Məhkəmə qərarları › İş №2(102)-1579/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1579/2022

11.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1579/2022 11.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1579/2022 (Açar sözlər: tikilinin, darvazanın sökülməsi götürülməsi, maddi ziyanın ödənilməsi ) Bakı şəhəri, 11 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi, darvazanın götürülməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2873/2021 nömrəli, 01 oktyabr 202 1-ci il tarixli qətnaməsindən Cavabdeh oğlunun kassasiya şikayəti üzrə işə 11 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı (bundan sonra “iddiaçı”) Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) tərəfindən ümumi açılan yola qoyulmuş giriş-çıxış darvazasının sökülüb götürülməsi, cavabdeh tərəfindən onun evinə bitişik tikilmiş hamam-tualetin sökülməsi və cavabdeh tərəfindən evinə bitişik hamam tualetdən yaranan rütubət nəticəsində evin təmiri üçün xərclənmiş 5000 (beş min) manat maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı ilə cavabdeh qonşudur və cavabdeh küçənin ümumi istifadədə olan hissəsinə gediş-gəliş darvazası qoymuş, iddiaçının ailəsi məcburiyyət qarşısında qalaraq başqa küçədən getməyə məcbur olur. Cavabdehin özünə darvaza qoyduğu yer şəhərin ümumi layihəsinə görə yoldur.

3. Cavabdehin ümumi gediş-gəliş yoluna dəmir darvaza qoyması nəticəsində iddiaçının həyətini güclü yağışlar yağanda su basır, hər dəfə güclü yağışlar yağanda iddiaçı ancaq evin zirzəmisini su basmaması üçün çalışır.

4. Cavabdeh iddiaçının evinin divarına bitişik hamam-tualet tikmiş, nəticədə iddiaçının evinin divarı nəmlənərək sökülmüşdür. İddiaçı indiyədək evinin nəmlənmiş hissəsini 4 dəfə təmir etdirməsinə baxmayaraq, faydası olmamışdır. İddiaçının evinin təmirə görə xərclədiyi 5000 (beş min) manat məbləğində ziyan c avabdehdən tutulmalıdır.

5. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 170.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmişdir.

6. İddiaçı sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdeh tərəfindən döngənin giriş-çıxışını zəbt edən qanunsuz darvazanın götürülməsi, Gəncə şəhəri, İsmət Qayıbov küçəsi ev 74-də mülkiyyətində olan divardan istifadə etməklə inşa edilmiş su anbarı, hamam-tualet, zalın, əl damlarının və mətbəxin sökülməsi, gələcəkdə də cavabdeh tərəfindən bu cür pozuntuların baş verəcək ehtimalını nəzərə alaraq iddiaçının evinin mətbəxinə bitişik olan divarına dövlət orqanı tərəfindən kamera qoyulması və nəzarətin həyata keçirilməsinə və 5000 (beş min) manat ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh döngənin sonunda yerləşən evinin qarşısında olan torpaq sahəsini zəbt edərək ora iki ədəd iç-içə darvaza qoymuş, nəticədə isə döngə dalana çevrilmişdir. Bu isə qonşuların hüququnu pozmaqla yanaşı, eyni zamanda sanitariyagigiyena, yanğın təhlükəsizliyi, şəhərsalma qaydalarını da pozur. İddia ərizəsində göstərdiyi kimi darvaza qoyulması nəticəsində yağış suları döngədə, hazırkı vəziyyətdə isə dalanda qalır və axmağa yeri olmadığından gölməçə yaranır, həmin gölməçədə olan yağış suları isə sonra iddiaçının həyətinə və birinci mərtəbədə yerləşən evinə daxil olur. Döngədə heç bir kanalizasiya quyusu olmadığından, suyun axımının qarşısının süni surətdə bağlanması nəticəsində yağış suları yalnız gü nəş şüaları ilə buxarlanaraq quruyur.

8. Bundan başqa, cavabdeh özünə divar hördürmədən iddiaçının divarına bitişik, həmin divardan istifadə etməklə hamam-tualet tikdirmişdir. Hətta bu az imiş kimi, iddiaçının divarına bitişik, yerin altında su hovuzu da inşa etdirmişdir. Məhkəmə mübahisəsi davam etdiyi müddətdə hətta hamam-tualetin üstündə iddiaçı yenə də cavabdehin mülkiyyətində olan divardan istifadə etməklə mətbəx də inşa etdirmişdir. Hamam tualetin yanından isə iddiaçının divarına bitişik əl damları, yuxarıdan böyük bir zal, onun yanında isə mətbəx tikdirmişdir.

9. İddiaçının divarının ikinci mərtəbəsi tək qat kərpicdən tikilmişdir. İddiaçı dəfələrlə cavabdehdən divar tikdirməsini, onun divarından istifadə etməməsini tələb etmiş, lakin cavabdeh buna əhəmiyyət verməmişdir. Hətta bunl ar azmış kimi, cavabdeh iddiaçının evinin novdanını da sökdürmüşdür ki, özünün mətbəxinin və zalının tavanını vurdura bilsin.

10. Cavabdeh iddiaya etiraz edib. Etirazın dəlilləri: - cavabdehin yaşadığı ev ona ulu babasından miras qalmışdır. Ümumi işlək yol deyilən hissə həmişə onun ailəsinin sahibliyində olmuş, 1973-cü ildə darvaza qoyulmuşdur. Leysan yağışları nəticəsində bir çoxlarına, eləcə də onun evinə ziyan dəymiş, səbəbi isə güclü yağış və həmin vaxt küçədə çəkilən su və kanalizasiya xəttinin inşasında mühəndis işlərinin düzgün aparılmaması, döngənin qabağında qazılıb çıxarılmış torpaq topasının küçədə yuxarıdan gələn sel-yağış sularının döngəyə axması olmuşdur; - 1988-ci ildə həyətlərində yeraltı hovuz tikdirərkən hovuzla nənəsinin aybalası evinin ara məsafəsi 1 metrə yaxın olmuş, lakin ev hovuzdan nəm çəkməmişdir. 1989-90-cı illərdə dayısı Elçin köhnə evi sökdürüb yenisini tikdirərkən ara divar, onlarla şərik tikdirilmiş, bu şərtlə ki, əgər onlardan biri həmin yerdə əlavə nəsə tikdirərsə ayrıca divar hördürməlidir; - buna görə 1990-cı ildə onların tərəfindən əlavə barı tikilməklə hamam tualet, əl damları tikilmiş, inşa olunmuş hər bir tikili öz tikdirdikləri bünövrənin üstündədir, hamam və tualet də istifadə olunan su xətti tərəflərindən sökülmüş ümumi divardan 1-1.2 metr məsafədə qurulmuş, su isitmə aqreqatı çöldədir; - cavabdeh tərəfindən iddiaçının təmirinə zərər dəymişsə, zərəri ödəməyə hazırdır. Cavabdeh iddiaçı ilə bir qonşu kimi əvvəllər normal qonşuluq münasibətlərində olmuş və aralarında heç bir problem olmamışdır. Lakin son vaxtlarda aralarında mübahisələ ri yaranmasına baxmayaraq, cavabdeh həyətində tikililər inşa etdirən vaxt iddiaçı özü də gələrək ona xeyir dua vermiş və heç bir narazılıq etməmişdir.

11. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus evin həyətində inşa edilən sanitar qovşağın tikinti normalarına uyğun inşa edilməsi, bunun nəticəsində iddiaçıya ziyan vurulmasını müəyyən etmk üçün 02 sentyabr 2019-cu il tarixli qərardadı ilə tikintitexniki ekspertizası təyin etmişdir.

12. Məhkəmə Ekspertizası Mərkəzinin 17.04.2021-ci il tarixli, 24316 saylı rəyinə əsasən Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsində yerləşən Cavabdeh məxsus 90 saylı evin həyətində yerləşən hamam-tualet tikilisi İddiaçı məxsus evə bitişik olduğu və ara məsafəsi saxlanılmadığı nəzərə alınaraq, həmin tikililər Azərbaycan Respublikası Şəhərsalma və Tiki nti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələblərinə uyğun inşa edilməmişdir. Hamam-tualet tikilisindən iddiaçının evinə ziyan vurulduğu müəyyən edilir.

13. Birinci instansiya məhkəməsi 03 noyabr 2020-ci il tarixli qərardadla təkrar tikintitexniki ekspertizası təyin etmişdir.

14. Məhkəmə Ekspertizası Mərkəzinin 15.03.2021-ci il tarixli 10/3771 saylı rəyinə əsasən Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsində yerləşən 90 saylı evin həyətində yerləşən hamam-tualetin inşası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş, “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibat çılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2 bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun deyil. İddiaçıya məxsus yaşayış otağının divarı cavabdehə məxsus hamam-ayaqyolu tikintisinə bitişik vəziyyətdə olduğu və eləcə də, yaşayış otağının divarı və döşəməsi üzərində (cavabdehə məxsus hamam – ayaqyolu tikililəri tərəfindən) su sızma ləkələrinin olduğu nəzərə alınaraq, ünvan 1 ünvanda yerləşən hamam-ayaqyolu tikilisindən suyun sızdığı və nəticədə ziyan dəydiyi müəyyən edilir, Su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 664.0 manat məbləğindədir.

15. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-98/20 21 nömrəli, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsində yerləşən 90 saylı evin həyətində yerləşən hamam-tualet tikililərinin sökülməsi, Cavabdeh 664.0 (altı yüz altmış dörd) manatın alınaraq İddiaçı verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmiş, ekspertiza xərci cavabdeh dən tutulmuşdur.

16. Birinci instansiya məhkəməsi işdəki sübutlara, o cümlədən Məhkəmə Ekspertizası Mərkəzinin 15.03.2021-ci il tarixli 10/3771 saylı rəyinə əsasən müəyyən edib ki, Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsində yerləşən 90 saylı evin həyətində yerləşən hamam-tualetin inşası tikinti norma və qaydalarına uyğun inşa olunmamış, iddiaçıya məxsus ünvanda yerləşən yaşayış otağının divarı və döşəməsi üzərində su sızma ləkələri ünvan 1 ünvanda yerləşən hamam-ayaqyolundan suyun sızması nəticəsində yaranmış və həmin qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 664.0 manat məbləğindədir.

17. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab edib ki, iddia tələbi hamam-tualet tikililərinin sökülməsi və 664.0 (altı yüz altmış dörd) manat maddi zərər hissəsində təmin edilməlidir.

18. İddia tələbinin cavabdeh tərəfindən ümumi açılan yola qoyulmuş giriş-çıxış darvazasının sökülüb götürülməsi, su anbarı, zalın, əl damlarının və mətbəxin sökülməsi, gələcəkdə də cavabdeh tərəfindən bu cür pozuntuların baş verəcək ehtimalını nəzərə alaraq onun evinin mətbəxinə bitişik olan divarına dövlət orqanı tərəfindən kamera qoyulm ası və nəzarətin həyata keçirilməsi hissələrində isə birinci instansiya məhkəməsi iddianı rədd edib və bunu onunla əsaslandırıb ki, iddiaçı iddia tələbinin həmin hissəsinə dair sübutlar təqdim etməyib. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verib, iddianın tam təmin olunması xahiş etmişdir.

20. Apellyasiya şikayətinin dəlilləri: - cavabdehin ünvanı iddia ərizəsində və cavabdehin özünün də qeyd etdiyi kimi ünvan 2 ünvanı ünvan 3ın Dövlət Reyestr Xidmətinə edilmiş sorğuda guya ki, 74 saylı mülkün aşkar edilmədiyi qeyd edilmişdir. Lakin maraqlı orasıdır ki, cavabdehin şəxsiyyət vəsiqəsində onun qeydiyyat ünvanının 74 saylı ev olduğu göstərilmişdir. Həmçinin, 90 saylı ev başqa ünvandır və məhkəmə 90 saylı evlə bağlı tikintilərin sökülməsini qət etmək lə, əslində, iddiaçının tələbini təmin etməməyi nəzərdə tutmuşdir. Belə ki, onların fərdi yaşayış evlərinin hər ikisi döngədə yerləşir. Cavabdehin ünvanı döngənin sonunda yerləşdiyindən onun evinin nömrəsi küçənin digər tərəfindən hesablanaraq verilmişdir; - başqa bir maraqlı hal da ondan ibarətdir ki, bütün cüt və tək nömrələrlə ünvan verildiyi halda, necə ola bilər ki, 74 saylı ev mövcud olmasın. Cavabdehin və ya onun atababasının mülkiyyətində olan və onların küçəsində yerləşən ünvanın nə olması da məhkəmə tərəfindən araşdırılmamışdır; - məhkəmənin qətnaməsinin nəticə hissəsində də cavabdehin istifadəsində, sahibliyində, sərəncamında olan 90 saylı ünvanla bağlı nəticə deyil, yalnız 90 saylı ünvanda yerləşən tikililərin sökülməsi bildirilmişdir. Yəni, həmin ünvanın cavabdehə aidiyyatının olub-olmaması məhkəmənin qətnaməsinin nəticə hissəsində qeyd edilməmişdir. Başqa bir tərəfdən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə sorğu edilərək 90 saylı ünvanın kimin mülkiyyətində olması da araşdırılmamışdır. 90 saylı mülk küçənin başqa tərəfində yerləşir, iddiaçın evi ilə heç bir əlaqəsi yoxdur; - həmçinin iddiaçı cavabdehin hərəkətlərindən dəfələrlə polisə şikayət etmiş və şikayətdə 74 saylı ünvanı göstərsə də, cavabdeh bilərəkdən şikayətlərinin və iddianın təmin edilməsinin, onların gələcəkdə icrasının qarşısını almaq, maneçilik törətmək məqsədilə ünvanını "90" kimi qeyd etmişdi; - məhkəmə cavabdehin evinin sənədinin olmamasına əsaslansa da, onun şəxsiyyət vəsiqəsini, ev dəftərini əsas götürməklə evin həqiqi ünvanını müəyyən edə bilərdi. Bundan başqa, məhkəmə tərəfindən mübahis ənin həlli üçün cavabdehin həqiqətən də yolu zəbt etməsi faktı araşdırılmamış, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu edilərək sənədlər tələb edilməmişdir. Nəticədə də cavabdehin həqiqətən də ümumi istifadə olan yolu bağlaması faktı məhkəmə tərəfindən aşkar edilməmiş qalmışdır; - cavabdeh döngənin sonunda yerləşən evinin qarşısında olan torpaq sahəsini zəbt edərək oraya iki ədəd iç-içə darvaza qoymuşdur. Nəticədə isə döngə dalana çevrilmişdir. Bu isə qonşuların hüququnu pozmaqla yanaşı, eyni zamanda sanitariya-gigiyena, yanğın təhlükəsizliyi, şəhərsalma qaydalarını da pozur. Darvaza qoyulması nəticəsində yağış suları döngədə, hazırkı vəziyyətdə isə dalanda qalır və axmağa yeri olmadığından gölməçə yaranır. Həmin gölməçədə olan yağış suları isə sonra iddiaçının həyətin ə və birinci mərtəbədə yerləşən evinə daxil olur; - cavabdeh məhkəmə prosesləri gedişində barışmaq istədiyini bildirsə də, sonra gizlicə cakuzi vannası və su termostatını və su təchizatı sistemini iddiaçının barısına birləşdirmişdir.

21. Cavabdeh də apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin olunmamasını xahiş etmişdir.

22. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: - məhkəmə prosesi getdiyi müddət ərzində tərəfindən hamam və tualetdə olan su boruları dəyişdirilmiş və həmin yerdə təmir işləri aparılmışdır. Məhkəmə tərəfındən ekpertiza təyin edilmiş və ekspertiza rəyindən görünür ki, iddiaçıya məxus evin divarı nəmlənmiş və həmin nəmlənmə cavabdehə məxsus hamam və tualetdən sızan su nəticəsində baş vermişdir. Məhkəmə isə həmin rəyə əsaslanaraq iddia tələbini qismən təmin etmişdir; - birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, həmin tualet və hamam cavabdehə məxsus torpaq sahəsində yerləşmişdir. Eyni zamanda hamam və tualetin üzrərində cavabdehə məxsus mətbəx və zal var. Həmin tikililər isə iddiaçıdan öncə orada inşa edilmişdir, cavabdehə məxsus torpaqda yerləşir. Tualet və hamam sökülərsə bu zaman cavabdehə məxsus mətbəx və zal da sökülməlidir. Çünki həmin tikililər mətbəx və hamamın üzərində yerləşmişdir; - digər bir məsələ ondan ibarətdir ki, cavabdeh tərəfindən hamam və tualetdə olan su boruları dəyişdirilmiş və həmin tikililərdə su axmasına dair yaxışlaşdrıma işləri aparılmışdır. Məhkəmə tərəfındən həmin yaxşılaşdırma işlərinin aparılmasından sonra su sızmasının mövcud olub-olmaması müəyyən edilməmişdir; - eyni zamanda həmin nəm lənmənin qeyd edilən tikililərin sökülmədən aradan qaldırılmasının mümkünsüzlüyü məhkəmə qətnaməsində göstərilmədən tikililərin sökülməsi ilə bağlı gəlinən nəticə əsaslı deyildir; - bundan başqa həmin tikilər cavabdehin mülkiyyətindədir və cavabdehə məxsus torpaq sahəsində inşa edilmişdir.

23. Apellyasiya məhkəməsi tərəflərin yaşadığı ünvanda yerli baxış keçirmişdir.

24. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2873/2021 nömrəli, 01 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə hər iki apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(044)-98/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmaqla, iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən Gəncə şəhəri, İ.Qayıbov küçəsində döngənin giriş-çıxışını zəbt etməklə qanunsuz quraşdırılmış darvazanın onun hesabına sökülərək götürülməsi, Cavabdeh vurulmuş maddi ziyan qismində 664 manat, məhkəmə xərci qismində 30,4 manat olmaqla, cəmi 694,4 (altı yüz doxsan dörd manat, 40 qəpik) manatın alınaraq, İddiaçı ödənilməsi, iddianın və apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsiqət edilmiş, ekspertiza xərci tərəflər arşında bölünmüşdür. (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Loğman Süleymanov )

25. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına və əlavə təqdim edilmiş sənədlərə əsasən müəyyən edib ki, Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, 74 saylı fərdi yaşayış evi, o cümlədən iddiaçının sökülməsini tələb etdiyi hamam-tualet “C” tikilisinə daxil olmaqla, həmin tikili üzərində mülkiyyə t hüquqları qeydiyyata xüsusi mülkiyyət hüququ əsasında 16 iyun 2021-ci il tarixdə X1 adına qeydə alınmışdır. Həmin fərdi yaşayış evinin inventar nömrəsi 53817 olan texniki pasportuna əsasən “C” tikilisi iki mərtəbəli olmaqla, aşağı mərtəbə yarımzirzəmi, yuxarı mərtəbə yaşayış binası 13,3 kv.m yaşayış otağından, 19,9 kv.m xidməti otaqdan və 7.7 kv.m dəhlizdən ibarətdir. Yarımzirzəmi isə 4,6 kv.m, 3.8 kv.m, 2.5 kv.m, 7.,2 kv.m və 9.7 kv.m sahəli otaqlarından ibarət olmaqla, həmin otaqların təyinatı texniki pasportda sanitar qovşaq və anbar kimi nəzərdə tutulmamışdır. Yerində baxış zamanı isə müəyyən edilmişdir ki, cavabdeh yarımzirzəminin 4,6 kv.m, 3.8 kv.m və 2.5 kv.m sahəli tikililərindən hamam-tualet kimi istifadə etməkdədir ki, həmin tikililərlə iddiaçının texniki pasportunda əldamı, mətbəx və hamam-tualet kimi qeyd olunan “B” və “V” tikililəri ortaq divara malikdirlər. Ekspert rəyinə əsasən də iddiaçının evinə hamam-tualet tikintisindən ziyan vurulub.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, işə birinci instansiya məhkəməsində baxılan zaman cavabdehin faktiki istifadəsində olan “C“tikilisi üzərində hər hansı bir şəxsin mülkiyyət hüquqları qeydə alınmamışdır. Bu fakt iş materiallarına əlavə edilmiş Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi 74 saylı fərdi yaşayış evinin 14 iyul 1992-ci il tarixli, 493-13 nömrəli texniki pasportu ilə öz təsdqiqini tapmaqdadır. Lakin, sonradan yəni, 16 iyun 2021-ci il tarixdə Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi 74 saylı fərdi yaşayış evi, o cümlədən “C” tikilisi mərhum X1 adına mülkiyyət hüququ kimi qeydə alınmışdır.

27. Apellyasiya instansiyası məhkəməsinə görə Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi 74 saylı fərdi yaşayış evinin tərkib hissəsi olan “C” tikilisi üzərində mülkiyyət hüquqları qeydiyyata alındığından, həmin qeyd ləğv edilmədən tikilinin sökülməsi mülkiyyətin toxunulmazlığı səbəbindən mümkünsüzdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Buna görə də tikililərinin sökülməsi hissəsində iddia tələbi əsassızdır.

28. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, məhkəmənin sökülməsini təmin etdiyi hamam-tualetdən ibarət tikililər ünvan 5 ünvanda yerləşməkdədir. 90 saylı ünvanda isə başqa şəxsin mülkiyyətində olan daşınmaz əmlak yerləşir.

29. Apellyasiya instansiyası onu da qeyd edib ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1 və 72.1-ci maddələrinin tələbləri qeydin ləğvi ilə bağlı məhkəmə mübahisəsi üzrə tətbiq edilməli olan maddi hüquq norması kimi çıxış edə bilər. Buna görə də iddiaçı cavabdehin istifadəsində olan “C” tikilisinin tikinti normalarına zidd olaraq, onun divarından istifadə edilməkə inşa edildiyini və buna müvafiq olaraq da həmin tikiliyə mülkiyyət hüququna dair qeydin əsassız olaraq aparıldığını iddia etdiyi halda mülkiyyət hüququna dair qeydin ləğv edilməsini mübahisələndirməli, qeydin ləğvinə nail olduğu təqdirdə isə tikilinin sökülməsi tələbini irəli sürməkdə haqlı ola bilər. Hazırkı vəziyyətdə isə iddiaçı cavabdehin həmin tikililərdən istifadə nəticəsin də ona vurulmuş ziyanı tələb etməkdə haqlı olmaqla, “C” tikilisində olan hamam-tualetdən istifadənin ona ziyan vuran şəkildə istifadəsinin cavabdehə qadağan edilməsi tələbini irəli sürməkdə haqlı ola bilərdi.

30. Apellyasiya instansiyasının qənaətinə görə iddiaçı cavabdehin onun əldamının divarına bitişik hamam-tualetin tikməsi səbəbindən divarının nəmlənməsi ilə əlaqədar ona 5000 manat ziyan dəyməsini iddia etmişdir ki, ekspert rəyi ilə də iddiaçıya 664 manat məbləğində ziyan vurulması müəyyən edilmişdir. Buna görə də iddia tələbi həmin hissədə qismən təmin edilməklə Cavabdeh 664 manat tutularaq, iddiaçıya ödənilməlidir.

31. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi 74 saylı fərdi yaşayış evinin 12 iyun 2021-ci il tarixli, inventar nömrəsi 53817 olan texniki pasportuna əsasən həmin evin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 0,0543 ha olsa da, faktiki sahə 0,0680 ha olmuşdur. Yerində baxış zamanı da müəyyən edilmişdir ki, Cavabdeh İ.Qayıbov küçəsinə darvaza qoymaqla küçənin bir hissəsini öz həyətyanı torpaq sahəsinə qatmaqla, küçəni zəbt etmiş və nəticədə küçə dalana çevrilmişdir. Artıq torpaq sahəsi də məhz küçənin zəbt edilməsi ilə əlaqədar olmuşdur. Cavabdehin bu zəbti iş materiallarında olan 12 iyun 2021-ci il tarixli, inventar nömrəsi 53817 olan texniki pasportdan da açıq-aydın görünməkdədir. Belə ki, texniki pasportda artıq torpaq sahəsi kimi ştrixlənmiş sahə cavabdeh tərəfindən zəbt edilməklə İ.Qayıbov küçəsindən əsas yola olan çıxışlardan birini bağlamışdır ki, iddiaçının iddia etdiyi kimi kü çənin dalana çevrilməsi nəticəsində yağış sularının yığılıb qalmasından əlavə, ümumi istifadədə olan yolun bağlanmasına səbəb olmaqla, nəinki iddiaçının, o cümlədən küçədə yaşayan digər sakinlərin də küçədən istifadə etməklə həmin hissədən əsas yola çıxmaq imkanından məhrum etmişdir. Buna görə də iddia tələbi darvazının götürülməsi hissəsində də təmin edilməlidir.

32. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəlləsinin 21.2, 239.1, 1096.1, 1096.2, 1097.1-ci, Torpaq Məcəlləsinin 47, 111-ci və Mülki Prosessual Məcllənin 14.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh (Vəkil Köçərli oğlu) kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndə rilməsini xahiş etmişdir.

34. Kasassiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi yalnız özünün keçirdiyi yerli baxış və iddiaçının mülahizəsinə əsaslanaraq cavabdehin faktiki sahibliyində olan sahəni ümumi yol kimi qeyd edib. Həmin sahənin dövlət və ya bələdiyyə müliyyətində olmağına dair sübut yoxdur. Bununla da Mülki Məcəllənin 239.1-ci maddəsinin tətbiq etməklə apellyasiya məhkəməsi yanlışlığa yol verib; - apellyasiya məhkəməsi qətnamədə qeyd edib ki, cavabdehin sahibliyində olan evin faktiki həyətyanı sahəi 0,0680 hektardır. Həmin yerdə darvazanın olması isə onunla bağlıdır ki, iddiaçını yaşadığı ev əvvəllər cavabdehin nənəsinin evi olub və keçid üçün məhlələr arasında darvaza qoyulub. Bu da onu göstərir ki, mübahisəli sahə cavabdehin yaşadığı evin həyətyanı sahəsi olub və faktik i olaraq cavabdehin sahibliyindədir. Belə olan halda Mülki Məcəllənin 157.8, 159 və 166.3-cü maddələrinin tələbləri əsas götürülməli idi. - apellyasiya məhkəməsi sübutları düzgün qiymətləndirməyib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri

35. Kassasiya şikayətinə iddiaçının yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.2. Hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti no rmalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.“ Torpaq Məcəlləsi Maddə

47. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda o laraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının“və qəbiristanlıqların“altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Mülki Prosessual Məcəllə Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 79.1. Yazıl ı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində ir əli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qəra rdadını“qismən ləğv edə və ya“tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilm əsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi məsələsi qoyulub. Şikayətin dəlill ərindən də görünür ki, qətnamə darvazanın götürülməsi barədə iddianın təmin olunan hissəsində mübahisələndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.

38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, ap elyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. İddia tələbi cavabdehin vurduğu zərərin ödənilməsi, inşa etidiy tikililərin, eləcə də Gəncə şəhəri, İ.Qayıbov küçəsində döngənin giriş-çıxışında qanunsuz quraşdırılmış darvazanın cavabdehin hesabına sökülməsi barədədir.

41. Qətnamənin mübahisələndirilən hissəsində işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, 74 saylı fərdi yaşayış evinin 12 iyun 2021-ci il tarixli, inventar nömrəsi 53817 olan texniki pasportuna əsasən həmin evin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 0,0543 ha olsa da, faktiki sahə 0,0680 ha olmuşdur. Yerində baxış zamanı da müəyyən edilmişdir ki, Cavabdeh İ.Qayıbov küçəsinə darvaza qoymaqla küçənin bir hissəsini öz həyətyanı torpaq sahəsinə qatmaqla, küçəni zəbt etmiş və nəticədə küçə dalana çevrilmişdir. Cavabdehin küçəni zəbt etməsi faktı iş materiallarında olan 12 iyun 2021-ci il tarixli, inventar nömrəsi 53817 olan texniki pasportdan da açıq-aydın görünməkdədir. Belə ki, texniki pasportda artıq torpaq sahəsi kimi ştrixlənmiş sahə cavabdeh tərəfindən zəbt edilməklə İ.Qayıbov küçəsindən əsas yola olan çıxışlardan birini bağlamışdır.

42. Göründüyü kimi, cavabdehin Gəncə şəhəri, İ.Qayıbov küçəsinə darvaza qoymaqla küçənin bir hissəsini öz həyətyanı torpaq sahəsinə qatmaqla, küçəni zəbt etməsi səbəbindən oranın dalana çevrilməsi işdəki texniki pasportun göstəricliərinin yerində müayinəsi ilə müəyyən edilmişdir. Ona görə də apellyasiya instans iya məhkəməsi tərəfindən gəlinən nəticə və tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

43. Mübahisəli sahənin cavabdehin yaşadığı evin həyətyanı sahəsi olmaqla və faktiki olaraq cavabdehin sahibliyində olması və belə olan halda da Mülki Məcəllənin 157.8, 159 və 166.3-cü maddələrinin əsas götürülməli olması barədə kassasiya şikayətini dəlillərinə gəldikdə, qeyd edilən maddi hüquq normaları o halda tətbiq edilir ki, əmlak üzərində qanunu sahiblik müəyyən edilmiş olsun. Bu hallar isə işə mahiyyəti üzrə baxan məhkəmədə müəyyən edilməyib.

44. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətlərinin dəlillərini əsassız sayır.

45. Məhkəmə kollegiyası qeyd olunanlar a əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cabbarov Səttar Rafiq oğlunun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2873/2021 nömrəli, 01 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar