Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-159/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, onun vəkili X3, cavabdeh "xxxx" Residence MTK-nın vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsindən iş üzrə İddiaçı və cavabdeh "xxxx" Residence MTK tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2019-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-2900/19)İddiaçı cavabdeh "xxxx" Residence MTK-ya qarşı "öhdəliyin icrası və pul tələbi"nə dair ilkin və "xxxx" Residence MTK-nın İddiaçı qarşı «müqavilənin ləğv edilməsi və s. tələbi»nə dair qarşılıqlı iddiaları rədd edilişdir. Həmin qətnamədən İddiaçı və cavabdeh "xxxx" Residence MTK apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov-sədrlik edən və məruzəçi, Ş.Məmmədova və X.Sarıyev, iş № 2(103)-10825/19) apellyasiya şikayətləri təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli qətnaməsi İddiaçı və cavabdeh "xxxx" Residence MTK-ya münasibətdə mübahisələdirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan İddia çı və cavabdeh "xxxx" Residence MTK kassasiya şikayətləri vermişlər. İddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli iş üzrə qətnaməsinin ləğv olunmasını, qarşılıqlı iddianın rədd edilməsini, cavabdeh "xxxx" Residence MTK tərəfindən 2018-ci ilin oktyabr ayından başlayaraq evi təhvil vermə tarixinə qədər hər ay 1500 manat olmaqla ona vurduğu zərərin əvəzinin ödənilməsi və ya onun dəyərində ona avtomobil qarajının verilməsi, 30 manat dövlət rüsumunun, 100 AZN “New Europe”-yə ödənişin tutulub iddiaçıya ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Residence MTK isə kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli iş üzrə qətnaməsinin yalnız "xxxx" Residence MTK tərəfindən verilmiş qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv olunmasını, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh "xxxx" Residence MTK-ya qarşı "öhdəliyin icrası və pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Residence MTK tərəfindən 2018-ci ilin oktyabr ayından başlayaraq evi təhvil vermə tarixinə qədər hər ay 1500 manat olmaqla ona vurduğu zərərin əvəzinin ödənilməsi və ya onun dəyərində ona avtomobil qarajının verilməsi, 30 manat dövlət rüsumunun, 100 AZN “New Europe”-yə ödənişin tutulub iddiaçıya ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. “xxxx" MTK İddiaçı qarşı «müqavilənin ləğv edilməsi və s. tələbi»nə dair qarşılıqlı idd ia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə “xxxx” MTK arasında 02.09.2016cı il tarixli müqaviləyə xitam verilməsini və müqavilə üzrə “xxxx" MTK-ya ödənilmiş 363.000 (üç yüz altmış üç min) manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı və vəkili E.Quliyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. Onlar eyni zamanda cavabdehin kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Cavabdeh "xxxx" Residence MTK-nın vəkili N.Quliyeva isə cavabdehin kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, iddiaçının kassasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 16 avqust 2019-cu il tarixl i qətnaməsi mübahisələndirilən hissələrdə həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin ilkin və qarşılıqlı iddia tələblərinin əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. İş materiallarında olan "xxxx" Residence MTK ilə İddiaçı arasında bağlanmış 02.09.2016-cı il tarixli, 16 saylı müqavilədən görünür ki, "xxxx" Residence MTK Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ Şəhər layihəsinin Fəvvarələr Meydanı rayonunda “MTK” tərəfindən tikilən 8 mərtəbəli yaşayış kompeksində 1-ci giriş, 5-ci mərtəbədə 4 otaqlı, ümumi sahəsi 202 kv.m olan 7 nömrəli yaşayış sahəsini “payçı”ya təhvil verməyi, payçı isə həmin yaşayış sahəsini qəbul edib onun razılaşdırılmış dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mübahisəli sahənin dəyəri 363 600 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən bu müqavilə üzrə mənzilin 1kv.metr sahəsinin qiyməti 1800 manat, müqavilənin yekun qiyməti 363.600 manat müəyyən edilmişdir. Payçı müqavilə imzalandıqdan sonra 110.000 manat ilkin ödənişi həyata keçirməklə qalan 253.600 manat məbləği 29 bərabər hissələrlə, 8.500 manat, 30-cu hissə 7.100 manatdan az olmamaqla, 30 ay ərzində hər ayın 5-nə qədər ödəməlidir. Müqavilənin 3.2-ci bəndinə əsasən MTK binanı 24 aya bitirib payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Residence MTK tərəfindən verilmiş 11.03.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı 02.09.2016-cı il tar ixli, 16 saylı müqaviləyə əsasən "xxxx" yaşayış kompleksində 1-ci giriş, 5-ci mərtəbə, 7 saylı mənzilə aid "xxxx" MTK-ya heç bir ödəniş borcu qalmamışdır. Birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməyərkən mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər arasında podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə görə "xxxx" MTK iddiaçı Ə.Talışınski üçün mənzil inşa etməyi, Ə.Talışınski isə razılaşdırılmış pul vəsaitini MTK-ya ödəməsini öz üzərlərinə öhdəlik götürmüşlər. Lakin MTK müqavilədə göstərilən müddətdə mənzili iddiaçıya təhvil verə bilməmişdir. MTK-nın qarşılıqlı iddia ərizəsindən və ilkin iddiaya verdiyi etirazından göründüyü kimi binanın inşası MTK tərəfindən yekunlaşdırılmış, lazımi işlər görülmüşdür. Lakin həmin binanın yerləşdiyi ərazidə (o cümlədən binanın ətrafınd a) yolların, parkların və şəhər infrastrukturunun digər elementlərinin yaradılması ilə əlaqədar işlər MTK-nın deyil, digər strukturların səlahiyyətində (o cümlədən dövlət orqanlarının) olması və həmin işlərin həyata keçirilməsi müəyyən qədər gecikdirildiyinə görə binanın Fövqəladə Hallar Nazirliyi və digər dövlət strukturlarına istismara yararlılığın yoxlanılması məqsədi ilə təhvil vermə prosesi MTK-dan asılı olmayaraq ləngimişdir. Yuxarıda göstərilən işin faktiki hallarını (binanın yerləşdiyi ərazidə aidiyyəti qurumlar tərəfindən müvafiq infrastrukturun yaradılmaması) məhkəmə iclasında iddiaçı Ə.Talışınski özü də inkar etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı mənzilin vaxtında təhvil verilməməsi nəticəsində ona maddi ziyanın vurulduğunu qanunla müəyyən olunmuş qaydada əsasla ndıra bilməmişdir. X1 ilə mənzilin kirayəyə verilməsi, mənzildə təmir işləri aparılması barədə şifahi razılığa gəlməsi, bina tam hazır vəziyyətdə istismara təhvil verilmədiyi, zəruri şəhər infrastrukturu yaradılmadığı halda əsaslı və ağlabatan hesab oluna bilməz. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsinin bu mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq e dən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməyərkən mövqeyini onunla əsaslandırmışdır ki, həmin tələbin yeganə əsası kimi “müqavilə öhdəliklərinə və Ağ şəhərin tikintiyə dair qaydalarına anlayışla yanaşmayan və problemlər yaradan payçılarla münasibətləri kəsmək istəməsi” göstərilmişdir. Məhkəmə qeyd edir ki, müqavilə öhdəliklərinə gəldikdə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirmiş, müqavilədə göstərilən məbləği MTK-ya ödəmiş və bu barədə MTK tərəfindən ona müvafiq maliyyə arayışı verilmişdir. Bu işin mübahisələndirilməyən halıdır. Ağ şəhərin tikintiyə dair qaydalarına anlayışla yanaşmayan və problemlər yaradan payçılarla müqavilə münasibətlərinə xitam verilməli olduğu barədə qarşılıqlı iddianın dəlilinə gəldikdə isə həmin dəlil tamamilə əsassızdır və qarşılıqlı iddianın təmin olunması üçün əsas hesab oluna bilməz. İlkin iddia üzrə İddiaçı bu hüququndan istifadə edərək müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin hal isə onunla MTK arasında bağlanmış müqavilənin xitamına əsas hesab oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hər iki apellyasiya şikayəti iddia tələbləri ilə tam olaraq üst-üstə düşür. Birinci instansiya məhkəməsi hər iki iddia tələbi üzrə bütün dəlilləri tam olaraq yoxlamış və haqlı olaraq iddiaların hər hansı birinin təmin olunması üçün əsaslar müəyyən etməmişdir. İddiaçının iddia tələbi faktiki olaraq haqqı çatmayanlara sahib olmağa yönəlmişdir ki, bu növ iddianın təmin olunması digər tərəfin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına şərait yaratmış olar. Hər bir halda aşkar olan haldır ki, iddiaçıya məxsus olan bina hazırdır və qəbul edilməsi üçün iddiaçıya təklif edilməkdədir, lakin iddiaçı mənzilin yerləşdiyi binadan kənarda yerləşən çatışmazlıqlara isinad edərək mənzili təhvil alm ır, cavabdehin onun qarşısında öhdəliyi olmayan əmlakın əldə edilməsinə zəmin yaratmağa çalışır. Bu isə göstərildiyi kimi yolverilməzdir. Qarşılıqlı iddiaçının dəlillərinə münasibətdə qeyd edilməlidir ki, müqavilənin ləğvinə yönəlmiş dəlillər formal xarakter daşıyır və belə bir əsaslara istinadla müqavilənin ləğv edilməsi yolverilməzdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Tərəflərin verdiyi apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamə nin ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətlərinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətlərinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi t ərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə həm ilkin iddia üzrə iddiaçı, həm də qarşılıqlı iddia üzrə iddiaçı öz tələblərinin əsası k imi istinad etdiyi halları sübut edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə mübahisələndirilən hissələrdə həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər t utaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 16 avqust 2019-cu il tarixli, 2(103)-10825/19 saylı qətnaməsi mübahisələndirilən hissələrdə həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-159/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-159/2020
10.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver