Məhkəmə qərarları › İş №2(102)-1586/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1586/2024

20.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1586/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddiası ilə bağlı birinci mülki iş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ilə bağlı ikinci mülki iş üzrə QƏRARİ (Açar sözlər: kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti, vərəsələrin miras qoyanın kreditorları qarşısında məsuliyyəti, öhdəliklərin əvəzləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddiası ilə bağlı birinci mülki iş, iddiaçılar Cavabdeh1 və Cavabdeh5 cavabdehlər Cavabdeh6, İddiaçı1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddiası ilə bağlı ikinci mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6866/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qətnaməsindən birinci iş üzrə cavabdehlər Cavabdeh3 (Vəkil2) və Cavabdeh1 (Vəkil1) tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 20 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2005-ci il tarixli "xxxx " MTK-nın təsisçilərin dəyişməsi ilə əlaqədar yeni təsis müqaviləsindən müəyyən edilir ki, xx.xx.2005-ci il tarixdə 0105-P146-43660 nömrəsi ilə qeydiyyata alınmış "xxxx" MTK-nın fəaliyyəti ilə bağlı maliyyə ehtiyaclarının təmin edilməsi məqsədlərinin həyata keçirilməsi üçün təsisçilər arasında maliyyə vəsaitinin cəlb olunmasına dair xx.xx.2005-ci il tarixli müqavilə bağlanmış, tərəflərin hüquqi vəziyyəti və paylara müvafiq gəlirləri müəyyən edilməsi xx.xx.2005-ci il tarixli müqavilə ilə dəqiqləşdirilmişdir. Həmin təsis müqavilənin 4-cü bəndində göstərilmişdir ki, tərəflər kooperativin idarə olunmasını ümumi razılıq əsasında həyata keçirirlər və kooperativin öhdəlikləri üzrə onlara mənsub bütün əmlakları ilə məsuliyyət daşıyırlar. 2. xx.xx.2013-cü il tarixli **********658100 nömrəli kommers iya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışına əsasən, "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçiləri İddiaçı1, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2 və mərhum X5r.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-113/2015 nömrəli, 28 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Samir Əliyevə, Cavabdeh5 və Cavabdeh6 qarşı “təsisçi və pay hüququnun təmin edilməsi, pay hissəsi ilə müəyyən olunan mənfəətin, habelə zərərin ödənilməsi və mənzillərə görə verilmiş pulun qaytarılması” tələbinə dair iddiaları qismən təmin edilmiş, 3.041,66 manat pulun Samir Əliyev, Cavabdeh5 və Cavabdeh6 paylarına müvafıq qaydada tutulub İddiaçı1 ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 29 manatının iddiaçılara aid ed ilməsi, qalan 1 manatının isə cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı1 verilməsi qət olunmuşdur.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-674/2017 nömrəli, 17 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-113/2015 nömrəli, 28 oktyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “təsisçi və pay hüququnun təmin edilməsi, pay hissəsi ilə müəyyən olunan mənfəətin, habelə zərərin ödənilməsi və mənzillərə görə verilmiş pulun qaytarılması” tələblərinə dair iddiaları qismən təmin olunmuş, "xxxx" MTK-dan mənfəət qismində 335.4 20,0 manat, ona təhvil verilməyən mənzilə görə isə 172.000 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) alınaraq İddiaçı1 verilməsi, "xxxx" MTK-dan ona təhvil verilməyən mənzilə görə 143.000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) İddiaçı2 xeyrinə tutulması qət edilmiş, iddia tələbləri qalan hissələrdə rədd edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-674/2017 nömrəli, 17 oktyabr 2017-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1683/2018 nömrəli, 12 mart 2018-ci il tarixli qərarı əsasında qanuni qüvvəyə minmiş və xx.x x.2018-ci il tarixdə icra vərəqəsi verilərək, icraya yönəldilmişdir.

6. Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi, icra tədbirləri nəticəsində "xxxx" MTK-nın fəaliyyətinin dayandırıldığını və rəhbəri Samir Əliyevin xx.xx.2017-ci il tarixdə vəfat etdiyini, MTK-nın bank hesablarında pul vəsaitinin, habelə əmlakının olmadığının müəyyən edildiyini bildirərək, MTK-nın üzvlərinin və ya təsisçilərinin icra sənədi üzrə borclu qismində tanınıb-tanınmaması, habelə onların əmlak məsuliyyətinin həcmi məsələlərinə izah verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-674/2017 nömrəli, 19 oktyabr 2018-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-674/2017 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə izah verilməsin ə dair Nəsimi rayon İcra və probasiya şöbəsinin rəis əvəzi Yavər Allahverdiyevin ərizəsi təmin edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası öz qərardadında qeyd etmişdir ki, qanunvericiliyin mənasına görə qətnaməyə izah verilməsi bir qayda olaraq məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi, qətnamədə anlaşılmazlıqlara yol verilməsi və onun icrasında yaranmış çətinliklə əlaqədar olur. Hazırki işdə isə belə hallar yoxdur və Mülki Məcəllənin 110-3.4-cü maddəsinin tətbiq olunub-olunmayacağı icra sənədinə izah verilməsi yolu ilə deyil, müstəqil məhkəmə araşdırması çərçivəsində müəyyənləşdirilə bilər. Nəzərə alınmalıdır ki, qətnamə məntiqi cəhətdən tamamlanmış müdafiə aktıdır və ona izah verilərkən müdafiənin mahiyyəti (müdafiə edilən subyektiv hüquq, həmin hüquqa qəsd edən davranış və belə davranışa yol verən subyekt) dəyişdirilə bilməz, əks təqdirdə belə dəyişiklik yeni müdafiə hesab olunar. İcra məmurunun xahiş etdiyi məzmunda izah məhz müdafiənin dəyişməsinə yönəlmişdir və buna da belə izahın verilməsi mümkün deyildir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnın 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********09 nömrəli məktubundan müəyyən edilir ki, Cavabdeh1 adına paylı mülkiyyət hüququ üzrə ünvan 1 ünvanda fərdi yaşayış evi, ünvan 2 ünvan 3 ünvanda mənzillər, Abşeron rayon Saray qəsəbəsində 3,1065 ha əkin, Xaçmaş rayonu Seyidlikəndyeri kəndində 0,08 ha həyətyanı torpaq sahələri, Cavabdeh5 adına ünvan 5 ünvanda, ünvan 6 Xəzər rayonu Mərdəkan qəsəbəsində 0,12 ha həyətyanı torpaq sahəsi, Cavabdeh3 adına ünvan 8 ünvanda, Bakı şəhəri Yasamal rayonu Q.Məcidov küçəsi 2/67 saylı ünvanda, ünvan 10 şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 0,12 ha həyətyanı, Bakı şəhəri Badamdar qəsəbəsi 3cü yaşayış massivində 0,04 ha həyətyanı, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 0,12 ha həyətyanı, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 0,12 ha həyətyanı torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Digər şəxslərin (cavabdehlərin) adlarına Respublika ərazisində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci iş üzrə. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra birinci iş üzrə iddiaçılar və ya ad, soyadları) nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Cav abdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra birinci iş üzrə cavabdehlər və ya ad, soyadları) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 335.420 manat və 172.000 ABŞ dolları pulun (ödəniş günü manat məzənnəsi ilə) müştərək qaydada tutularaq İddiaçı1, 143.000 ABŞ dollar pulun isə (ödəniş günü manat məzənnəsi ilə) İddiaçı2 ödənilməsi, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Samir Əliyev, Ca vabdeh6 və Tofiq Əliyevə qarşı “təsisçi və pay hüququnun təmin edilməsi, pay hissəsi ilə müəyyən olunan mənfəətin, habelə zərərin ödənilməsi və mənzillərə görə verilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)113/2015 nömrəli, 28 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçıların iddiaları qismən təmin edilmiş, 3.041,66 manat pulun Samir Əliyev, Cavabdeh6 və Tofiq Əliyevdən paylarına müvafıq qaydada tutulub İddiaçı1, ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 29 manatının iddiaçılara aid edilməsi, qalan 1 manatının isə cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı1 verilməsi qət olunmuşdur. İddiaçılar həmin qətnamə ilə razı olmam ış, apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-674/2017 nömrəli, 17 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-113/2015 nömrəli, 28 oktyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçılar iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı “təsisçi və pay hüququnun təmin edilməsi, pay hissəsi ilə müəyyən olunan mənfəətin, habelə zərərin ödənilməsi və mənzillərə görə verilmiş pulun qaytarılması” tələblərinə dair iddiaları qismən təmin olunmuş, "xxxx" MTK-dan mənfəət qismində 335.420,0 manat, ona təhvil verilməyən mənzilə görə isə 172.000 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) alınaraq İddiaçı1 verilməsi, "xxxx" MTK-dan ona təhvil verilməyən mənzilə görə 143.000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) İddiaçı2 xeyrinə tutulması qət edilmiş, iddia tələbləri qalan hissələrdə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1683/2018 nömrəli, 12 mart 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-674/2017 nömrəli, 17 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılaraq, qanuni qüvvəyə minmiş və xx.xx.2018-ci il tarixdə icra vərəqəsi verilərək, icraya yönəldilmişdir. B akı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin rəis əvəzi Yavər Allahverdiyev xx.xx.2018-ci il tarixdə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə məhkəməyə müraciət edərək, icra tədbirləri nəticəsində "xxxx" MTK-nın fəaliyyətinin dayandırıldığını və rəhbəri Samir Əliyevin xx.xx.2017-ci il tarixdə vəfat etdiyini, MTK-nın bank hesablarında pul vəsaitinin, habelə əmlaklarının olmadığının müəyyən olunduğunu bildirmiş, buna görə də MTK-nın üzvlərinin və ya təsisçilərinin icra sənədi üzrə borclu qismində tanınıb-tanınmaması, habelə onların əmlak məsuliyyətinin həcmi məsələlərinə izah verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-674/2017 nömrəli, 19 oktyabr 2018-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-674/2017 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə izah verilməsinə dair Nəsimi rayon İcra və probasiya şöbəsinin rəis əvəzi Yavər Allahverdiyevin ərizəsi təmin edilməmişdir. Bu zaman məhkəmə kollegiyası öz qərardadında qeyd etmişdir ki, qanunvericiliyin mənasına görə qətnaməyə izah verilməsi bir qayda olaraq məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi, qətnamədə anlaşılmazlıqlara yol verilməsi və onun icrasında yaranmış çətinliklə əlaqədar olur. Hazırki işdə isə belə hallar yoxdur və Mülki Məcəllənin 110-3.4-cü maddəsinin tətbiq olunubolunmayacağı icra sənədinə izah verilməsi yolu ilə deyil, müstəqil məhkəmə araşdırması çərçivəsində müəyyənləşdirilə bilər. Nəzərə alınmalıdır ki, qətnamə məntiqi cəhətdən tamamlanmış müdafiə aktıdır və ona izah verilərkən müdafiənin mahiyyəti (müdafi ə edilən subyektiv hüquq, həmin hüquqa qəsd edən davranış və belə davranışa yol verən subyekt) dəyişdirilə bilməz, əks təqdirdə belə dəyişiklik yeni müdafiə hesab olunar. İcra məmurunun xahiş etdiyi məzmunda izah məhz müdafiənin dəyişməsinə yönəlmişdir və buna da belə izahın verilməsi mümkün deyildir. Belə ki, mülki qanunvericiliyə uyğun olaraq kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir və kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar mə suliyyət daşıyırlar. "xxxx" MTK-nın nizamnaməsinin 5.10-cu maddəsinə əsasən kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və qanunvericiliyə müvafiq qaydada müəyyənləşdirilir. xx.xx.2005-ci il tarixli "xxxx" MTK-nın təsisçilərin dəyişməsi ilə əlaqədar yeni təsis müqaviləsindən müəyyən edilir ki, xx.xx.2005-ci il tarixdə 0105-P146-43660 nömrəsi ilə qeydiyyata alınmış "xxxx" MTK-nın fəaliyyəti ilə bağlı maliyyə ehtiyaclarının təmin edilməsi məqsədlərinin həyata keçirilməsi üçün təsisçilər arasında maliyyə vəsaitinin cəlb olunmasına dair xx.xx.2005-ci il tarixli müqavilə bağlanmış, tərəfləri n hüquqi vəziyyəti və paylara müvafiq gəlirləri müəyyən edilməsi xx.xx.2005-ci il tarixli müqavilə ilə dəqiqləşdirilmiş, həmin təsis müqavilənin 4-cü bəndində göstərilmişdir ki, tərəflər kooperativin idarə olunmasını ümumi razılıq əsasında həyata keçirirlər və kooperativin öhdəlikləri üzrə onlara mənsub bütün əmlakları ilə məsuliyyət daşıyırlar. xx.xx.2013-cü il tarixli **********658100 nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MTK-nın təsisçiləri İddiaçı1, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2 və mərhum Samir Əliyevdir. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ceyhun Şirinov tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron portalından çıxarışdan müəyyən edilir ki, təsisçilərdən biri olan - Samir Əliyev xx.xx.2017-ci il tarixdə vəfat etmiş, onun birinci növbə vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4diur. İddiaçılar hesab edirlər ki, onlar yuxarıda qeyd olunmuş məbləğlərdə pul vəsaitləri cavabdehlərdən tələb etməkdə haqlıdırlar.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-3444/2019 nömrəli, 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-674/2017 nömrəli, 17 oktyabr 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə "xxxx" MTK-dan tutularaq İddiaçı1 verilməsi qət edilmiş - mənfəət qismində 335.420 manat, ona təhvil verilməyən mənzilə görə isə 172.000 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) pul v əsaiti; həmçinin "xxxx" MTK-dan tutularaq İddiaçı2 verilməsi qət edilmiş - ona təhvil verilməyən mənzilə görə 143.000 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) pul vəsaiti subsidiar qaydada "xxxx" MTK-nın təsisçiləri olan - cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2 və X12 vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsümu və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2 və X12 vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" MTK-nın nizamnəməsinin 5.10-cu maddəsinə əsasən kooperativi n üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və qanunvericiliyə müvafiq qaydada müəyyənləşdirilir. xx.xx.2005-ci il tarixli "xxxx" MTK-nın təsisçilərin dəyişməsi ilə əlaqədar yeni təsis müqaviləsindən müəyyən edilir ki, xx.xx.2005-ci il tarixdə 0105-P146-43660 nömrəsi ilə qeydiyyata alınmış "xxxx" MTK-nın fəaliyyəti ilə bağlı maliyyə ehtiyaclarının təmin edilməsi məqsədlərinin həyata keçirilməsi üçün təsisçilər arasında maliyyə vəsaitinin cəlb olunmasına dair xx.xx.2005-ci il tarixli müqavilə bağlanmış, tərəflərin hüquqi vəziyyəti və paylara müvafiq gəlirləri müəyyən edilməsi xx.xx.2005-ci il tarix li müqavilə ilə dəqiqləşdirilmişdir. Həmin təsis müqavilənin 4cü bəndində göstərilmişdir ki, tərəflər kooperativin idarə olunmasını ümumi razılıq əsasında həyata keçirirlər və kooperativin öhdəlikləri üzrə onlara mənsub bütün əmlakları ilə məsuliyyət daşıyırlar. xx.xx.2013-cü il tarixli **********658100 nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MTK-nın təsisçiləri İddiaçı1, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2 və mərhum Samir Əliyevdir. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ceyhun Şirinov tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron portalından çıxarışdan müəyyən edilir ki, təsisçilərdən biri olan - Samir Əliyev xx.xx.2017ci il tarixdə vəfat etmişdir, onun birinci növbə vərəsəl əri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4dir.

12. Məhkəmə Mülki Məcəllənin 110-3-cü və 110.4-cü maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, "xxxx" MTK-nın nizamnəməsinin 5.10-cu maddəsinə əsasən kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və qanunvericiliyə müvafiq qaydada müəyyənləşdirilir. xx.xx.2005-ci il tarixli "xxxx" MTK-nın təsisçilərin dəyişməsi ilə əlaqədar yeni təsis müqaviləsindən müəyyən edilir ki, xx.xx.2005-ci il tarixdə 0105-P146-43660 nömrəsi ilə qeydiyyata alınmış "xxxx" MTK-nın fəaliyyəti ilə bağlı maliyyə ehtiyaclarının təmin edilməsi məqsədlərinin həyata keçirilməsi üçün təsisçilər arasında maliyyə vəsaitinin cəlb olunmasına dair xx.xx.2005-ci il tarixli müqavilə bağlanmış, tərəflərin hüquqi vəziyyəti və paylara müvafiq gəlirləri müəyyən edilməsi xx.xx.2005-ci il tarixli müqavilə ilə dəqiqləşdirilmişdir. Həmin təsis müqavilənin 4-cü bəndində göstərilmişdir ki, tərəflər kooperativin idarə olunmasını ümumi razılıq əsasında həyata keçirirlər və kooperativin öhdəlikləri üzrə onlara mənsub bütün əmlakları ilə məsuliyyət daşıyırlar.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110-3.1, 110-3.4, 110.4-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81, 82.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

14. Qətnamədən birinci iş üzrə Cavabdeh3 ayrıca, birinci iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 birgə apellyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.

15. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edən zaman qanunvericiliyin tələblərini ciddi şəkildə pozmuşdur. Belə ki, o, iş üzrə cavabdehlər siyahısına daxil edilmiş, X12 vərəsəsi kimi qeyd edilsə də, onun vərəsəsi olmağını təsdiq edən hər hansı bir sənəd işin içinə əlavə edilmədiyi halda, onun da cavabdehlər sırasına daxil edilməyi və məhkəmənin bunu nəzərə almaması qanunvericiliyin tələblərinə tamamilə ziddir. Eyni zamanda mübahisə predmeti olan pul məbləği ”Vüsal -S” MTK-nın öhdəliyi əsasında yaranmışdır və onun ”Vüsal-S” MTK ilə heç bir bağlılığı olmamasına da məhkəmənin” diqqət yetirməməsi qanunvericiliyin tələblərinə zidd qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, vəkili X8 Bakı şəhəri 14 saylı notariat ofisinə X12 vərəsələrinin müəyyən edilib-edilməməsi barədə məlumatların təqdim edilməsi barədə sorğu vermiş, Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli 1598 nömrəli məktubla sorğuya cavab verilmişdir. Məktubda qeyd olunur ki, Bakı şəhəri 14 saylı notariat ofisinə aid olan vərəsəliyin uçot kitabına, həmçinin elektron notariat informasiya sisteminə baxış keçirilmiş, Samir Əliyevin adına vərəsəlik işinin, açılması ilə bağlı vərəsələrin müraciət etmələri aşkar edilməmişdir (məktubunun surəti əlavə olunur). Bu isə onu n mərhum Samir Əliyevi vərəsəsi olmadığını təsdiq edən rəsmi dövlət sənədidir. Bundan başqa, məhkəmə tərəfindən hüquqlarının ciddi şəkildə pozulmasına gətirib çıxaran başqa bir prosessual pozuntuya yol verilmişdir. Belə ki, qətnamədə qeyd olunur ki, o, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmişdir. Lakin nə ona, nə də işdə iştirak edən vəkili Əziz Qənbərova bu barədə heç bir bildiriş gəlməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bil məz. Bundan başqa qeyd edir ki, iş üzrə hüquqlarını müdafiə edən nümayəndə və vəkili Əziz Qənbərovun da barəsində iş materiallarıda məlumat olsa da, məhkəmə iclası barədə məlumat ona da verilməmişdir. Bundan əlavə, onunla mərhum Samir Əliyev arasında xx.xx.2014-cü il tarixdə nikah qeydə alınmışdır (№ 1764 ilə qeyd edilmişdir). Həmin nikah qeydə alınmazdan əvvəlki dövrlərdə o, öz vəsaiti hesabına müxtəlif əmlaklar əldə etmişdir (müvafiq çıxarışların surəti əlavə olunur). Lakin məhkəmə tərəfindən həmin əmlaklar üzərinə də həbs qoyulmuşdur. Bu isə qanunvericilik normalarına tamamilə ziddir və hesab edir ki, məhkəmənin bu işdə qərəzli mövqe nümayiş etdirdiyini sübut edir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan, əmlak, habelə nikah dövründə hədiyyə ş əklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Bundan başqa, iddiaçıların iddia ərizəsinin əsassız olduğunu göstərən mülki qanunvericiliyin daha bir norması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, mübahisə predmeti olan pul məbləği "xxxx" MTKnın öhdəliyi əsasında yaranmışdır. Belə olan halda isə korperativin borcları üçün korperativ üzvlərinin əmlakına dair tələb irəli sürülməsi əsassızdır. Belə ki, Mülki Məcəllənin 110-3.1-ci maddəsinin tələbinə əsasən Kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə tələblərinə tamamilə ziddir. Eyni zamanda mübahisə predmeti olan pul məbləği "xxxx" MTK-nın öhdəliyi əsasında yaranmışdır və onun "xxxx" MTK ilə heç bir bağlılığının olmamasına da məhkəmənin diqqət yetirməməsi qanunvericiliyin tələblərinə zidd qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, vəkili Əziz Qənbərov Bakı şəhəri 14 saylı notariat ofisinə X12 vərəsələrinin müəyyən edilib-edilməməsi barədə məlumatların təqdim edilməsi barədə sorğu vermiş, Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli 1598 nömrəli məktubla sorğuya cavab verilmişdir. Məktubda qeyd olunur ki, Bakı şəhəri 14 saylı notariat ofisinə aid olan vərəsəliyin uçot kitabına, həmçinin elektron notariat informasiya sisteminə baxış keçirilmiş, Samir Əliyevin adına vərəsəlik işinin açılması ilə bağlı vərəsələrin müraciət etmələri aşkar edilməmişdir (məktubun surəti əlavə olunur). Bu isə onun X12 vərəsəsi olmadığını təsdiq edən rəsmi dövlət sənədidir.

16. Birinci iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 birgə apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 onlara qarşı iddia tələbi ilə çıxış edərkən unutmuşlar ki, cavabdehlər də, iddiaçılar kimi "xxxx" MTK-da təsisçidirlər və Ali Məhkəmənin qərarı ilə müəyyən edilən mənfəətdən onlara da pay çatır. Eyni zamanda İddiaçı1 də "xxxx" MTK-nın təsisçisi kimi subsidiar qaydada məsuliyyət daşıyır və MTK-nın onun qarşısında olan öhdəlikləri kimi, onun da MTK qarşısında öhdəlikləri var. Ən azından o, iddia tələbi ilə çıxış edərkən özünə aid hissədə olan öhdəlikləri əvəzləşdirməli və yerdə qalan məbləğdə başqa təsisçilərə qarşı iddia tələbi ilə çıxış etməli idi. Bundan əlavə tərəflərindən Yasamal Rayon Məhkəməsində hazırki iddiaçılara və digər təsisçilərə qarşı tərəflərindən iddia qaldırılıb və hesab olunur ki, həmin işlə hazırki apellyasiya şikayəti bir-biri ilə qarşılıqlı əlaqadə olduğu üçün işlər birləşdirilməlidir. xx.xx.2005-ci il tarixli "xxxx" MTK-nın təsisçilərinin dəyişməsi ilə əlaqədar yeni təsis müqaviləsindən görünür ki, xx.xx.2005-ci il tarixdə 0105-P146-43660 sayla Dövlət Qeydiyyatına alınmış "xxxx" MTK-nın fəaliyyəti ilə bağlı maliyyə ehtiyaclarının təmin edilməsi məqsədlərinin həyata keçirilməsi üçün təsisçilər arasında maliyyə vəsaitlərinin cəlb olunmasına dair xx.xx.2005-ci il tarixli müqavilə bağlanmış, tərəflərin hüquqi vəziyyəti və paylara müvafiq gəlirləri müəyyən edilməsi xx.xx.2005-ci il tarixli müqavilə ilə dəqiqləşdirilmiş, həmin təsis müqaviləsinin 4-cü bəndində göstərilmişdir ki, tərəflər kooperativin idarə olunmasını ümumi razılıq əsasında həyata keçirirlər və kooperativin öhdəlikləri üzrə onlara mənsub bütün əmlakları ilə məsuliyyət daşıyırlar. xx.xx.2013-cü il tarixli **********658100 saylı Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, "xxxx" MTK-nın təsisçiləri İddiaçı1, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Samir Əliyev və Cavabdeh2dır. Bakı səhər Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ceyhun Şirinovun təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron portalından çıxarışdan görünür ki, təsisçilərdən Samir Əliyev xx.xx.2017-ci il tarixdə ölmüş, Cavabdeh3 onun həyat yoldaşı, Cavabdeh4 isə onun oğludur. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 hesab etmişlər ki, "xxxx" MTK-nın Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n 2(1031-674/2017 nömrəli, 17 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə onlara ödənilməli olan mənfəət qismində 335.420 manatın, təhvil verilməyən mənzillərə görə 172.000 ABŞ dollarının və 143.000 ABŞ dollarının cavabdehlər kimi həm də onlardan tutulması barədə iddiaları əsaslıdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-3444/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlərin iddiadı təmin edilmişdir. Belə olan halda cavabdehlər nəzərə almırlar ki, onlar da "xxxx" MTK-nın təsisçiləri olduğundan 5594/5859 saylı, 23 iyun 2017ci il tarixli Ekspert Rəyi ilə müəyyən edilən 3.354.200,04 manat "xxxx" MTK-nın gəlirindən müvafiq olaraq MTK-dakı təsisçi paylarına görə 30 % Cavabdeh5 və 10 % Cavabdeh1 çatır. Belə ki, həmin şəxslər də "xxxx" MTK-da təsisçidirlər və Bakı Apellyasiya Məhkəməsin in qətnaməsi ilə müəyyən edilən və Ali məhkəmənin qərarı ilə qüvvədə qalan 3.354.200,04 manat mənfəət qismində vəsaitdən öz təsisçi paylarına uyğun olar Cavabdeh5 30 %, yəni 1.006.260,01 manat, Cavabdeh1 isə 10 %, yəni 335.420 manat almalıdır. Bundan əlavə cavabdehlərdən İddiaçı1 və İddiaçı2 onlarla danışıqlarında bildirirlər ki, onlara qarşı heç bir iddia və tələbləri yoxdur. Lakin bununla əlaqədar tam və lazımi qaydada rəsmiləşdirmə işləri aparmırlar. Onlar heç zaman kooperativin işlərinə cəlb olunmamış, ümumi yığıncağın iclasları çağırılmayıb və ya əgər çağırılıbsa da, orada onların iştirakları təmin edilməyib və yetərsay olmayıb. Necə olur ki, bütün mənzillərin və qeyri-yaşayış sahələrinin satılmasında onların iştirakları, kooperativin üzvü olduğu yada düşmür, lakin kooperativin öhdə likləri olanda onlar məsuliyyət daşıyırlar.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-716/20 nömrəli, 15 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Vüqar Həsənov və Şərafət Məmmədova) cavabdehlər Cavabdeh1 və Cavabdeh5 apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh3 apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli qətnaməsinin Cavabdeh3 qarşı iddianın təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin Cavabdeh3 aid hissədə təmin edilməməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" MTK-nın nizamnəməsinin 5.10-cu maddəsinə əsasən kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və qanunvericiliyə müvafiq qaydada müəyyənləşdirilir.

19. Mülki Məcəllənin 110-3, 110.4-cü maddələrinin, "xxxx" MTK-nın nizamnaməsinin 5.10-cu bəndinin, "xxxx" MTK-nın təsis müqaviləsinin 4-cü bəndinin tələblərini nəzərə alaraq, sübutlara məcmu halında qiymət verərək məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamə iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh5 aid təmin edilən hissədə əsaslıdır. Lakin, məhkəmə iddianı Cavabdeh3 aid hissədə təmin edərkən, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə q əbul edilmiş,məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir.

20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işdə olan nikah haqqında şəhadətnamənin surətinə əsasən X11 Babayeva 22 avqust 2014-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. İşdə olan sənədlərlə müəyyən olunur ki, Cavabdeh3 adına rəsmi reyestrdə qeydə alınmış ünvan 8 ünvanda, Bakı şəhəri Yasamal rayonu Q.Məcidov küçəsi 2/67 saylı ünvanda, ünvan 10 şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 0,12 ha həyətyanı, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 0,04 ha həyətyanı, Bakı şəhəri Badamdar qəsəbəsi 3 -cü yaşayış massivində 0,12 ha həyətyanı, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 0,12 ha həyətyanı torpaq sahələri nikahdan əvvəl əldə olunduqları üçün Cavabdeh3 şəxsi mülkiyyəti olmaqla, birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz.

21. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli 1598 nömrəli məktubuna əsasən, Samir Əliyevin adına vərəsəlik işinin açılması ilə bağlı vərəsələrin müraciət etmələri aşkar edilməmişdir. Odur ki, Cavabdeh3 mərhum Samir Əliyevdən miras aktiv qalması, həmin aktivdən pay alması ilə bağlı sübutlar müəyyən olunmadığından, o, X12 kreditorlarına münasibətdə cavabdeh olan şəxs deyildir.Buna görə də, qətnamə Cavabdeh3 aid hissədə ləğv olunmalı, iddia həmin hissədə təmin edil məməlidir.

22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 110-3.1, 1103.4, 110.4, 225.2, 1133.1, 1151.1, 1243.1, 1243.2, 1306.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 88, 82.3, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

23. Qətnamədən birinci iş üzrə İddiaçı1 (Vəkil Nümayəndə) və birinci iş üzrə Cavabdeh1 (Vəkil1) ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.

24. Birinci iş üzrə İddiaçı1 kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin Cavabdeh3 münasibətdə təmin edilməməsi hissəsində ləğv, işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

25. Kassasiya şika yəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiyası məhkəməsinin qətnaməsi xx.xx.2020-ci il tarixdə çıxarılmışdır. Apelyasiya instansiyası məhkəməsinin sübut kimi istinad etdiyi Bakı şəhəri 14 saylı notariat kontorunun 1598 nömrəli məktubu isə xx.xx.2019-cu il tarixdə verilmişdir. Apellyasiya şikayətində isə Bakı şəhəri 14 saylı notariat kontorunun 1598 nömrəli məktubunun birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırmamışdır. Mülki işin materiallarından görünür ki, Cavabdeh3 Bakı şəhəri 14 saylı notariat kontorunun 1598 nömrəli məktubunun birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamış, ümumiyyətlə heç məhkəmə iclaslarında da gəlib iştirak etməmişdir. Samir Əliyevin adın a vərəsəlik işinin açılması ilə bağlı onun vərəsələrinin notariat kontoruna müraciət etməmələri milyonçu olaraq dünyasını dəyişən Samir Əliyevdən heç bir miras aktivinin qalmaması və vərəsələr tərəfindən heç bir mirasın qəbul edilməməsi kimi qiymətləndirilə bilməz. Milyonçu olaraq dünyasını dəyişən Samir Əliyevdən heç bir miras aktivinin qalmaması və vərəsələr tərəfindən heç bir mirasın qəbul edilməməsini ağlabatan və inandırıcı deyil və kassator hesab edir ki, Samir Əliyevdən miras olaraq qalan milyonlarla pul vəsaiti onun arvadı Cavabdeh3dır.

26. Birinci iş üzrə Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsasla ndırılmışdır ki, apelyasiya məhkəməsinin qətnaməsindən narazıdırlar. Belə ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. xx.xx.2019-cu il tarixdə İddiaçı1, həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsinə ərizə yazaraq, 2006-cı ilin noyabr ayından etibarən Cavabdeh5 və Cavabdeh1 "xxxx" MTK-nın təsisçiliyindən (üzvlükdən, iştirakdan) uzaqlaşdırıldığına görə, onlara qarşı olan "xxxx" MTK-nın öhdəlikləri barədə iddia tələbindən imtina etmişdir. İddiaçı1 iddiadan imtina barədə ərizəsini ünvan 12 ünvanda yerləşən tikinti təşkilatı "xxxx" MMC-nin ofisində, şahidlər X9, X10 və Vəkil1 yanında imzalamışdır. Həmin imtina barədə ərizələr tərtib edilərkən və imzalanarkən cavabdehlər - Cavabdeh5 və Cavabdeh1dan heç biri həmin ünvan da olmamış və iddiaçıya heç bir təzyiq göstərilməmişdir. Bundan əlavə cavabdehlərdən biri Cavabdeh1, ümumiyyətlə xx.xx.2019-cu il tarixdə Bakı şəhərində, daha doğrusu Azərbaycan Respublikasında olmamış və xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında da iştirak etməmişdir. İş materiallarında olan və İddiaçı1 tərəfindən Şəki şəhərindən Yasamal rayon məhkəməsinə göndərilən teleqramdan görünür ki, guya iddiaçı həmin imtinaya dair ərizələri təsir və təzyiq altında yazmışdır. Halbuki bu belə olmamış, onun tərəfindən dəfələrlə iqrar və təsdiq etdiyi kimi Cavabdeh5 və Cavabdeh1 "xxxx" MTK-dan uzaqlaşdırıldığını, onların adının təsisçi kimi qalmasının formal hal daşıdığını və onlara qarşı heç bir iddia və tələbinin olmamasına görə iddiadan onlara münasibətdə imtina etdiyini təsdiqləmişdir. Həmçinin İddiaçı1 ona görə iddiadan imtina etmiş və həmin şəxslərə məxsus əmlakların üzərinə qoyulan həbsin götürülməsinə razılığını bildirmişdir ki, onun ərizəsi ilə Cavabdeh5 və Cavabdeh1 məxsus əmlakların da üzərinə həbs qoyulduğundan, həmin şəxslərin öz əmlaklarına sərəncam hüququ itmişdir. Halbuki iddiaçı bunu arzulamır, sadəcə digər cavabdehlər ilə Cavabdeh5 ilə Cavabdeh1 də ona görə cavabdeh etmişdir ki, iddiası daha da güclü, əsaslı və tutarlı olsun. Bundan əlavə, İddiaçı1 tərəfindən 2015-ci il tarixdə Cavabdeh5 və digərlərinə qarşı qaldırılan iddia üzrə, sonradan Bakı Apellyasiya Məhkəməsində cavabdehlər əsl cavabdehlə əvəzlənmiş və Cavabdeh5 və digərlərini "xxxx" MTK əvəz etmişdir. Ona görə də, hazırda iddiaçının Cavabdeh5 və digər formal təsisçiyə qarşı olan iddiası, həmin cav abdehlərə qarşı qaldırılan iddiadan imtina edildikdən sonra, yenidən qaldırılan iddia olduğu üçün də rədd edilməlidir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-21/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

29. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, onlar da iddiaçılar kimi "xxxx" MTK-da təsisçidirlər və Ali məhkəmənin qərarı ilə müəyyən edilən mənfəətdən onlara da pay çatır. Eyni zamanda İddiaçı1 də "xxxx" MTK-nın təsisçisi kimi subsidiar qaydada məsuliyyət daşıyır və MTK-nın on un qarşısında olan öhdəlikləri kimi, onun da MTK qarşısında öhdəlikləri var. Ən azından o iddia tələbi ilə çıxış edərkən özünə aid hissədə olan öhdəlikləri əvəzləşdirməli və yerdə qalan məbləğdə başqa təsisçilərə qarşı iddia tələbi ilə çıxış etməli idi. Bundan əlavə, tərəflərindən Yasamal Rayon Məhkəməsində hazırkı iddiaçılara və digər təsisçilərə qarşı tərəflərindən iddia qaldırılıb və hesab olunur ki, həmin işlə hazırki apelyasiya şikayəti bir-biri ilə qarşılıqlı əlaqədə olduğu üçün işlər birləşdirilməlidir. Kollegiya hesab edir ki, bu xüsusatlar hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edə biləcəyindən cavabdehlərin "xxxx" MTK-nın təsisçiləri kimi kooperativin mənfəətindən pay tələb etmək hüquqlarının mövcudluğu, bu tələbin digər təsisçilər kimi iddiaçılara qarşı yön əldilməsi, bu barədə Yasamal rayon məhkəməsində qaldırılmış iddiaya baxılmasının nəticəsi, bu iş üzrə pul tələblərinin cavabdehlərin iddiaçılara qarşı tələbləri ilə əvəzləşdirilməsi üçün qanunla müəyyən edilmiş əsasların olması və digər mühüm hallar aydınlaşdırılmalıdır. Bu məsələdə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və araşdırmanın nəticəsindən asılı olaraq iddia tələblərinə əsaslı şəkildə hüquqi qiymət verməlidir. İkinci iş üzrə. Birinci instansiya məhkəməsində icraat:

30. İddiaçılar Cavabdeh1 və Cavabdeh5 cavabdehlər Cavabdeh6, İddiaçı1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MTK-nın 3.354.200,04 manat mənfəətinin Cavabdeh5 payına düşən 30 faizi hissəsinin, yəni 1.006.260,01 manat məbləğinin və Cavabdeh1 payına düşən 10 faizi hissəsinin, yəni 335.420 manat məbləğin "xxxx" MTK-nın təsisçiləri – Cavabdeh6, İddiaçı1, Cavabdeh2 və X12 vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçılar Cavabdeh5 və Cavabdeh1 ödənilməsi; ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50 % hissəsinin "xxxx" MTK-nın təsisçiləri - cavabdehlər Cavabdeh6, İddiaçı1, Cavabdeh2 və X12 vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh1, Cavabdeh5 cavabdehlər Cavabdeh6, İddiaçı1, Cavabdeh2, Cavabdeh3 və Cavabde h4 qarşı “pul” tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh6, İddiaçı1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbi üzrə mülki işin icraatı ayrılmışdır.

32. Daha sonra iddiaçı Cavabdeh1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, "xxxx" MTK-nın 3.354.200,04 manat mənfəətinin onun payına düşən 10 % hissəsinin, yəni 335.420 manat məbləğin 50 % hissəsinin, yəni 167.710 manat məbləğin "xxxx" MTK-nın təsisçiləri- cavabdeh İddiaçı1, Cavabdeh2 və X12 vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 müştərək qaydada tutularaq ona ödənilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50 % hissəsinin "xxxx" MTK-nın təsisçiləri - cavabdehlər İddiaçı1, Cavabdeh2 və X12 vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

33. Cavabdeh İddiaçı1 xx.xx.2019-cu il tarixdə iddiaya etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, o, 2013-cü ilin 05 avqust tarixindən başlayaraq "xxxx" MTK tərəfindən hüquqlarının pozulması və İddiaçı2 ilə bərabər mənzİl üçün ödədikləri pulların qaytarılması ilə bağlı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində hazırki iş üzrə iddiaçı olan şəxsləri- Cavabdeh1 və Cavabdeh5 cavabdeh olaraq qoymuşdur. Həmin mülki işə Yasamal Rayon Məhkəməsində baxılmışdır. Həmin məhkəmə baxışı heç bir əsas olmadan 30 ay, yəni 2 il 5 ay davam etmiş, məhkəmə prosesinin 2 il 5 ay davam etməsinə baxmayaraq nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-113 /2015 nömrəli, 28 oktyabr 2015-ci il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-674/2017 nömrəli, 17 oktyabr 2017-cİ il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin olunmuş, Yasamal Rayon Məhkəməsinin 2(004)113/2015 nömrəli, 28 oktyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin olunmuşdur. Həmin qətnamədən qarşı tərəf kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1683/2021 nömrəli, 12 mart 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-674/2017 nömrəli, 17 oktyabr 2017-cİ il tarixli qətnaməsi dəyişdirilmədən qüvv əsində saxlanılmış, həmin qərardan sonra isə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-674/2017 nömrəli, 17 oktyabr 2017cİ il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı üçün xx.xx.2018-ci il tarixdə icra vərəqəsi verilərək, icraya yönəldilmişdir. Bir sözlə o, məhkəməyə 2013-cü ildə iddia ərizəsi ilə müraciət etsə də onun iddiası üzrə işə 5 ilə baxılmışdır. Bu 5 il müddət isə şübhəsiz ki, ağlabatan müddət hesab oluna bilməz. İşin baxılmasının 5 il yubadılmasının səbəbi isə qarşı tərəfin hüquqdan sui-istifadə edib əsassız vəsatətlər və məhkəmə qərardadlarından əsassız şikayətlər etməsi olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-674/2017 nömrəli, 17 oktyabr 2017-cİ il tarixli qətnaməsi üzrə xx.xx.2018-ci il tarixdə icra vərəqəsi verilərək, icraya yönəld iləndən sonra icra məmuru Ceyhun Şirinov 1 il zəruri icra hərəkətlərini apardıqdan sonra bir məktub göndərmişdir ki, nə "xxxx" MTK-nın bank hesabında pul vəsaiti, nə də hər hansı bir əmlakı olmadığına görə, kooperativin sədri Samir Əliyev isə vəfat etdiyinə görə qətnamənin icrası mümkün görünmür. Onlar da qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə edərək, Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-674/2017 nömrəli, 17 oktyabr 2017-cİ İl tarixli qətnaməsi ilə onlara ödənilməli olan məbləğin "xxxx" MTK-nın təsisçilərindən tutulmasını tələb etmişlər. Həmin iddia tələbi Yasamal Rayon Məhkəməsində baxılaraq, xx.xx.2019-cu il tarixli 2(004)-3444/2019 nömrəli qətnamə ilə iddia tələbinin təmin olunması qət edilmişdir. Onlar tələbi irəli sürdüyü tarixdən etibarən, yəni 05 avqust 2013-cü ildən "xxxx" MTK-nın sədri və təsisçiləri bundan xəbərdar olublar. Onlara iddia haqqında çıxarılmış qətnamələr barədə məhkəmələr tərəfindən vaxtında məlumatlar verilmiş, rəsmi qaydada məhkəmə bildirişləri və məhkəmələrin qəbul etdiyi qətnamə və qərardadlar göndərilmişdir. Bu gün, yəni İddiaçı1 hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etdiyi 2013-cü il tarixdən 7 ilə yaxın müddət keçəndən sonra, bütün ağlabatan müddətlər ötürüldükdən sonra kooperativin 2 təsisçisi, onun iddiası üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 onu da cavabdeh göstərib Yasamal Rayon Məhkəməsində ona və qeyrilərinə qarşı pul tələbinə dair iddia qaldırmışlar. Onun iddiası üzrə cavabdeh olmuş şəxslər- Cavabdeh1 və Cavabdeh5 onu da cavabdeh qoymaqla məhkəmədə iddia qaldırmaqları təəccüb və təəssüf hissi doğurur. Elə çıxır ki, Cavabdeh1 və Cavabdeh5 kooperativin keçmiş sədrinin vərəsələri və digər təsisçilər birləşib yenə də 2013-cü ildən pozulan hüquqlarının bərpa olunmasına, Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə sünii surətdə maneçilik törədib, əvvəllər etdikləri kimi yenə də süründürməçiliyə yol vermək istəyirlər. "xxxx" MTK tərəfindən aldadıldığına görə banka olan borcunu ödəmək üçün maddi imkansızlıq ucbatından Bakı şəhərində yerləşən mənzilini satmaq məcburiyyətində qalmışdır. Hal-hazırda yaşayır və məhkəmə iclaslarına gəlib getməyi onun üçün böyük bir problemə çevrilib. Hesab edir ki, hazırki iş üzrə iddiaçılar Cavabdeh1 v ə Cavabdeh5 ona qarşı tamamilə əsassız iddia qaldırmışlar. Ona görə də işə onun iştirakı olmadan baxaraq, iddiaçılar Cavabdeh1 və Cavabdeh5 iddiasının ona aid hissədə rədd edilməsi və onların X6 qarşı qaldırdıqları iddia əsassız olduğu üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən iddiaçılar Cavabdeh1 və Cavabdeh5 dövlətin xeyrinə 5.000 manat məbləğ tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

34. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 etiraz ərizəsi verərək bildirmişlər ki, onlar X12 vərəsələri kimi göstərilsələr də, onların vərəsə olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin qeyd etmişlər ki, vəkilləri Əziz Qənbərov Bakı şəhəri 14 saylı notariat ofisinə X12 vərəsələrinin müəyyən edilib-edilməməsi barədə məlumatların təqdim edilməsi üçün sorğu vermiş, Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli 1598 nömrəli məktubla sorğuya cavab verilmişdir. Məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri 14 saylı notariat ofisinə aid olan vərəsəliyin uçot kitabına, həmçinin elektron notariat informasiya sisteminə baxış keçirilmiş Samir Əliyevin adına vərəsəlik işinin açılması ilə bağlı vərəsələrin müraciət etmələri aşkar edilməmişdir. Bu onların X12 vərəsələri olmadığını təsdiq edən rəsmi dövlət sənədidir. Bu isə onu deməyə əsas verir ki, hazırki iş üzrə onların cavabdeh kimi cəlb olunmaqları qanunsuz və əsassızdır. İddiaçıların onlara münasibətdə iddia qaldırmaq hüququ yoxdur. Eyni zamanda mübahisə predmeti olan pul məbləği "xxxx" MTK-nın öhdəliyi əsasında yaranmışdır və onların "xxxx" MTK ilə heç bir bağlılıqları yoxdur.

35. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6533/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia tələbinin rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.

36. Birinci instansiya məhkəməsi hesab etmiş ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 münasibətdə məhkmə qeyd etmişdir ki, onların "xxxx" MTK-nın təsisçilərindən olan X12 vərəsələri olması iş materialları ilə müəyyən edilmir. Belə olan halda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iş üzrə cavabdeh deyillər və iddia tələbi onlara münasibətdə əsasız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət p rinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə qeyd etmişdir ki, ilk növbədə öhdəliyin yaranması üçün qanuni əsaslar müəyyən edilməlidir. İş materialları ilə cavabdehlər İddiaçı1 və Cavabdeh2 iddiaçı Cavabdeh1 qarşısında öhdəliyinin olması iş materialları ilə müəyyən edilmir və iddiaçı tərəfindən sübuta yetirilmir. Cavabdehlər İddiaçı1 və Cavabdeh2 iddiaçı qarşısında müqavilə, delikt, əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma və ya qətnamədən irəli gələn öhdəliklərinin olması, bir sözlə cavabdehlər İddiaçı1 və Cavabdeh2 birgə subsidiar məsuliyyətlərinin yaranması üçün öhdəlikləri müəyyən edilmir.

37. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 110.4, 385.1 və 386.1-ci və Mülki Prosessual Məcəllənin 1 4.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

38. Qətnamədən ikinci iş üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

39. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərmişdir ki, məhkəmənin gəldiyi bu nəticə ilə razilaşmaq olmaz. Belə ki, iddiaçı və cavabdehlər "xxxx" MTK-nın təsisçiləridir. Onlar arasında təsis müqaviləsi mövcuddur. Həmçinin MTK-nın Nizamnaməsi ilə tərəflərin bir-birinin qarşısında hüquq və vəzifələri açıq-aydın göstərilmişdir. Bundan əlavə hazırki iş üzrə cavabdeh olan İddiaçı1 ona qarşı iddia tələbi qaldıraraq "xxxx" MTK-nın mənfəətinin onun Nizamn amədəki payına nisbətini ondan tələb etmişdir. Digər iş üzrə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, o, da İddiaçı1 kimi "xxxx" MTK-da təsisçidir. Mübahisənin düzgün həlli üçün onun da pay tələb etmək hüququ, hazırki işin nəticəsi, tələblərin əvəzləşdirilməsi əsaslı şəkildə araşdırılmalı, həmçinin işlər birləşdirilməlidir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilən 18 dekabr 2019-cu il tarixli qərardad ləğv edilmiş, işə baxılması qərara alınmışdır. 18 dekabr 2019-cu il tarixli qərardadda isə göstərilmişdi ki, hazırki işə mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriydan olan işlər üçün qanunla müəyyən edilmiş qaydaya ə məl edilmədiyindən baxmaq olmaz. Halbuki, Bakı Apellyasiya məhkəməsi həmin qərarla razılaşmamışdır. Belə məlum olur ki, Yasamal Rayon Məhkəməsi əvvəlcə iddianı haqlı saymış, tərəflər arasında olan təsis müqaviləsinə dair pretenziya qaydasına əməl edilməsindən sonra işə baxılmasını və iddia tələbinin haqlı olması qənaətində olmuş, sonra isə Bakı Apellyasiya məhkəməsi bu işə pretenziya qaydasına əməl edilmədən də baxmağın mümkünlüyü barədə qərar qəbul edəndən sonra, Yasamal Rayon Məhkəməsi iddianı rədd etmişdir.

40. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-846/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair 2(103)-2184/2022 nömrəli mülki iş iddiaçılar İddiaçı1 və İddiaç ı2 cavabdehlər ("xxxx" MTK-nın təsisçiləri) Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2 və X12 vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 qarşı “pul” tələbinə dair 2(103)-846/2022 nömrəli mülki işlə birləşdirilmişdir.

41. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6866/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3444/2019 nömrəli, 09 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh5 apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında icraatına xitam verilmişdir.

42. Məhkəmə kollegiyası həmin mövqeyini onunla əsaslandırmışdır ki, təkrar apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh5 xx.xx.2020-ci il tarixdə, digər Cavabdeh6 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 2(103)-11776/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat cavabdehlər Cavabdeh5 və Cavabdeh6 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Sonradan iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə cavabdeh olmuş mərhum Cavabdeh5 hüquqi varisi olaraq arvadı X1, iş üzrə cavabdeh olmuş mərhum Cavabdeh6 hüquqi varisi olaraq onun qızı X2 tanınması üçün mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-846/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmiş və mülki iş üzrə icraat təzələnmiş, Cavabdeh5 hüquqi varisi olaraq Fəridə Mirəlləmova, digər Cavabdeh6 hüquqi varisi olara q Lalə Allahverdiyeva müəyyən edilməklə mülki işə cəlb olunmuşlar. Mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yolverilmiş olsa da, vəfat etmiş cavabdehin hüquqi varislərinin olduğunu təsdiq edən sübut məhkəmə kollegiyasına təqdim edilməmiş, həmçinin Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 mart 2022-ci il tarixli qərardadı ilə Cavabdeh5 hüquqi varisi olaraq X3 mülki işə cəlb edilmiş olsa da Fəridə Mirəlləmova prosessual hüquqi varislikdən imtina etmişdir.

43. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6866/23 nömrəli, 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Məmməd Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3444/2019 nömrəli, 09 se ntyabr 2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)6533/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

44. Məhkəmə kollegiyası iki iddia tələbinin olmasını nəzərə alaraq, gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq hesab etmişdir ki, hər iki mülki iş üzrə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmalıdır. Birləşdirilmiş birinci iş üzrə:

45. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 apellyasiya şikayətinin dəliləri əsassızdır və təmin edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 aid hissədə təmin edərkən, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Nəzərə alınmalıdır ki, "xxxx" MTK-nın nizamnəməsinin 5.10-cu maddəsinə əsasən kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və qanunvericiliyə müvafiq qaydada müəyyənləşdirilir. İş materiallarında olan, xx.xx.2005-ci il tarixli "xxxx" MTK-nın təsisçilərin dəyişməsi ilə əlaqədar yeni təsis müqaviləsindən müəyyən edilir ki, xx.xx.2005-ci il tarixdə 0105-P146-43660 nömrəsi ilə qeydiyyata alınmış "xxxx" MTK-nın fəaliyyəti ilə bağlı maliyyə ehtiyaclarının təmin edilməsi məqsədlərinin həyata keçirilməsi üçün təsisçilər arasında maliyyə vəsaitinin cəlb olunmasına dair xx.xx.2005-ci il tarixli müqavilə bağlanmış, tərəflərin hüquqi vəziyyəti və paylara müvafiq gəlirləri müəyyən edilməsi xx.xx.2005-ci il tarixli müqavilə ilə dəqiqləşdirilmişdir. Həmin təsis müqavilənin 4-cü bəndində göstərilmişdir ki, tərəflər kooperativin idarə olunmasını ümumi razılıq əsasında həyata keçirirlər və kooperativin öhdəlikləri üzrə onlara mənsub bütün əmlakları ilə məsuliyyət daşıyırlar. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

46. Məhkəmə kollegiyası İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cahangir Əlizadəyə qarşı iddia tələbindən xx.xx.2019-cu il tarixli ərizə ilə imtina etməsinə və İddiaçı1 2015 -ci ildə qaldırılmış iddia üzrə həmin cavabdehləri "xxxx" MTK ilə əvəz etməsinin iddiadan imtinaya bərabər tutulmasına dair cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı saymamış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsində qətnamə çıxarılan tarixdə tərtib edilmiş həmin ərizə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiadan imtina barədə ərizə iddiaçının sağlam iradəsini əks etdirdiyi, qanunla müəyyən edilmiş qaydada məhkəməyə təqdim edildiyi və belə imtinanın nəticələrinin ərizəçiyə izah olunduğu halda hüquqi nəticə yarada bilər.

47. İş materiallarından görünür ki, İddiaçı1 xx.xx.2019-cu il tarixdə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə teleqram vuraraq iddiadan imtina barədə ərizəni təsir altında yazdığını və ərizədən imtina etdiyini bildirm işdir. Bundan əlavə, apelyasiya baxışında İddiaçı1 nümayəndəsi iddia tələblərini müdafiə edərək bildirmişdir ki, sözügedən ərizə təmsil etdiyi şəxsin iradəsini əks etdirmir, İddiaçı1 iddiadan imtina etməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri bu hissədə əsaslı deyil.

48. Məhkəmə kollegiyası digər Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmiş və qeyd etmişdir ki, iş materiallarından müəyyən edilir ki, X12 "xxxx" MTKnın pay fondundakı mütləq payı 40% olmuşdur. Ekspertiza rəyinə görə kooperativin mənzillərinin və qeyri yaşayış sahələrinin satışından əldə edilmiş gəlir isə 3.354.200 manat olmuşdur. X12 pul həcmindəki pay haqqı da həmin məbləğin 40%-ni, yəni 1.341.680 manat təşkil edir. Bundan əlavə, iş materiallarında Samir Əliyevin müflis olması və y a əmlakının talanması haqqında məlumat yoxdur. İş materiallarında olan, nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Samir Əliyev ilə Cavabdeh3 22 avqust 2014-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. İş materiallarında olan, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ceyhun Şirinov tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron portalından çıxarışdan müəyyən edilir ki, təsisçilərdən biri olan - Samir Əliyev xx.xx.2017-ci il tarixdə vəfat etmişdir, onun həyat yoldaşı Cavabdeh3 və oğlu Cavabdeh4dir.

49. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh3 mərhum əri Samir Əliyev xx.xx.2017-ci il tarixində vəfat etdikdən sonra davam edən məhkəmə mübahisələrindən məlumatlı olmuş, qətnamə ilə müəyyən edilmiş borcun gələ cəkdə ona qarşı yönələ biləcəyi ehtimalı bilmiş olsa da, qanunvericiliyin ona verilmiş mirasdan imtina hüququndan istifadə etməmişdir. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Hazırki halda Cavabdeh3 qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiyindən vərəsə olaraq mərhum əri Samir Əliyevin mirasını qəbul etmiş vərəsə hesab edilməlidir.

50. Məhkəmə kollegiyası sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın 2(103)-674/2017 nömrəli, 17 oktyabr 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə "xxxx" MTK-dan tutularaq İddiaçı1 verilməsi qət edilmiş - mənfəət qismində 335.420 manat, ona təhvil verilməyən mənzilə görə isə 172.000 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə)pul vəsaiti; həmçinin "xxxx" MTK-dan tutularaq İddiaçı2 verilməsi qət edilmiş - ona təhvil verilməyən mənzilə görə 143.000 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) pul vəsaiti subsidiar qaydada "xxxx" MTK-nın təsisçiləri olan - cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2 və X12 vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 Əlizadə və İddiaçı2 ödənilməli, ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 ma nat pul cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2 və X12 vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməlidir. Birləşdirilmiş ikinci iş üzrə:

51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin birləşdirilmiş əlaqəli iş üzrə qənaətini əsaslı hesab etmişdir. Belə ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 münasibətdə məhkmə qeyd etmişdir ki, onların "xxxx" MTK-nın təsisçilərindən olan X12 vərəsələri olması iş materialları ilə müəyyən edilmir. Belə olan halda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iş üzrə cavabdeh deyillər və iddia tələbi onlara münasibətdə əsasız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan form al həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə qeyd etmişdir ki, ilk növbədə öhdəliyin yaranması üçün qanuni əsaslar müəyyən edilməlidir. İş materialları ilə cavabdehlər İddiaçı1 və Cavabdeh2 iddiaçı Cavabdeh1 qarşısında öhdəliyinin olması iş materialları ilə müəyyən edilmir və iddiaçı tərəfindən sübuta yetirilmir. Cavabdehlər İddiaçı1 və Cavabdeh2 iddiaçı qarşısında müqavilə, delikt, əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma və ya qətnamədən irəli gələn öhdəliklərinin olması, bir sözlə cavabdehlər İddiaçı1 və Cavabdeh2 birgə subsidiar məsuliyyətlərinin yaranması üçün öhdəlikləri müəyyən edilmir.

52. Məhkəmə kollegiyası birləşdirilmiş işlər ilə əlaqədar hər iki iddia tələbi üzrə dəyərləndirmə apararaq hesab etm işdir ki, birinci instansiya məhkəməsi birləşdirilmiş əsas iş üzrə iddianı yoxlanılan hissədə təmin etməklə, birləşdirilmiş əlaqəli iş üzrə isə iddia tələbini rədd etməkdə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və birinci instasiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

53. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 110-3.1, 1103.4, 110.4, 540.1, 540.2, 1133.1, 1159.1.1, 1306.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 372.6, 384.0.1, 385.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şik ayətinin dəlilləri:

54. Qətnamədən birinci iş üzrə Cavabdeh1 (Vəkil1) və birinci iş üzrə Cavabdeh3 (Vəkil2) ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.

55. Birinci iş üzrə Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, birləşdirilmiş əsas iş üzrə iddia tələblərinin tam rədd edilməsini, iddia tələblərinin mümkün sayılmasını xahiş etmişdir.

56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. xx.xx.2019-cu il tarixdə İddiaçı1, həm Bakı şəhər Yasamal rayon məhkəməsinə, həm də Bakı Apellyasiya məhkəməsinə ərizə yazaraq, 2006-cı ilin noyabr ayından etibarən Cavabdeh5 və Cavabdeh1 "xxxx" MTK-nın təsisçiliyindən (üzvlükdən, iştirakdan) uzaqlaşdırıldığına görə, onlara qarşı olan "xxxx" MTK-nın öhdəlikləri barədə iddia tələbindən imtina etmişdir. İddiaçı1 iddiadan imtina barədə ərizəsini ünvan 12 ünvanda yerləşən tikinti təşkilatı "xxxx" MMC-nin ofisində, şahidlər X9, X10 və Vəkil1 yanında imzalamışdır. Həmin imtina barədə ərizələr tərtib edilərkən və imzalanarkən cavabdehlər - Cavabdeh5 və Cavabdeh1 heç biri həmin ünvanda olmamış və iddiaçıya heç bir təzyiq göstərilməmişdir. Bundan əlavə cavabdehlərdən biri Cavabdeh1, ümumiyyətlə xx.xx.2019-cu il tarixdə Bakı şəhərində, daha doğrusu Azərbaycan Respublikasında olmamış və xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında da iştirak etməmişdir. İş materiallarında olan və İddiaçı1 tərəfindən Şəki şəhərindən Yasamal rayon məhkəməsinə göndərilən teleqramdan görünür ki, guya iddiaçı həmin imtinaya dair ərizələri təsir və təzyiq altında yazmışdır. Halbuki bu belə olmamış, onun tərəfindən dəfələrlə iqrar və təsdiq etdiyi kimi Cavabdeh5 və Cavabdeh1 "xxxx" MTK-dan uzaqlaşdırıldığını, onların adının təsisçi kimi qalmasının formal hal daşıdığını və onlara qarşı heç bir iddia və tələbinin olmamasına görə iddiadan onlara münasibətdə imtina etdiyini təsdiqləmişdir. Həmçinin İddiaçı1 ona görə iddiadan imtina etmiş və həmin şəxslərə məxsus əmlaklarına üzərinə qoyulan həbsin götürülməsinə razılığını bildirmişdir ki, onun ərizəsi ilə Cavabdeh5 və Cavabdeh1 məxsus əmlakların da üzərinə həbs qoyulduğundan, həmin şəxslərin öz əmlaklarına sərəncam hüququ itmişdir. Halbuki iddiaçı bunu arzulamır, sadəcə digər cavabdehlər ilə Cavabdeh5 ilə Cavabdeh1 də ona görə cavabdeh etmişd ir ki, iddiası daha da güclü, əsaslı və tutarlı olsun. Bundan əlavə, İddiaçı1 tərəfindən 2015-ci il tarixdə Cavabdeh5 və digərlərinə qarşı qaldırılan iddia üzrə, sonradan Bakı Apellyasiya məhkəməsində cavabdehlər əsl cavabdehlə əvəzlənmiş və Cavabdeh5 və digərlərini ”Vüsal-S” MTK əvəz etmişdir. Ona görə də, hazırda iddiaçının Cavabdeh5 və digər formal təsisçiyə qarşı olan iddiası, həmin cavabdehlərə qarşı qaldırılan iddiadan imtina edildikdən sonra, yenidən qaldırılan iddia olduğu üçün də rədd edilməlidir.

57. Birinci iş üzrə Cavabdeh3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia ərizəsinin ona aid hissədə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

58. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instan siyası məhkəməsinin qətnaməsi xx.xx.2020-ci il tarixdə çıxarılmışdır. Apelyasiya instansiyası məhkəməsinin sübut kimi istinad etdiyi Bakı şəhəri 14 saylı notariat kontorunun 1598 nömrəli məktubu isə xx.xx.2019-cu il tarixdə verilmişdir. Apelyasiya şikayətində isə Bakı şəhəri 14 saylı notariat kontorunun 1598 nömrəli məktubunun birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırmamışdır. Mülki işin materiallarından görünür ki, Cavabdeh3 Bakı şəhəri 14 saylı notariat kontorunun 1598 nömrəli məktubunun birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamış, ümumiyyətlə heç məhkəmə iclaslarında da gəlib iştirak etməmişdir. Samir Əliyevin adına vərəsəlik işinin açılması ilə bağlı onun vərəsələrinin n otariat kontoruna müraciət etməmələri milyonçu olaraq dünyasını dəyişən Samir Əliyevdən heç bir miras aktivinin qalmaması və vərəsələr tərəfindən heç bir mirasın qəbul edilməməsi kimi qiymətləndirilə bilməz. Milyonçu olaraq dünyasını dəyişən Samir Əliyevdən heç bir miras aktivinin qalmaması və vərəsələr tərəfindən heç bir mirasın qəbul edilməməsini ağlabatan və inandırıcı deyil. İş materiallarında olan sənədlərlə də təsdiq olunur ki, kooperativin hər hansı əmlakı və ya pul vəsaiti olmamışdır və bu səbəbdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası mümkün olmamışdır. Kooperativin hər hansı aktivi və ya əmlakı olmadığı üçün, miras qoyan Samir Əliyevin öhdəliklərinin onun vərəsələri tərəfindən qəbul edilməsindən söhbət gedə bilməz. Məhkəmənin gəldiyi nəticə özünün formal mülahizələrin ə əsaslanmaqla qanunsuz və əsassız nəticədir. Belə ki, qətnamənin yekun hissəsində qət edilmiş hissəni təsdiq edəcək hər hansı sübut iş materiallarında mövcud deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

59. Maddə 110-3.1. Kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir.

60. Maddə 110-3.4. Kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir.

61. Maddə 110.4. Kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar.

62. Maddə 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.

63. Maddə 540.2. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır.

64. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

65. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

66. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.

67. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər.

68. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

69. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pl enumunun 26 dekabr 2023-cü il tarixli qərarı. 70.....vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.

71. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münas ibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

73. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

74. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

75. Maddə 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır.

76. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran ha lların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

77. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

79. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 8

0. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

81. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

82. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

83. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

84. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

85. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

86. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

87. Hazırkı kassasiya şikayətində qətnamə birinci iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən onlara aid hissədə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

89. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barəd ə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

90. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 91. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

92. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

93. Beləliklə, məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

94. Bu səbəbdən, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

95. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Birinci iş üzrə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Birinci iş üzrə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasını n 2(103)-6866/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar