Məhkəmə qərarları › İş №2(102)-1576/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1576/2023

29.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1576/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikintisi Kooperativi və Kooperativin sədri Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin icra olunması, dayanacağa sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2(103)7584/2022 nömrəli qərardadından Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikintisi Kooperativi və Kooperativin sədri Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə iddiaçı ilə mənzilə aid bağladıqları müqavilənin “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperati v, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi”, “mənzillərin girişində elektrik sayğacının quraşdırılması” üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin qoyulması, ünvan üzrə binanın sahəsində yerləşən dayanacaqda ona məxsus avtomobilin saxlanması və dayanacaqdan istifadə hüququna qarşı cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququnun təmin edilməsi və tanınması, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi nəticəsində dəymiş 15000 manat maddi zərərin və 15000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarix li, 2(004)98/2022 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh1 MTK-nın üzərinə İddiaçı ilə ünvan 1 ünvanda Cavabdeh1 MTK-nın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilə dair bağlanmış “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi”, “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin edilməsi”, “mənzillərin girişində elektrik sayğacının quraşdırılması”, “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin edilməsi” üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin qoyulması, İddiaçı məxsus avtomobilin binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna Cavabdeh1 MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququnun təmin edilməsi və tanınması, Cavabdeh1 MTK-dan dəymiş maddi zərərin əvəzi kimi 20117 manatın və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)-4239/2022 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovun və F.Ş.Talışinskinin iştirakı ilə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(004)-98/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədə n saxlanılmışdır. 5. 22 oktyabr 2022-ci il tarixdə Cavabdeh1 MTK tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərardadı ilə mümkün hesab edilmiş və şikayət apellyasiya icraatına qəbul edilmişdir.

6. Lakin sonradan, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2(103)-7584/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(004)-98/2022 nömrəli qətnaməsindən Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(103)-7584/2022 nömrəli qərardadı ləğv olunmuş, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikay əti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən apellyasiya şikayəti bunun üçün müəyyən olunmuş prosessual müddət ötürülməklə verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

8. Cavabdeh1 MTK kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(103)-7584/2022 nömrəli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 10-cu, Mülki Prosessual Məcəllənin 14.2, 134, 135.2, 227.3, 384.0.6-cı maddələri pozulmuşdur. Belə ki, qeyd olunan qərardadla cavabdehin məhkəmədə müdafiə hüquq pozulmuşdur. Qətnamənin mövcud olmasından xəbər tutanda Cavabdeh1 MTK-nın sədri Cavabdeh2 ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək qətnaməni istəmiş və məhkəmə tərəfindən qətnamə ona rəsmi qaydada verilmişdir. Həmin tarixdən bir aylıq müddət çərçivəsində apellyasiya şikayəti verilmişdir. Cavabdehlərin birinci instansiya məhkəməsində nümayəndəsi, Vəkil1 qətnamənin elan edildiyi 31 mart 2022-ci il tarixdə məhkəmə iclasında iştirak etməsi inkar olunmur. Lakin nəzərə alınmalı idi ki, iddiaçının MTK-ya və onun sədri Cavabdeh2 qarşı dəfələrlə məhkəmələrdə iddialar qaldırdığından və adətən qətnamə MTK-nın ünvanına göndərildiyindən, qətnamənin çı xması barədə bir məlumatı olmamış və yalnız icra və probasiya şöbəsi tərəfindən qətnamənin icrası ilə bağlı Cavabdeh1 MTK-nın sədri Cavabdeh2 zəng olunan vaxt, o, iş üzrə qətnamənin mövcud olmasından xəbər tutmuşdur. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh1 MTK ilə Vəkil1 arasında apellyasiya instansiyasına müqavilə-razılaşma olmamış, apellyasiya məhkəməsində hüquqların müdafiəsi ilə bağlı müqavilə bağlanmamışdır. Bu səbəbdən Vəkil1 apellyasiya məhkəməsi tərəfindən elektron məhkəmə kabinetinə bildirişlərin göndərilməsindən xəbərsiz olmuşlar.

10. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

11. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya in stansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti məhkəmə qətnaməsinin icrasına mane olmaq məqsədi ilə verilmiş, apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına riayət olunmuşdur. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayə tində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində cavabdehin apellyasiya şikayətinin mümkünlüyünü yoxlayar kən müəyyən etmişdir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddət ötürülmüşdür.

15. Belə ki, iş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırılmış surəti cavabdehlərin ünvanına rəsmi olaraq göndərilsə də, poçt orqanı tərəfindən “yoxdur” qeyri ilə geri qaytarılmışdır.

16. Bununla belə, rayon məhkəməsinin qətnaməsindən və məhkəmə iclas protokolundan müəyyən olunur ki, cavabdehlərin nümayəndəsi, Vəkil1 qətnamənin elan edildiyi 31 mart 2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş və işin nəticəsi barədə xəbərdar olunmuşdur.

17. Bundan əlavə, iş materiallarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(004)-98/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətin apel lyasiya instansiyası məhkəməsində baxılarkən, həm cavabdeh (cavabdeh MTK-nın qanuni təmsilçisi) Cavabdeh2, həm də cavabdehlərin vəkili Vəkil1 SMS xəbərdarlıqları göndərilmiş, eyni zamanda apellyasiya məhkəməsinin 14 iyun 2022-ci il tarixli qətnaməsi Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış vəkilin elektron kabinetində yerləşdirilmişdir.

18. Daha sonra müəyyən olunur ki, rayon məhkəməsinin qətnaməsindən cavabdehin apellyasiya şikayəti 22 oktyabr 2022-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yerləşdirilmişdir.

19. Göstərilənlərə əsasən apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, cavabdehlərin birinci instansiya məhkəməsinin qətnaməsindən məlumatsız olmaları inandırıcı və ağlabatan deyil. Cavabdeh2 bir neçə məhkəmə iclasında iştirak etmiş, yəni mübahisədən, m əhkəmə icraatında işin olmasından məlumatlı olmuş, həmçinin nümayəndə, Vəkil1 qətnamənin elan edildiyi məhkəmə iclasında iştirak etmiş və məlumatı olmuşdur. Belə olan halda, barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasında maraqlı olan tərəf qətnamənin surətini əldə etmədiyi halda vaxtında müraciət edərək qətnamənin surətini əldə edə bilərdi. Cavabdeh isə məlumatlı olduğu halda uzun zaman hərəkətsizlik göstərmiş, yalnız qətnamə icraya yönəldikdən sonra ərizə ilə müraciət edərək qətnamənin surətini əldə etmiş və apellyasiya şikayəti vermişdir. Apellyasiya məhkəməsi düzgün olaraq cavabdehin göstərilən hərəkətlərini prosessual hüquqlardan sui-istifadə kimi qiymətləndirmişdir.

20. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin Vəkil1 ilə apell yasiya icraatı üçün müqavilə bağlaması əhəmiyyət kəsb etmir. Belə ki, rayon məhkəməsinin qətnaməsi qəbul edilərkən MTK tərəfindən sonuncuya verilmiş 01 may 2021-ci il etibarnamə qüvvədə olmuşdur.

21. Digər tərəfdən cavabdehin özünün (onun qanuni təmsilçisinin) də məhkəmə mübahisəsindən xəbəri olmuş və o, işin nəticəsi ilə bağlı məlumat almaq, məhkəmə aktını əldə etmək üçün elementar hərəkətlər etmək imkanında olmuşdur. Bu hərəkətlərin etməməsinin riskini isə cavabdeh özü daşımalıdır.

22. Belə ki, “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X3 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ə rizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”

23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin qeyri-mümkün hesab olunmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 30 noyabr 2022-ci il tarixli, 2(103)-7584/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar