Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1594/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(006)-3058/2019, hakim C.C.Musayeva) İddiaçı Südeyib oğlunun cavabdeh "Cavabdeh" ASC-yə qarşı iddiası qismən təmin edilmiş, iddiaçı ilə cavabd eh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında müqavilənin faiz dərəcəsinə dair şərtinə cavabdeh tərəfindən xx xxxxxx 2017-ci il tarixdə birtərəfli qaydada edilmiş dəyişikliyin etibarsız hesab edilməsi, xx xxxxxx 2015-ci il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında müqavilə üzrə xx xxxxxx 2017-ci il tarixdən etibarən ödənilməmiş faiz fərqi qismində hesablanmış məbləğin cavabdehdən alınıb iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-11791/2019, hakimlər İ.K.Xəlilov, X.A.Cəmilova, İ.Ə.Kərimli) "Cavabdeh" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən ca vabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh ASC ilə İddiaçı Südeyib oğlu arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli əmanət müqaviləsinə əsasən Bank, əmanətçi İddiaçı Südeyib oğlundan 100.000 ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) 60 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 12,4% dərəcəsi ilə faiz ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən İddiaçı Südeyib oğluna ünvanlanmış xx.xx.2017-ci il tarixli bildirişlə ona şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində müqavilənin faizlərlə bağlı şərtlərinin Mülki Məcəllənin 422-ci maddəsi nəzərə alınaraq, birtərəfli qaydada dəyişdirildiyi və müqavilə üzrə ABŞ dolları valyutasında olan əmanətin illik faiz dərəcəsinin 2 faizə endirildiyi barədə məlumat verilmişdir. xx xxxxx 2019-cu il tarixdə İddiaçı Südeyib oğlu "Cavabdeh" ASC-yə qarşı “əmanət faizlərinin ödənilməsi” tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək "Cavabdeh" ASC-nin Nizami filialı tərəfindən onunla bağlanılan xx.xx.2015-ci il tarixli əmanət müqaviləsinin şərtlərinin birtərəfli qaydada 12.4 %-dən 2 %-ə endirilməsini nəzərdə tutan dəyişikliyin etibarsız hesab edilməsi, müqavilə üzrə ödənilməyən faiz fərqlərinin ödənilməsi, əmanət faizlərinin gecikdirildiyinə görə bank uçot dərəcəsinə müvafiq olaraq 3 faiz həcmində əlavə faizin cavabde h tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Sağlamlaşdırma prosesi keçən bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün yüksək faiz xərclərinin azaldılması qarşıya qoyulan əsas məqsədlərdən biri olduğuna görə bank iddiaçının əmanətinə görə aşağı faiz dərəcəsi hesablamaqda haqlı olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclası na gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh bank arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli əmanət müqaviləsinə əsasən iddiaçı müqavilənin predmetinə uyğun olaraq 100.000 ABŞ dolları məbləğində pulu Banka müddətli depozitə qoymuş, depozitin müddəti 60 ay müəyyən edilmişdir. Həmin müqavilə üzrə əmanətçiyə hesablanan illik faiz dərəcəsi 12,4% müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixdə həmin müqaviləyə birtərəfli qaydada dəyişiklik edilməklə, əmanətin illik faiz dərəcəsi 2 faizə endirilmişdir. İddiaçı cavabdeh bank tərəfindən müqaviləyə birtərəfli qaydada edilmiş dəyişikliyin etibarsız hesab edilməsi, bankdan müqavilə şərtlərinə əməl edərək depozit məbləğinə razılaşdırılmış faiz dərəcəsi ilə ödənilməmiş pulun və əlavə faizlərin tutulması tələbinə dair hazırki iddianı qaldırmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində iddiaçı bank tərəfindən mübahisələndirilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 944-cü maddəsinə əsasən Bank əmanət i (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Cavabdeh bankın müqavilə öhdəliklərini icra etməkdən imtina etməsinin hər hansı bir qanuni əsası olmadığından apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən depozit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixdən etibarən ödənilməmiş faiz fərqi qismində hesablanmış məbləğin alın araq iddiaçıya verilməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi
Məhkəmə qərarları › İş №2(102)-1594/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1594/2020
11.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver