Məhkəmə qərarları › İş №2(102)-1584/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1584/2020

12.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1584/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əhmədov Əhməd Abbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-*****/2019 nömrəli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) xx.xx.2019-cu il tarixli, 2(019)-*****/2019 nömrəli qətnaməsi ilə iddiaçı X2 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 Təchizatı və Satışı İdarəsinə qarşı “Cavabdeh ona məxsus 0.36 ha torpaq sahəsində qanunsuz yerləşdirdiyi inventar sayı 4014018, gücü 100 kVa olan transformator yarımstansiyasının və yanında transformatora xidmət edən yüksək gərginlikli dayaqların cavabdehin öz hesabına sökülərək çıxarılması” tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı X1 129.21 manat torpaq sahəsinin inventarlaşdırılması xərcinin tutulub Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 100 manat ekspertiza xərcinin tutulub X3 hesabına köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Məlikov, E.Hüseynov, A.Mahmudov) xx.xx.2019-cu il tarixli, 2(107)-*****/2019 nömrəli qətnaməsi ilə iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edil məyərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-*****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı X4 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı X4 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 Təchizatı və Satışı İdarəsinə qarşı “mülkiyyətinə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus 0.36 ha torpaq sahəsində qanunsuz yerləşdirdiyi inventar sayı 4014018, gücü 100 kVa olan transformator yarımstansiyasının və yanında transformatora xidmət edən yüksək gərginlikli dayaqların cavabdehin öz hesabına sökülərək çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdi r. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı X4və vəkili kassasiya şikayətini onunla əsaslandırmışlar ki, ekspert rəy verərkən mütəxəssisin əsassız rəyinə istinad etmişdir. Belə ki, mütəxəssis rəy verərkən GPS vasitəsi ilə heç bir ölçmə işləri aparmamışdır. Yalnız bundan sonra transformatorun iddiaçının torpaq sahəsinə düşüb-düşməməsi müəyyən edilə bilərdi. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsinə yazılı vəsatət verilərək, DƏDRX-nin ərazi idarəsinin mütəxəssislərinin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilməsi və yerində GPS vasitəsi ilə torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi xahiş edilmiş, lakin məhkəmə əsassız olaraq vəsatəti təmin etməmişdir. Bu vəsatət birinci instansiya m əhkəməsində də verilmiş və təmin edilməmişdir. Məhkəmələr ümumiyyətlə təqdim edilmiş sübutlara səthi yanaşmış, verilmiş vəsatətləri əsassız olaraq təmin etməmişlər. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir.. Ona görə də onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(107)-*****/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı X4, vəkili, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 Təchizatı və Satışı İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclası na gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş materialarından da görünür ki, İddiaçı Aqrar İslahat Komissiyasının 1998-ci il ***** iyun tarixli ***** nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN ****, KOD ******* nömrəli Dövlət aktına əsasən 0,36 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi verilmişdir. Bunun əsasında həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyastri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Çıxarış almışdır. İddiaçı Cavabdeh inventar sayı 4014018, gücü 100 kVa olan transformator yarımstansiyasını və yanında transformatora xidmət edən yüksək gərginlikli dayaqları qanunsuz olaraq ona məxsus olan 0.36 ha torpaq sahəsində yerləşdirdiyini iddia edərək hazırki iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizа Mərkəzi tərəfindən verilmiş xx xxxx 2019-cu il tаrixli 13096 nömrəli ekspert rəyinə əsasən Cavabdeh məxsus olan inventar sayı 4014018, gücü 100 kVa olan transformator yarımstansiyasının və transformatora xidmət edən yüksək gərginlikli dayaqların İddiaçı mülkiyyətində olan Balakən rayonu, Gərəkli kəndində yerləşən 0,36 ha torpaq sahəsində yerləşmədiyi, transformator yarımstansiyasının ümumi istifadədə olan yola düşdüyü müəyyən edilmişdir. Bu səbbədən də apelyasiya kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-*****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddə sinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Kass asiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı kassasiya şikayətində ekspert rəyinin əsassız olaraq mütəxəssis rəyi əsasında qəbul edilməsini, buna görə də ekspert rəyinin də əsasız olmasını göstərsə də, qeyd edilən sübutların qeyri-mötəbərliyi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan halda kassasiya şikayətinin dəlilləri formal xarakter daşımış olur. Kassasiya yoxlaması zamanı isə apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilmə z. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılm alıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X4 tərəfindən kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar