı tərəflə belə danışıqların aparılmasını xatırlamadığını bildirməklə kifayətlənmiş, ərizəsində istinad etdiyi halı sübut emək üçün Ahmet Çətinin izahatının alınması, iddiaçının pretenziyalarında qeyd olunan faktlarla bağlı MTK tərəfindən hansı cavabın verilməsini, yəni iddiaçının vəsatəti əsasında, məsuliyyəti bar ədə xəbardar edilməklə dindirilən şahidin ifadəsində qeyd etdiyi xüsusatları təkzib edəcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə cavabdehlərin iddia tələbinə iddia müddətinin tətbiq edilməsinə dair ərizələrini əsassız hesab etmişdir. Belə ki, müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Öhdəliyin icrası üçün möhlət istənməsi və bu kimi digər mühüm hallar, sonradan hüquqdan sui-istifadə edilərək öhdəliyin icra edilməməsindən və ya vurulmuş maddi ziyanın ödənilməsindən imtina edilməsi üçün əsas ola bilməz.
15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, Mülki Məcəllənin 21.1, 21.2, 337.1, 337.2, 372.1, 372.2, 373.1, 375.2, 390.1, 390.2. 404.1, 404.2 və 422-ci, Mülki Prosessual Məcəl lənin 14.2, 77.1, 88 və 217.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh “Cavabdeh2” MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddətinin tətbiq edilməsi barədə müvafiq ərizələr cavabdehlər tərəfindən təqdim edildiyi halda birinci instansiya məhkəməsi İddiaçı iddiasını təmin etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qanun səhv təfsir edilərək, iş üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə yol verilmiş, bu da qanunsuz və əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. İddia müddətinin axımının kəsilməsi barədə mövqeyini əsaslandırmaq üçün birinci instansi ya məhkəməsi “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına istinad etsə də, həmin qərarda qeyd olunmuş hallardan heç biri hazırkı iş üzrə mövcud olmadığı təqdirdə birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi barədə cavabdehlərin ərizələrini təmin etməmiş və iddia müddətinin keçməsi səbəbindən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etməli olduğu təqdirdə, bunu etməmişdir. Belə ki, cavabdeh “Cavabdeh2” Mənzil - Tikinti Kooperativi tərəfindən iddiaçının tələbinin tam və ya qismən etiraf edilməsi, etirafını nəzərdə tutan hər hansı sənədin iddiaçıya göndərilməsi, öhdəliyin icrası üçün ondan möhlət istəməsi və digər bu cür hallar ümumiyyətlə mövcud deyil. Belə hallar mövcud olmadığına görə, bunları təsdiq edə biləcək hər hansı mötəbər sübut da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi yalnız məhkəmə iclasında şahid qismində dindirilmiş, İddiaçı həyat yoldaşı X2 tərəfindən verilmiş ifadələrə əsaslanaraq iddia müddətinin axımının kəsilməsi barədə qənaətə gəlmişdir. Halbuki, iddiaçının həyat yoldaşı, şahid qismində dindirilmiş Teyyub Cəfərovun işin nəticəsində birbaşa maraqlı olması və faktiki olaraq iddiaçı ilə eyni statusda olması məhkəmədə verdiyi ifadəsindən açıq-aşkar görünür. Belə ki, T.Cəfərovun ifadələrinə görə, mənzilə dair müqavilə iddiaçı ilə bağlansa da, bütün işlər onun tərəfindən aparılmış, mənzilin pulu onun tərəfindən ödənilmiş, cavabdeh “Cavabdeh2” MTK-nin üzvü Ahmet Çetinlə guya danışıqlar onun tərəfindən aparılmışdır. İfadəsinin sonundakı “məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdım” cümləsi isə T.Cəfərovun hazırkı işdə şahid deyil, iddiaçının tərəfində iştirak etdiyini güman etmək üçün əsas verir. Əslində isə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi üçün əsas “Cavabdeh2” MTK binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının xx.xx.2015-ci il tarixli qərarı və pay haqqının ödənilməsi barədə maliyyə arayışı olmuşdur. Həmin sənədlərdə də mənzilin ümumi sahəsi 2 17,14 kv. metr göstərilmişdir. Mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilməsi məqsədilə iddiaçıya bu sənədlər verildiyi zaman o, mənzilin ümumi sahəsi ilə bağlı hər hansı irad və ya etiraz bildirməmişdir. Bundan əlavə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, mənzil üzərində iddiaçının mülkiyyət hüququ hələ xx.xx.2015-ci il tarixində dövlət qeydiyyatına alınmış və ona müvafiq çıxarış verilmişdir. Həmin sənəddə də mənzilin ümumi sahəsi 210,5 kv. metr göstərilmişdir. İddiaçıya bu sənəd verildiyi zaman da o, mənzilin ümumi sahəsi ilə bağlı hər hansı iradını və ya etirazını cavabdeh “Cavabdeh2” MTK-ya bildirməmişdir. Yalnız məhkəmədə iddia qaldırmaq ərəfəsində, 2022-ci ilin sonlarında, artıq iddia müddəti bitdi kdən sonra iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Beləliklə də, iddiaçı öz hüququnun güman etdiyi pozulmasının bildiyi və ya bilməli olduğu gündən ən azı 7 (yeddi) ilə yaxın müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu müddət ərzində İddiaçı “Cavabdeh2” Mənzil - Tikinti Kooperativi tərəfindən iddiaçının tələbinin tam və ya qismən etiraf edilməsi, etirafını nəzərdə tutan hər hansı sənədin iddiaçıya göndərilməsi, öhdəliyin icrası üçün ondan möhlət istəməsi və digər bu cür hallar ümumiyyətlə mövcud deyil. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin axımının kəsilməsini iddia edən iddiaçıdan bu halı sübut etmək vəzifəsinin icrasını tələb etmək əvəzinə, bunun əksini sübut etmək vəzifəsinin cavabdeh “Cavabdeh2” MTK-n ın üzərinə qoyulması ədalət mühakiməsinin tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinə tamamilə ziddir. Ümumiyyətlə, mövcud olmamış və hazırda da mövcud olmayan faktın, hadisənin mövcud olmadığını sübut etmək tələbi tam absurd, nə qanuna, nə də məntiqi düşüncəyə əsaslanmayan bir tələbdir. Bundan əlavə, şahid T.Cəfərovun danışıqların apardığını iddia edən Ahmet Çetin adlı şəxsin “Cavabdeh2” MTK-da hansı vəzifə tutması, bu şəxsin cavabdeh adından hər hansı danışıqların aparılmasına səlahiyyətli olubolmaması da birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1078/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Kamran Ək bərov və İkram Şirinov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin təmin edildiyi hissədə ləğv edilmiş və həmin hissədə də iddia tələbi təmin edilməmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddianın faktiki əsası (faktiki hallar) mübahisələndirilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə iddia müddəti keçdiyindən düzgün olmamışdır.
20. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsində keçirilən ekspertiza rəyi ilə tərəflərin könüllü müqavilə bağlaması və öhdəliklərini müqavilə şərtlərinə uyğun tam icra etməsi təsdiq olunur. Belə ki, cavabdeh inşaatç ı müqavilə şərtlərində göstərilən ölçüdə mənzili iddiaçıya təhvil verib yoxsa yox, əlbəttə ki, onun tərəfindən öhdəliyin tam və qüsursuz icra olunması sübut edilməlidir. Bu halı sübut etmək yükü isə artıq cavabdeh tərəfin üzərinə düşürdü ki, qeyd olunduğu kimi bu da ekspert rəyi ilə təsdiq olunur. Belə ki, mənzilin sahəsinin ölçüsündə yaranmış fərqlə bağlı mənzil satılarkən tərəflər arasında hansısa başqa razılaşma olmuşdursa həmin şərtlərin müqaviləyə daxil edilməsində, yaxud edilməməsində hər hansı bir maneə yox idi. Çünki, tərəflər arasında onsuzda mübahisəli mənzillə bağlı razılaşmaları özündə əks etdirən yazılı müqavilə bağlanırdı. Məhz buna görə də tərəflər müqavilənin 1-ci bəndində mənzilin sahəsinin mənzildən kənarda(mənzilin daxilinə aid olmayan) yerləşən ümumi dəhlizin bir hiss əsinin, eyni zamanda eyvanın, sirkulyasiya boşluğunun, çöl divarların, daxili divarların və kolonların tutduğu sahələr daxili edilməklə hesablanacağı barədə razılığa gəlmişlər. Başqa sözlə, mənzilin sahəsinin bu qaydada hesablanacağı barədə şərt müqavilədə əksini tapmışdır. Cavabdeh tərəfindən müqavilə qüsurla icra olunmuşdursa, bu öhdəliyin lazımınca icra edilməməsi deməkdir. İddiaçı cavabdehdən müqavilə öhdəliyini qüsurla icra etdiyinə görə pul tələb edə bilər. Cavabdehin isə müqavilədən irəli gələn öhdəliyini qüsurla icra etməsi təsdiq olunmur. Çünki, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinin bu qaydada, yəni mənzilin sahəsinin müqavilədə göstərilən qaydada ölçülərək hesablanmaqla icra ediləcəyi əvvəlcədən nəzərdə tutularaq yazılı müqavilədə razılaşdırılmışdır.
21. Göstəril ənlərdən əlavə, birinci instansiya məhkəməsi cavabdeh MTK tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizəni nəzərə almamaqda da səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə bu nəticəyə gələrkən Konstitusiya Məhkəməsinin Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarına istinad edərək bu nəticəyə gəlmişdir. Əvvəla, mənzilə dair mülkiyyət hüquqları qeydə alındıqdan (xx.xx.2015-ci il qeydiyyat tarixi) sonra iddiaçıya müqaviləyə əsasən təhvil verilmiş mənzilin sahəsinin 64,5 kv metr az olması məlum olduğu həqiqi olsa belə, yenə də iddia müddəti ötürülmüşdür. İkincisi, MTK-nı n öhdəliyini lazımi qaydada icra etmədiyini etiraf etməsinə və iddiaçıya başqa sahə veriləcəyini vəd etməsinə dair işdə hər hansı bir mötəbər sübut mövcud deyildir. İstisna olunmur ki, bu məsələ ilə bağlı tərəflər arasında hansısa mövzuda danışıqlar aparılmış, lakin bu danışıqlar cavabdeh MTK-nın iddianı hansısa formada etiraf etməsi anlamına gəlmir. Etirafı təsdiq edən hansısa sübut mövcud idisə iddiaçı tərəf bunu məhkəməyə təqdim edə bilərdi, yaxud etməli idi, ancaq etməyib. Əksinə, apellyasiya baxışında vəkili də mənzilin sahəsinin müqavilədə göstəriləndən az ölçüdə olmasının mənzilə mülkiyyət hüququ qeydə alındıqdan sonra iddiaçıya məlum olduğunu təsdiq etmişdir, baxmayaraq ki, son məhkəmə təcrübəsinə əsasən mənzilin sifarişçiyə yaxud payçıya faktiki olaraq təhvil verildiyi andan, artı q iddia müddətinin axımı başlamış olur. Cavabdeh MTK iddia müddətinin ötürüldüyünə dair ərizəsində istinad etdiyi halları sübut etmək vəzifəsi daşımır yaxud daşıya bilməz. Çünki, iddia müddəti institutu cavabdeh üçün hüquqi müdafiə vasitəsidir və sonuncu da bu hüquqi imkandan istifadə etmişdir. Burada sübut etmə yükü əks tərəfin, yəni iddia müddətinin keçmədiyini, yaxud iddia müddətinin axımının kəsildiyini iddia edən iddiaçının üzərinə düşürdü. Ancaq, qeyd olunduğu kimi iddiaçı tərəf bu halları mötəbər sübutlarla sübuta yetirə bilməmişdir.
22. Bununla belə, iddia müddətinin axımı iddiaçı tərəfin bu barədə məlumatı olduğu, yəni mənzilin ölçüsünün az olması mülkiyyət hüququnun qeydə alındığı vaxtdan başlanmış olsa belə, yenə də Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan iddia müdd əti ötürülmüşdür. Çünki, iddiaçı hazırki iddia ərizəsi ilə 7 il sonra, yəni 04 noyabr 2022-ci ildə məhkəməyə müraciət etmişdir. Hətta tərəflər arasında mənzilin ölçüsünün az olması ilə bağlı 2021-2022-ci illərdə danışıqlar aparılması və cavabdeh MTK-nın iddianı etiraf etməsi təsdiq olunsada belə, bu hal da iddia müddəti ərzində baş vermədiyindən iddia müddətinin axımını kəsə bilməzdi. Ona görə də, birinci instansiya məhkəməsinin iddia müddətinin axımının kəsildiyi barədə qənaəti də təsdiq olunmadığından bu mövqeyi də yanlış olmuşdur.
23. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 385.1, 390, 390.4, 425.1, 425.2, 442, 762.1, 764.2 və 765-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli əmlak iddiaçının mülkiyyəti hesab olunduğuna görə onun həmin əmlaka dair artıq ödənilmiş pulun qaytarılması haqqında tələbinə iddia müddəti tətbiq oluna bilməz. Həmçinin apellyasiya məhkəməsi iddianı iddia müddəti tətbiq etməklə rədd etsə də, iddia müddətinin axımının dəqiq hansı vaxtdan, hansı gündən başladığını açıqlamamışdır. İddiaçı qeyd etmişdir ki, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin əsaslarından biri kimi borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlərini nəzərdə tutur.
26. Həmçinin kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdehə 64,5 kv metr sahəyə görə iddiaçı tərəfindən artıq öd ənilmiş 192326 ABŞ dolları və yaxud hazırkı məzənnə ilə 326954 manat pul məbləği hesabına varlanması əsassız varlanma hesab edilir.
27. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən iş materialları və faktları tam araşdırmamış, eyni zamanda təqdim edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən qəbul edilmiş qətnamə əsaslı deyildir. Bütün qeyd edilən diqqətəlayiq hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, məhkəmə öz qətnaməsini mötəbər, təkzibedilməz halları nəzərə almadan və əsaslandıra bilmədən qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1 və 386.2. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.
31. Maddə
390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilər lər.
32. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
33. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
34. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tu tduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
35. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.
36. Maddə 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır.
37. Maddə 399.3 və 399.4. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. M üqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
38. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəki nməlidirlər.
39. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
40. Maddə.4431. və 443.2. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
41. Maddə 762.1.Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
42. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
43. Maddə 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.
44. Maddə
765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
45. Maddə
766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur m əmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
46. Maddə 773 Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
47. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
48. Maddə 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Mülki Prosessual Məcəllə
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki ha llarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. K assasiya baxışının hədlər
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası məruzəçini din ləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. İddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər iddia ərizəsində və işə məhkəmələr tərəfindən baxılan zaman da irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araş dırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
62. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassas iya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
63. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(103)-1078/2024 nömrəli iş üzrə 25 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.