Məhkəmə qərarları › İş №2(102)-1584/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1584/2024

20.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1584/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1546/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasınd a yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş 12 noyabr 2018-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı1 tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixinədək qaytarmaq şərti ilə 9782 manat borc pul verilməsi barədə razılıq əldə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3.200 manat məbləğində pul vəsaitinin, 815 manat faiz borcunun, 10.000 manat mənəvi zərərin əvəzinin, cəmi 14.015 manat pulun İddiaçı2; 9.782 manat məbləğində borcun, 2.490 manat faiz borcunun, cəmi 12.272 manat pul vəsaitinin İddiaçı1; 950 ABŞ dolları pul vəsaitinin 242 ABŞ dolları faiz borcunun, 1.000 manat mənəvi zərərin əvəzinin, cəmi 1192 ABŞ dolları və 1.000 manat pulun İddiaçı3 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 İT texnologiyaları sahəsində işləyir, İddiaçı1 onun şirkətində mühasib vəzifəsində işləyib, İddiaçı3 isə onun ailəvi ev təmiri ustasıdır. Cavabdeh İddiaçı2 qardaşı və partnyoru Aslan Hacıyevin sürücüsü işləmişdir. Bu səbəbdən cavabdehin iddiaçılarla münasibətləri yaranmışdır. Cavabdeh 2018-ci ilin mart ayından etibarən sürücü kimi işləməyə başlamış, həmçinin şirkətdə çalışaraq, hamının etimad və inamını qazanmışdır. Cavabdeh İddiaçı2 və İddiaçı3 məxsus pulları müxtəlif vaxtlarda almış, həmin pulları qumarda uduzduğundan qaytar mamış, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Sonradan cavabdeh Aslan Hacıyevə də müraciət edərək, şəxsi avtomobilinin kreditdə olduğunu və gecikmələrinə görə avtomobili onun əlindən alacaqlarını, həm də avtomobilin təmirə ehtiyacı olduğunu bildirmiş, ondan borca pul istəmişdir. Aslan Hacıyev isə həmin an istənilən məbləğə malik olmadığı üçün bunu İddiaçı1 xahiş etmiş və cavabdehlə razılaşmışlar ki, borcu vaxtında qaytara bilməsə, avtomobilini satıb bu məsələni həll edəcəkdir. Zeybə isə bununla razılaşaraq cavabdehlə 12 noyabr 2018-ci il tarixdə kredit müqaviləsi bağlamış və 9782 manat məbləğində pulu ona borc vermişdir. Cavabdeh borcun 4891 manat hissəsini xx.xx.2019 tarixinə və 4891 manat hissəsini isə xx.xx.2020 tarixinə qaytarmağı öhdəsinə götürmüş, lakin hazırkı tarixə ki mi 1 manat belə olsa, geri qaytarmamışdır. İddiaçılar İddiaçı2 və İddiaçı3 ərizə ilə Xətai Rayon Polis İdarəsinə müraciət etsələr də, cavabdehə qarşı cinayət işi başlanmamış və mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qismən qəbul etmiş və bildirmişdir ki, cavabdehin İddiaçı2 3200 manat, İddiaçı3 isə 100 manat borcu vardır, həmin borcu da ödəməyə razıdır, lakin İddiaçı1 hər hansı borcu yoxdur, cavabdeh ondan pul almayıb, onunla razılığı olmayıb. Nümayəndə qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4 avqust 2022-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş, mülki işin 142-ci sə hifəsində olan İddiaçı1 ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin “borcalan”qrafasındakı imza cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 169-cu vərəqində olan 12 noyabr 2018-ci il tarixli, "xxxx" ASC-yə aid olan MUĞ seriyalı, 401099 saylı çekin arxa tərəfində “çekdə göstərilən məbləği aldım” qrafasındakı imza cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-91/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddianın qismən təmin olunması, cavabdehdən İddiaçı2 xeyrinə 3200 manat, İddiaçı3 xeyrinə 100 manat tutulması, iddianın digər hissədə rədd olunması qət edilmişdir.

7. Məhkəmə iddianın təmin olunmas ı hissəsində mövqeyini cavabdehin etirafı ilə əsaslandırmışdır.

8. İddiaçı1 tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin şəxslə cavabdeh arasında notarial qaydasında borc müqaviləsi bağlansa da, 9.782 manat məbləğində pulun nəticə etibarı ilə cavabdehə verilməsi öz təsdiqini tapmır. Belə ki, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehə pulun verilməsinə dəlalət edən və 12 noyabr 2018-ci il tarixli, "xxxx" ASC-yə aid olan MUĞ seriyalı, 401099 saylı çekin arxa tərəfində “çekdə göstərilən məbləği aldım” qrafasındakı imza cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur.

9. Məhkəmə faizlərin, eləcə də mənəvi ziyanın tələb olunması hissəsində də iddianı əsaslı hesab etməmişdir. Belə ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 borcun faizlə verildiyi barədə, eləcə də onlara mənəvi ziyan dəyməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişlər.

10. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 739.1, 740, 448.1, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübut qismində ancaq xx.xx.2022-ci il tarixli ekspert rəyini əsas götürərək, İddiaçı1 münasibətdə iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Halbuki, e kspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməzdi. Məhkəmə ekspert rəyi ilə bağlı aşağıda göstərilən ziddiyyətli məqamları nəzərə almamışdır. Ekspert öz rəyində tədqiqat üçün istinad etdiyi sənədləri sadalamışdır, lakin həmin siyahıda Cavabdeh öz xətti ilə yazdığı və imzaladığı xx.xx.2021ci il tarixli iltizam və "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli kart hesabına mədaxil qəbzi mövcud deyil. Halbuki, sadalanan sənədlərin əsli iş materiallarında olmuşdur, lakin ekspert tərəfindən tədqiqat obyektlərinə daxil edilməmişdir. Ekspertiza predmeti olan sənəd yalnız cavabdehin imzası olan bir sənəd deyil, 3 nəfər bank əməkdaşının imzası olan bank çekidir. Həmin çekin tərtibi, imzalanması və digər məsələlər isə xüsusi normativ hüquqi aktla, yəni Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə heyətin in 10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları” ilə tənzimlənir. Məxaric qəbzini imzalayan hər bir bank əməkdaşı bütün sənədləri, pul vəsaitini məxaric edən şəxsin şəxsiyyətini və imzasını yoxladıqdan sonra qəbzin onun tərəfindən imzalanmasına və pul vəsaitinin ona təqdim edilməsinə şərait yaradırlar. Lakin ekspert rəyindən belə bir nəticə hasil olur ki, 3 nəfər bank əməkdaşının 3-ü də yanlışlığa yol vermişdir, onlardan heç biri cavabdehin şəxsiyyətini, imzasını yoxlamamış və üçüncü şəxsin məxaric qəbzini imzalamasına və pul vəsaitini götürməsinə imkan yaratmışdır. Bu isə həqiqəti əks etdirmir. Məhkəmə əsassız olaraq şahid ifadəsini də nəzərə al mamış, iddiaçının vəsatət və dəlillərinə qiymət verməmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, "xxxx" ASC-yə aid olan 12 noyabr 2018-ci il tarixli, MUĞ seriyalı 401099 nömrəli çekin arxa tərəfində “çekdə göstərilən məbləği aldım İmza” qrafasındakı imza cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş İddiaçı1 ilə cavabdeh arasında bağlanmış 12 noyabr 2018-ci il il tarixli kredit müqaviləsində “Borc alan” qrafasındakı imza ilə "xxxx" ASC-yə aid olan 12 noyabr 2018-ci il tarixli, MUĞ seriyalı 401099 nömrəli çekin arxa tərəfində “çekdə göstərilən məbləği aldım İmza” qrafasındakı imzalar eyni şəxs tərəfindən icra olunmuşdur.

14. Yaranmış suallara aydınlıq gətirmək üçün rəy vermiş ekspert məhkəmə iclasına dəvət edilmiş, hakimlərin və işdə iştirak edən şəxslərin suallarını cavablandırmışdır.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1546/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: Cəmilə Musayeva (sədrlik edən və məruzəçi) Fuad Babayev və Günay Axundova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən (İddiaçı1 aid hissədə) ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı1 cavabdehə qarşı “pul” tələbinə iddiası qismən təmin edilmiş, cavabdehdən 9.782 manat məbləğində pulun İddiaçı1 xeyrinə tutulması, iddianın digər hissədə rədd olunması qət edilmişdir.

16. Məhkəmə hər iki ekspert rəyini iş üzrə toplanmış digər sübu tlarla yanaşı qiymətləndirərək, sonuncu ekspert rəyinin mötəbərliyi barədə qənaətə gəlmiş, həmçinin iş üzrə dindirilmiş şahid ifadəsinə və s. sübutlara, müqavilə bağlanan zaman qüvvədə olmuş “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”na istinad edərək cavabdehin dəlillərini əsassız hesab etmişdir.

17. Məhkəmə müəyyən etmişdir ki, müvafiq məbləğ İddiaçı1 tərəfindən notariusun depozit hesabına köçürülmüş və cavabdeh tərəfindən məxaric edilmişdir. Ekspertizaya təqdim edilmiş "xxxx" ASC-yə aid olan 12 noyabr 2018-ci il tarixli, MUĞ seriyalı 401099 nömrəli çekin arxa tərəfində “çekdə göstərilən məbləği aldım İmza” qrafasındakı imzanın cavabdeh tərəfindən icra olunmasını təsdiq edən Azərbaycan Respublik ası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2023-cü il tarixli ekspert rəyi də yuxarıda qeyd olunanları həm təsdiq edir, həm də tamamlayır. Cavabdeh ona verilmiş pulun iddiaçıya qaytarıldığını sübut yetirə bilməmişdir.

18. Məhkəmə 2.490 manat məbləğində əldə çıxmış faydanın cavabdehdən tutulması hissəsində iddianı əsassız hesab etmişdir.

19. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 385.1, 421.2, 421.3, 425, 739-cu maddələrinə, MPM-in 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehdən tə ləb olunan borcun məbləği də onun əsassız olduğunu təsdiq edir. Bununla bağlı iddiaçının arqumentləri açıq-aşkar əsassızdır. Məhkəmədən iş üzrə komisyon məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə əsassız olaraq işi ətraflı araşdırmaqdan imtina etmiş və ekspertiza təyin edilməmişdir. Digər tərəfdən Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş rəy yalnız xx.xx.2023-cü il tarixdə, yəni 3 ay 10 gün sonra apellyasiya məhkəməsinə daxil olmuşdur. Bu isə rəyin həqiqətən də xx.xx.2023-cü il tarixdə tərtib edildiyini şübhə altına alır. Əgər rəy doğrudan da göstərilən tarixdə tərtib edilmişdirsə, onda niyə bu müddət ərzində məhkəməyə göndərilməmişdir. Belə olan halda ehtimal yaranır ki, rəy arxa tarixlə verilmişdir. Bundan başqa rəydə “Ekspert iza fəaliyyəti haqqında” Qanunun 26-cı maddəsinə zidd olaraq tədqiqat metodları, istifadə edilmiş ədəbiyyat haqqında məlumatlar göstərilməyib. Eyni zamanda ekspertizanın keçirilməsi qərardadında göstərilməsinə baxmayaraq rəy verilərkən lizinq müqaviləsindəki imzadan istifadə edilməyib, lizinq müqaviləsi ümumiyyətlə mülki işdə yoxdur. Belə olan halda ekspert həmin sənədi vəsatət verməklə məhkəmədən almalı idi. Belə vəsatət verilməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə (tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya)

23. Maddə

425. Öz hüquqlarını həy ata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

24. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin m əzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə

739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 8

8. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şik ayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında ondan İddiaçı1 xeyrinə 9782 manat pulun tutulması hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Apellyasiya instansiyası məhkəməsinin aktını kassasiya şikayətinin dəlilləri əsasında yoxlayan Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə həmin dəlillər əsasında ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

38. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

39. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışı zamanı verilmiş ekspert rəyini tədqiq etmiş, işdə olan digər sübutlarla müqayisəli şəkildə qiymətləndirmiş, habelə yaranmış suallara aydınlıq gətirmək üçün rəy vermiş ekspertin məhkəmə iclasında dindirilməsini təmin etmişdir.

40. Kassasiya şikayətinin digər dəlilləri c avabdehin ehtimallarına və formal arqumentlərinə əsaslanır və ya məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1546/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələnd irilən hissədə - Cavabdeh 9.782 manat məbləğində pulun İddiaçı1 xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar