Məhkəmə qərarları › İş №2(102)-1588/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1588/2025

29.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1588/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5377/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 29 may 2025-ci il tarixdə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra “iddiaçı” və ya İddiaçı) ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir.

2. Sonradan, müxtəlif vaxtlarda iddiaçının əməkdaşları tərəfindən cavabdeh barəsində təbii qazdan qeyri-qanuni yolla istifadə olunması əsası ilə müxtəlif tarixlərdə aktlar tərtib edilmişdir.

3. Həmçinin cavabdehin istehlak etdiyi təbii qaza görə debitor borcu vardır.

4. Mübahisə debitor və aktlar üzrə hesablanmış borcun ödənilməsi ilə bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş 14.141,31 manat məbləğində zərərin, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, 133,63 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 14.675,63 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin və qanunvericiliyin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qa zı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış və müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 188,10 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885.60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 583.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 504 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2021-ci i l tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 669.60 manat, xx.xx.2022- ci il tarixli ******* saylı akt əsasında 669.60 manat olmaqla, ümumilikdə 6675.3 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin göstərilən borc məbləğindən əlavə olaraq İddiaçı İB-yə 7466.01 manat məbləğində qalıq borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 14141.31 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim İlham Cəfərzadə) 2(003)244/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 344,12 manat məbləğində debitor borc və təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadəyə görə 2020-ci ilin mart ayında tərtib edilmiş akt əsasında 77,80 manat məbləğində dəymiş zərər, ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 451,92 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi,iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mövcud qanunvericiliyə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylay ıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini həmçinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir.

9. Bu hallarla bağlı da məhkəməyə hər hansı bir sənəd təqdim edilmədiyindən məhkəmə hesab etmişdir ki, 2022-ci ilin may ayından 2023-cü ilin mart ayınadək (mart ayı da daxil olmaqla) aşkar olunmuş halların, yəni qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutlarda cavabdeh Birlik tərəfindən məhkəməyə təqdim olunmadığından həmin müddətdə tərtib edilmiş aktlar əsasında cavabdehin abonent hesabına dəymiş z ərərlə bağlı pul məbləğlərinin hesablanaraq ondan tələb edilməsi də əsassızdır.

10. İlk öncə 2016-cı ildə tərtib edilmiş akt əsasında cavabdehin abonent hesabına hesablanmış 188,10 manat məbləğində pulun tutulması hissəsinə məhkəmə qiymət verərək hesab etmişdir ki, həmin borc artıq cavabdeh tərəfindən ödənilmişdir. Belə ki, cavabdehin adına olan “Gasrep” çıxarışından görünür ki, cavabdeh tərəfindən 2011-ci ilin noyabr ayından 2022-ci ilin mart ayı da daxil olmaqla, ümumilikdə 965 manat ödəniş aparılmış və həmin ödənişlərdən borca görə tutulmalar olmuşdur. Həmin ödəniş və tutulmalar müqayisə olunduqda müəyyən olunur ki, 2020-ci ilin oktyabr ayında cavabdehin qazdan istifadəyə görə borcun məbləği 360,59 manat təşkil edir. Bu hal onu təsdiq edir ki, 2016-cı ildə tərtib edilmiş akt əsasında ca vabdehin abonent hesabına hesablanmış 188,10 manat məbləğində pul cavabdeh tərəfindən hissə-hissə ödənilmiş, qalıq qalmış 360,59 manat borc isə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qaza görə yaranmış borcdan ibarətdir.

11. Həmçinin cavabdehin etirafı nəzər alındıqda (2020-ci ilin fevral ayında və mart ayının 16-a kimi təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməsi, evdə olan cihaz isə dördgöz (PQ-4) olması) müəyyən olunur ki, cavabdeh tərəfindən 45 gün müddətində qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə etmişdir.

12. Məhkəmə hesab etmişdir ki, həmin dövr üçün cavabdehin qaz istehlakına görə ödəməli olduğu vəsait kimi 77,80 manat qəbul oluna bilər (PQ-4 qaz plitəsinin maksimal saatlıq qaz sərfi olan 1,2 m3 x 12 saat x 45 gün=648 m3 x 0.12 manat).

13. Bundan başqa, cavabdehin qazdan istifadəyə görə ödənilməmiş 344,12 manat məbləğində borcu vardır. Belə ki, yuxarıda qeyd olunduğu kimi “Gasrep” çıxarışına əsasən 2020-ci ilin oktyabr ayında cavabdehin qazdan istifadəyə görə borcun məbləği 360,59 manat təşkil edir. Cavabdeh tərəfindən 2022-ci ilin mart ayına kimi (mart ayı da daxil olmaqla) aparılmış ödənişlərdən, bu müddətdə sərf olunmuş qazın dəyəri ödənilməklə cəmi 16,47 manat məbləğində tutulmalar aparılmışdır ki, yerdə qalan borcun məbləği 344,12 manat təşkil edir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 385.1, 425.1 və 427.3-cü maddələri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmi ş “Qazdan istifadə Qaydaları”na istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-244/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilərək iddianın tam təmin edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Qeyd edilənlərlə yanaşı bildirmişdir ki, aktların əsaslığı həqiqiliyini məhkəmə yerli baxış zamanı müşahidə etsə də, qətnaməsində tam olaraq etinasız yanaşmışdır. Belə ki hər vaxt olduğu kimi cavabdeh yerli baxış zamanı sayğacsız qeydiyyata alınmayan şəkildə istifadə etmiş və istifadə etməsini imkansızlığı ilə əlaqələndirmişdir. Məhkəmə isə cavabdeh tərəfindən qətnamədə təbii qazın talanmasını dəstəkləmişdir. Məhkəmə yerli baxış təyin edərsə, qeyd edilən halları açıq-aşkar müəyyən edəcəkdir. Aktlar təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. Məhkəmə, aktların abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin İddiaçı əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır. Məhkəmə isə bu halları iddia müddətini keçməsini əlaqələndirsə də, hazırkı təbii qazın talamasını heç bir hüquqi münasibət bildirməmişdir, bu da iddia müddəti keçməmiş akların təmin edilməməsinə əsas vermir. Bundan əlavə, əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Cavabdeh nəinki istifadə etdiyi təbii qazın həcmini ödəməmiş, bundan əlavə sayğacsız təbii qazdan istifadə edərək iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclaslarında isə özünün etdiyi hərəkətlərə açıq aşkar bəraət qazandırmaqda idi. Təqdim olunmuş sübutlara – yəni aktlara hərtərəfli və tam baxılmamış, hakim təqdim edilmiş sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Əslində məhkəmənin başqa araşdırmalarına lüzum yox idi, sadəcə məhkəmə müşahidə etdiklərini məhkəmə qətnaməsində qeyd etməli və iddianı təmin etməli idi. Məhkəmə cavabdehin açıq-aydın istifadəsinə etinasızlıqla yanaşaraq heç bir təbii qazın talanmasını nəzərə almayaraq qətnamə qəbul etmişdir. Məhkəmə iclasında cavabdehin iddianı qismən etir af etməsi tərtib edilmiş aktların həqiqiliyi və qanuniliyi deməkdir. Qanuni və həqiqi olanların aktlar öz realığını cavabdehin ifadəsində yer alsa da, məhkəmə təmin olunmayan hissəni demək olar ki, əsaslandıra bilməmişdir. Ona görə də, məhkəmə iddianı təmin etməli idi. Məhkəmə qətnamədə öz mülahizəsi ilə abonent tərəfindən təbii qazın talanmasını hesablamışdır. Halbuki qətnamənin əsaslı olması üçün məhkəmə-mühasibatlıq ekspertizasını təyin edə bilərdi.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5377/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) apellyasiya şikayətinin qismən təmin edilməsi, brinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunmayan hissəsində lə ğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddianın qismən təmin edilməsi, Cavabdeh sərfiyyat borcu olaraq 584,60 manat, qazpaylayıcısına dəymiş zərərin əvəzi olaraq 828,60 manat məbləğində pulun tutularaq İddiaçı bank hesabına, iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 400 manatın 40 manatının cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi qət edilmişdir.

18. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən ünvan 1 ünvanı üzrə xx.xx.2016-cı il tarixdən başlayaraq ardıcıl olaraq xx.xx.2022-ci il tarixədək cavabdehin qaz xəttinə qanunsuz qoşulmasına görə aktlar tərtib edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli dövr ərzində cavabdehin yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etmədiyi barədə gəldiyi qənaəti MPM -in 88-ci maddəsinə əsasən işdə olan sübutlara və onlara tətbiq edilməli olan normativ hüquqi aktlara istinadla əsaslandırmamış, iddiaçının dəlilləri üzrə hər hansı araşdırma aparmamış, xx.xx.2016 – xx.xx.2022-ci il tarixlərində abonentin adına tərtib edilmiş 11 akt üzrə iddiaçının mülki hüquq məsuliyyətinin hansı əsaslarla yaranmadığını göstərməmiş, cavabdeh tərəfindən bu illər ərzində ödənişlərin edilmədiyinə hər hansı münasibət bildirməmişdir. Məhkəmə həmçinin 2022-ci ilin may ayından 2023-cü ilin mart ayınadək (mart ayı da daxil olmaqla) olan müddət üçün tərtib edilmiş aktlar üzrə borcun ödənilməsi tələb edilməməsinə baxmayaraq, iddia tələblərindən kənara çıxaraq bu dövr üzrə tərtib edilmiş aktlara dair müvafiq hüquq təhlili aparmışdır. Beləliklə, birinci instansiya məhkəməsinin iddi a üzrə apardığı hüquqi təhlil əsaslı hesab edilə bilməz.

19. Məhkəmə kollegiyası aktların cavabdeh tərəfindən tərtib edildiyi tarixlərdə iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi işdə olan sübutlara əsasən öz təsdiqini tapdığı qənaətinə gələrək eyni zamanda İB-yə dəymiş zərər üzrə borcun hesablanması ilə əlaqədar Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinə müracət etməsini zəruri saymış, cavabdehin **********00000 abonent hesabı üzrə mövcud borcun hesablanmasını həmin quruma həvalə etmişdir.

20. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı filialı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavaba əsasən, 2016-cı ildə tərtib edilmiş 1 akt üzrə: 1 ay üzrə x 972 m3=972 m3; 2020 -ci ildə tərtib edilmiş 2 akt üzrə: 2 ay üzrə x 972 m3=1944 m3; 2021-ci ildə tərtib edilmiş 4 akt üzrə: 4 ay üzrə x 972 m3=3888 m3; 2022-ci ildə tərtib edilmiş 4 akt üzrə: 4 ay üzrə x 972 m3=3888 m3 miqdarda hesablanmış zərərin, müvafiq olaraq 97.2+194,4+751+751 =1.793,6 manat məbləğində olması müəyyən edilmişdir. Bundan əlavə abonent saldosunun təhlili, iddiaçının qazdan istifadəyə görə xx.xx.2011-ci il tarixə 584,60 manat istehlak borcunun (sayğacdan keçən qazın dəyəri) olduğu müəyyən edilmişdir.

21. Beləliklə, mütəxəssis, abonentin istehlak borcunun 584,60 manat təşkil etdiyini, qazpaylayıcısına dəymiş zərərin məbləğinin 2016-cı ildə tərtib edilmiş 1 akt üzrə 972 m3, yəni 97,2 manat; 2020-ci ildə tərtib edilmiş 2 akt üzrə 1944 m3, yəni 194,4 manat; 2021-ci ildə tərtib edilmiş 4 akt üzrə 3888 m3, yəni 388,8 manat; 2022-ci ildə tərtib edilmiş 4 akt üzrə 3888 m3, yəni 388,8 manat olmaqla, cəmi 1.793,6 manat təşkil edə biləcəyini və ötən dövr ərzində 965 manat ödəniş edildiyini nəzərə alaraq abonentin borcunun 1.413,2 manat məbləğində olduğu qənaətinə gəlmişdir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096 və 1097.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü (8 (köhnə redaksiyada) və 8,1-ci hissə) maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 4.2, 4.7, 4.8, 6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 3 dekabr 2024-cü il tarixli2(103)-5377/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şə xsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

29. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (h ərəkət və ya hərəkətsizlikdir).

30. Maddə 1096.1. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

32. Maddə 13 (8-ci hissə (köhnə redaksiyada)) Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehla kçı tərəfindən ödənilməsini tələb edə bilməz.

33. Maddə 13. (8.1-ci hissə). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orq anların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Q azdan istifadə Qaydaları”

34. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

35. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

36. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

37. Bənd 6.7. Qazın verilməsinin dayandırılma sı və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı dır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüqu q pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara v ə hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını, o cümlədən aidiyyəti dövlət orqanının rəyini araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının hesabladığı zərər məbləği qismən əsassızdır. Ona görə də borcun tutulmasına dair tələbin təmin edildiyi həcmdə qanuni və əsaslıdır.

51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

52. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma pr edmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 dekabr 2024-cü il tarixli, 2(103)-5377/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar