Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1588/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 noyabr 2021-ci il tarixli, 2(103)10774/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 05 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin ha lları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh "xxxx" ASC-yə qarşı iddia qaldıraraq, 25 noyabr 1991-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə təyin edilmiş müavinətin, kompensasiyanın və digər ödənişlərin dayandırıldığı vaxtdan, yəni 1992-ci ildən etibarən cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri, Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim V.İ.Həsənov) iddia təmin edilərək, 25 noyabr 1991-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işdə aldığı xəsarətə görə iddiaçıya təyin edilmiş müavinətin, kompensasiyanın və digər ödənişlərin dayandırıldığı va xtdan, yəni 1992-ci il tarixdən etibarən cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı, 57 saylı X2 fəhlə işləyib və 25 noyabr 1991-ci il tarixdə baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alıb. 23 saylı TSEK-nın 05 iyun 2017-ci il tarixli müayinə aktına görə iddiaçı İİ qrup əlil olmaqla əmək qabiliyyətinin 60 faizini itirib. Hazırda 57 saylı X4 Cavabdeh kimi fəaliyyət göstərir. Həmin Dəstə özəlləşdirildiyi üçün iddiaçıya ödənilməli olan müavinəti Cavabdeh ödəməlidir. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 222.1, 239-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ş.Vəliyev sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri, Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıb. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2018-ci il tarix li qərarı ilə (hakimlər E.R.Vəliyeva sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və Q.Ə.Allahverdiyev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, Z.Ə.Əliyev və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Şəhəri, Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilib. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov sədrlik edən, məruzəçi, M.T.Əhmədova və Ə.M.Rüstəmov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Y.Şamayev sədrlik edən, məruzəçi, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Şəhəri, Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilib. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində üçüncü icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.R.Xələfov sədrlik edən, məruzəçi, G.A.Quliyev və İ.K.Xəlilov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılmas ı üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində dördüncü icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Şəhəri, Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə çıxarılmaqla iddia rədd edilib. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya instansiyası məhkəməsində dördüncü icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Ə.Əliyev sədrlik edən, mə ruzəçi, İ.K.Xəlilov və A.Ə.Abbasov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellasiya instansiyası məhkəməsində beşinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və A.N.İmanov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Şəhəri, Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, qanunverciliyə görə işəgötürənin məsuliyyəti yalnız təqsirli olduğu hallarda yaranır. Hazırki işdə işəgötürənin təqsiri müəyyən edilmir və tərtib edilmiş aktdan görünür ki, hadisə iddiaçının təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verib. Belə olan halda işəgötürənin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmayıb və iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Əmək Məcəlləsinin 148,157, 171-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində beşinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının iza hatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın bax ıldı. Tətbiq edilən hüquq Mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Əmək Məcəlləsi: Həmin Məcəllənin 148-ci maddəsinə əsasən, bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraiti yaradılır. Sağlam və təhlükəsiz əmək şəraiti təmin etmək müəssisələrin, idarələrin, təşkilatların müdriyyətinə həvalə olunur. Müdriyyət istehsalatda zədələnmə hallarının qarşısını alan müasir təhlükəsizlik texnikası vasitələrini tətbiq etməyə, fəhlə və qulluqçular arasında peşəxəstəlikləri əmələ gəlməsinə yol verməyən sanitariya-gigiyena şəraiti təmin etməyə borcludur. Həmin Məcəllənin 157-ci maddəsinə görə fəhlə və qulluqçular istehsalat binalarında və tikinti meydançalarında işlərin görülməsi və davranış qaydalarını müəyyən edən əmək mühafizəsi üzrə təlimatlara riayət etməy ə borcludurlar. Fəhlə və qulluqçular, həmçinin maşın və mexanizmlərlə işləmək üçün müəyyən edilmiş tələblərə riayət etməyə, onlara verilmiş fərdi mühafizə vasitələrindən istifadə etməyə borcludurlar. Əmək kollektivləri müəssisələrdə, idarələrdə, təşkilatlarda əməyin mühafizəsinə dair qaydalara və təlimatlara bütün işçilər tərəfindən riayət olunmasına nəzarət edirlər. Həmin Məcəllənin 171-ci madddəsinə görə müəssisələrin, idarələrin, təşkilatların müdriyyəti istehsalatda baş verən bədbəxt hadisələri müəssisənin, idarənin və təşkilatın həmkarlar ittifaqı komitəsi nümayəndələrinin iştirakı ilə, qanunla müəyyən edilmiş hallarda isə başqa orqanların da nümayəndələrinin iştirakı ilə vaxtında və düzgün təhqiq etməyə və uçota almağa borcludur. Müdriyyət zərər çəkmiş şəxsin tələbi ilə bədbəxt had isə haqqındakı aktın təsdiq olunmuş surətini təhqiqat qurtardıqdan ən geci üç gün sonra ona verməyə borcludur. Müdriyyət bədbəxt hadisə haqqında akt tərtib etməkdən boyun qaçırdıqda və ya zərər çəkmiş şəxs bədbəxt hadisənin aktda yazılmış təfsilatı ilə razılaşmadıqda, zərər çəkmiş şəxsin müəssisənin, idarənin və təşkilatın həmkarlar ittifaqı komitəsinə müraciət etmək hüququ vardır; bu halda aktın tərtib edilməsi və ya məzmunu barəsində müəssisənin, idarənin, təşkilatın həmkarlar ittifaqı komitəsinin qərarı müdriyyət üçün məcburidir. Bədbəxt hadisələrin təhqiq və uçot materialları əsasında müdriyyət bədbəxt hadisələr doğuran səbəbləri aradan qaldırmaq üçün vaxtında lazımi tədbirlər görməyə borcludur. Həmin Məcəllənin 172-ci maddəsinə görə, fəhlə və qulluqçular öz əmək vəzifələrini yerinə ye tirərkən şikəst olduqda və ya səhhətləri pozulduqda müəssisə, idarə və təşkilat onlara dəyən zərər üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikay ətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansi yası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı, “X 57 nömrəli X2 fəhlə işləyərkən 25 noyabr 1991-ci il tarixdə iş vaxtı baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alıb və ona 24 iyun 1992-ci ildən 2-ci qrup əlillik, 06 iyul 1994-cü ildən isə 3-cü qrup əlillik təyin edilib və hazırda əmək qabiliyyətini 60 faiz itirib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2005-ci il tarixli, 314 saylı sərəncamına əsasən, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyi və Cavabdeh ilə razılaşdırılmış təklifi qəbul edilərək, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sərəncamına verilmiş digər İdarələrlə yanaşı “X” 57 nömrəli X4 Cavabdeh balansına verilib. Həmin Sərəncamın 4-cü bəndinə əsasən, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Maliyyə Nazirliyinin, Cavabdeh və digər maraqlı tərəflərin iştirakı ilə bu Sərəncamın 1-ci bəndində Cəmiyyətə təhvil verilməsi nəzərdə tutulan obyektlərin debitor və kreditor borcları barədə mövcud qanunverciliyə uyğun qaydada tədbir görülməsi tapşırılıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax Şəhər Şöbəsinin 13 iyun 2017-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçı, 57 nömrəli X2 fəhlə işləyib və hazırda göstərilən İdarə Cavabdeh kimi fəaliyyət göstərir, İdarə özəlləşdiyi üçün DSMF-nin Yevlax Rayon Şöbəsi “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisəsinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə, himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları”nın 5.5-ci bəndinə uyğun olaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı üçün ona verilən müavinət ödə nilə bilməz. Müavinət özəlləşdirilən Cavabdeh tərəfindən ödənilməlidir. Eyni zamanda, Əmlak Məsələləri Dövlət Komitəsinin 03 dekabr 2018-ci il tarixli məktubuna əsasən, Nazirlər Kabinetinin 21 oktyabr 2005-ci il tarixli, 314 “s” saylı sərəncamına əsasən, “X 57 nömrəli X4 Cavabdeh-nin balansına verilib. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işdə aldığı xəsarətə görə iddiaçıya təyin olunmuş müavinət, kompensasiya və digər ödənişlərin ödənilib-ödənilməməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsində heç bir məlumat yoxdur. Habelə, Əmlak Məsələləri Dövlət Komitəsinin 14 avqust 2019-cu il və 11 oktyabr 2019-cu il tarixli məktubları ilə müəyyən olunur ki, X 57 nömrəli X3 özəlləşdirilməsi həyata keçirilməyib və həmin İdarə Cavabdeh balansına verilib. Daha sonra, Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş arayışla müəyyən olunur ki, “X 57 nömrəli X1 hüquqi varisi olmayıb. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandlırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, iddiaçı hazırki tələbində 1991-ci ildə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işdə aldığı xəsarətə görə ona təyin olunmuş müavinətin, kompensasiyanın və digər ödənişlərin dayandırıldığı vaxtdan, yəni 1992-ci ildən etibarən ödənilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, tərəflər arasında mübahisəli hüquq münasibəti 25 noyabr 1991-ci ildə yarandığından hazırki mübahisə həmin vaxt qüvvədə olan 10 dekabr 1971-ci il tarix li Əmək Qanunları Məcəlləsinin müddəaları ilə tənzimlənməlidir. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən, bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraiti yaradılır. Sağlam və təhlükəsiz əmək şəraiti təmin etmək müəssisələrin, idarələrin, təşkilatların müdriyyətinə həvalə olunur. Müdriyyət istehsalatda zədələnmə hallarının qarşısını alan müasir təhlükəsizlik texnikası vasitələrini tətbiq etməyə, fəhlə və qulluqçular arasında peşəxəstəlikləri əmələ gəlməsinə yol verməyən sanitariya-gigiyena şəraiti təmin etməyə borcludur. Həmin Məcəllənin 157-ci maddəsinə görə, fəhlə və qulluqçular istehsalat binalarında və tikinti meydançalarında işlərin görülməsi və davranış qaydalarını müəyyən edən əmək mühafizəsi üzrə təlimatlara riayət etməyə borcludurlar. Fəhlə və qullu qçular, həmçinin maşın və mexanizmlərlə işləmək üçün müəyyən edilmiş tələblərə riayət etməyə, onlara verilmiş fərdi mühafizə vasitələrindən istifadə etməyə borcludurlar. Əmək kollektivləri müəssisələrdə, idarələrdə, təşkilatlarda əməyin mühafizəsinə dair qaydalara və təlimatlara bütün işçilər tərəfindən riayət olunmasına nəzarət edirlər. Həmin Məcəllənin 171-ci madddəsinə görə, müəssisələrin, idarələrin, təşkilatların müdriyyəti istehsalatda baş verən bədbəxt hadisələri müəssisənin, idarənin və təşkilatın həmkarlar ittifaqı komitəsi nümayəndələrinin iştirakı ilə, qanunla müəyyən edilmiş hallarda isə başqa orqanların da nümayəndələrinin iştirakı ilə vaxtında və düzgün təhqiq etməyə və uçota almağa borcludur. Müdriyyət zərər çəkmiş şəxsin tələbi ilə bədbəxt hadisə haqqındakı aktın təsdiq olu nmuş surətini təhqiqat qurtardıqdan ən geci üç gün sonra ona verməyə borcludur. Müdriyyət bədbəxt hadisə haqqında akt tərtib etməkdən boyun qaçırdıqda və ya zərər çəkmiş şəxs bədbəxt hadisənin aktda yazılmış təfsilatı ilə razılaşmadıqda, zərər çəkmiş şəxsin müəssisənin, idarənin və təşkilatın həmkarlar ittifaqı komitəsinə müraciət etmək hüququ vardır; bu halda aktın tərtib edilməsi və ya məzmunu barəsində müəssisənin, idarənin, təşkilatın həmkarlar ittifaqı komitəsinin qərarı müdriyyət üçün məcburidir. Bədbəxt hadisələrin təhqiq və uçot materialları əsasında müdriyyət bədbəxt hadisələr doğuran səbəbləri aradan qaldırmaq üçün vaxtında lazımi tədbirlər görməyə borcludur. Həmin Məcəllənin 172-ci maddəsinə görə, fəhlə və qulluqçular öz əmək vəzifələrini yerinə yetirərkən şikəst olduqda və ya s əhhətləri pozulduqda müəssisə, idarə və təşkilat onlara dəyən zərər üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq maddi məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu iddia tələblərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən işçilər əməyin mühafizəsi qaydalarına və bu barədə təlimata riayət etməyə borcludur. Belə ki, hazırki işə əlavə edilmiş “İstehsalatda baş vermiş bədbəxt hadisəyə dair” 25 noyabr 1991-ci il tarixli Aktdan görünür ki, həmin tarixdə nahardan sonra saat 14:50-də fəhlələr dəmir beton monolit sütuna beton tökərkən, birinci blokun ikinci mərtəbəsində işləyən iddiaçının ayağı büdrəyərək 2 metr hündürlü kdən yıxılıb və nəticədə başından zədə alıb. Həmin Aktda hadisənin səbəbi kimi məhz iddiaçının təhlükəsizlik texnikası qaydalarına düzgün riayət etmədiyi göstərilib. Aktdan həmçinin müəyyən edilir ki, iddiaçı əməyin təhlükəsizliyi qaydalarına düzgün riayət etməyib və hadisə də bu səbəbdən baş verib. Hadisənin baş verməsində işəgötürənin hər hansı təqsiri müəyyən edilməyib. Göründüyü kimi iddiaçı bu Aktda göstərilənlərlə razılaşıb, Aktı ümumiyyətlə mübahisələndirməyib və qeyd edilənlərlə bağlı həmkarlar ittifaqı komitəsinə müraciət etməyib. Əmək Məcəlləsinin 172-ci maddəsində maddi məsuliyyətin müəyyən edilməsi üçün hadisənin baş verməsində işəgötürənin təqsirinin olub-olmaması birbaşa göstərilməsə də, qanunvericiliyin qeyd edilən müddəlarından müəyyən edilir ki, işçi özü əməyin mühafizəsi qaydalarına riayət etməyə borcludur, işçi tərəfindən bu vəzifənin pozulması halında baş vermiş hadisəyə görə işəgötürənin məsuliyyət daşıması yolverilməzdir. 29 sentyabr 1992-ci il tarixli “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən, istahsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sağlamlığının korlanması ilə əlaqədar əmək qabiliyyətini itirmiş işçilərə qanunla müəyyən edilmiş qaydada zərərin ödənilməsindən əlavə, təqsirkar müəssisənin və təşkilatın hesabına, peşəkar əmək qabiliyyətinin itirilmiş hər faizinə görə bir aylıq orta əmək haqqı hesabı ilə, lakin zərərçəkənin orta illik qazancından az olmamaqla birdəfəlik müavinət ödənilir. Qeyd edilən normadan görünür ki, müəssisənin təqsirkar olması zəruri şərtdir və qüvvədə olan Əmək Məc əlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında da göstərilmişdir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Mülki Məcəllə ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən edib. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulub. Həmin prinsipə əsasən, işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa müvafiq olaraq işəgötürənin təqsiri oldugu halda təqsirin dərəcəsind ən asılı olmayaraq, o, tam məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları əsas tutub, işin hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, işəgötürənin məsuliyyəti yalnız təqsirli olduğu halda yaranır. Hazırki halda işəgötürənin təqsiri mülki iş materialları ilə müəyyən edilmir və sözügedən Aktdan görünür ki, hadisə işçinin təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verib. Belə olan halda işəgötürənin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmayıb. Bu səbəbdən də iddiaçının hazırki tələbi əsassız olduğundan rədd edilməlidir. Həmçinin, iddiaçının işə əlavə edilmiş əmək kitabçasının surəti ilə müəyyən olunur ki, o, 18 oktyabr 1991-ci ildə 57 saylı PMK-ya 2-ci dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilib və 28 oktyabr 1992-ci il tarixdə öz xahişi il ə işdən çıxıb. Digər tərəfdən, ümumiyyətlə işdə, iddiaçıya aldığı xəsarətə görə iş yerindən hər hansı məbləğdə və dövrdə ödənc verilməsinə dair heç bir mötəbər yazılı sübut yoxdur, nə də ki, işdən belə bir hal müəyyən olunmur. İddiaçının 1992-ci ildən 2017-ci ilədək bu barədə məhkəmədə hər hansı mübahisə açmaması da iddianın əsasız olması nəticəsinə gəlməyə əsas verir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 25 noyabr 1991-ci il tarixdə iddiaçı iş yerində özünün təqsiri üzündən xəsarət aldığı üçün ona heç bir ödənc təyin edilməyib və bu səbəbdən də təyin olunmamış ödəncin bərpa edilməsi mümkün deyil. Belə olan halda Cavabdeh-nin Yevlax Kəndtikinti 57 nömrəli X3 hüquqi varisi olubolmamasının heç bir əhəmiyyəti yoxdur. Bununla belə, qeyd edilən halla b ağlı mübahisə mövcud deyil, Cavabdeh-nin X 57 nömrəli X3 hüquqi varisi olması şübhə doğurmur. Belə ki, Mülki Məcəllənin 56.2-ci maddəsinə görə, hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, 57 nömrəli X4 Cavabdeh qoşulduğundan və onun hüquq və vəzifələri təhvil aktına uyğun olaraq Cavabdeh keçsə də, işəgötürənin təqsiri müəyyən edilmədiyinə görə 1991-ci ildə baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçının aldığı xəsarətə görə Cavabdeh mülki məsuliyyət daşıya bilməz. Kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və proses sual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndir ilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsi n. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 noyabr 2021-ci il tarixli, 2(103)-10774/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1588/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1588/2022
05.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver