Məhkəmə qərarları › İş №2(102)-159/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-159/2025

21.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-159/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Nuriyev X5 və Cavabdeh2 qarşı, İddiaçı2 Cavabdeh1, İddiaçı1 və digər cavabdehlərə qarşı iddiaları üzrə QƏRARİ Kateqoriya (açar sözlər): alqı-satlı müqaviləsi (daşınmaz əmlakın alqı-satqısı), əqdin etibarsızlığı, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlu oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Nuriyev X5 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və maddi ziyanın tutulması”nə dair, İddiaçı2 cavabdehlər Da şınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 11 saylı Notariat Ofisi, Cavabdeh1 və İddiaçı1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, reyestr çıxarışının ləğv edilməsi barədə” iddia tələbləri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4600/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı1 və Cavabdeh1 oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə 21 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə predmeti olan Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31“a”-da yerləşən 1 nömrəli mənzilə dair (yeni qaydlarla ünvan: Binəqədi rayonu, A.Gəraybə yli küçəsi, ev 13, M1, m1) İddiaçı1 mərhum əri Xudaverdiyev Məmməd-Əli Mustafa oğlunun mülkiyyət hüququ özəlləşdirmə nəticəsində əmələ gəlmişdir. Belə ki, mənzil dövlət mənzil fonduna aid olmuş, mənzilə dair onun adına xx.xx.1978-ci il tarixli order verilmişdir. Həmin şəxs xx.xx.1994-cü ildə ölmüş, ölümündən 27 il sonra xx.xx.2021-ci ildə mənzil onu adına özəlləşdirilərək mülkiyyət hüququ qeydə alınmışdır.

2. İddiaçı1 mübahisə predmeti olan mənzilə dair mülkiyyət hüququnu vərəsəlik qaydasında əldə etmişdir. O Xudaverdiyev Məmməd-Əli Mustafa oğlu ilə nikahda olmuş, əri öldüyünə görə mənzil qanun üzrə vərəsəlik qaydasında ona keçmiş, Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən bu barədə xx.xx.2021-ci il tarixli 2V-234 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqın da” şəhadətnamə verilmiş, xx.xx.2021-ci ildə mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır.

3. Nuriyev X6 mübahisə predmeti olan mənzili xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 34.500 manata İddiaçı1 əldə etmişdir. Həmin alqı-satqı müqaviləsini sonuncunun etibarnamə üzrə nümayəndəsi kimi Cavabdeh2 imzalamışdır. xx.xx.2021-ci ildə mənzil üzərində Nuriyev X4 mülkiyyət hüququ reyestrdə qeydə alınmış, mənzil hazırda sonuncunun mülkiyyətindədir, lakin mənzildə İddiaçı1 yaşayır. 4. "xxxx" MMC-nin mütəxəssis rəyinə görə, mənzilin bazar dəyəri 83.000 manat təşkil edir.

5. İddiaçı2 Xudaverdiyev Məmməd-Əli Mustafa oğlunun başqa nikahdan olan oğludur, İddiaçı1 isə ögey oğludur. O, mənzildə xx.xx.2005-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı1 cavabdehlər Nuriyev X5 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 9 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun nəticələrinin ləğv olunması, 5000 manat məbləğində ziyan, hüquqi yardım üçün ödənilmiş 720 manat pulun və 100 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 1 saylı mənzil uzun illərdir iddiaçının istifadəsindədir. Ömrünün mühüm əhəmiyyətli hissəsini keçirdiyi həmin mənzilin təmiri və yaxşılaşdırma işləri də onun tərəfindən həyata keçirilmişdir. Özünü dövlət tərəfindən kimsəsiz və yardıma ehtiyacı olan şəxslərə kömək etmək üçün göndərilən sosial xidmət m üəssisəsinin işçisi kimi təqdim edən Cavabdeh2 onu aldadaraq mənzilin onun adına özəlləşdirilməsinə kömək edəcəyini vəd etmişdir. Mənzilin onun adına özəlləşdirilməsi çoxdankı arzusu olsa da, sənədləşmə işlərini təkbaşına həyata keçirə bilmədiyi üçün özəlləşdirilmə işlərinin onun tərəfindən aparılmasına inanaraq razılıq vermişdir. Cavabdeh2 yaşlı və tənha olmağından sui-istifadə edərək, ondan 5000 manat almış, öz adına və tanımadığı vəkilin adına etibarnamə sənədləşdirilmişdir. Cavabdeh1 ona qarşı iddia tələbi üzrə məhkəməyə çağırıldıqdan sonra özünü onun nümayəndəsi kimi təqdim edən Cavabdeh2 ilə cavabdeh Nuriyev X6 arasında ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, ev 31A ünvanında yerləşən 1 saylı mənzilin alqısatqısı ilə bağlı 9 oktyabr 2021-ci il tarixli, AN-İ N0 977822 saylı müqavilə bağlanıldığını öyrənmişdir. Halbuki o, həmin mənzillə bağlı alqı-satqı müqaviləsinin bağlanılmasına və ya hər hansı digər notariat əməliyyatının aparılmasına dair tapşırıq verməmiş, hər hansı razılaşmada iştirak etməmiş və ya razılaşmanı təsdiq etməmiş, mənzili satmaq niyyəti və iradə ifadəsi olmamış, hər hansı məbləğ almamış və ona hər hansı məbləğ verilməmişdir. Cavabdeh2 mənzili ələ keçirdiyi vaxtdan başlayaraq onunla əlaqə saxlamamış, telefon zənglərinə cavab verməmiş və aradan çıxmışdır. Yaşlı olduğundan və məsələnin hüquqi mahiyyəti məhkəmə tərəfindən ona izah edilmədiyindən işin real vəziyyətini vəkil tutduqdan sonra başa düşmüş, ona görə də, iddianın verilməsi bir qədər ləngimişdir. Alqısatqı müqaviləsindən görünür ki, mənzil 34500 manat, yəni real dəyərindən 3 dəfə ucuz qiymətləndirilmişdir. Bu da təsdiq edir ki, cavabdehlər Cavabdeh2 Cavabdeh1 ilə əlbir hərəkət etmişdir. Sözügedən alqı-satqı müqaviləsi mənzilin qanuni sahibinin onun həqiqi və sərbəst iradəsi ifadəsi deyildir. Aldatma və etibardan sui-istifadə etmə yolu ilə əldə edilmiş etibarnamə əsasında nümayəndənin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində onun son dərəcə ağır vəziyyətə düşməsinə səbəb olan əqd bağlanılmış və mənzil Cavabdeh1 satılmışdır. Qüvvədə olan mülki qanunvericliyin tələblərinə görə qeyd olunan halların mövcud olması səbəbindən 9 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsızdır və onun üçün hər hansı hüquqi nəticələr yarada bilməz. Deməli Cavabdeh2 əvvəlcədən düşünülmüş, başqa şəxsləri cəlb etməklə müxtəlif aldatma üsullarından istifadə ed ərək ona mülkiyyət hüququ ilə məxsus olan mənzili tamah niyyəti ilə əvəzsiz olaraq ələ keçirmiş və Cavabdeh1 adına rəsmiləşdirməklə onu olduqca dözülməz vəziyyətə salmışdır. Baş verənlər ona güclü sarsıdıcı təsir göstərmiş, ruhi vəziyyətini pisləşdirmiş, sarsıntılar keçirməsinə və səhhətinin pisləşməsinə səbəb olmuşdur.

8. İddiaçı2 cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 11 saylı Notariat Ofisinə, Cavabdeh1 və İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 11 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Re yestri Xidməti tərəfindən İddiaçı1 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv olunması, ünvan 3 ünvanında yerləşən mənzilin alqı-satqısı ilə bağlı AN-İ №0977822 saylı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması, ünvan 3 ünvanında yerləşən mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil onun atası X1 qalan mənzildir. Həmin mənzil orderlə atasına məxsus olmuşdur. Həmin order əsasında verilmiş yaşayış sahəsinin kirayə müqaviləsində onun adı və analığı İddiaçı1 adı qeyd olunmuşdur. Həmçinin o, həmin dövrdən qeyd olunan mənzildə qeydiyyatdadır. Atası rəhmətə gedəndən sonra an alığı onu incitməyə başlamış, dəfələrlə onu qeyd olunan mənzildən qovmuşdur. Beləliklə də onunla analığı arasında olan mübahisə bu günədək məhkəmələrdə davam edir. Bundan başqa, 1996-cı ildə qəbul olunmuş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə onun qeyd olunan mənzilə köçürülməsi qət olunmuş və həmin qətnamə icra olunmuşdur. Lakin yenə də İddiaçı1 qohumlarının dəstəyi ilə onu qeyd olunan mənzildən uzaqlaşdırmağa nail olmuşdur. Tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilən zaman ona məlum olmuşdur ki, mübahisə predmeti olan mənzil Cavabdeh1 mülkiyyətindədir. Bundan sonra o, həmin mənzilin qanunsuz olaraq özəlləşdirilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan məlum olmuşdur ki, Bakı şəhəri 11 saylı Notariat Ofisi 2 iyul 2021-ci il tarixli məktubla müraciət edərək, qeyd olunan mənzilin özəlləşdirilməsini xahiş etmişdir. Hansı ki, notariat ofisinin bu məktubu onlara çox maraqlı gəlmişdir. Bundan dərhal sonra da, mərhum atası X2 adına müvafiq çıxarış verilmişdir. Daha sonra Bakı şəhəri 11 saylı notariat ofisi xx.xx.2021-ci il tarixdə “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə vermiş və həmin şəhadətnamə ilə mənzilə dair verilmiş çıxarış xx.xx.2021-ci il tarixdə İddiaçı1 adına dəyişdirilmişdir. xx.xx.2021-ci il tarixdə isə İddiaçı1 qeyd olunan mənzili Cavabdeh1 satmışdır. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən sonuncunun adına çıxarış v erilmişdir. Qeyd olunan vərəsəlik şəhadətnaməsi üzrə, miras qoyan X2 oğludur. Həmçinin qeyd olunan miras əmlakda, yəni mübahisə predmeti olan mənzildə bu günədək qeydiyyatdadır. 10.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1262/2024 saylı 12 fevral 2024- cü il tarixli qərardadına əsasən hər iki iş birlikdə baxılmaları üçün bir icraatda birləşdirilmişdir.

11. Cavabdeh1 nümayəndəsi X3 izahatında bildirmişdir ki, mübahisəli mənzilin alqısatqısında şəxsən iştirak etmiş, mənzilin satılması ilə bağlı məlumatı elanda görmüş və bu barədə qardaşı Cavabdeh1 məlumat vermişdir. Dəfələrlə İddiaçı1 müraciət edərək, mübahisəli mənzilin satılması ilə bağlı hər hansı bir problemin olub-olmamasını soruşmuş, İddiaçı1 isə Cavabdeh2 onun bacısı oğlu olmaqla yanaşı, sənədləşmə işlərinin məhz onun tərəfin dən aparılacağını bildirmişdir. Həmçinin Cavabdeh1 Cavabdeh2 əvvəllər ümumiyyətlə tanımamış, onu ilk dəfə mübahisəli mənzili almaq istəyərkən həmin mənzilə baxmağa gedəndə mənzildə görmüş və Cavabdeh2 İddiaçı1 bacısı oğlu olduğunu öyrənmişdir. 12.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-101/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) hər iki iddia tələbi təmin edilməmiş, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilmişdir. 13.İddiaçı1 iddia tələblərinə qiymət verən məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı1 onun tərəfindən mübahisəli mənzillə bağlı alqı-satqı müqaviləsinin bağlanılmasına və ya hər hansı digər notariat əməliyyatının aparılmasına dair tapşırıq verilməməsi, hər hansı razılaşmada iştirak etməməsi və ya razılaşmanı təsdiq etməməsi, mənzili satmaq niyyəti və iradə ifadəsinin olmaması, hər hansı məbləğin onun tərəfindən alınmaması və ya ona verilməməsi, həmçinin mülkiyyətində olan daşınmaz əmlakın bazar qiymətindən xeyli aşağı qiymətə satılmasına əsaslanaraq, onun adından Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 9 oktyabr 2021-ci il tarixli, AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satıqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etsə də, istinad etdiyi halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla yanaşı məhkəmə tərəfindən notarial qaydada təsdiq edilmiş həmin alqı-satqı əqdi bağlanan zaman yol verilən qüsurların mövcudluğu müəyyən edilməmişdir 14.Mübahisə predmeti olan daşınmaz əmlakın bazar qiymətindən xeyli aşağı qiymətə satılması dəlilinə münasib ətdə məhkəmə hesab etmişdir ki, təkcə bu halın özü sözügedən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün yetərli deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Ali Məhkəmənin Mülki kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarındakı mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır”. 15.Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı1 tərəfindən 19 aprel 2021-ci il tarixdə Bakı şəhəri 5 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisində Cavabdeh2 verilmiş etibarnamədə könüllü olaraq bir sıra digər səlahiyyətlərlə yanaşı, ona mə xsus olan bütün daşınar və daşınmaz əmlaka dair sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtlər müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən alqı-satqı əqdlərini bağlamaq səlahiyyətini vermişdir. 16.Məhkəmə mübahisələndirilən əqdin bağlanması zamanı və bağlanandan sonra alıcının hərəkətlərini qiymətləndirərək belə qənaətə gəlmişdir ki, Cavabdeh1 vicdanlı alıcı olduğunun da təsdiq edilməsi İddiaçı1 iddia tələblərinin təmin edilməməsi üçün əsasdır. Bununla yanaşı İddiaçı1 özünü dövlət tərəfindən kimsəsiz və yardıma ehtiyacı olan şəxslərə kömək etmək üçün göndərilən sosial xidmət müəssisəsinin işçisi kimi təqdim edən Cavabdeh2 onu aldadaraq, mənzilin onun adına özəlləşdirilməsinə kömək edəcəyi, mənzilin onun adı na özəlləşdirilməsinin Cavabdeh2 tərəfindən aparılmasına inanaraq razılıq verməsi, Cavabdeh2 onun yaşlı və tənha olmasından sui-istifadə etməklə ondan 5000 manat almasını bildirərək, Cavabdeh2 5000 manatın tutulmasını tələb etsə də, bu halları da təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. 17.Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, satıcı İddiaçı1 (onun adından Cavabdeh2) və Cavabdeh1 arasında bağlanmış mübahisə predmeti olan mənzilin alqı-satıqısına dair 9 oktyabr 2021-ci il tarixli, AN-İ N ******* saylı daşınmaz əmlakın alqısatıqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı əsaslar mövcud olmadığından, həmin əqd notarial qaydada rəsmiləşdirilərkən qanun pozuntusuna yol verilmədiyindən, Cavabdeh1 vicdanlı alıcı olduğu müəyyən edildiyindən iddia tələbl əri həmin alqı-satıqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməli, İddiaçı1 “Cavabdeh2 qarşı mənzilin satışından əldə edilmiş vəsaitin ona qaytarılması ilə bağlı pul tələbi”nə dair iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. 18.Bununla yanaşı, iddia tələblərindən “5000 manat pul vəsaitinin Cavabdeh2 alınaraq İddiaçı1 verilməsi” hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, həmin tələb də mötəbər sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. 19.İddiaçı2 cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisinə, İddiaçı1, Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərə səlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və sair” tələblərinə dair iddia ərizəsinə münasibətdə məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, 14-cü Aşırım küçəsi, 31 saylı evin 1 saylı mənzili 4 may 1978-ci il tarixli order əsasında İddiaçı2 atası Xudaverdiyev Məmməd-Əli Mustafa oğluna verilmiş, həmin orderdə İddiaçı2 adı qeyd edilməmişdir. Xudaverdiyev Məmməd-Əli Mustafa oğlu 9 fevral 1994-cü il tarixdə vəfat etdikdə mübahisəli mənzil onun xüsusi mükiyyətində olmamış, onun adına özəlləşdirilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3 mart 1997-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 İddiaçı2 qarşı “mənzildə yaşayış hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddiası rədd edilmiş, İddiaçı2 “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddi ası təmin edilmiş, İddiaçı2 mübahisə predmeti olan mənzilə köçürülməsi qət edilmişdir. Məhkəmə iclasında İddiaçı2 izahatında həmin qətnaməyə əsasən sözügedən mübahisəli mənzilə köçürüldüyünü, qısa müddət həmin ünvanda yaşadığını, lakin İddiaçı1 qohumlarının dəstəyi ilə həmin mənzildən uzaqlaşdığını bildirsə də, bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. 20.Məhkəmə hesab etmişdir ki, İddiaçı2 mübahisəli mənzildən 6 aydan çox müddətə başqa yaşayış sahəsinə köçdüyünə görə onun həmin mənzilə dair istifadə hüququ itirildiyindən, mübahisəli mənzil İddiaçı1 adına rəsmiləşdirilərkən onun razılığı əhəmiyyəti olmadığından, həmçinin Cavabdeh1 mübahisəli mənzilin vicdanlı alıcısı olduğundan İddiaçı2 iddia tələbləri təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icr aat 21.İddiaçı1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və onun tərəfindən verilmiş iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 22.Həmçinin İddiaçı2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və onun tərəfindən verilmiş iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 23.Hər iki apellyasiya şikayəti iddia ərizələrindəki dəlillərlə əsaslandırılmışdır. 24.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4600/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımov) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq İddiaçı1 iddia tələbi qismən, İddiaçı2 iddia tələbi tam təmin olunmuş, mübahisə predmeti olan m ənzilə dair İddiaçı1 adından onun nümayəndəsi Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2021-ci ildə bağlanmış, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən həmin tarixdə təsdiq edilərək 4Ə-470 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 mülkiyyət hüququna dair aparılmış qeydin və onun adına verilmiş reyestr çıxarışının ləğv edilməsi, həmin alqı-satqı müqaviləsi üzrə ödənilmiş 34.500 manatın Cavabdeh2 alınaraq Cavabdeh1 qaytarılması, mübahisə predmeti olan mənzilə dair Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən İddiaçı1 adına verilmiş xx.xx.2021-ci il tarixli 2V-234 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin eti barsız hesab edilməsi, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı1 mülkiyyət hüququna dair aparılmış qeydin və onun adına verilmiş reyestr çıxarışının ləğv edilməsi, mübahisə predmeti olan mənzilin Xudaverdiyev Məmməd-Əli Mustafa oğlundan qalmış miras kimi onun arvadı İddiaçı1 və övladı İddiaçı2 tərəfindən qəbul edilmiş sayılması, İddiaçı1 iddiasının qalan hissəsinin təmin olunmaması qət edilmişdir. 25.Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə görə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd zərərçəkən tərəfindən mübahisələndirilə bilər. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən satıcı Eliza Xudaverdiyevnın nümayəndəsi Cavabdeh2 alıcı Cavabdeh1 ilə pis niyyətlə razılığa gəlmiş, mənzil dəyərindən 2 dəfə ucuz satılmışdır. Belə ki, alqı-satqı müqaviləsində mənzilin qiyməti 34.500 manat göstərilmişdir. "xxxx" MMC-nin mütəxəssis rəyinə görə, mənzilin bazar dəyəri 83.000 manat təşkil edir (cild 2, iş v. 189). Müqavilə azadlığı tərəflərə satış qiymətinə dair şərti azad surətdə müəyyənləşdirmək imkanı verir, lakin ağlabatan mühakiməyə görə, üzrlü səbəb (pula təcili ehtiyac və s.) olmadan əmlak dəyərindən 2 dəfə ucuz satılmır. Nümayəndəlik institunun mahiyyətinə görə, təmsilçi təmsil olunanın mənafeyini qorumalıdır. Təmsilçinin üzrlü səbəb (təmsil olunanın pula təcili ehtiyacı və s.) olmadan mənzili dəyərindən 2 dəfə ucuz satması onu təsdiq edir ki, o, təmsil olunan mənafeyindən çıxış etməmiş, əks tərəflə pis niyyətlə razılığa gəlmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, satıcı 84 yaşlı tənha qadındır və mənzil onun yeganə yaşayış yeridir. Belə şəxsin mənzili onunla qohumluq münasibəti olmayan nümayəndəsi tərəfindən dəyərindən 2 dəfə ucuz satılmış, satış pulu ona verilməmişdir. Alıcı isə 84 yaşlı tənha qadının yeganə mənzilinin dəyərindən 2 dəfə ucuz satıldığını bilə-bilə mənzili onun nümayəndəsindən almış, daha sonra isə satıcıya qarşı mənzildən çıxarılma barədə iddia vermişdir. Həmin iddia Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, satıcı qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin mülki iş üz rə icraat hazırkı iş üzrə icraat yekunlaşana qədər dayandırılmışdır. Bütün bunlar onu təsdiq edir ki, satıcının nümayəndəsi ilə alıcının arasında pis niyyətlə razılıq olmuşdur. 26.Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin bağlanması üçün nümayəndəlik institundan istifadəyə zərurət olmayıb. Belə ki, nümayəndəlik institundan adətən o zaman istifadə olunur ki, təmsil olunmağa zərurət olur: məsələn, təmsil olunan ölkədən kənarda olur və sair. Mənzil satılana qədər satıcı nümayəndəsinə etibarnamə vermək üçün 2 dəfə notariat ofisinə getmiş, ona xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli 2 etibarnamə vermişdir. 2 dəfə notariat ofisinə gedən şəxs 3-cü dəfə də notariat ofisinə gedə bilərdi. Nəzərə alınmalıdır ki, satıcının 3-cü dəfə notariat ofisinə getməsi daha vaci b sayılırdı, çünki bu dəfə mənzil satılmalı və satış pulu alınmalı idi. Alqı-satqı müqaviləsinin bağlanması üçün nümayəndəlik institundan istifadəyə zərurətin olmadığını alıcı da bilmişdir. Xüsusilə alıcı maraqlı olmalı idi ki, müqaviləni şəxsən satıcının özü ilə bağlasın və pulu onun özünə versin, çünki belə olduqda müqavilənin bağlanmasından sonra mübahisə yaranması riski minimuma enir. Zərurət olmadan nümayəndəlik institundan ona görə istifadə olunub ki, satıcının nümayəndəsi alıcı ilə pis niyyətlə razılığa gələ bilsin. 27.Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, İddiaçı1 iddia ərizəsində bildirmişdir ki, mənzili satmaq barədə tapşırıq verməmiş, mənzili satmaq niyyəti olmamış, hər hansı pul məbləği almamışdır. Müəyyən olunur ki, etibarnamə mənzilin satılması üçün deyil, özəlləşmə və vərəsəlik işlərinin həyata keçirilməsi üçün verilmişdir. Belə ki, mənzil xx.xx.2021-ci ilə qədər dövlət mənzil fonduna aid olmuş, bu tarixdə etibar edənin mərhum ərinin adına özəlləşdirilərək xüsusi mənzil fonduna aid edilmiş, bundan 3 gün sonra – xx.xx.2021-ci ildə isə miras kimi mənzilə dair etibar edənin adına vərəsəlik şəhədətnaməsi verilmiş, bundan da 3 gün sonra - xx.xx.2021-ci ildə mənzil üzərində etibar edənin mülkiyyət hüququ reyestrdə qeydə alınmış, 2 gün sonra isə - xx.xx.2021-ci ildə alqı-satqı müqaviləsi bağlanmışdır. Etibarnamələr mənzil dövlət mənzil fonduna aid olduğu zaman xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə verilmişdir. Mənzilin özəlləşdirilməsinə razılıq barədə xx.xx.2021-ci il tarixli ərizəni (cild 2, iş v. 18) və mirasın qəbulu barədə xx.xx.2021ci il tarixli ə rizəni (cild 2, iş v. 108) etibar edənin adından nümayəndə 2-ci etibarnaməyə əsasən imzalamış, alqı-satqı müqaviləsini isə etibar edənin adından həmin nümayəndə 1ci etibarnaməyə əsasən imzalamışdır. Etibarnamələrin verildiyi zaman (mənzil dövlət mənzi fonduna aid olduğu zaman) etibar edən mənzilin satılmasını qərara ala və alqı-satqı müqaviləsinin bağlanmasını nümayəndəyə tapşıra bilməzdi, çünki həmin zaman onun belə səlahiyyəti olmayıb. Nəzəri baxımından, etibarnamə onun verildiyi tarixdən sonra yaranan hüquqlara (etibar edənin hüquqlarına) münasibətdə də təmsilçilik səlahiyyəti verir, lakin etibar edənin iradəsinin məzmunu müəyyən edilərkən ağlabatan mühakimə əsas götürülməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə h ərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 28.Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, mənzildə qeydiyyatda olan şəxs (satıcı Eliza Xudavardiyevanın ögey oğlu İddiaçı2) alqı-satqı müqaviləsinin bağlanmasından əvvəl qanunvericilikdə müəyyən edilmiş əsaslar olmadan mənzildən qeydiyyatdan çıxarılmış, alqı-satqı müqaviləsi bağlandıqdan sonra isə qeydiyyat bərpa olunmuşdur. Bu hal işdə olan digər hallarla birlikdə qiymətləndirildikdə onu təsdiq edir ki, satıcının ögey oğlunun satıcının nümayəndəsinin alıcı ilə pis niyyətlə razılığa gəlməsinə mane olmaması üçün o, mənzildən qeydiyyatdan çıxarılmışdır. Qeydiyyatdan çıxarma başqa rayonun polis orqanı (Suraxanı Rayon Polis İdarəsi) tərəfindən həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası DİN B aş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-9592/2024 nömrəli məktubuna görə, xx.xx.2005-ci ildən həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı2 məxsus AZE-******** nömrəli şəxsiyyət vəsiqəsinin Suraxanı Rayon Polis İdarəsi tərəfindən səhvən fəaliyyətsizləşdirildiyi müəyyən edildiyindən həmin idarənin xx.xx.2021-ci il tarixli vəsətəti əsasında qeyd olunan səhv aradan qaldırılmış və şəxsiyyət vəsiqəsi aktiv statusa qaytarılmışdır (cild 2, iş v. 208). Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 273119-12D1 nömrəli məktubundan görünür ki, Məhkəmənin qətnamələri icra olunarkən İddiaçı2 səhvən həmin ünvandan qeydiyyatdan çıxarılmış (cild 2, iş v. 210), onun Suraxanı Rayon Polis İdarəsinə verdiyi yazılı izahatdan görünür ki, o, vaksinasiya üçün tibbi müəssisəsinə müraciət etdikdə şəxsiyyət vəsiqəsinin “qeydiyyatdan çıxma” səbəbi ilə qeyri-aktiv olduğunu müəyyən etmişdir (cild 2, iş v. 212). Eliza Xudavardiyeva mənzilinin bir qrup şəxs tərəfindən ələ keçirilməsi barədə cinayət təqibi qaydasında şikayət vermiş, lakin həmin şikayət üzrə polis orqanı tərəfindən lazımi qaydada araşdırma aparılmadığına görə o, məhkəmə nəzarəti qaydasında iki dəfə məhkəməyə şikayət vermiş, bu şikayətlər üzrə xx.xx.2022-ci və xx.xx.2023-cü tarixli məhkəmə qərarları qəbul olunmuşdur (cild 1, iş v. 130, 136). Həmin qərarlardan görünür ki, Eliza Xudavardiyevanın şikayətinə polis orqanı tərəfindən qanunvericiliyə zidd olaraq əvvəlcə məktubla cavab verilmiş, daha sonra şikayətdə adı keçən şəxslərin – Cavabdeh2 (adına etibarnamə verilmiş şəxsin), onun öz arvadı kimi təqdim etdiyi Aidanın, məhkəmə işçisi kimi təqdim etdiyi Sədaqətin, vəkil kimi təqdim etdiyi Əjdərin şəxsiyyəti müəyyən edilərək izahatları alınmadan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Bundan başqa, məhkəmə nəzarəti qaydasında qəbul olunan həmin qərarlardan görünür ki, İddiaçı1 bildirmişdir ki, yeganə yaşayış yeri olan mənzilini özəlləşdirmək istədiyini və mərhum ərinin birinci nikahdan olan oğlu İddiaçı2 mənzildən qeydiyyatdan çıxarılmalı olduğunu dedikdə, Cavabdeh2 bu işə görə ondan dəfələrlə pul almışdır. 29.İddiaçı1 iddia ərizəsində bildirmişdir ki, Cavabdeh2 (adına etibarnamə verdiyi şəxs) özünü ona “dövlət tərəfindən kimsəsiz və yardıma ehtiyacı olan şəxslərə kömək üçün göndərilən sosial xidmət müəssisəsinin işçisi” kimi təqdim edə rək onu aldatmış və mənzilin onun adına özəlləşdirilməsinə kömək edəcəyini bildirmişdir. Mənzili özəlləşdirmək çoxdankı arzusu olsa da, sənədləşdirmə işlərini təkbaşına həyata keçirə bilmədiyi üçün Cavabdeh2 inanaraq bu işlərin onun tərəfindən həyata keçirilməsinə razılıq vermişdir. Cavabdeh2 yaşlı və tənha olmasından istifadə edərək ondan 5.000 manat almış, habelə öz adına və tanımadığı vəkilin adına etibarnamə sənədləşdirmişdir. İddiaçı1 həmin vəkilin adına etibarnaməni xx.xx.2021-ci ildə verib və etibarnamə iş materiallarına əlavə edilib (cild 1, iş v. 7). Bu etibarnamə Cavabdeh2 adına verilmiş 2-ci etibarnamə ilə eyni gündə verilib. Qeyd olunanlara münasibətdə məhkəmə kollegiyası göstərmişdir ki, İddiaçı1 mənzilin özəlləşdirilməsindən əvvəl ümumilikdə 3 etibarnamə vermişdir: 1-ci etiba rnaməni xx.xx.2021-ci ildə Cavabdeh2 adına, 2-ci etibarnaməni xx.xx.2021-ci ildə yenidən həmin şəxsin adına, 3-cü etibarnaməni isə eyni gündə vəkilin adına. Əgər İddiaçı1 mənzili satmaq niyyəti olsaydı, vəkilin adına etibarnamə verməzdi, çünki mənzilin satılması üçün vəkilə ehtiyac yoxdur. Mənzilin özəlləşdirilməsi zamanı hüquqi problemlərin aradan qaldırılması üçün isə vəkilin xidmətlərinə zərurət ola bilər. Cavabdeh2 adına etibarnamə verən İddiaçı1 eyni gündə həm də vəkilin adına etibarnamə verməsi onu təsdiq edir ki, İddiaçı1 niyyəti mənzilin özəlləşdirilməsi olmuş, Cavabdeh2 isə mənzilin özəlləşdirilməsindən qısa müddət (8 gün) sonra həmin etibarnamədən istifadə edərək alıcı ilə pis niyyətlə razılığa gəlmiş və mənzilin dəyərindən 2 dəfə ucuz qiymətə satmışdır. 30.Beləliklə, məhkəmə kol legiyası Mülki Məcəllənin 339.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, alqı-satqı müqaviləsi bir tərəfin (satıcının) nümayəndəsinin digər tərəflə (alıcı ilə) pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlandığına görə etibarsız hesab edilməli, həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və verilmiş reyestr çıxarışı ləğv edilməlidir. 31.Alqı-satqı müqaviləsi etibarsız sayıldığına görə, məhkəmə kollegiyası Mülki Məcəllənin 337.5-ci maddəsinin göstərişinə və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 6.10-ci bəndində verilmiş izaha əsaslanaraq hesab etmişdir ki, həmin müqavilə üzrə alıcı tərəfindən satıcının nümayəndəsinə ödənilmiş 34.500 manat satıcının nümayəndəsi Cavabdeh2 alınaraq alıcı Cavabdeh1 q aytarılmalıdır. Satıcının nümayəndəsinin həmin pulu alıcıdan aldıqdan sonra satıcıya verdiyini təsdiq edən sübut yoxdur. Satıcı pulun ona verilmədiyini bildirir, satıcının nümayəndəsi isə məhkəməyə gəlməmiş, pulu satıcıya verdiyini təsdiq edən sübut təqdim etməmişdir. Satıcının nümayəndəsi Cavabdeh2 qeydiyyatda olduğu Ağcabədi rayonunun Hüsülü kəndində yaşamır və onun yaşadığı ünvan yerli icra hakimiyyəti orqanına məlum deyil. Bu səbəbdən həmin şəxsə göndərilmiş məhkəmə bildirişinin ona təqdim edilməsi mümkün olmamışdır. Bu hal Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məktubu ilə təsdiq olunur (cild 2, iş v. 58). 32.Məhkəmə kollegiyası maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbə münasibətdə göstərmişdir ki, İddiaçı1 Cavabdeh2 aldatma yolu ilə ondan 5.000 manat pul a ldığını bildirsə də, bunu təsdiq edən sübut təqdim etməmişdir. O cümlədən İddiaçı1 Cavabdeh2 və Cavabdeh1 mənəvi zərərin əvəzi kimi 5.000 manat tələb etsə də, həmin şəxslərin İddiaçı1 mənəvi zərər vurduğu müəyyən edilmir. Ona görə də, Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsasən bu hissədə tələb əsassızdır. 33.Mənzilə dair İddiaçı1 adında verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab olunmasına dair iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, mənzil xx.xx.2021-ci ildə özəlləşdirmə nəticəsində MəmmədƏli Xudaverdiyevin mülkiyyəti kimi qeyd alınmışdır. Həmin şəxs xx.xx.1994-cü ildə ölmüşdür. İddiaçı1 miras qoyanın arvadı, İddiaçı2 isə miras qoyanın övladıdır, yəni onların hər ikisi qanun üzrə birinci növbə vərəsələrdir. Mənzil xx.xx.2021-ci ildə xüsusi mülkiyyət kimi reyestrdə qeydə alındığına görə birinci növbə vərəsələrin həmin tarixdən mənzili miras kimi qəbul etmək hüququ yaranmışdır. 34.Mirasın qəbulu müddətini müəyyənləşdirən Mülki Məcəllənin 1246-cı maddəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən qüvvədən düşmüş hesab edilmişdir. Konstitusiya Məhkəməsinin həmin qərarında qeyd olunmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin həmin qərarı hazırkı işdə tətbiq olunmalıdır. Çünki qərarda qeyd olunub ki, bu qərar hazırda məhkəmənin icraatında olan işlərə şamil edilsin. Konstitusiya Məhkəməsinin qərarı qəbul edlən zaman hazırkı iş məhkəmənin icraatında olmuşdur. Belə ki, İddiaçı2 iddia ərizəsi xx.xx.2023-cü ildə verilmiş, Konstitusiya Məhkəməsinin qərarı isə 18 gün sonra - xx.xx.2023-cü ildə qəbul olunmuşdur. İddiaçı1 və İddiaçı2 qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiklərinə görə mirası qəbul etmiş vərəsələr hesab olunurlar. Mənzilə dair yalnız vərəsələrd ən birinin – İddiaçı1 adına vərəsəlik şəhadnaməsinin verilməsi qanuna zidd olmaqla digər vərəsənin İddiaçı2 hüququnu pozur. 35.Məhkəmə kollegiyası qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb təmin edilərək həmin müqavilə İddiaçı1 iddiası əsasında etibarsız sayılmışdır, bununla yanaşı İddiaçı2 iddiası da müqavilənin etibarsız sayılmasına ayrıca əsas verir. Belə ki, İddiaçı2 xx.xx.2021-ci ildən (özəlləşdirmə nəticəsində mənzilin onun atasının xüsusi mülkiyyəti kimi qeydə alındığı tarixdən) sonra 3 ay ərzində mirasdan imtina etmədiyinə görə mirası qəbul etmiş vərəsə sayılır. Mülki Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi, alqı-satqı müqaviləsinin predmeti olan mənzil həm də İdd iaçı2 mülkiyyətidir, buna baxmayaraq, müqavilə İddiaçı2 razılığı olmadan bağlanılmışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülkiyyətçinin razılığı olmadan onun əmlakına dair müqavilə bağlanması Mülki Məcəllənin 152-ci maddəsinin, habelə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərinin pozulması sayılır. 36.Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 337.5, 339.1 və 1255-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixl i qərarında qeyd edilən hüquqi mövqeyə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 37.Qətnamədən İddiaçı1 və Cavabdeh1 kassasiya şikayəti vermişlər. 38.İddiaçı1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – mübahisə predmeti olan mənzilə dair Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən İddiaçı1 adına verilmiş xx.xx.2021-ci il tarixli 2V-234 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı1 mülkiyyət hüququna dair aparılmış qeyd və onun adına verilmiş reyestr çıxarışının ləğv edilməsi və mübahisə predmeti olan mənzilin Xudaverdiyev Məmməd-Əl i Mustafa oğlundan qalmış miras kimi onun arvadı İddiaçı1 və övladı İddiaçı2 tərəfindən qəbul edilmiş sayılması hissələrində ləğv edilməsini, həmin hissədə iddanın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 39.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 mübahisələndirilən mənzildə bir gün belə yaşamamış, oranı idarə etməmişdir. Belə ki, onun yaşayış yeri olmuş və öz ailəsi ilə təsərrüfat aparmışdır. Eyni zamanda, atası Məmmədəli Xudaverdiyevin vəfatından sonra hər hansı notariat orqanına müraciəti olmamışdır. Məhkəmə işin bu hissəsini əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı hazırkı işdə tətbiq olunmalıdır. Çünki qərarda qeyd olunub ki, bu qərar hazırda məhkəmənin icraatında olan işlərə şamil edilsin. Konstitusiya Mə hkəməsinin qərarı qəbul edlən zaman hazırkı iş məhkəmənin icraatında olub. Belə ki, İddiaçı2 iddia ərizəsi xx.xx.2023-cü ildə verilib, Konstitusiya Məhkəməsinin qərarı isə 18 gün sonra xx.xx.2023-cü ildə qəbul olunub. Bununla bağlı qeyd olunmalıdır ki, İddiaçı2 iddia ərizəsi əmlaka özünün və onun məcburi paylarının müəyyən edilməsi barədə olmamışdır, o, yalnız müqavilənin və şəhadətnamənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında isə miras əmlaka məcburi payların müəyyən edilməsi işlərinə tətbiq edilməli olduğu göstərilmiş, digər işlərə, yəni – müqavilənin və şəhadətnamənin etibarsız hesab edilməsi işlərinə Konstitusiya Məhkəməsinin xx.xx.2023 tarixli qərarı ilə müəyyən edilmiş hüquqi mövqeyin tətbiqi nəzərdə tutulma mışdır. Bundan başqa mübahisə predmeti olan mənzil Məmmədəli Xudaverdiyevin öldüyü məqamadək malik olduğu əmlakı olmamış, mənzil miras kütləsini təşkil etməmişdir. Belə ki, mənzil özəlləşdirilməmiş, dövlət mülkiyyətində olmuşdur. Belə olan halda, hansı miras kütləsindən və ya miras əmlakdan söhbət getdiyini məhkəmə açıqlamamışdır. İddiaçı2 iddia tələbində və onun iddia tələbində mübahisə predmeti olan mənzilin Xudaverdiyev Məmməd-Əli Mustafa oğlundan qalmış miras kimi onun arvadı və oğlu tərəfindən qəbul edilmiş sayılması barədə tələb olmadığı halda məhkəmə tələbdən kənara çıxmış və öz mövqeyini əsaslandırmamışdır. Bu isə prosessual qanunvericiliklə yolverilməzdir. Kassasiya şikayətində MM-nin 1243.2, 1151.1, MPM-nin 218.3-cü maddələrinin pozuntusuna istinad edilmişdir.

40. Cavabdeh1 kassa siya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin İddiaçı1 cavabdehlər Nuriyev X6 və Cavabdeh2 qarşı“alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və zərərin əvəzinin ödənilməsi” hissəsində və İddiaçı2 Cavabdeh1oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, reyestr çıxarışının ləğv edilməsi” hissəsində ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. 41.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 140-ci maddəsi daşınmazəmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən isə reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestr in həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə reyestrin məzmunun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirmişdir. İddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Hazırki iş üzrə İddiaçı1 Cavabdeh1oğlunun adına verilmiş çıxarışın ləğv olunmasını tələb etsə də, istər alqı-satqı müqaviləsinin etibarsızlığına, istərsə də çıxarışın ləğvinə əsas olacaq heç bir mötəbər sübut və dəlili məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsi iş üzrə Cavabdeh1 vicdanlı alıcı olaraq əldə etdiyi mənzilə dair iş materialları ilə öz sübutunu və təsdiqini tapan mövcud mülkiyyət hüquqlarını heç bir əsas və dəlilə istinad etmədən tanımamış, yanlız iddiaçının heç bir əsaslandırılmış dəlil və sübut ilə təsdiqini tapmayan fərziyyələrinə əsaslanaraq cavabdehin mülkiyyət hüquqlarını pozaraq qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. 09 oktyabr 2021-ci il tarixli, AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satıqı müqaviləsi bağlanılan zaman əqdlər üçün nəzərdə tutulmuş bütün tələblərə cavab vermişdir. İddiaçı1 alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etsə də, istinad etdiyi halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla yanaşı məhkəmə tərəfindən notarial qaydada təsdiq edilmiş həmin alqı-satqı əqdi bağlanan zaman yol verilən qüsurların mövcudluğu müəyyən edilməmişdir. Əqdin etibarsız sayıl ması üçün hər hansı əsas mövcud deyil. İddiaçı1 alqı-satqıdan əvvəl yaşadığı mənzildə Cavabdeh1 və bacısı Sədaqət Mirzəyeva ilə görüşmüş, Sədaqət Mirzəyeva evlə bağlı hər hansısa problem olub-olmayacağını soruşduqda Eliza ona “Narahat olma, hər şeyi Dilsuz Qəzənfərova etibar etmişəm, o həll edəcək” cavabını vermişdir. Hətta Cavabdeh1 mənzili almazdan əvvəl onun xeyir-duasını da iddiaçıdan istəmiş, iddiaçı da ona xeyirli olsun demişdir. Tərəflər arasında alqı-satqıdan əvvəl olan görüşlərdə və danışıqlardan açıq-aşkar məlum olur ki, Cavabdeh1 aldadılmışdır. Onun iddiaçının əməllərindən onun Cavabdeh2la olan münasibətlərindən ümumiyyətlə, xəbəri, məlumatı olmamışdır. Əgər cavabdeh belə halların olduğunu və gələcəkdə bu cür problemlərin olacağını bilsə idi, ümumiyyətlə, alqı-satqı müqaviləsi b ağlamazdı. Apellyasiya instansiyası məhkəməsi bu halları, ümumiyyətlə, araşdırmamışdır. Sadəcə iddiaçının yaşlı, tənha qadın olmasına istinad etmiş, onu yazıq rolunda göstərərək qətnamə qəbul etmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsi sübutlara, dəlillərə əsaslanmalı hər bir tərəfin təqdim etdiyi mötəbər dəlillərə əsasən işə qiymət verməli idi. MM-nin 360-cı maddəsinə əsasən qanunvericilik səlahiyyətsiz şəxs tərəfindən bağlanmış əqd nəticəsində təmsilçidən vurulmuş zərərin əvəzinin ödənilməsi hüququnun olmasını təsbit edir. Alqı-satqıdan əvvəl Cavabdeh1 iddiaçının və Dilsuz Həəsnovun hazırki niyyətlərindənvə əməllərindən xəbəri olmamışdır. Sadəcə alqı-satqıdan sonra ona qarşı iddia qaldırıldıqda xəbəri olmuşdur. Hətta alqı-satqıdan sonra iddiçı ElizaXudaverdiyeva cavabdehə guya x əstə olduğunu, bununçün hələ də mənzildə yaşadığını bildirmişdir. Cavabdehdə iddiaçının bu sözünə inanmış və onun alqı-satqıdan sonra da evdə “sağalana” kimi mənzildə yaşamasına icazə vermişdir. Yanlız evə gəlib artıq yaşamaq istədikdə iddiaçı bu mənzilin satılması faktını inkar etdikdə artıq məsələnin başqa yerdə olduğunu anlamışdır. Göründüyü kimi Cavabdeh1 hazırki iş üzrəvicdanlı alıcı olmuşdur. Mənzil satılana kimi də vicdanlılıq faktı mövcud olmuşdur 42.Kassasiya şikayətində MM-nin 140-cı, 148.2, 182.1-ci, 152.1-ci, 337.1-ci, 339.2-ci, 359.1, 360-cı, MPM-nin 218.3-cü maddələrinin pozuntusuna istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 43.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 44.Maddə 13 ( İ bənd). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 45.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 46.Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 47.Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 48.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla b ağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 49.Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 50.Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 51.Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə ( o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 52.Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 53.Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 54.Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tut ulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 55.Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 56.Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 57.Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bil ər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı 58.Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. 59.Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımı ndan bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 60.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 61.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 62.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tə rəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 63.Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 64.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı1 və Cava bdeh1 tərəfindən mübahisələndirilən hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: 65.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil. 66.İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir. 67.Məhkəmə kollegiyası tərəfindən mübahisələndirilən qətnamə kassasiya şikayətinin dəlilləri əsasında yoxlanılaraq müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində tərəflərin irəli sürdüyü dəlillərə hüquqi qiymət vermiş, mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmiş, kassasiya şikayətlərində istinad edilən prosessual pozuntulara yol verməmişdir. 68.İddiaçı1 kassasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, məhkəmə mübahisəni həll edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin 29-cu maddənin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarına istinad etməklə səhvə yol vermişdir. Belə ki, İddiaçı2 iddiası xx.xx.2021-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinin, alqı-satqı müqaviləsinin və nəticələrinin etibarsız hesab edilməsi barədə olduğundan həmin qərardakı hüquqi mövqe hazırk ı iş üzrə tətbiq edilə bilməzdi. 69.Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı2 iddia tələblərinin əsaslı olubolmadığına hüquqi qiymət verilməsi üçün onun atasından miras qalmış əmlakla bağlı digər vərəsəyə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”ni və miras əmlakın özgəninkiləşdirilməsi barədə müqaviləni mübahisələndirməyə subyektiv hüququ olub-olmadığı araşdırılmalı, İddiaçı1 qarşı yönəlmiş tələbin əsasında vərəsəlik münasibətləri dayandığından Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən qərarının hazırkı mübahisəyə şamil edilməli olub-olmadığı yoxlanılmalı idi. 70.Məhkəmə düzgün olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tari xli qərarı qəbul edilərkən İddiaçı2 iddiası məhkəmənin icraatında olduğundan qərarın nəticə hissəsnin 3-cü bəndinə əsasən qeyd edilən qərar hazırkı mübahisəyə şamil edilməli və 9 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan Xudaverdiyev Məmməd-Əli Mustafa oğlundan miras qalmış əmlak (ünvan 2 ünvanında yerləşən 1 saylı mənzil) onun vərəsəsi kimi İddiaçı2 tərəfindən qəbul edilmiş sayılmalıdır. 71.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbindən kənara çıxılmaqla MPM-nin 218.3-cü maddəsinin pozulduğuna dair İddiaçı1 kassasiya şikayətindəki dəlili də əsassız hesab edir. Belə ki, iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddiaçı2 İddiaçı1 verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”ni və miras əmlakın alqı-satqısı barədə müqaviləni mübahisələndirərkən əldə etmək istədiyi hüquqi nəticə məhkəmə tərəfindən onun atasının mirasından pay əldə etmək hüququ olan vərəsə kimi tanınması olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçı yalnız məhkəmə tərəfindən vərəsə kimi tanındığı (subyektiv hüquqa malik olduğu təsdiq edildiyi) halda onun miras əmlakla bağlı irəli sürdüyü iddia tələbləri təmin edilə bilərdi. 72.Apellyasiya instansiyası məhkəməsinin qətnamədə istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, “Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını b ildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.” 73.Cavabdeh1 kassasiya şikayətinin onun vicdanlı əldə edən olmasına məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməməsi barədə dəlilləri ilə bağlı qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilmə si vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. 74.Hazırkı halda apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən 9 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin satıcının nümayəndəsinin alıcı ilə pis niyyətlə razılığa gəlməsi nəticəsində, satıcının iradə ifadəsi olmadan bağlanmış əqd olduğu müəyyən edildiyindən Cavabdeh1 vicdanlı alıcı hesab edilməmişdir.

75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, qeydə bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi şərtləri də mövcud olmalıdır. 76.Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 9 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan mənzil dəyərindən iki dəfə ucuz qiymətə satılmış, mənzil satıldıqdan sonra da iddiaçı öz mənzilində yaşamağa davam etmiş, mənzilinin satıldığını bildikdən sonra 2022-ci ilin avqust ayında təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Binəqədi rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər alqı-satqı müqaviləsində qiyməti müəyyənləşdirməkdə sərbəst olsalar da, hazırkı halda kimsəsiz və yaşlı bir qadının yeganə yaşayış yeri olan mənzili hər hansı zərurət olmadan dəyərindən iki dəf ə aşağı qiymətə satmasını məhkəmə ağlabatan hesab etməmiş və qeyd edilən hallar məhkəmədə alıcının müqaviləni bağlayarkən vicdanlı olmadığına dair qənaət formalaşdırmışdır. 77.Kollegiya kassasiya şikayətində istinad edilmiş MM-nin 360.1-ci maddəsi ilə bağlı qeyd edir ki, həmin normaya görə əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Bu normada səlahiyyətsiz təmsilçinin təmsil edilənin adından əqd bağlaması nəticəsində əqdin digər t ərəfinin təmsilçiyə qarşı vurulmuş ziyanla bağlı tələb irəli sürmək hüququ nəzərdə tutulur. Hazırkı işdə Cavabdeh1 səlahiyyətsiz təmsilçiyə qarşı ziyan tələbi olmadığından apellyasiya instansiyası məhkəməsi tərəfindən bu normanın tətbiq edilməməsi pozuntu hesab edilə bilməz. 78.Kollegiya Cavabdeh1 kassasiya şikayətindəki sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillər barədə qeyd edir ki, işin faktiki halları hazırkı icraat çərçivəsində araşdırılmalı olmadığından bu dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. 79.Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2024-cü il tarixli 2(103)-4600/2024 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəy işdirilmədən saxlanılmalıdır. 80.Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı1 və Cavabdeh1 oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2024-cü il tarixli 2(103)-4600/2024 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar