Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1572/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçın Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr və əldən çıxmış fayda) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-837/2024 saylı, 10 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağ ıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-ti “Chery Tiggo” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcı Cavabdeh1 satmağı, alıcı isə qeyd olunan malın dəyərini tam və müqavilədə qeyd olunan tarixlər çərçivəsində ödəməyi öhdəsinə götürmüşdür, müqavilənin ümumi məbləği ƏDV daxil olmaqla 30.020 manat təşkil edir. Həmin müqavilənin 1.2-ci və 1.3-cü bəndinə əsasən malın texniki servis və zəmanət xidmətlərinin həyata keçirilməsi münasibətləri “Satıcı” ilə “Alıcı” arasında bağlanan “Texniki xidmət” müqaviləsi ilə tənzimlənəcək. Zəmanət şərtləri bu müqavilə və onun ayrılmaz hissəsi olan “Zəmanət müqaviləsi”-nə əsasən müəyyən edilir.
2. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli zəmanət müqaviləsinə əsasən ehtiyat hissələrinə verilən zəmanətin müddəti və yürüş aşağıdakı qrafikdəki kimidir: təkər- 3 ay, akkumulyator-12 ay, ekzos sistemi-24 ay, dişli qayiş- 36 ay, injektor - 36 ay, amortizatorlar- 36 ay. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müqavilənin 1.2-ci bəndində qeyd olunmayan digər ehtiyat hissələrinə “Chery Automobile CO., LTD” tərəfindən müəyyən olunan reqlament əsasında zəmanət veriləcəkdir.
3. İddiaçı MMC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli, EM 42 nömrəli xəbərdarlığına əsasən Cavabdeh1 tərəfindən İddiaçı MMC-nin avtomobillərə xidmət mərkəzinə (servisə) xx.xx.2022-ci il tarixdə təqdim edilmiş qəzalı vəziyyətdə olan “Chery Tiggo 2 Pro” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilə servis əmək daşları tərəfindən baxış keçirilmiş və ilkin müayinə nəticəsində avtomobilin təmirinə dair qüsur aktı tərtib edilmişdir. Lakin hal-hazıradək onun tərəfindən avtomobilin təmir olunmasına dair sifariş təsdiqlənməmiş və təmir kartı imzalanmamışdır. Bundan əlavə həmin tarixdən avtomobil əsassız olaraq servisdə saxlanılmış, müvafiq sahəni zəbt etmişdir. Dəfələrlə avtomobilin ərazidən uzaqlaşdırılmasına dair telefon vasitəsilə Cavabdeh1 müraciət edilməsinə baxmayaraq müraciətlər nəticəsiz qalmışdır. Avtomobilin əsassız olaraq saxlanılması servisdə işin normal ahəngini pozmaqla yanaşı, digər müştərilərin müraciətlərinin təxirə salınması ilə nəticələnir və bu da öz növbəsində İddiaçı MMC-yə zərər vurur. Qeyd edilmişdir ki, İddiaçı MMC-nin fəaliyyət reqlamentinə uyğun olaraq hər hansı avtomobil ser visə daxil olduqdan sonra 2 (iki) iş günü ərzində sifarişin icrası təsdiq olunmazsa, avtomobilin servisdə saxlanılmasına görə 10 (on) AZN dayanacaq haqqı müştəridən əlavə olaraq tutulur. Odur ki Cavabdeh1 tələb olunur ki, xx.xx.2022-ci il tarixədək “Chery Tiggo 2 Pro” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı MMC-nin servisindən (Bakı şəh., Nizami ray., Babək pr., 37) uzaqlaşdırsın. Əks təqdirdə İddiaçı MMC Azərbaycan Respublikasının Mülki və Mülki-Prosessual Məcəllələrinə əsaslanaraq öz hüquqlarının müdafiəsi məqsədi ilə avtomobilin ərazidən uzaqlaşdırılması, hesablanmış dayanacaq haqqının və avtomobilin müvafiq sahəni zəbt etməsinə görə vurulmuş zərərin ödənilməsi, eyni zamanda məhkəmə xərclərinin tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqdır.
4. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən “Chery Tiggo 2 Pro” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci ümumilikdə 9809.4 manat təşkil edir.
5. İddiaçı MMC tərəfindən iddia ərizəsinə qəzalı vəziyyətdə olan “Chery Tiggo 2 Pro” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkilləri əlavə edilmişdir. 6. 12.09.2022-ci il tarixli qərarın surətinə əsasən Cavabdeh1 müraciətinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və avtomobildə baş vermiş nasazlıq səbəbindən yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Nizami rayon X3rşı “avtomobilin ərazidən çıxarılması və pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 məxsus qəzalı vəziyyətdə olan LVVDB21BXNE027195 Ban nömrəli “Chery Tiggo” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 37 ünvanda yerləşən İddiaçı MMC-nin servisindən götürülərək Nizami DYP-nin müvafiq mühafizə olunan duracağına yerləşdirilməsi və Cavabdeh1 dayanacaq haqqı kimi avtomobil servisə təhvil verildikdən 2 (iki) iş günü sonra, yəni xx.xx.2022-ci il tarixdən iddia ərizəsi məhkəməyə təqdim olunduğu günədək, yəni xx.xx.2022-ci il tarixədək hər günə 10 manat hesablanmaqla ümumilikdə 690 (altı yüz doxsan) manat vəsaitin və ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı MMC ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, “Chery” markalı avtomobillərin Azərbaycanda rəsmi təmsilçisi olan İddiaçı MMC "xxxx" kimi qeyd edilən avtomobillərin alqı-satqısı ilə yanaşı, həm də avtomobillərə xidmət mərkəzi, yəni servis kimi də fəaliyyət göstərir ki, həmin servisdə “Chery” markalı avtomobillərə müxtəlif texniki xidmətlər həyata keçirilir. Cavabdeh1 İddiaçı MMC-nin avtomobillərə xidmət mərkəzinə (servisinə) xx.xx.2022-ci il tarixdə qəzalı vəziyyətdə olan “Chery Tiggo 2 Pro” markalı, **TF-*** dövlət qeydiyyat nişanlı avtomobilini təqdim etmiş, servis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilmiş və ilkin müayinə nəticəsində təmirinə dair qüsur aktı tərtib edilmişdir. Lakin hal-hazıradək onun tərəfindən avtomobilin təmir olunmasına dair sifariş təsdiqlənmədiyindən və təmir kartı imzalanmadığından işlərin icrasına başlanılmamışdır. Həmin tarixdən avtomobil əsassız olaraq servisdə saxlanılmış, müvafiq sahəni zəbt etmişdir. Dəfələrlə avtomobilin ərazidən uzaqlaşdırılmasına dair telefon vasitəsilə cavabdehə müraciət edilməsinə baxmayaraq müraciətlər nəticəsiz qalmış, müxtəlif bəhanələrlə avtomobilin servisdən götürməkdən imtina etmişdir. Avtomobilin əsassız olaraq saxlanılması servisdə işin normal ahəngini pozmaqla yanaşı, digər müştərilərin müraciətlərinin təxirə salınması ilə nəticələnir və bu da öz növbəsində İddiaçı MMC-yə zərər vurur. Bundan əlavə İddiaçı MMC-nin avtomobillərə xidmət mərkəzində (servisdə) əsaslı təmir işlərinin başlanılmalı olmasına baxmayaraq həmin avtomobilin orada dayanması səbəbindən bu mümkün deyildir. Avtomobili yerləşdirməyə isə başqa sahə mövcud deyildir. Qeyd etməyi zəruri hesab edirlər ki, İddiaçı MMC-nin fəaliyyət reqlamentinə uyğun olaraq hər hansı avtomobil servisə daxil olduqdan sonra 2 (iki) iş günü ərzində sifarişin icrası təsdiq olunmazsa, avtomobilin servisdə saxlandığı hər gün uçun 10 (on) AZN dayanacaq haqqı müştəridən əlavə olaraq tutulmalıdır. Məsələ ilə əlaqədar Cavabdeh1 xx.xx.2022-ci il tarixdə rəsmi müraciət ünvanlanmış, avtomobilin təhvil götürülməsi barədə tələb irəli sürülməsinə baxmayaraq cavabdeh məktubu qəbul etməkdən qəsdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq, hesab edirlər ki, Cavabdeh1 məxsus “Chery Tiggo 2 Pro” markalı, **-TF-*** dövlət qe ydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 37 ünvanda yerləşən "xxxx"-nin servisindən götürülməli və Nizami rayon DYP-nin mühafizə olunan duracağına yerləşdirilməlidir. Əlavə olaraq Cavabdeh1 dayanacaq haqqı kimi avtomobil servisə təhvil verildikdən 2 (iki) iş günü sonra, yəni xx.xx.2022-ci il tarixdən iddia ərizəsi məhkəməyə təqdim olunduğu günədək, yəni xx.xx.2022-ci il tarixədək hər günə 10 manat hesablanmaqla ümumilikdə 690 manat vəsaitin alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.
9. İddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, əvvəlcə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi vasitəsilə verdikləri iddia tam əsassızdır. xx.xx.2022-ci il tarixdə qəzaya uğ ramış həmin avtomobilin qəzaya uğramasının əsas səbəbkarı məhz İddiaçı MMC-dir. Belə ki xx.xx.2022-ci ildə iş yoldaşının tövsiyəsi ilə Bakı şəhəri, Babək prospekti 37 ünvanda yerləşən İddiaçı MMC-yə gəlib yuxarıda qeyd olunan avtomaşına baxmışdır. Şirkətin arxasında servisin balaca həyətində özlərinin test maşınlarını verdilər sürmüş və maşında hər hansı problemlə qarşılaşmamışdır. Ona demişdirlər ki, onlara veriləcək avtomobil də bu cür vəziyyətdədir. Sonra maşın haqqında «sərfəlidir yanacağa qənaətli maşındır, gündə bu maşından, bu markadan çoxlu satırlar» deyərək çox təriflər söylədilər və o da bu maşından almaq qərarına gəlmiş və sonra demişlər ki, avtomobilin qiyməti 30000 manatdır, sabah pulla gəlib alqı-satqı edərlər. Sabahısı günü qabaqcadan banka qoyduğu 30000 manatı çıxarıb. İd diaçı MMC-yə gəlmiş və bildirmişlər ki, maşının pulundan əlavə kompaniya kimi 500 manatlıq benzin kartı verirlər, icbari siğorta 50 manat edir, 350 manat nömrə və sənədləşməsidir. Kaskonu niyə kasko etmədiklərini bildirəndə, kaskonu etmədiklərini özünün etməli olduğunu demişlər. Beləliklə, xx.xx.2022-ci ildə onların sözü ilə 31000 manat ödəmiş, lakin demişdirlər ki, maşını bu gün verə bilməzlər, sabah gəlin maşını hazırlayıb DYP-də sənədləşməsi edilsin, yuyub təmizləyib versinlər. xx.xx.2022-də dəfələrlə zəng etmişdir ki, maşını gündüz götürsün, axşama qalmasın. Dedilər hazır deyil, hələ maşın gəlməyib, DYP-də sənədləşmə gedir. Yalnız axşam saat 17 radələrində zəng edib dedilər ki, gəlib maşını götürsün. Onlar saat 6-ya kimi işləyirlər, yol tıxacdır. İnad etdilər və o, 20 Yanvardan şirkətə gedənə kimi saat 6 oldu. Onlar maşının sənədləşməsini tələm-tələsik etdilər və onların iş vaxtının 6-da bitdiyini dedilər. Ona müqavilənin şərtləri barədə heç bir məlumatlandırmadan məcbur etdilər ki, qol çəksin, o da çəkmişdir. Sənədləri verdilər, təxmini saat 19-da maşın şirkətin həyətində yola yaxın tərəfdə saxlanılmışdır. Maşını kaskosuz verdikləri, şəhəri tanımadığı üçün onunla gələn uzun müddət maşın sürən sürücü ilə maşını götürüb oradan çıxmışlar. O, arxada oturmağına baxmayaraq, sürücünün dediyi onun şahid olduğu maşının pis getməyi, sürət götürərkən uğuldaması məqamı ilə rastlaşmışlar. Şirkətdən çıxanda ona maşında benzinin olmadığını dedilər, gedib verdikləri kartla 50 manatlıq benzin vurmuşlar. Benzindən sonra elə bil ki, səs ani olaraq bir az azalmış, lakin sürdükcə eyni səsi n yenə gəldiyini gördülər. Tormoza ayağı basanda maşın uğuldayır, daha da artır, qazı basdıqca uğuldayır və uğultu səsi daha da çoxalır. Tormozdan ayağı götürəndə səs sanki azalır, sürət götürmək istəyirsən maşın getmir, möhkəm qazı basırsan uğuldayır, elə bil ki, maşının beyninə siqnal gec çatır. Tıxacda gedərkən biabırçılıq oldu, gülünc vəziyyətdə maşın uğuldayırdı və onu lağa qoydular ki, bu Çin maşınını niyə almısan? Əgər bu belə olsa bu səni yarı yolda qoyacaqdır. Hər gün əvvəllər öz maşını ilə işə gəlib-getdiyi (Hyundai Elantra) 20 Yanvarda maşını ona tanışı maşının necə olmasını sürüb baxsın. O oturub sürüb yoxladanda görmüşdür ki, onların şirkətdə sürmək üçün verdikləri maşın belə olmamışdır, onların onu aldatdığını, sürməyə verdikləri maşının belə olmadığını demişlər. Ona da demiş lər ki, bütün maşınları bu cürdür. O, maşını ona təhvil verən Ramin adlı şəxsin 050***-**-** nömrəsinə zəng edib ona vəziyyəti danışmış, o da narahat olmamasını, maşını sürəndə açılacağını demişdir. O qərara gəlmişdir ki, qaytarsın. Ona dedilər ki, bağlıdır sabah zəng edib problemi desin, bəlkə təzədir deyə ola bilər. O, maşını sürüb Sumqayıta qızıgilə getmiş və onları götürüb çay içməyə getmiş, qızı, nəvəsi onun niyə təyyarə kimi uğuldadığını soruşmuşdur. xx.xx.2022-ci ildə işə gedərkən maşına oturmaq mümkün olmamış, maşının salonundan pis bir qoxu gəlmişdir. Pəncərələrini açmışdır. Həmin gün şirkətə yığmış, **********, ********** nömrələr ilə əlaqə saxlamış, dəfələrcən bir-bir olanları Əkbər müəllimə anlatmışdır. Onlar da dinləyib müdirə deyəcəklərini bildirərək bir-birinin üstünə yönəlt dilər. xx.xx.2022-ci ildə satış şöbəsinə yığıb yenə şikayət etmişdir ki, maşın getmir, tıxacda qalır, situasiyadan çıxmaq istəyir. O çox xahiş etmiş, çox hirsli demişdir. Onlar da deyirlər ki, təzə maşındır, sürülsə açılacaqdr. Şikayətlərini bildirəndə məlumatlarının olduğunu, rəhbərliyə deyildiyini, xəbər edəcəklərini bildirmişlər. xx.xx.2022ci il tarixdə maşını təhvil verən nümayəndəyə yenə yığmış, maşında olan uğultunu dinlətmiş, cavab vermələrini bildirmiş, o zaman nümayəndə bildirmişdir ki, 3-4 gün yuxarı qaldırmasın, bunun at gücü 105-dir, 1.6 motordur. O da motosikletin, “zaporojetsin” bundan güclü getdiyini, trasda qalmaq üçün 30000 min manat pul verdiyini demişdir. xx.xx.2022-ci il tarixdə nahar vaxtı yığıb yadlarına salmış, onlar da bazar günü işləmədiklərini, birinci günü xəbər edəcəklərini demişlər. Masazır ərazisində yaşadığı üçün xx.xx.2022-ci ildə İ qrup xəstə övladı ilə birgə Sumqayıta gedərkən Saray yolunda çox güclü tıxaca rast gəlmişlər, maşınlar tormoz, qaz ilə irəliləyir, o isə təyyarədə uçan kimi uğultu ilə getmişdir. Qarşıdan eyni istiqamət üzrə 20-30 km sürətlə getdikləri kamazın dayanması və tərpənərkən onun da hərəkət zamanı qazı verib tərpənməyi və onun tormuz verməsi, özünün maşınının qazı asanlıqla götürüb tərpənmədiyi üçün kamazın qəflətən tormoz verməsi üst-üstə düşmüş, o, maşınına tormoz versə də maşın qazın yığıb tərpənərək Kamazla toqquşmuşdur. Maşın 20-30 km sürətdə olan vaxt şar açıldı ağ acı tüstü içəriyə doldu, övladına görə çox qorxmuş, indi partlayacaq maşın qapısını güclə açıb düşüb uşağı çıxartmışdır. Kənar sürücülər kömək etdilər, kamazın sürücüsü gəlmiş, 102yə yığıb məlumat vermiş, bir saata kimi tıxacda gözləmişlər, sığorta və polis gəlmişdir. Zəng edib maşın aldığı şirkətə ətraflı məlumat vermiş, maşının probleminin bu olmasını, axırda qəza baş verməsini, rəhbərə məlumat verməsini demişdir. Nə lazım olsa kömək edəcəklərini dedilər. Şəklində çəkib onlara atmışdır. Maşını şirkətə aparacağını, saat 6-a kimi işlədiklərini, çatdıracağı halda maşını gətirəcəklərini demişlər. Sumqayıt polisindən təqdiqatçının gəlməsi, baxış keçirilməsi, yazıb -pozmaları uzun şəkmiş və saat 6 olmuşdur. Şirkətin nümayəndəsi şirkəti bağladıqlarını, maşını salona apardıqlarını demişdir. Polis İdarəsindən maşını aparıb cərimə meydançasına qoyublar. xx.xx.2022-ci il tarixdə birinci iş günü səhər cərimə meydançasına 30 manat pul ödəyib, bura xılış vərəqini alıb, maşını evakuatorla aparıb şirkətin serviz salonunda düşürdülər. Artıq onlara gətirdiyimi demişdim və gözləyirdilər. Maşını serviz salonuna düşürdülər mənimlə bərabər satış şöbəsinin nümayəndəsi və bir neçə nümayəndə gəlib baxdı. Maşındakı problemlərə görə bu hadisə baş verdiyini, öləcəyini demişdir. Qolu, çənəsi yaralı sarıqlı vəziyyətdə zərbə elə vurmuşdur ki, nəfəs ala bilmədiyini bildirmişdir. O sonradan başqalarından onların 14 gün keçməsi üçün qəsdən vaxtı uzatdıqlarını, maşını təmirə saxlamalarını, maşının qaytarılmaması üçün məqsədyönlü edildiyini öyrənmişdir. O, xx.xx.2022-də şirkətə satış şöbəsində Əkbər müəllim, servisin müdiri ilə birgə “Efendiler Motors" MMCnin icraçı direktoru X1 əyləşdiyi kabinetinə getmiş, telefon yazısını qoşmuşdur ki, sübut üçün danışı qlar yazılsın. Kabinetə daxil olmuş, icraçı direktor hər şeydən məlumatlı olmuş, o, özü ətraflı danışmış, direktor da bildirmişdir ki, problemlə bağlı işçi işdən çıxarılsınmı? Avtomobilin qəzadan sonrakı vəziyyətinə baxanda görünür ki, yalnız ön tərəfdə metal örtüklər əzilib. Avtomobilin əsas qiymət aparan hissələri salamatdır. Lakin şirkətin verdiyi qüsur aktında bu məbləğ avtomobilin qiymətinin üçdə biri, yəni 9809,4 manat göstərilib. Bundan əlavə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh “Efendiler Motors" MMC-nin rəhbərliyi avtomobilin məhz qəzaya uğradıqdan sonrakı vəziyyəti barədə qeyd etmişdir. Lakin nə səbəbə uzun müddət avtomobilin şirkətin ərazisində qalmasına açma verməmişdir. Çünki, şirkətin bu avtomobilin həmin ərazidə, yəni günü on manat göstərilən sahədə qalmas ının səbəbkarı məhz özləridir. Onlar əmlakın geri qaytarılma müddəti olan 14 günün tamam olması üçün əvvəlcə çox çalışmışlar ki, avtomobil şirkətin sahəsinə qayıtmasın, lakin qəza baş verdikdən sonra məcbur olub qəbul etmişlər. Bundan sonra isə avtomobilin geri qəbul edilib pulunun qaytarılması onlardan tələb edilib. Buna isə onlar razılıq verməyib. Əslində isə texniki cəhətdən nasaz maşını saz maşın kimi qələmə verib gecə vaxt sadəlöv insanı aldatmaq dələduzluqdur. Məhz bütün bu səbəblərdən “Efendiler Motors" MMC onlardan əsassız pul tələb edir. Əvəzində isə ona və anadangəlmə xəstə övladlarına istismara tam yararsız avtomobili 30 min manata aldadıb satan şirkət iki ay yarımdan çox müddət ərzində onlara mənəvi stress yaşadaraq əzab veriblər, buna görə də şirkət onlara 10 min manat mənəvi ziyan vurub. Belə ki hadisə vaxtı avtomobildə olan anadangəlmə xəstə övladını iki aydan çoxdur ki, müalicə edir, özü də bu günədək müalicə qəbul edir. Odur ki onlar bu ziyana görə İddiaçı MMC-dən 10 min manat mənəvi ziyana görə təzminat ödəməsini tələb edirlər. Qeyd olunanlara əsasən ilkin iddia tələbini əsassız hesab edilib rədd edilməsi, İddiaçı MMC ilə 015/A nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə üzrə verilən 30000 pulun geri tələb edilməsi, İddiaçı MMC-nin rəhbərliyi tərəfindən ona və ailə üzvləri olan iki anadangəlmə şikəst övladlarına vurulmuş 10.000 manat mənəvi zərərə görə onlardan xeyirlərinə təzminat tələb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC ilkin iddia tələbinə dəqiqləşdirmə verərək bildirmişdir ki, İddiaçı MMC tərəfindən “Chery Tiggo 2 Pro” markalı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 qızma satılmışdır. Həmin müqavilənin 4.3, 4.4 və 4.5- ci bəndlərinə əsasən əgər zəmanət müddəti ərzində malda (yəni nəqliyyat vasitəsində) istehsalçı (yəni “Chery Automobile SO., LTD”) ilə əlaqədar qüsur yaranarsa, satıcı (yəni “Efendiler Motors" MMC) öz vəsaiti hesabına yaranmış qüsurları aradan qaldırmağı öhdəsinə götürür. Əgər zəmanət müddəti ərzində nasazlıq malın istismar, baxılması və xidməti üzrə təlimatının Alıcı (yəni Cavabdeh1) tərəfindən pozulması nəticəsində yaranarsa, satıcı nasazlıqları alıcının vəsaiti hesabına aradan götürməyi öhdəsinə götürür və qeyd olunan hallar yal nız İddiaçı MMCnin avtomobillərə xidmət mərkəzində aparılacaq müayinə nəticəsində müəyyən edilərək təsdiqlənməlidir. Alqı-satqı müqaviləsinin 4.6-cı bəndinə əsasən alıcı malı qəbul edən gün üzərində və daxilində (interyer və eksteryerində) hər hansı zahiri zədələrin, çatışmazlıqların və sair qüsurların olmasını yoxlamalıdır və əgər hər hansı bu cür qüsur müəyyən edərsə bu barədə satıcıya mah təhvil aldığı andan 2 gün ərzində rəsmi məlumat verməlidir. Alıcı bu müddət ərzində hər hansı qüsurlar barədə Satıcıya rəsmi məlumat vermədikdə, hesab edilir ki, qəbul edilmiş malda heç bir qüsur yoxdur və əgər vardırsa Alıcı bu cür qüsurlarla bağlı olan hüquqlarından məhrum olur. Qeyd edilən avtomobilin zəmanət şərtləri tərəflər arasında bağlanan zəmanət müqaviləsi ilə tənzimlənmişdir. Belə ki, “Efend iler Motors" MMC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli zəmanət müqaviləsinin 2.1 və 2.2-ci bəndlərinə əsasən zəmanət müddəti ərzində avtomobilin istehsal qüsurundan yaranan nasazlıq aşkar olunarsa satıcı avtomobilin zəmanət şərtləri daxilinə aşkar olunan çatışmazlıqlarını aradan qaldırır. Texniki nasazlığı aşkar olunmuş avtomobil nasazlıq tam aradan qaldırılanadək istismardan kənarlaşdırılmalıdır. Əks halda nasaz avtomobilin istifadəsi nəticəsində yaranan əlavə nasazlıqlar və sınmalar alıcının hesabına aradan qaldırılır. Cavabdeh1 avtomobili əldə etdikdən sonra istehsal qüsurlu olmasına dair “Efendiler Motors" MMC-yə hər hansı rəsmi və ya qeyri-rəsmi məlumat verməmişdir. Yalnız qəzaya uğradıqdan sonra avtomobilin yerindən tərpənməsində ləngimələrin olduğununu şifahi şəki ldə, mobil telefon vasitəsilə müvafiq əməkdaşlara bildirmişdir ki, bunun da dəqiq səbəbinin müəyyən olunmasından ötrü onun avtomobillərə xidmət mərkəzinə (yəni servisə) yaxınlaşmalı olduğu qeyd edilmişdir. Bundan sonra Cavabdeh1 avtomobili qəzalı vəziyyətdə olmaqla servisə təqdim etmiş və servis əməkdaşlarının müayinəsi nəticəsində məlum olmuşdur ki, avtomobilin qəzaya uğramasında heç bir istehsal qüsurundan söhbət gedə bilməz və qəza hadisəsi yalnız sürücünün səriştəsizliyindən baş vermişdir. Belə ki avtomobilin ön “airbag” təhlükəsizlik şarının açılması da buna dəlalət edir ki, avtomobilin sürət həddi qəfil tormozlanma anında qabaq maneəyə zərblə toqquşmaya imkan vermişdir. Yetərli qəza pulsu (işarəsi, siqnalı) olmadığı müddətcə təhlükəsizlik şarı açılmır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, Cavabdeh1 mübahisələndirdiyi avtomobildə sürət haddinə məhəl qoymurmuş. Sürətə meylli məsuliyyətsiz sürücünün aqibəti təbii ki, qəza hadisəsindən qaçınılmazdır. “Efendiler Motors" MMC alqı-satqı etdiyi avtomobilləri satışa təqdim etməmişdən əvvəl mütəxəssisləri vasitəsilə dəfələrlə müxtəlif yoxlanışlardan keçirdir, istehsal əlamətləri ciddi realizə olunduqdan sonra isə satışa təklif edilir. Belə ki, heç bir normal şirkət öz reputasiyasına zərər gəlməyini istəməz və “EfendilerMotors" MMC-nin də əsas fəaliyyət reqlamenti insanların təhlükəsizliyidir. Lakin Cavabdeh1 əməllərindən aydın olur ki, alqı-satqı etdiyi avtomobilə aidiyyəti polis idarəsi tərəfindən araşdırmaların nəticəsi olaraq öz təqsirli hərəkətlərindən zərər dəyməsi səbəbindən geri qaytarmaq niyyəti yaranmışdır ki, b una nail olmaq üçün müxtəlif vasitələrlə “Efendiler Motors" MMC-nin işgüzar nüfuzuna zərər gətirəcəyini bəyan etmişdir. Cavabdeh1 avtomobili servisə təhvil verdikdən sonra o, şirkətin qüsurlu avtomobilləri satdığına və əməkdaşlarının məsələyə laqeyd yanaşdığına dair ictimaiyyət arasında əsassız fikirlər səslənilməklə “Efendiler Motors" MMC-ni və "xxxx"-nin satdığı avtomobilləri gözdən salmaq cəhdlərinə başlamışdır. MMC tərəfindən ona qarşı “avtomobilin ərazidən çıxarılması və dayanacaq haqqının tələb edilməsi” iddiası irəli sürüldükdən sonra isə bu cəhdləri daha geniş vüsət almışdır. Məlum olduğu kimi “Chery” markalı avtomobilləri idarə edən kütlə digər avtomobillərə nisbətən geniş deyildir və həmin kütlə arasında kiçik olsa belə söz-söhbətin yayılması kifayət edir ki, avtomobil gözdən s alınsın. Bununla da “Chery” markalı avtomobillərin Azərbaycanda rəsmi təmsilçisi “Efendiler Motors" MMC-nin işgüzar nüfuzuna xələl gəlmişdir. Cavabdehin bu cür davranışlarından yalnız belə qənaətə gəlmək olar ki, məqsədi “Chery” markasını və onun Azərbaycanda distribüteri olan “Efendiler Motors" MMC-nin ("xxxx"-nin) işgüzar nüfuzuna xələl gətirmək və onun reputasiyasını əhali arasında gözdən salmaqdır. “Chery” markalı avtomobillərin Azərbaycan Respublikası üzrə rəsmi distribüteri olan İddiaçı MMC ölkədə öz müştərilərinə qarşı həssaslığı ilə seçilən, onların müraciətlərinə operativ reaksiya verən və problemlərin ən qısa müddətdə həll olunmasına nail olan şirkətlərdən biridir. Bunu xidmətlərindən yararlanan hər bir müştəri təsdiq edə bilər. Bu nöqteyi nəzərdən yuxarıda qeyd edilən hallarla ə laqədar İddiaçı MMC-nin səlahiyyətli şəxsləri tərəfindən cavabdehlə telefon vasitəsilə əlaqə saxlanılmış və etdiyi hərəkətlərin səbəbləri aydınlaşdırılmağa çalışılsa da, ondan əsaslı cavab almağa nail olmaq mümkün olmamışdır. Cavabdeh1 etdiyi əsassız hərəkətlərin nəticəsi olaraq vətəndaşlar tərəfindən "xxxx"-nə etimad nisbətən zəifləmiş və avtomobillərin satış sayma təsir etməyə başlamışdır. “Efendiler Motors" MMC hər bir tənqidi yanaşmalara mövqeyini daim açıq tutmuş, bununla bağlı müştərilərinin problemlərini səlahiyyətli əməkdaşları vasitəsi ilə dinləyərək qısa müddətdə həllinin tapılmasına nail olmuşdur. Lakin Cavabdeh1 əlində hər hansı bir əsas olmadan “Chery” brendinə məxsus avtomobillərin qüsurlu satılmasını iddia etməsi və "xxxx"-nin işgüzar nüfuzuna xələl gətirmək cəhdləri qəbul o lunan deyildir. Belə ki cavabdehin yuxarıda qeyd edilən üsulla "xxxx"-nə (“Efendiler Motors" MMC-yə) ləkə yaxması bir çox müştərilərin narahatçılığına və texniki xidmət servisinin normal fəaliyyətinə ciddi təsir göstərməklə boş dayanma hallarının çoxalmasına səbəb olmuş, müştərilər tərəfindən xidməti servisə müraciətləri kəskin şəkildə azaltmış, ictimaiyyət arasında söz-söhbətin yaranmasına və cəmiyyətdə özünəməxsus imic qazanaraq müsbət xarakterizə olunan şirkətin fəaliyyətində şübhələrin yaranmasına gətirib çıxarmışdır. Bununla da “Efendiler Motors" MMC-nin faydası əldən çıxmış və ciddi ziyana uğramışdır. Yuxarıda qeyd edilənlərə görə “Chery” markalı avtomobili almaq arzusunda olan 3 (üç) nəfər müştəri həmin avtomobili almaqdan imtina etmiş və sonradan aydınlaşdırılmışdır ki, sırf Cavabd eh1 yaydığı əsassız məlumatlardan sonra fikirlərindən daşınmışlar. Buna görə də İddiaçı MMC işgüzar nüfuzuna zərər vurulmasından əlavə maddi ziyana da uğramışdır. Belə ki avtomobillərin alınmaması səbəbindən hər avtomobildən 3500 manat gəlirdən məhrum olmaqla ümumilikdə İddiaçı MMC-yə 10500 manat məbləğində maddi zərər dəymişdir. Cavabdehin qanunsuz əməllərinin geniş vüsət alması, gələcəkdə “Chery” markalı avtomobillərin ölkədə satışının daha da azalması, eləcə də müştəri kontingenti ilə “Efendiler Motors" MMC arasında etibar meyarının aşağı düşməsi ilə nəticələnə bilər. Cavabdeh1 məxsus “Chery Tiggo 2 Pro” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 37 ünvanda yerləşən "xxxx"-nin servisindən götürülməli və Nizami rayon DYP-nin mühafizə olunan duracağına yerləşdirilməlidir. Əlavə olaraq Cavabdeh1 dayanacaq haqqı kimi avtomobil servisə təhvil verildikdən 2 iş günü sonra, yəni xx.xx.2022-ci il tarixdən iddia ərizəsinə dəqiqləşdirmə məhkəməyə təqdim olunduğu günədək, yəni xx.xx.2022-ci il tarixədək hər günə 10 manat hesablanmaqla ümumilikdə 1040 manat vəsaitin alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Cavabdeh1 tərəfindən Bakı şəhəri, Babək prospekti 37 ünvanında yerləşən “Efendiler Motors" MMCyə məktub göndərilməklə həqiqətə uyğun olmayan məlumatları yaydığına görə MMC-dən yazılı formada üzr istənilməli, maddi ziyan olaraq MMC-nin əldən çıxmış faydasına görə 10 500 manat, işgüzar nüfuzuna vurulan ziyana görə 40 000 manat və dövlət rüsumuna görə ödənilən 345 manat pul cavabdehdən tutularaq “Efendiler Motors" MMC-nin h esabına ödənilməlidir. Qeyd olunanlara əsasən Cavabdeh1 məxsus qəzalı vəziyyətdə olan “Chery Tiggo” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 37 ünvanda yerləşən İddiaçı MMC-nin servisindən götürülərək Nizami DYP-nin müvafiq mühafizə olunan duracağına yerləşdirilməsi, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Babək prospekti 37 ünvanında yerləşən “Efendiler Motors" MMC-yə məktub göndərilməklə həqiqətə uyğun olmayan məlumatları yaydığına görə “Efendiler Motors" MMC-dən yazılı formada üzr istənilməsi, dayanacaq haqqı kimi, avtomobil servisə təhvil verildikdən 2 (iki) iş günü sonra, yəni xx.xx.2022-ci il tarixdən iddia ərizəsinə dəqiqləşdirmə məhkəməyə təqdim olunduğu günədək, yəni xx.xx.2022-ci il tarixədək hər günə 10 manat hesablanmaqla ü mumilikdə 1040 manat vəsaitin, maddi ziyan olaraq “Efendiler Motors" MMC-nin əldən çıxmış faydasına görə 10.500 manat, işgüzar nüfuzuna vurulan ziyana görə 40.000 manat və dövlət rüsumuna görə ödənilən 345 manat pulun Cavabdeh1 tutularaq “Efendiler Motors" MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/3684 nömrəli rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəx əssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Yol-nəqliyyat hadisələrinin ekspertizası hadisənin baş verməsinə səbəb ola bilən sükan və tormoz sistemində nasazlıqların aşkar olunması və həmin nasazlıqların hadisənin baş verməsinə səbəb olub-olmaması məsələsini həll edir.
12. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/9461 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə İddiaçı MMC-nin xx.xx.2022-ci il t arixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Chery Tiggo” markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9805 manat müəyyən edilir.
13. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1421 nömrəli rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəki ldə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki qeyd olunan suallar üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Baxışa təqdim olunmuş “Chery Tiggo” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin sükan və tormoz sistemləri texniki cəhətdən saz vəziyyətdədir. Yəni avtomobilin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur.
14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-360/2023 nömrəli iş üzrə 02 oktyabr 2023-cü il tarixli qətnaməsi (hakim Rauf Əhmədov) ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh1 məxsus qəzalı vəziyyətdə olan “Chery Tiggo” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 37 ünvanında yerləşən İddiaçı MMC-nin servisindən Cavabdeh1 tərəfindən götürülməsi, iddia ərizənin verilməsi üçün məhkəməyə ödənilmiş 345 manat dövlət rüsumunun 200 manat hissəsinin Cavabdeh1 alınaraq, İddiaçı MMCyə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə üzrə ödənilmiş pul vəsaitinin geri qaytarılması, vurulmuş mənəvi ziyanın əvəzi qismində təzminat ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmə ilkin və qarşılıqlı iddia tələblərində göstərilən hallara birlikdə hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab etmişdir. Belə ki məhkəmə araşdırm ası zamanı “Chery Tiggo 2 Pro” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki vəziyyəti ilə bağlı ekspertiza təyin edilmiş və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1421 nömrəli ilə baxışa təqdim olunmuş “Chery Tiggo” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin sükan və tormoz sistemlərinin texniki cəhətdən saz vəziyyətdə olması, yəni avtomobilin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olmadığı müəyyən edilmişdir.
16. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı MMC ilə 015/A nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə üzrə verilən 30000 pulun geri tələb edilməsi barədə tələbi təmin edilə bilməz, qarşılıqlı iddia tələbi həmin hissədə təmin e dilməməlidir.
17. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, Cavabdeh1 mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, özünə mənəvi ziyan vurmaya dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir.
18. Məhkəmə ilkin iddia tələbinin “Cavabdeh1 məxsus qəzalı vəziyyətdə olan “Chery Tiggo” marka lı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 37 ünvanda yerləşən İddiaçı MMC-nin servisindən götürülərək Nizami DYP-nin müvafiq mühafizə olunan duracağına yerləşdirilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməli, avtomobilin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olmadığı məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən, Cavabdeh1 məxsus qəzalı vəziyyətdə olan “Chery Tiggo” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 37 ünvanda yerləşən İddiaçı MMC-nin servisindən götürülməlidir. Qeyd olunan avtomobilin Nizami RPİ-nin DYPŞ-nin duracağına yerləşdirilməsinə isə hüquqi əsaslar müəyyən edilməmişdir, ilkin iddia həmin hiss ədə təmin edilməməlidir.
19. Məhkəmə ilkin iddia tələbinin “dayanacaq haqqı kimi, avtomobil servisə təhvil verildikdən 2 (iki) iş günü sonra, yəni xx.xx.2022-ci il tarixdən iddia ərizəsinə dəqiqləşdirmə məhkəməyə təqdim olunduğu günədək, yəni xx.xx.2022-ci il tarixədək hər günə 10 manat hesablanmaqla ümumilikdə 1040 manat vəsaitin tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında dayanacaq haqqının ödənilməsi barədə hər hansı müqavilə və ya razılaşma olmamışdır, ilkin iddia üzrə iddiaçı isə S.M.Əliyevin buna dair öhdəliyi olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir, buna görə də ilkin iddia həmin hissədə də təmin edilməməlidir.
20. Məhkəmə ilkin iddia tələbinin “Cavabdeh1 tərəfindən Bakı şəhəri, Babək prospekti 37 ünvanında yerləşən “Efendiler Motors" MM C-yə məktub göndərilməklə həqiqətə uyğun olmayan məlumatları yaydığına görə “Efendiler Motors" MMC-dən yazılı formada üzr istənilməsi, maddi ziyan olaraq “Efendiler Motors" MMC-nin əldən çıxmış faydasına görə 10500 manat, işgüzar nüfuzuna vurulan ziyana görə 40000 manat pulun Cavabdeh1 tutularaq “Efendiler Motors" MMC-nin hesabına ödənilməsi” hissələrinə münasibətdə isə qeyd etmişdir ki, iddia tələbləri həmin hissələrdə də əsassız olduğundan təmin edilə bilməz.
21. Məhkəmə Cavabdeh1 vəsatəti əsasında şahid qismində ifadə vermiş X2 məhkəmə iclasında göstərdiklərinə münasibətdə isə qeyd etməyi zəruri hesab etmişdir ki, Fəridə Məmmədovanın qarşılıqlı iddia üzrə iddiaçı ilə yaxın qohumluq münasibətlərinin (qızı) olması nəzərə alınmaqla, onun həmin ifadəsi mötəbər sübut qismində qəbul edilib qi ymətləndirilə bilməz.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 389.1, 567, 568.1, 568.2, 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilmiş hissədə ləğv edilərək rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı “Chery Tiggo 2 Pro” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki vəziyyəti ilə bağlı təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli rəyinə əsasən baxışa təqdim olunmuş Chery Tiggo markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin sükan və tormoz sistemlərinin texniki cəhətdən saz vəziyyətdə olması, yəni avtomobilin texniki vəziyyəti ilə hadisənin başverməsi arasında səbəbli əlaqənin olmadığını müəyyən edilməsi və belə olan halda, İddiaçı MMC ilə 015/A nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə üzrə verilən 30.000 pulun geri tələb edilməsi barədə tələbin təmin edilə bilməməsi, qarşılıqlı iddia tələbinin həmin hissədə təmin ilə apellyator razı deyil. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab edilən- xx.xx.2022-ci il tarixdə onunla müqavilənin bağlanması və həmin tarixdə pulun ödənilməsinə baxmayaraq müqavilənin müddəalarına zidd şəkildə avtomobilin faktiki olaraq xx.xx.2022-ci il tarixdə iş günün sonunda, saat 19:15 radələrində ona təhvil verilməsi, həmin gün saat 20:15 radələrində avtomobili evə sürərkən texniki nasazlıqları aşkar edib alqı-satqı müqaviləsinin 4.6-cı bəndinə əsasən, bu barədə ilkin İddiaçıya saat 20:52-də, yəni, malın təhvil alındığı andan 2 gündən tez bir müddə t ərzində məlumat verməsi (iradə ifadəsinin bildirilməsi) və bağlanmış müqavilənin pozulmasını tələb etməsi (əqd barəsində mübahisə edilməsi) kimi faktiki hal məhkəmə tərəfindən tam araşdırılmamış və bu hala qiymət verilməmişdir. Bu halın təsdiq edilməsi üçün qarşılıqlı iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara qətnamədə qiymət verilməmişdir. Məhkəmə işin hallarına qiymət verərkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdin etibarsız sayılmasını, etibarsız əqdlərin hazırki iş üzrə mübahisə edilən əqd ola bilməsini nəzərə almamışdır, həmçinin əqd barəsində mübahisə edildikdə əqdin bağlandığı andan etibarsız olmasını, müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilməsinə əhəmiyyət verməmişdir. Bakı şəh əri Nizami Rayon Məhkəməsinin e-2(007)360/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, yəni Cavabdeh1 məxsus qəzalı vəziyyətdə olan “Chery Tiggo” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Nizami rayonu, ünvan ünvanda yerləşən İddiaçı MMCnin servisindən Cavabdeh1 tərəfindən götürülməsi, Cavabdeh1 “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə üzrə ödənilmiş pul vəsaitinin geri qaytarılması, vurulmuş mənəvi ziyanın əvəzi qismində təzminat ödənilməsi” tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi, ilkin iddianın verilməsi üçün ödənilmiş 345 manat dövlət rüsumunun 145 manat hissəsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə aid edilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 210 manat qarşılıqlı iddi a üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 aid edilməsi, iddia ərizənin verilməsi üçün məhkəməyə ödənilmiş 345 manat dövlət rüsumunun 200 manat hissəsi Cavabdeh1 alınaraq, İddiaçı MMC-yə ödənilməsinə, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə sərf edilmiş ümumilikdə 430 manat pul vəsaitinin 330 manat hissəsi Cavabdeh1 tutulmasına dair hissədə ləğv edilməsi və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında bu hissədə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 2(103)-837/2024 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), A.M.Məmməd və F.Ş.Talışinski) Cavabdeh1 nümayə ndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsində araşdırma zamanı “Chery Tiggo 2 Pro” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki vəziyyəti ilə bağlı ekspertiza təyin edilmiş və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli rəyi ilə baxışa təqdim olunmuş “Chery Tiggo” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin sükan və tormoz sistemlərinin texniki cəhətdən saz vəziyyətdə olması, yəni avtomobilin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olmadığı müəyyən edilmişdir. 2
7. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu halda qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur.
28. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, avtomobilin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olmadığı sübuta yetirildiyindən, Cavabdeh1 məxsus qəzalı vəziyyətdə olan “Chery Tiggo” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 37 ünvanda yerləşən İddiaçı MMC-nin servisindən götürülməlidir.
29. Məhkəmə kollegiyası Cavabdeh1 vəsatəti əsasında şahid qismində ifadə vermiş X2 izahatına münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə cavab vermək üçün məhkəmə ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəh ətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsiri), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi məhkəmənin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Baxmayaraq ki iddiaçı iddiasının əsas kimi məhz yuxarıda göstərilən şahid ifadəsinə istinad etmişdir, lakin prosessual qənaət prinsipinə görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Fəridə Məmmədovanın qarşılıqlı iddia üzrə iddiaçı ilə yaxın qohumluq münasibətlərinin (qızı) olması nəzərə alınmaqla, onun həmin ifadəsi mötəbər sübut qismində qəbul edilməsi qanuni və ədalətli hesab oluna bilməz.
31. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddianı yoxlanılan hissədə təmin etməklə, qarşılıqlı iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
32. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 389.1, 567, 568.1, 568.2, 1096.1, 1097.1-ci maddələrinə, habelə Mülki-Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şika yətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmiş və prosessual hüquq normalarını pozmuşdur. Belə ki qətnamə iş üzrə müəyyən edilmiş hallara ziddir, tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, məhkəmə sübutları düzgün qiymətləndirməmiş, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə o lmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını düzgün müəyyən etməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. b)Kassasiya şikayətinə etiraz
35. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
37. Maddə 389.1. mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
38. Maddə 567. alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
39. Maddə568.1. satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
40. Maddə 568.2. əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.
41. Maddə 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
42. Madə1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasın da tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərin dən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamə tam yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi
54. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
55. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın təmin olunan hissəsində rədd, qarşılıqlı iddianın tam təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
56. Belə ki apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq, Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsində araşdırma zamanı “Chery Tiggo 2 Pro” mark alı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki vəziyyəti ilə bağlı ekspertiza təyin edilmiş və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli rəyi ilə baxışa təqdim olunmuş “Chery Tiggo” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin sükan və tormoz sistemlərinin texniki cəhətdən saz vəziyyətdə olması, yəni avtomobilin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olmadığı müəyyən edilmişdir.
57. Apellyasiya instansiyası məhkəməsi həmçinin işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddianı mübahisələndirilən hissədə təmin, qarşılıqlı iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir.
58. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, avtomobilin texniki vəzi yyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olmadığı sübuta yetirildiyindən, Cavabdeh1 məxsus qəzalı vəziyyətdə olan “Chery Tiggo” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 37 ünvanda yerləşən İddiaçı MMC-nin servisindən götürülməlidir.
59. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 vəsatəti əsasında şahid qismində ifadə vermiş X2 izahatına münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələblərinə cavab vermək üçün məhkəmə ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsiri), ikinci şahidin ifadəsi inandırıcıdı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi məhkəmənin hansısa qərara gəlməyə imkan ver ib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Baxmayaraq ki, iddiaçı iddiasının əsas kimi məhz yuxarıda göstərilən şahid ifadəsinə istinad etmişdir, lakin prosessual qənaət prinsipinə görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin.
60. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Fəridə Məmmədovanın qarşılıqlı iddia üzrə iddiaçı ilə yaxın qohumluq münasibətlərinin (qızı) olması nəzərə alınmaqla, onun həmin ifadəsi mötəbər sübut qismində qəbul edilməsi qanuni və ədalətli hesab oluna bi lməz.
61. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərini də araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənatə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 2(103)-837/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.